Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə17/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
78 
 
  
 
Yalvarma, al öz haqqını əzminlə, gücünlə,  
Zəncirini heçliklərə qır, at çəkicinlə. 
 
Qan qardaşının sözlərini saxla yadında, 
Qoyma köləlik damğası qalsın öz adında.  
 
İnsan anadan qolları zəncirli doğulmur,  
Dünyada azadlıq, bəli, qan axmasa olmur! 
 
 
QORXMURAM 
 
Qorxmuram yağılardan bu qaranlıq diyarda,  
Könlüm günəşə həsrət bir zirzəmi kimidir.  
Azadlıq yollarında başı dik əməllərim,  
Dalğaların qoynunda rəqsan gəmi kimidir. 
 
Könlüm vətən eşqilə alovlanmış bir ölkə,  
Mənim güləcəyimə yadlar inanmır, bəlkə.  
Qorxutmasın sizləri gözlərimdəki kölgə,  
Gənc könlümün bağçası yanmış zəmi kimidir. 
 
Qasırğalı dəryada dəydi daşlara gəmim,  
Batdı nəşəm, sevincim, çıxdı sahilə qəmim.  
Odur ta o zamandan tərpənişim, görkəmim  
Ağacda son yarpağın son görkəmi kimidir. 
 
Rəqiblər ürəyimi daşlayır bir nərd kimi,  
Deyin, kimdə dərd vardır sinəmdəki dərd kimi?  
Durmuşam qəm çölündə dostlarımla mərd kimi,  
Qəmim ana vətənin şirin qəmi kimidir! 
 
Təbriz, 1941 
 
 
CƏNUB DƏRDİM 
 
Deyirdim ki, gələr gün dincələr artıq bir az dərdim,  
Xəbər gəldi Cənubdan, ah, alovlandı bu yaz dərdim! 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
79 
 
 
Sevincin dostuyam, lakin mənim də öz qəmim vardır,  
Cənublu qardaşımla tez görüşməkdir əsas dərdim! 
  
Əziz qan qardaşım yatdıqca zindanlarda təqsirsiz,  
Sənintək hər zaman tüğyan eylər daşqın Araz dərdim! 
 
Qara güllər açıb bağrımda bu sənsizliyin dərdi,  
Vüsal eşqilə məclisdə olur min telli saz dərdim! 
 
Cənub hicrində çoxdandır sinəmdə qanlı dağlar var,  
Olunmaz möhtəşəm vulkanlı dağlarla qiyas dərdim! 
 
Sənin düşmənlərin, qardaş, sənə işgəncə verdikcə,  
Gözüm qan-yaş tökər seltək, qurar könlümdə yas dərdim! 
 
Süleyman Rüstəməm, artıq tükənmiş səbrim, ey cəllad,  
Olarsan kül, sənə eylərsə əmrimlə təmas dərdim! 
 
1957  
 
 
DƏNİZƏ ÇIXSIN 
 
 
Arzumdur, ömrümdən keçən hər gecəm,  
Həmişə günəşli gündüzə çıxsın.  
Qoca balıqçıtək göllərə deyil,  
Yelkənim dalğalı dənizə çıxsın. 
 
Cənubun dərdinə şahiddir yaşım,  
Savalandan betər ağarıb başım.  
İnansın sözümə bacım, qardaşım,  
Kim istər o eldə qan dizə çıxsın?! 
 
Deyirəm, sönməsin göylərdə Ay, Gün,  
Kim dünən yatıbsa ayılsın bu gün,  
Namuslu bir oğul sayılsın bu gün,  
Adı el içində təmizə çıxsın! 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
80 
 
 
Yanımdan yel kimi ötdükcə hər il, 
Görün nələr deyır bu şair könül:  
Nyu-Yorka deyil, Parisə deyil,  
Mənim uzun yolum Təbrizə çıxsın! 
  
Məndən gileylidir dostlarım bir az,  
Yetir sözlərimi o taya, Araz!  
Süleyman vəfasız olmayıb, olmaz,  
Gəlirəm, lalələr qoy düzə çıxsın! 
 
BİRDİR 
 
Araz! Hər yaz çəmən birdir, o sahildə, bu sahildə,  
Qərənfil, yasəmən birdir, o sahildə, bu sahildə. 
 
Bilirsən ki, suya xəncər, bıçaq vursan da ayrılmaz,  
Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə. 
 
Əzəldən ayrılıq dərdi, vüsal dərdi, vətən dərdi,  
İnandım bir də mən, birdir, o sahildə, bu sahildə. 
 
Ürək telli müqəddəs saz, şeirdən incə xoş bir dil  
Araz, bildinmi sən birdir, o sahildə, bu sahildə?! 
 
Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki,  
Əziz, doğma vətən birdir, o sahildə, bu sahildə! 
1945 
 
KÖLGƏ VAR 
 
Qardaş! Bizim görüşümüz uzun sürmədi,  
Dövran bizə bu vüsalı rəva görmədi.  
İki ürək dərdə düşdü, gözlər ağladı,  
Qarlı dağlar, göy meşələr, düzlər ağladı.  
Sən əlini qaldıraraq dilsiz göylərə,  
Dedin: "Tanrı, köməyim ol, tapdandı haqqım".  
Mənsə böyük ümidlərlə dönüb bir kərə  
Körpüdəki qanım rəngli bayrağa baxdım.  
Yaxşı günlər yadımdadır, o yaman gündən,  
Dərdli Araz sahilində ayrılan gündən – 
Ürəyimdə hicran adlı bir ölkə vardır,  
Gözlərimdə o ölkədən bir kölgə vardır. 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
81 
 
ƏN MÜQƏDDƏS ARZU 
 
Bir arzum da var dünyada - 
Bu şairi salıb yada 
(Sizə açıq deyim niyə) 
Şöhrət deyil, hörmət deyə, 
Kitabımı Arazdakı körpü üstdən assınlar. 
Gənc nəsillər unutmasm bu şairin şərtini. 
Tez köçərsəm bu dünyadan başdaşıma yazsınlar 
İki yerə parçalanmış ürəyimin dərdini. 
 
DÖZƏ BİLMİRƏM 
 
Araz sahilində hər bahar çağı  
Bir an həyəcansız gəzə bilmirəm.  
Hətta, yuxumda da qan qardaşımın,  
Əlindən əlimi üzə bilmirəm. 
 
Gözümdə yaş görüb gülməyin mənə,  
Arazdan deyirəm mən dönə-dönə.  
Təsəlli verirəm özümə, yenə  
Bu ürək ağrımı kəsə bilmirəm. 
 
Baxanda Cənuba gözüm hər səhər,  
Çəkir ordusunu üstümə kədər.  
Dözənlər, bilmirəm, necə dözürlər,  
Mənsə bu hicrana dözə bilmirəm! 
 
SİNƏM OLSUN 
 
İllər keçdi, saç ağardı qar kimi,  
O sahildən ayrılmadı gözlərim.  
Vəfalıyam, o vəfalı yar kimi,  
Qoy qalmasın ürəyimdə sözlərim. 
 
Yetər, yetər yandım hicran oduna,  
Şahid olsun bu arzuma Yer üzü.  
Mən razıyam bir vüsalın adına,  
Sinəm olsun Arazımın körpüsü! 
  
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə