____________________Azərbaycan Milli Kitabxanası___________________
238
VLADİMİR MAYAKOVSKİ
Sovet poeziyasının ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə
gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən
Mayakovski ilə görüşüm və əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq
həyatıma xeyirxah təsir buraxmışdı. İllər ötdükcə Mayakovskinin əvəzedilməz,
təkrarolunmaz, inqilabi poeziyası mənə daha qiymətli, daha canlı, daha yaxın
görünür.
Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə
yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara
rast gəlirik.
Bu yaxınlarda bir təşkilatdan mənə belə sual verdilər: "Mayakovski Bakıda
olarkən aşıqlarla görüşməsi və bir aşığın sazına rus aşığından Azərbaycan
aşığına" sözünü yazması doğrudurmu? Bir jurnalist bizə bu haqda bir məqalə
yazmışdır. Mən bu sualı verən yoldaşa bildirdiın ki, Mayakovski Bakıda
aşıqlarla görüşmədiyinə görə bir aşığın sazına, deyilən sozü də yaza bilməzdi...
Mayakovskinin şeirlərilə 1925-ci ildən tanışdım. Onun özünə və
yaradıcılığına dərin hörmət və məhəbbət bəsləyirdim.
Ədəbiyyata təzəcə həvəs göstərdiyimiz və rus sovet şairlərindən öyrənməyə
can atdığımız illər idi.
O zaman rus sovet şairlərinin əsərlərini diqqətlə izləyib öz respublikamızda
yeni inqilabi sovet ədəbiyyatı uğrunda mübarizə aparırdıq. "Sənət sənət
üçündür" nəzəriyyəsinin tərəfdarları, mücərrədçilər, formalistlər, simvolistlər
yaranmaqda olan yeni poeziyamızın inkişafına əngəl törətmək istəsələr də,
onlar öz arzularına nail ola bilmirdilər.
O zaman respublikamızın daxilində künc-bucaqda maskalanmış
pantürkistlər, millətçilər Azərbaycan yazıçılarının öz rus qələm dostlarıyla
yaxınlaşmasına mane olmaq istəyirdilər. Onlar iradəsi zəif, sinfi görüşü
yetişməmiş, bəzi gəncləri həqiqət yolundan müvəqqəti azdırsalar da, lakin öz
murdar niyyətlnrinə nail ola bilmirdilər...
Mətbuat səhifələrində tez-tez rus yazıçı və şairlərinin gözəl əsərlərini çap
edib geniş oxucu kütlələri arasında yayırdıq. O illərdə Moskvadan Bakıya tez-
tez yazıçılar və şairlər gəlirdi. Onlarla yaxınlaşan görüşümüz yeni inqilabi
poeziyamızın inkişafı üçün çox xeyirli olurdu.
____________________Azərbaycan Milli Kitabxanası___________________
239
Məsələn, dahi sovet yazıçısı Maksim Qorkinin Bakıya gəlməsi və biz gənc
yazıçılarla müsahibəsi ədəbiyyatımızın inkjşafı üçün cox əhəmiyyətli bir
hadisə oldu.
Mayakovski Bakıya 1927-ci ilin dekabr ayında gəldi. Onun şeir gecələrinin
iri, maraqlı afişaları Bakı küçələrinin bəzəyi oldu. Azərbaycan proletar
yazıçıları cəmiyyəti indiki Akademiya binasının ikinci mərtəbəsində yerləşirdi.
Mən cəmiyyətin məsul katibi vəzifəsində çalışırdım. Gənc və şair dostlarım
Mayakovski ilə necə görüşmək haqda söhbət edirdi. Onun yanına nə zaman
gedəcəyimizi düşünürdiik. Bir qədər sonra mən qapı arxasından gələn cürətli
sərt addım səsləri eşitdim. Qeyri ixtiyari, lapdan yoldaşlarıma: "Odur,
Mayakovski özü bura gəlir" dedim.
Mənim bu sözüm həqiqətə çevrildi. Qapıdaıı içəri ucaboylu enli kürəkli,
uzun qollu bir adam girdi. Cəld ayağa qalxdıq. O iki iri addım atmaqla bizim
stola yaxınlaşdı. Əllərimizi bir-birimizə uzatdıq.
O: - Mayakovski - dedi. Sevincimizin dərəcəsini dillə demək çətindir.
Oturub söhbətə başladıq. Mayakovskinin söhbətə başlaması o qədər sadə və
səmimi oldu ki, biz özümüzü çox sərbəst hiss etdik.
Mayakovski təşkilatımızın nə kimi ədəbi qüvvəyə malik olmasıyla
maraqlanırdı. O, bizdən nəşriyyatlarla əlaqəmizi, kitablarımızın necə
yayılmasını soruşdu.
Onu bizim əsərlərimizin mövzusu, Bakı neflçilərinə nə kimi əlaqəmiz
olduğu çox maraqlandırırdı. Söhbət əsnasında dedi ki: "Bizə əsərlərimizi
özümüz üçün yazmırıq. Özümüz üçün yazsaydıq nəşr etməyə ehtiyac qalmazdı.
Biz əsərlərimizi geniş oxucu kütlələri üçün yazırıq. Buna görə də ilk növbədə
əsərlərimizi onlara oxuyub fikirləi öyrənməliyik. Xüsusilə siz Bakı şairləri
fabrikalarda, zavodlarda fəhlələrlə, mədənlərdə neftçilərlə əlbir işləməlisiniz.
Bunsuz yeni ədəbıyyat yaratmaq olmaz. Sizin oxucularınız onlardır! Oxucusuz
şair olmaz
Biz ona harada və nə kimi çıxışlar etdiyimizdən danışdıq.
Mayakovski Moskvada yaşasa da, bizim Baki həyatilə yaxından tanışdı.
Ədəbiyyatımız haqqında ötərgi məlumatı vardı.
O, bizə deyirdi: "Gənclər üçün müvəffəqiyyətdən baş gicəllənməsi qorxulu
xəstəlikdir". Sonra Mayakovski dedi:
"Klublarda, mədəniyyət saraylarında təşkil etdiyımız gecələrə kütlələrdə
maraq, ehtiyac oyatmaq lazımdır. Qoy oxucularda
____________________Azərbaycan Milli Kitabxanası___________________
240
şairlərin yeni əsərlərini dinləməyə daxili, bədii ehtiyac oyansın. O şairin şerinə
məhəbbət bəsləyən, onu dinləməyə ehtiyac hiss belə gecələrə axın-axın gələr.
Bunun böyük əhəmiyyəti var".
Biz onunla iki saata qədər səmimi söhbət etdik. Böyük şair qardaşımız
Vladimir Mayakovskinin Bakıya gəlişi və bizimlə açıq, söhbət etməsi
hamımızda böyük ruh yüksəkliyi oyatdı.
Müsahibədən sonra küçəyə çıxdıq. Onunla birlikdə şəhərin küçələrini
gəzərkən yol keçənlərin hamısı dönüb heyran-heyran bu pəhləvan gövdəli, iri
addımlı şairə baxırdı.
Hamı - Mayakovski... Mayakovski... deyirdi. Mayakovskinin ədəbi
gecələrindən biri mədəniyyət sarayında (İndiki akademiyanın binasında) oldu.
Salon ağzına qədər adamla dolu idi. Burada əsas etibarilə ziyalılar, müəllimlər,
mühəndislər, yazıçılar, tələbələr toplanmışdı.
Biz gənc şairlər salonun orta sıralarında bir yerdə oturmuşduq. Bizi gecəyə
şəxsən Mayakovski özü dəvət etmişdi. Budur, Mayakovsk: səhnədə göründü.
Salon hərəkətə gəldi. Alqış sədaları salonu bürudü. Gecəni özü açıb özünə söz
verdi. O, salondakılara ən gözəl əsərlərindən biri olan "Xoroşo" poemasını
oxudu. Mayakovski poemanı oxuyub qurtarandan sonra hamımız onu ürəklə
alqışladıq. Bir nəfər ona belə yazmışdı: "İnsanın qəlbində boşluq olanda, onun
iki çıxış yolu var. Biri susmaqdan digəri isə bağırmaqdan ibarətdir. Siz nə
səbəbo ikinci yolu seçmisiniz?"
Mayakovski əsla pərt olmadı. Lakin biz onun halına acıyırdıq. Onu ürəkdən
sevən, poeziyasına pərəstiş edənlər cərgəsində tək-tük nadanların olması və
belə hərəkət etməsi bizi əsəbiləşdirirdi. Mayakovski bu sualın müəllifinə belə
cavab verdi:
Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da var. O da belə
axmaq suallar yazmaqdan ibarətdir.
Btün salon gülüşdü. O bu cavabilə bizim ürəyimizdən tikan çıxartdı. O vaxt
bir para adamlar unudurdular ki, Mayakovski artıq yaşıl koftalı Mayakovski
deyildir.
Mayakovski bir sıra ölməz poemaların və şeirlərin müəllifidir.
Mayakovskinin günləri Bakıda çox mənalı və səmərəli keçirdi. Fəhlələrin
xahişilə Mayakovski ilə birlikdə Paris Kommunası tərsanəsinə getdik.
Bu göruş günorta yeməyi saatında oldu.
Dostları ilə paylaş: |