Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   2   3   4   5   6   7   8   9   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
23 
 
Sözü doğruların kürəklərində  
Şallaqların yeri zolaq-zolaqdır. 
 
Ürək necə dözsün bu acı dərdə,  
Gözləri qapayıb min qara pərdə.  
Şairlər vətəni adlanan yerdə  
Edamlı cəsədlər qalaq-qalaqdır. 
 
Ay ellər, qəm yüklü sözümə baxın,  
Məndəki bu ağır dözümə baxın,  
Deyirəm bir daha özümə baxın:  
Bağrımda yaralar yamaq-yamaqdır. 
 
Hicranla döyüşür qələm üz-üzə,  
Vüsalsa hələlik görünmür gözə.  
O tayın dərdindən deyəcək sizə  
Dostlar, nə qədər ki, Süleyman sağdır. 
 
HƏYATDIR MAHNI 
 
Oxucum, ömürlük şair gözümdə  
Məhəbbətdir mahnı, həyatdır mahnı.  
Haqlıdan haqlıyam mən bu sözümdə,  
Qanadsızlara da qanaddır mahnı.  
Həyat yollarında, məncə, hamıya  
Su, hava, çörəktək gərəkdir mahnı. 
 
Vətən torpağına can verənlərə  
Ən ağır cəbhədə köməkdir mahnı.  
Yazıram, pozuram, illər uzunu,  
Canım, ciyərimdir, qanımdır mahnım,  
Onsuz bir günüm də olmayıb mənim,  
Ömürlük adımdır, sanımdır mahnım.  
Quduz, qara yellər heçdir onunçün,  
Sərhədləri aşan sözümdür mahnı.  
Tikanlı məftillər heçdir onunçün,  
Haraylara qoşan özümdür mahnı. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
24 
 
GECƏLİ-GÜNDÜZLÜ 
 
Azadlığıma şahid qanım rəngli bayrağı  
Ömürlük başı üstə saxlayan şairəm mən.  
Hər ilin baharında vəcdə gəlib dilində  
Sözü şəlalələrtək çağlayan şairəm mən. 
 
Ey cənublu qardaşım, doğru yol seçənlərin,  
Səttarxan bulağından büllur su içənlərin,  
Azadlıq vuruşunda canından keçənlərin  
Yarasını şerimlə bağlayan şairəm mən. 
 
Dostunun dostuyam mən, düşməninin düşməni,  
Mən gecəli-gündüzlü anıram hər an səni,  
Gözümdə yaş görməsən, qınama, qardaş məni,  
Ürəyimin gözüylə ağlayan şairəm mən. 
 
MÜBARİZƏ ELAN EDİRƏM 
 
Dəmir kimi kəlmələrdir mənim silahım,  
Şeirlərdir, nəğmələrdir mənim silahım!  
Vaxt olur ki, gözüm düzü düz görməyəndə,  
Mənə çoxdan tanış üzü düz görməyəndə,  
Yolumdakı çöl-düzü düz görməyəndə,  
Gözümə də mübarizə elan etmişəm,  
Özümə də mübarizə elan etmişəm! 
 
Lovğalara, satqınlara, rüşvətbazlara,  
Özlərini sevən arsız şöhrətbazlara,  
Millətini tanımayan millətbazlara  
Hər sözümlə mübarizə elan etmişəm,  
Ər sözümlə mübarizə elan etmişəm! 
 
Azadlığa ölüm hökmü yazan kəslərə,  
Millətlərin dostluğunu pozan kəslərə,  
Haqq yolundan, düz yolundan azan kəslərə  
Söz ordumla mübarizə elan etmişəm,  
Öz ordumla mübarizə elan etmişəm! 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
25 
 
Ağ günümü qara görən cahangirlərə,  
Cinayətlə ömür sürən cahangirlərə,  
Ölümlərə rəvac verən cahangirlərə  
Öz sazımla mübarizə elan etmişəm.  
Hər yazımla mübarizə elan etmişəm! 
 
Başqasının torpağına göz dikənlərə,  
Vətənindən uzaqlarda qan tökənlərə,  
Tarix boyu sinələrə dağ çəkənlərə  
Hər kəlməmlə mübarizə elan etmişəm,  
Hər nəğməmlə mübarizə elan etmişəm! 
 
Harda olsa dərdliyə şad söyləyənlərə,  
Addımbaşı haqlıya yad söyləyənlərə,  
Günə, aya görünmə, bat söyləyənlərə  
Amalımla mübarizə elan etmişəm,  
Cəlalımla mübarizə elan etmişəm! 
 
Yerdə-göydə müharibə aşiqlərinə,  
Bizə qarşı qəfil zərbə aşiqlərinə  
Qan püskürən bu dəbdəbə aşiqlərinə  
Mən amansız mübarizə elan etmişəm,  
Sülhçün qansız mübarizə elan etmişəm! 
 
OXUCUMA 
 
Oxucum, vətənə məhəbbətimi  
Mənim bu döyünən ürəyimdə gör.  
Ulu millətimə sədaqətimi  
Sonsuz arzumda gör, diləyimdə gör. 
 
Oxucum, şeri gör sözün düzündə,  
Şairtək yerimi bu Yer üzündə  
Ürəyimin qoşa saf güzgüsündə - 
Mənim bu ikicə bəbəyimdə gör. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
26 
 
Mahnımın dillərdə səslənməsini,  
Sevən könüllərdə səslənməsini,  
Dost, qardaş ellərdə səslənməsini  
Halal duzumda gör, çörəyimdə gör. 
 
GƏRƏKSİZ DEMƏSİNLƏR 
 
Nəvəm Günəşə 
 
Çalış öz zəhmətinlə ömrünü ağgünlü gör,  
Sənə süfrəsi duzsuz, çörəksiz deməsinlər.  
Hər dərdlinin halına ürəyin yansın gərək,  
Sənə ellər içində ürəksiz deməsinlər.  
Özünə min dost qazan, vətənə, xalqa bağlı,  
Haqqında dar günündə köməksiz deməsinlər.  
Şənlik məclislərində ətir yağdır dilindən,  
Ömür bağçası gülsüz, çiçəksiz deməsinlər.  
Daha gözəl günlərin sorağında çıx yola,  
Dostlar sənə arzusuz, diləksiz deməsinlər.  
Zirvələrin yolunu şair babamdan öyrən,  
Üzünə zəfər günü çələngsiz deməsinlər.  
Haray çəkənə hay ver, sənin Günəş adına  
Gərəksiz deməsinlər, gərəksiz deməsinlər! 
21 iyul 1985 
 
 
MƏHƏBBƏTİMDİR 
 
Məni zirvələrə pərvazlandıran  
Baharı xəzansız səadətimdir.  
Mənə döyüşlərdə zəfər çaldıran  
Eldən dərs aldığım cəsarətimdir. 
 
Mənə dinclik sozü yaddır həyatda,  
Özünü düşünsən qalmazsan yadda. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
27 
 
Tükənməz sərvətim bu kainatda.  
Vətənə, millətə sədaqətimdir. 
 
Bəşərə xidmətçin yaranmışam mən,  
Onun düşməninə düşmənəm, düşmən.  
Ağzıgöyçəklərin - bilir el, vətən  
Başlarına bəla xasiyyətimdir. 
 
Əbədi, günəşli düz yolu seçmək,  
Dostluq bulağından birgə su içmək,  
Bir amal uğrunda canından keçmək  
Bütün nəsillərə vəsiyyətimdir. 
 
Süleyman Rüstəməm, ürəyi təmiz,  
Açıq süfrəsində çörəyi təmiz.  
Vicdanı, arzusu, diləyi təmiz,  
Bu yolda bayrağım məhəbbətimdir! 
 
17iyul l985 
 
 
GÜCLÜDÜR, MƏNCƏ 
 
Doğma vətənimin gülüstanına  
Qoymaram uzansın hər qara pəncə.  
Ağ günümə düşmən kim olur-olsun  
Murdar varlığmı döndərrəm heçə. 
 
Ərzə qorxu yoxdur bizim ölkədən,  
Əlimiz uzaqdır qandan, ləkədən.  
Sülhü qorumaqçün hər təhlükədən  
Nəğmə yarağımı qoymuşam dincə. 
 
Sülh deyə səslənir sazımın simi,  
Qoy ellər dinləsin bu haqq səsimi.  
Dilsiz bir körpənin ilk təbəssümü  
Atom silahından güclüdür, məncə. 
  
 
 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə