Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə30/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   26   27   28   29   30   31   32   33   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
136 
 
Gümüş kimi ağ samovar,  
İpək yorğan, ipək balış.  
Belə evdə hiss edilməz,  
Qopsa tufan, yağsa yağış.  
Gözə çarpır pianonun  
Dillərində barmaq yeri.  
Böyük xalı üzərində  
Qədəm yeri, ayaq yeri.  
Qonaqlara qaş, göz edir  
Şkafdakı piyalələr.  
İnsan bir el bayramına  
Düşdüyünü xəyal elər.  
Düzülmüşdür sıra-sıra  
Büllur vaza, çini kasa.  
Yadlar görsə bu cəlalı,  
Düşər dərdə, batar yasa.  
Daş aynanın dövrəsində  
Ailənin şəkilləri  
Hər şəkilsə xatırladır  
Ötən mənalı illəri.  
Ev sahibi söhbət açır  
Öz varından, dövlətindən.  
Kolxozçunun məna dolu  
Ağ günündən, zəhmətindən:  
"Hər kimin ki, qeyrəti var,  
Məhəbbətlə işləyəcək.  
Yaxşı deyib bizim ellər:  
Kim işləsə dişləyəcək.  
Nə gizlədək, işləmişik,  
Bunu görür, bilir hamı.  
Bir orduya bərabərdir  
Bizim kəndin hər adamı...  
Vətənə tez dönüm, deyə,  
Cumurdum qan ocağına.  
Tapdayaraq tüpürürdüm  
Faşistlərin bayrağma. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
137 
 
Artıq doğma kəndimdəyəm,  
El içində hörmətim var.  
Kolxozun bu cəlalında  
Az da olsa zəhmətim var...  
Fəxr edirəm şöhrətimlə,  
Bu kolxozun mənəm sədri.  
Məhsuluma göz gəzdirin,  
Bu "ənbərbu", bu da "sədri".  
Mənimdir bu ətirli çay,  
Qızıl tütün, bu yağ, bu bal,  
Ağızlardan dadı getməz  
Bu turş limon, bu portağal.  
Qarışdıqca tər torpağa,  
İstiqbalın özü gülür...  
Düşmənlərin, zaman-zaman  
Yeyəcəkdir qurd içini.  
Yuvasını burda tikib  
Haqqın, sülhün göyərçini!"  
Bu an evin şux gəlini,  
Süfrəmizə xörək verdi.  
"Toxuq" dedik; kolxozçular  
Yenə bizə ürək verdi.  
Ömrümüzdən, gülə-gülə,  
Gəlib gedir dəqiqələr.  
Deyirəm ki, neçin bizi  
Tez tərk edir dəqiqələr?! 
 
* * * 
Çox məzəli bir oğlan var  
Süfrəmizin o başında.  
Sanki onun ürək sözü  
Yazılmışdır göz-qaşında.  
Həmin oğlan yeyə-yeyə,  
"Ənbərbu"nun plovundan,  
Gülə-gülə dastan deyir 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
138 
 
Öz dünənki qaz ovundan:  
"Marığımda sübhə kimi  
Qızıl qazdan ayıq durdum.  
Mahalda bir quş qalmadı...  
Belə atdım, belə vurdum.  
Tər tökərək yük altında  
Döndüm kəndə, çantam dolu.  
Ayağıma qanad taxıb,  
Bir nəfəsə gəldim yolu.  
Budur mənim məsləhətim  
Getməyin heç qaza, dostlar.  
Köhnə dostlar tanır məni,  
Qoy tanısın taza dostlar.  
Yoxsa şübhə edirsiniz?  
Qoy söyləsin atam özü.  
Bəzən tərif edə bilmir  
Öz işini adam özü".  
Altdan-altdan öz oğlunu  
Göz ucuyla süzdü ata.  
Bu məzəli gənc ovçuya  
Güldü çiyin ata-ata.  
Bu söhbətə süfrədəki  
Qızardılmış qaz da güldü.  
Sanki, mən də varam, deyib,  
Divardakı saz da güldü.  
Hamı güldü... O gülmədi...  
Dedim: "Dava topsuz olmaz.  
Gözəl deyib ellər bunu:  
Ovçu qardaş gopsuz olmaz!  
Asan deyil qaza getmək,  
Göl var, dizdən dərin olur.  
Ov mövsümü ovçuların  
Yalanı da şirin olur".  
Cavan ovçu gülümsədi,  
Mən dəyişdim söhbətimi.  
Qonaqlıqda olanlara 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
139 
 
Bildirdim öz hörmətimi,  
Söhbətləri dinləyərək,  
Coşdu birdən kənd həkimi:  
"Deyin, görüm, yeni kəndi  
Bilən ham mənim kimi?  
Burda qulaq asmadığım  
Varmıdır bir ürək, deyin.  
Getmişdirsə heçə, boşa  
Çəkdiyimiz əmək, deyin?!  
Bizim xoşbəxt kəndimizdə  
Kədər nədir, ələm nədir?!  
İnsanların varlığını  
Məhv eləyən vərəm nədir?..  
Bir pəhləvan qüvvəti var  
Zəhmət sevən biləklərdə.  
Xoş arzular çiçəklənir,  
Düz döyünən ürəklərdə.  
Bizim ellər görməyəcək  
Nə qızdırma, nə yatalaq.  
Cavanların yanağına  
Çırtma vursan, qan damacaq.  
Bağlamışıq könlümüzü  
Bir məqsədə, bir məsləkə.  
İstiqbalın yollarında  
Nə qorxu var, nə təhlükə.  
Dayanmışıq biz həkimlər  
Sağlamlığın keşiyində.  
İnsanlara göz oluruq  
Körpəlikdən beşiyində".  
Qalxdı qoca bir kolxozçu  
Öz yerindən cəld ayağa.  
Baxan onu bənzədərdi  
Başı gümüş qarlı dağa.  
Dedi: "Yeyin, için, dostlar,  
Süfrəmizdə boldur çörək.  
Cavan oğlan, nə durmusan, 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
140 
 
Piyaləmi doldur, görək!"  
Bu qocanın ürək sözü  
Əks elədi dağa, daşa... 
 
* * * 
Biz küçəyə çıxan zaman  
Gördük hələ kənd oyaqdır.  
Xoşbəxt evlər, gen küçələr  
Başdan-başa çil-çıraqdır.  
Yeni nəğmə qönçələnir  
Gəlinlərin dodağında.  
İnsan oğlu nəfəs alır  
Səadətin qucağında.  
Ulduzlarsa sönür bir-bir,  
Göy üzündə gecəyarı.  
Ulduzlara acıq verir,  
Yeni kəndin işıqları! 
 
Boladı, 1948 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
141 
 
MƏSUMƏ 
 
Olmuş hadisədir 
 
Sərgərdan yaşından illər boyu sən, 
Bir zindan kəsildi qəlbinə vətən. 
Atan əkib biçdi, döydü, nə fayda, 
Bir pud da düşmədi payına ayda. 
Hökumət istədi, ağa istədi
O verdi, onlarsa yenə ver dedi. 
Sevinc qapınızdan çox uzaq keçdi, 
Yalnız ərbabların günü ağ keçdi. 
Ailə acından ölməsin, deyə, 
Əcəl zəfər çalıb gülməsin, deyə, 
Səni vaxtından tez verdilər ərə, 
Bir şey aparmadın getdiyin yerə. 
Orda da ehtiyac, orda da aclıq, 
Dərdin öz vəznindən qatbaqat artıq. 
Dilin qabar çaldı, acam, deməkdən, 
Bir kömək olmadı göydən, fələkdən. 
Bir oğul gətirdin dünyaya heyhat
Yenə də gülmədi üzünə həyat. 
Bir gün həbs edildi ömür yoldaşın 
Vərəqə yayarkən... 
Ağardı başın. 
Bağlandı üzünə bütün qapılar, 
Bəlkə, bu dərdlərə çarə tapılar, - 
Deyə bürünərək cırıq yorğana, 
Qoşuldun şəhərə axan karvana. 
Daş-kəsəkli yollarla zülümdən qaça-qaça, 
Aclıqdan, susuzluqdan ölümdən qaça-qaça, 
Qucağında tək balan qoca Təbrizə gəldin, 
Burda da ehtiyacla, dərdlə üz-üzə gəldin. 
Öz ana vətənində nə iş tapdın, nə çörək, 
Xəstə ciyərlərində düyümləndi öskürək. 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə