Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə82/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   76   77   78   79   80   81   82   83   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
313 
 
Görünür. bu nadan dünya mədəniyyətindən,  ədəbiyyatdan xəbərsizdi. 
Cahildi... Təhqiramiz məktuba mən bu şeirlə cavab verdim. 
 
Mən sənin dilinə dəymirəm, sən də,  
Gəl mənim bu ana dilimə dəymə.  
Sənin də bağın var, gülün var, çəkin,  
Bağımda əkdiyim gülümə dəymə! 
 
Həsədlərlə baxdın çəmənimə sən,  
Gör bir nələr etdin vətənimə sən – 
Yan deyib, od vurdun bədənimə sən,  
Altında atəş var, külümə dəymə! 
 
Mən ağa ağ dedim, qaraya qara.  
Sən məni istədin çəkəsən dara.  
Təzəcə sağalır vurduğun yara,  
Mənim bu yaralı könlümə dəymə! 
 
Bu şeir bütün Təbrizə yayıldı. Dostlarımız aldığım məktubun azəri xalqının 
düşmənləri tərəfindən yazıldığını bildirib mənə  təsəlli verirdilər. Nə isə, bir 
imzasiz məktub da gəldi. Ona da bu misralarla başlayan  şeirlə cavab olaraq 
yazdim. 
 
Kim nə deyir desin, kim gülür gülsün,  
Mən də öz yerində gülən şairəm.  
Ağzın süd qoxuyur, körpəsən hələ  
Mən xalqın dilini bilən şairəm!  
Vətənim öl desə, ölən şairəm. 
 
Bu şeirdən sonra imzasız məktubların arası kəsildi. 
Bu  şeri, xüsusilə "Dilimə  dəymə"  şerimi Cənubi Azərbaycanda gənclər, 
məktəblilər əzbərləyib səhnədə oxuyurdular. 
Cənubi Azərbaycanda azadlıq hərəkati müvəqqəti yatırılan zaman çox 
oğullar qurban getdi. Hətta Tehrandan Təbrizə varid olan qoşun qabağında 
azəri balalarını qurban deyə boğazdan kəsmişdilər. Təbrizdən qayıdan 
Cəbrayılov yoldaşın dediyinə görə, hər yerdə  mənim "Dilimə  dəymə"  şerimi 
oxuyan gənci söyə-söyə, döyə-döyə öldürüblər. 
"Dilimə  dəymə", "Vətən yandı", "Təbrizim" və qeyri şeirlərimə  nəzirələr 
yazan, mənə şeir ithaf edən gənc şairlər də vardı. Mən 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
314 
 
Cənubi Azərbaycanda bir ildən artıq oldum. Bu müddətdə kişilərə qardaş, 
yaşlı qadınlara ana, qızlara baci gözüylə baxdım. 
Cənubi Azərbaycanda olduğum müddətdə kimsənin rütbəsinə,  şöhrətinə 
qarşı özümdə  qısqanclıq  əlamətı duymadım. Vaxtımı  həmişə xalq arasında 
keçirməyə çalışdım. 
Orada məndən başqa da azəri sovet yazıçı  və  şairləri vardi. Osman 
Sarıvəllinin də bir sıra gözəl, tutarlı, hədəfə dəyən şeirləri cənublular tərəfindən 
sevilə-sevilə oxunurdu. Orada ziyalılarımızdan bir nəfər də vardı. Mən onu 
içərisində görmürdüm. 
O mənzilində yağlı yeməklər yeməklə və şair qardaşını ağızdolusu təriflə və 
başqa şairlərlə müqayisə edərək üstün tutmaqla məşğuldu. 
Şeirlərimə görə qazandığını az-çox hörmətə qarşı onda böyük qısqanclıq 
hisslərinin coşduğunu görürdüm. Məni istər bizim konsulluqda və istərsə 
Təbriz rəsmi orqanları tərəfindən verilən ziyafətlərə tez-tez dəvət edərdilər. 
Bu ziyalı dostumuz bunu özünə  dərd edərdi.  Əziz  Əliyevi və başqa 
yoldaşları bu münasibətlə  məzəmmət edərdi. Nəhayət, bir axşam bizim 
yoldaşlar qubernatorun verdiyi ziyafətə onu da apardılar. Banketdə Avropa 
qaydasıyla hamı ayaq üstə yemək yeyirdi. 
Bizim dostumuz məclisə  ləkəli, yağlı paltarla gəlmişdi. Məclisə plov 
gələndə özündən uzaqda olan bir yoldaşı bağıraraq yanına çağırdı. Plova 
qaşıqla yox, pəncəylə hücum etdi. Bunu görən  Əziz  Əliyev mənə dedi ki, 
"Süleyman, biabır olarıq, get o yoldaşlara de ki, xəlvəti məclisdən çıxıb 
getsiniər". 
Mən bunu edə bilməyəcəyimi bildirdim. 
Bu axşamkı banketdən birtəhər üzüsulu evə qayıtdıq.  Əziz  Əliyev yoldaş 
həmin dostumuzu xeyli məzəmmət etdi. Daha bundan sonra təşkil olunan 
qonaqlıqlara onu aparmadılar. 
Həmin dostumuz isə bunun günahını özündə yox, məndə görürdü. Onun 
fikrincə, biz hamımız gərək bütün rəsmi məclislərdə, banketlərdə, yığıncaqlarda 
bir sözlə, hər yerdə onun qardaşından danışmalı idik. Halbuki qardaşının buna 
heç ehtiyacı yox idi. 
Arada mən Bakıda olduğum zaman öyrəndım ki, həmin dostumuz şair 
qardaşina məktub yazıb məndən şikayətlənmiş. 
Mən hər yerdə, hər zaman bir sovet adamı olduğumu nəzərə almışam. 
Həmişə vətən və xalq işində bacardığım qədər çalışmağa can atmışam. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
315 
 
Bunu qələm dostlarım yaxşı bilirlər. 
Müharibənin  ən gərgin çağları idi. Bakıya qayıtdım. Bakıdan isə  cəbhəyə, 
milli diviziyalara əsgərlər arasında çalışmağa getməli idik. 
Təbriz, təbrizlilər gözlərimin qabağından getmirdi. Xüsusilə biz Təbrizə ilk 
dəfə  gələndə bir konsertdə bir az yoxsul geyinmiş beş-altı  qız səhnədə xalça 
üstdə oturub mahnı oxuyurdu. Bu mahnının bir bəndi indi də yadımdadır. 
 
Gülüstan bağının qapısı dəmir,  
Əlini ver əlimə, şurəvi gəlir. 
 
HƏKİMLƏR CASUS TUTUB 
 
Bəli, biz xaricdə idik. Müharibənin gərgin zamanı  hər cür xeyrimizə 
olmayan hadisələrdən qorunmağı bacarmalı idik. Hər birimiz sayıqlığı nəzərdən 
qaçırmamalıydıq. 
Çünki düşmən çox hiyləgərdi. Hər yerdə onun adamları ola bilərdi. 
Təbrizdə bir qrup azəri həkimi vardı. 
Bu həkimlər əhaliyə böyük yardım göstərirdi. Hətta Təbrizdən başqa digər 
mahallara gedib yerində  cənublu qardaşlarımıza, bacılarımıza tibbi kömək 
əllərini uzadırdılar. 
Təbrizin özündə bir sovet xəstəxanası da açılmışdı. Bu xəstəxanada 
təmənnasız xəstələri müalicə edirdilər. Ümumiyyətlə,  İranda xəstələrin 
vəziyyəti çox fəna idi. Apteklərdə  dərman çox baha qiymətə satılırdı. 
Yoxsulların dərman almağa qüvvəsi çatmırdı. Mustafa Quliyev və  Qədimov 
kimi həkimlərimizin şöhrəti bər yerdə yayılmışdı. 
Həkimlərimiz həmişə xalq arasında olurdu. 
Onların yaşayış yeri Gülüstan bağındakı bina idi. Gülüstan bağını başı göyə 
ucalmış ağaclar bəzəyirdi. Bağda böyük bir hovuz vardı. Hovuzda çoxlu qəşəng 
balıq üzürdü. Qışda hovuzun suyu qalın buz bağlayırdı. Balıqlar hovuzun 
dibinə  çəkilirdi. Cülüstan bağında Rza şah Pəhləvinin heykəlini təbrizlilər 
çoxdan uçurmuşdu. 
Qış günlərindən biri idi. Mehmanxanada bizə  xəbər çatdı ki, Gülüstan 
bağında yaşayan həkimlərimiz bir xarici casus tutublar. Mən 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə