Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə60/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   56   57   58   59   60   61   62   63   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
247 
 
MİKAYIL RƏFİLİ 
 
 
Yorğunluq nədir bilməyən bu adam bizim ədəbiyyatımız üçün az iş 
görməmişdir. Mikayılın  ədəbi fəaliyyəti təqdirəlayiq bir fədakarlıqdır. Bəli, 
Mikayıl Rəfili böyük alim idi. O, alim kiıni yüzlərlə  gəncin gələcəkdə elmi 
rütbə qazanması üçün çox xeyirxah zəhmət çəkmişdir. Mikayıl yüksək 
mədəniyyətə, biliyə malik bir şəxsiyyətdi. O, çox qaynar bir həyat sürdü. 
Mikayıl həmişə  hərəkətdəydi, mənə elə  gəlir ki, dünya ədəbiyyatı  xəzinəsinin 
elə bir nadir incisi tapılmazdı ki, Mikayıl onu bilməmiş olaydı. Özünün çox 
zəngin bir kitabxanası vardı ki, vaxtilə çoxumuz oradakı kitablardan az istifadə 
etməmişik. O, dostluqda möhkəm və səmimi idi. Şairliyinə gəldikdə, onun bir 
sıra dəyərli, səmimi, obrazlı dillə yazılmış  şeirləri vardır ki, onlar indi də öz 
mahiyyətini, təravətini itirməmişdir. 
Dünya klassiklərindən etdiyi müvəffəqiyyətli tərcümələr, teatr tamaşalarına 
yazdığı  məqalələr də olduqca diqqət sayandır. Çoxumuz onunla uzun illər 
dostluq etmiş və bir süfrədə duz-çörək kəsmişik. 
Mikayıl məclislərdə çox hazırcavab və zaraftcıl adam idi. Onun olduğu 
məclislərdə vaxtın nə zaman gəlib keçdiyini hiss etməzdin. Dostlarnıı özüylə 
zarafat etməyə özü həvəsləndirərdi. Adam var ki, iki cümləsini eşitdinmi, 
darıxırsan, canını  əlindən qurtarmağa çalışırsan. Ancaq Mikayılı biz özümüz 
axtarırdıq ki, gərgin yaradıcılıq zəhmətindən sonra onunla şən dəqiqələr keçirə 
bilək. 
Dostlar arasında bir küsülülük oldumu Mikayıl dərhal işə girişib küsülüləri 
barışdırardı. Mikayılın yanında biri qeybət etdinmi, o tez söhbəti başqa səmtə 
aparardı. 
- Bəsdir, həyata fəlsəfi baxmaq lazımdır. Belə söhbətlə ancaq özünüzü 
vaxtından tez qocaldarsınız - deyərdi. 
Şəxsən mən onunla 1927-ci ildə "Maarif və mədəniyyət" məcmuəsinə katib 
təyin olunduğum zaman yaxından tanış oldum. O vaxt Mikayıl həmin 
məcmuənin katibi idi. O, çoxumuzun ilk gənclik  şeirlərinə  məcmuənin 
səhifələrində az yer verməmişdir. Məmməd Rahimin, Mikayıl Müşfiqin,  Əli 
Nazimin,  Əbdülbaqi Fövzinin, mənim və digər gənc  şairlərin  şeirlərini 
məmnuniyyətlə  dərc etməklə yeni sovet ədəbiyyatının gənc nümayəndələrinə 
öz məhəbbətini bildirərdi. 
Mən  ən ciddi, ən qaraqabaq adlanan adamlarda belə yumor və zarafat 
axtarmağa çalişanlardanam. Mikayılın həyatında bir çox gülüş, təbəssüm 
doğuran cəhətlər olmuşdur ki, bunlardan  danışmaya 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
248 
 
Bilmərum. Bizim şənliyimiz Mikayılsız keçmirdi. Bəzi adamlar görürsən ki, 
hər il özü üçün yeni tərcümeyi-hal düzəldir, yerinə görə gah yaşını azaldır, gah 
da çoxaldır. 
Mikayıl belə deyildi, biz hər il onun anadan olan gününü qeyd etmək üçün 
evində toplaşardıq. Lakin yaşının neçə olduğunu öyrənə bilmirdik. Birimiz ilk 
piyaləni qaldırıb deyərdi: 
- Mikayıl, piyaləni sənin şərafinə qaldırmışıq. Bu gün yaşının neçə olduğu 
söyləməsən içməyəcəyik. 
O savabında: 
- Rəhmətlik uşaqları, yaşımla nə  işiniz var, yeyin, için, kefə baxın! - 
deyərdi. 
Hər il onun anadan olan günündə aldığımız cavab buna bənzər olurdu. 
Mikayılın incə, həssas qəlbi vardı. Mən çox vaxt onun gözlərinin yaşardığını da 
görmüşəm.  Ənvər Məmmədxanlı ilə  də onun dostluğu, incə zarafatı vardı. 
Hətta bir dəfə Mikayıl mənə dedi ki, Ənvəri istəyirəm bir işə salam. Fikirləşib 
tapmışam. Teatrın butafor sexindən yaxşı  ağ-saqqal alacağam, yapışqanla 
sifətimə yapışdırıb, yaxşı qrimlənib maşınımla onun qapısında gözləyəcəm. 
Ənvər küçəyə çıxanda məni daşbaşçı sürücü biri hesab edəcək. Maşına minib 
filan küçəyə sür deyəcək. Mənə  də elə bu lazımdır. Maşını  dəlicəsinə sürətlə 
sürəcəyəm, harayına fikir vermədən onu birbaş yasamal altına aparacağam. 
Ənvəri lap xəlvət bir yerdə düşürüb geri qaçacağam. Qoy şəhərə piyada 
qayıtsın. 
Ona dedim: 
- Mikayıl, Ənvərin səni tanıya bilməyəcəyinə əminsən? 
- Bəs necə? O qalın gözlüyün dalından məni dediyim görkəmdə tanıya 
bilməyəcək. 
Müəyyən səbəblərə görə Mikayıl bu arzusunu yerin yetirə bilmədi. 
Yadıma Moskvada keçirdiyimiz illər düşür. 
Mən 1929-ci ildə Bakı universitetindən 1-ci Moskva darülfünunun 
ədəbiyyat fakültəsinə köçürüldüm. Mikayıl Rəfili də  həmin darülfununda 
məndən yuxarı kursda təhsil alırdı. Mikayılın həmkurslarından, dostlarından 
biri də tatar xalqının qəhrəman oğlu şair Musa Cəlil idi. Məni onunla Mikayıl 
tanış etdi. O zaman rus yazıçılarından Vadim Kojevnikov, Viktor Qusev, Pavel 
Jeleznov, Pavel Pançenko, Şipirt, Voytinskaya, Aleksandr Oyslendr və 
başqaları mənimlə bir fakültədə təhsit alırdı. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
249 
 
Mən o vaxt yaşayış üçün darülfünuna yaxın bir yerdə kiçik bir otaq, yaxud 
bir guşə axtarırdım. Moskvada tez-tez otaq dəyişdirən Mikayılın təcrübəsi 
olduğundan kömək üçün ona müraciət etdim. 
Moskvanın axşam qəzetində ("Veçernyaya qazeta") o vaxt müxtəlif 
mövzuda qəribə elanlar olurdu. 
Bir tələbə kimi pula qənaət etmək məqsədilə Mikayıl qəzetə  mənim üçün 
müxtəsər, yığcam belə bir elan yazdı: "İşu, kom. ili uq. u od. j. v sentre". 
Elanın mənası bu idi: "İşu komnatu ili uqolok u odinokoqo jelatelno v 
sentre". 
Bu elan qəzetdə çıxandan sonra Moskva yazıçılar ittifaqına adına məktublar 
yığmağa başladı. Yazıçılar  İttifaqında çalışan qadınlar bu məktubları  mənə 
verəndə  nədənsə gülümsəyirdilər. Yəqin bir həftənin içində  mənim bu qədər 
tanışı haradan tapdığıma təəccüblənirdilər. Bəli, adıma gələn məktubların 
hamısı qadınlardan idi. Mən özüm də heyrət içindəydim. 
Məsələn bir qadın yazırdı: "Ərim rəhmətə gedib, yalnızam, sizə mənzilimdə 
yer verə bilərəm". 
O biri yazırdı ki, şəharin mərkəzinə yaxın bir yerdə yaşayıram,  ərimdən 
boşanmışam, bir uşağım var və i.a. 
Məktubların çoxu bu mövzuda idi. 
Məni heyrət aldı. Sən demə başıma bu oyunu gətirən elanı yazarkən pula 
görə sözə qənaət etməyimiz olmuşdur. 
Moskvanın bir para dul qadınları elanımızı bu sayaq başa düşüblər: "İşu 
komnatu ili uqolok u odinokoy jenşinı v sentre". 
Mən gileyləndim ki, Mikayıl, sən bu elanı bilə-bilə ikibaşlı yazmısan. O, 
cavabında məni inandırdı ki, elandan, tesadüfən belə bir məna çıxıbdır. Sonra 
əlavə etdi: 
- Qəm yemə, gəl gedək bu dul arvadlara tamaşa edək. Həm də bəlkə bir ev 
xoşuna gəidi, orada qalmağa razı oldun. 
Bəli, daha bir evə getdik. Burada hekayə tamamlandı. Bu evdə bir kişi 
oturmuşdu. O, bizdən vəsiqə tələb etdi. Sən demə, mülki geyimdə olan bu adam 
milis orqanından imiş. Elanımız milis idarəsində  şübhəyə  səbəb olmuşdu. Bu 
adam vəsiqələrimizi yoxladı.  Şübhədən çıxandan sonra bu ahvalata o da 
bizimlə birgə qəhqəhə çəkdi. 
Yadıma 1934-cü ildə Moskvada keçirilən Sovet yazıçılarının birinci 
ümumittifaq qurultayı günləri düşür. Burada köhnə dostlarla 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə