____________________Azərbaycan Milli Kitabxanası___________________
313
Görünür. bu nadan dünya mədəniyyətindən, ədəbiyyatdan xəbərsizdi.
Cahildi... Təhqiramiz məktuba mən bu şeirlə cavab verdim.
Mən sənin dilinə dəymirəm, sən də,
Gəl mənim bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən –
Yan deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!
Mən ağa ağ dedim, qaraya qara.
Sən məni istədin çəkəsən dara.
Təzəcə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Bu şeir bütün Təbrizə yayıldı. Dostlarımız aldığım məktubun azəri xalqının
düşmənləri tərəfindən yazıldığını bildirib mənə təsəlli verirdilər. Nə isə, bir
imzasiz məktub da gəldi. Ona da bu misralarla başlayan şeirlə cavab olaraq
yazdim.
Kim nə deyir desin, kim gülür gülsün,
Mən də öz yerində gülən şairəm.
Ağzın süd qoxuyur, körpəsən hələ
Mən xalqın dilini bilən şairəm!
Vətənim öl desə, ölən şairəm.
Bu şeirdən sonra imzasız məktubların arası kəsildi.
Bu şeri, xüsusilə "Dilimə dəymə" şerimi Cənubi Azərbaycanda gənclər,
məktəblilər əzbərləyib səhnədə oxuyurdular.
Cənubi Azərbaycanda azadlıq hərəkati müvəqqəti yatırılan zaman çox
oğullar qurban getdi. Hətta Tehrandan Təbrizə varid olan qoşun qabağında
azəri balalarını qurban deyə boğazdan kəsmişdilər. Təbrizdən qayıdan
Cəbrayılov yoldaşın dediyinə görə, hər yerdə mənim "Dilimə dəymə" şerimi
oxuyan gənci söyə-söyə, döyə-döyə öldürüblər.
"Dilimə dəymə", "Vətən yandı", "Təbrizim" və qeyri şeirlərimə nəzirələr
yazan, mənə şeir ithaf edən gənc şairlər də vardı. Mən
____________________Azərbaycan Milli Kitabxanası___________________
314
Cənubi Azərbaycanda bir ildən artıq oldum. Bu müddətdə kişilərə qardaş,
yaşlı qadınlara ana, qızlara baci gözüylə baxdım.
Cənubi Azərbaycanda olduğum müddətdə kimsənin rütbəsinə, şöhrətinə
qarşı özümdə qısqanclıq əlamətı duymadım. Vaxtımı həmişə xalq arasında
keçirməyə çalışdım.
Orada məndən başqa da azəri sovet yazıçı və şairləri vardi. Osman
Sarıvəllinin də bir sıra gözəl, tutarlı, hədəfə dəyən şeirləri cənublular tərəfindən
sevilə-sevilə oxunurdu. Orada ziyalılarımızdan bir nəfər də vardı. Mən onu
içərisində görmürdüm.
O mənzilində yağlı yeməklər yeməklə və şair qardaşını ağızdolusu təriflə və
başqa şairlərlə müqayisə edərək üstün tutmaqla məşğuldu.
Şeirlərimə görə qazandığını az-çox hörmətə qarşı onda böyük qısqanclıq
hisslərinin coşduğunu görürdüm. Məni istər bizim konsulluqda və istərsə
Təbriz rəsmi orqanları tərəfindən verilən ziyafətlərə tez-tez dəvət edərdilər.
Bu ziyalı dostumuz bunu özünə dərd edərdi. Əziz Əliyevi və başqa
yoldaşları bu münasibətlə məzəmmət edərdi. Nəhayət, bir axşam bizim
yoldaşlar qubernatorun verdiyi ziyafətə onu da apardılar. Banketdə Avropa
qaydasıyla hamı ayaq üstə yemək yeyirdi.
Bizim dostumuz məclisə ləkəli, yağlı paltarla gəlmişdi. Məclisə plov
gələndə özündən uzaqda olan bir yoldaşı bağıraraq yanına çağırdı. Plova
qaşıqla yox, pəncəylə hücum etdi. Bunu görən Əziz Əliyev mənə dedi ki,
"Süleyman, biabır olarıq, get o yoldaşlara de ki, xəlvəti məclisdən çıxıb
getsiniər".
Mən bunu edə bilməyəcəyimi bildirdim.
Bu axşamkı banketdən birtəhər üzüsulu evə qayıtdıq. Əziz Əliyev yoldaş
həmin dostumuzu xeyli məzəmmət etdi. Daha bundan sonra təşkil olunan
qonaqlıqlara onu aparmadılar.
Həmin dostumuz isə bunun günahını özündə yox, məndə görürdü. Onun
fikrincə, biz hamımız gərək bütün rəsmi məclislərdə, banketlərdə, yığıncaqlarda
bir sözlə, hər yerdə onun qardaşından danışmalı idik. Halbuki qardaşının buna
heç ehtiyacı yox idi.
Arada mən Bakıda olduğum zaman öyrəndım ki, həmin dostumuz şair
qardaşina məktub yazıb məndən şikayətlənmiş.
Mən hər yerdə, hər zaman bir sovet adamı olduğumu nəzərə almışam.
Həmişə vətən və xalq işində bacardığım qədər çalışmağa can atmışam.
____________________Azərbaycan Milli Kitabxanası___________________
315
Bunu qələm dostlarım yaxşı bilirlər.
Müharibənin ən gərgin çağları idi. Bakıya qayıtdım. Bakıdan isə cəbhəyə,
milli diviziyalara əsgərlər arasında çalışmağa getməli idik.
Təbriz, təbrizlilər gözlərimin qabağından getmirdi. Xüsusilə biz Təbrizə ilk
dəfə gələndə bir konsertdə bir az yoxsul geyinmiş beş-altı qız səhnədə xalça
üstdə oturub mahnı oxuyurdu. Bu mahnının bir bəndi indi də yadımdadır.
Gülüstan bağının qapısı dəmir,
Əlini ver əlimə, şurəvi gəlir.
HƏKİMLƏR CASUS TUTUB
Bəli, biz xaricdə idik. Müharibənin gərgin zamanı hər cür xeyrimizə
olmayan hadisələrdən qorunmağı bacarmalı idik. Hər birimiz sayıqlığı nəzərdən
qaçırmamalıydıq.
Çünki düşmən çox hiyləgərdi. Hər yerdə onun adamları ola bilərdi.
Təbrizdə bir qrup azəri həkimi vardı.
Bu həkimlər əhaliyə böyük yardım göstərirdi. Hətta Təbrizdən başqa digər
mahallara gedib yerində cənublu qardaşlarımıza, bacılarımıza tibbi kömək
əllərini uzadırdılar.
Təbrizin özündə bir sovet xəstəxanası da açılmışdı. Bu xəstəxanada
təmənnasız xəstələri müalicə edirdilər. Ümumiyyətlə, İranda xəstələrin
vəziyyəti çox fəna idi. Apteklərdə dərman çox baha qiymətə satılırdı.
Yoxsulların dərman almağa qüvvəsi çatmırdı. Mustafa Quliyev və Qədimov
kimi həkimlərimizin şöhrəti bər yerdə yayılmışdı.
Həkimlərimiz həmişə xalq arasında olurdu.
Onların yaşayış yeri Gülüstan bağındakı bina idi. Gülüstan bağını başı göyə
ucalmış ağaclar bəzəyirdi. Bağda böyük bir hovuz vardı. Hovuzda çoxlu qəşəng
balıq üzürdü. Qışda hovuzun suyu qalın buz bağlayırdı. Balıqlar hovuzun
dibinə çəkilirdi. Cülüstan bağında Rza şah Pəhləvinin heykəlini təbrizlilər
çoxdan uçurmuşdu.
Qış günlərindən biri idi. Mehmanxanada bizə xəbər çatdı ki, Gülüstan
bağında yaşayan həkimlərimiz bir xarici casus tutublar. Mən
Dostları ilə paylaş: |