Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə78/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
301 
 
Bu görüş bir məktəb binasının salonunda keçirilirdi. Dostluq nitqlərindən 
sonra konsert başlandı. Bizim səhnə ustalarından Bülbül, Həqiqət Rzayeva
Əliövsət Sadıqov və başqaları çıxış etdilər. 
Birdən məni təəccüb götürdü. Bu necə dostluq konsertidir ki, cənublu 
qardaşlarımizdan kimsə onda iştirak etmir. Mən Təbriz ziyalilarına fikrimi 
söylədim. Onlar dedilər ki, məclisdə bir xanəndəmiz iştirak edir. Yəqin ki, ağzı 
orucdur, yalnız qubernator Fəhimi ona desə oxuyar. Mən qubernatora fikrimizi 
söylədim. O yanına gödək boylu, gözü eynəkli bir adamı çağırtdırdı. 
Qubernator dolğun bədənli şəxsə nə isə dedi. 
Bir az sonra konserti idarə edən gənc elan etdi ki, indi Əbülhəsən xan İqbal 
oxuyacaqdır. 
Bunu eşidən yanımdakı Bülbül birdən: 
- Vay, 
vay, 
mən nə etdim. Biabır oldum, Süleyman. 
- Niyə, Bülbül? 
- Necə, niyə? Bunu tanımırsan? 
- Xeyr. 
- Bu 
Şərqin dahi xanəndəsi Əbülhəsən xan İqbaldır. Mən gərək "Süsən 
sünbül" və digər mahnılar əvəzinə bir dəstgah oxuyaydım. Nə isə keçib-keçib. 
Əbülhəsən xan kamanın müşayiətilə: "Zülfünü bas yarama, qoyma məni 
qan aparır" bır dəsigah başladı. Bu səsdə nə məlahət varmış, nə əfsun varmış. 
Salon sükut içərisində  Əbülhəsən xanı dinləyirdi. Onun gözləri, dodaqları 
təbəssüm içərisindəydi. Biz varlığımızla, ürəkdən onu təkrar-təkrar oxutdurub 
alqışladıq. 
Sonra öyrəndik ki, Əbülhəsən xan vaxtilə Tiflisdə  də olmuşdur. Orada 
Seyid Şuşinski ilə görüşmüş, Seyid Şuşinski ondan çox şeylər öyrənmişdir. Bir 
də öyrəndik ki, Xan Şuşinskinin  əvvəllərdə adı başqaymış. Gənclik illərində 
oxuyarkən kimsə demiş ki, lap Əbülhəsən xan kimi cəh-cəh vurursan - bundan 
sonra o Xan Şuşinski ləqəbini götürmüşdür. 
Fəxri Ədhəmin evində həmin dahi xanəndə ila yaxından tanış olduq. 
Məzəli söhbətləri vardı. Oxuduqca oxuyurdu. Bəzən deyirdi ki, bəlkə sizi 
yoruram, niyə demirsiniz ki, oxu, bu məclis mənimçün 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
302 
 
kiçikdir. Təbriz kənarındakı dağın başında elə oxuyaram ki, səsim Təbrizi 
qəflət yuxusundan ayıldar. 
Bu görüşdün sonra Əbülhəsən xanla dostluq etdik. Onu həmişə rəsmi, qeyri-
rəsmi ziyafətlərimizə  dəvət edirdik. O məclislərdə pul ilə oxumurdu. Bizim 
təntənəli yığincaqlarımızda öz əvəzsiz səsilə hamımızı heyran edirdi. 
Əbülhəsən xan həmişə deyərdi ki, məclisdə, səhnədə xanəndə üz-gözü 
təbəssümlü olmalıdır. Xanəndə oxuyarkən dinləyənlər onun üzündə  əzab 
əlaməti görməməlidir. 
Belə bir şəxs  şəhər bələdiyyəsində kiçik bir vəzifə sahibi idi. Bir dəfə 
məndən rica etdi ki, şurəvi ticarat nümayəndələrinə onu xüsusi tapşırım. Ona 
bir neçə top çit və kəllə qənd versinlər. Bəlkə bu növ ilə güzəranım yaxşılaşsın. 
Onun bu ricasını yerinə yetirdilər. 
Əbülhəsən xan İqbal Bakını çox görmək arzusunda idi. Deyirdi ki: "Bakıya 
aparsanız  əvvəla  şəhərlə tanış olaram. Orada müsamirələr verərəm. Bir az da 
sizin konservatoriyada gənc xanəndələrə təlim verərəm ki, muğamatı savadsız 
oxumasınlar. 
İndi də  Əbülhəsən xanın həmişə gülər gözləri, dodaqları gözlərimin 
qabağında, insanı məftun edən məlahətli, təkraredilməz səsi qulaqlarımdadır. 
Təbrizdə  Məhəmməd Biriyanı ilk dəfə  bələdiyyədə gördük. Şəhər 
bələdiyyəsındə qonaqlıq vardı. Biriya orada paltar asandı. Onu sonra Təbriz 
küçələrində kanal təmizləyənlərə baş  çəkən gördük. Biriyanın ilk şeri "Vətən 
yolunda" qəzetində çıxdı. Sabirə bənzətməylə yazılmış satirik şeirlər tez əhali 
arasında yayıldı.  Əgər səhv etmirəmsə Biriyanın atası dülgər idi. Bir gün 
evlərinə getdik. Yoxsullara məxsus mənzildə ayaqlarımızı yorğan altı kürsüyə 
uzadıb bozbaş yedik. 
Biriya özü deyirdi ki, o, kəndlərdə  rəmmallıqla, falçılıqla da məşğul 
olmuşdur. 
Artıq Biriya tribunalarda görünürdü, təhsil ibtidai idi. Fitri istedadı vardı. 
Təbrizdə olarkən Biriyada bir mənfi cəhətin  şahidi oldum. O, özündən başqa 
kimsəni bəyənməzdi, hərəyə bir qara damğa vurmağa çalışardı.  İrəli gəlmiş 
ziyalıların bizə yaxın gəlməsinə maneçilik göstərərdi. Məsələn: "Ehliyatlı olun. 
Filankəs casusdur, xəfiyyədir. Sizlərdən gizli polisə xəbər aparandır və ilaxır..." 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
303 
 
Təbrizdə yaşayan bir ziyalını (Məhəmmədlü Abbasini gözümüzdən salmağa 
çox səy edərdi. Məhəmmədlü Abbasi çox hazırlıqlı bir gəncdi. O, Marksın 
manifestini almancadan tərcümə etmişdi. 
Halbuki, Biriyanın dediyi sözləri digər ziyalılar onun özü haqqında 
söyləyirdilər. 
Bəli, Biriya məşhur şair oldu. 
Cənubi Azarbaycanda Milli hökumət yaradılanda o maarif naziri vəzifəsinə 
qədər gəlib çıxdı. Təbrizdə qurduğu toy məclisinin söhbəti indi də danışılır. 
Varlı qızına evlənən Biriya deyildiyinə görə, Məhəmmədlü Abbasini qısqanclıq 
üstündə döydürüb gozünü şikəst etdirmişdi. Yadımdadır. Təbrizdə çəkilmiş bir 
neçə film-xronikaya baxmışam. Tribunada Pişəvəridən qabaqda döşünü qabağa 
verib bağıran Biriyanı görmüşəm. Biriya iki dəfə Bakida olmuşdur.  İlk dəfə 
gələndə ona gözəl şərait yaratmişdılar. Bu müharibə zamanı idi. Cəbhədən hələ 
ki, könül açan xəbərlər gəlmirdi. Almanların Mozdok ətrafında olan vaxtda 
Biriya atası ilə birlikdə bir xalı  hədiyyə apararaq İran konsulluğuna pənah 
aparıb İrana göndərilmələrini xahiş etmişdilər. 
İkinci gəlişi isə  Cənubi Azərbaycanda milli hərəkat müvəqqəti yatırılanda 
oldu. Ölüm qorxusu altında o sərhədi aşıb bizə pənah gətirmişdi. 
Bu dəfə də Biriya üçün şərait yaradıldi. Lakin Biriya bu dəfə başqa bir dona 
girdi. Zənnimcə o şairlik yox, başqa bır vəzifə axtarırdi. Məsələn, Mərkəzi 
Komitə katibi, Nazirlər Soveti sədri (azı bir nazir) olmaq xəyalında idi. 
Axı Biriya burada hələlik də olsa mühacir idi. Bu niyyəti baş tutmadıqda o 
buradan başqa xarici ölkəyə köçürülməsini tələb edirdi. Şaha və  Məhəmməd 
Əliyilislama poemalarından küçələrdə parçalar oxuyurdu. 
Nəhayət, xəstəliyi o dərəcəyə  gəlib çıxdı ki, başına bir əmmamə qoyub 
əyninə bir göy qurşaqlı əba geyib Təzəpir məscidində fəaliyyətə başladı. 
Mən bir münasibətlə Vilayigildəydim. Biriyada ora gəldi. Süfrəyə plov 
gətiriləndə Vilayidən arvadının hansı millətdən olduğunu soruşdu. Vilayinin 
həyat yoldaşının erməni qızı olduğunu bilən kimi söyüştə süfrədən qalxdı. 
Namaz qılmaq üçün bu binada müsəlman evi axtardı. 
Dünyagörüşü dumanlı, iradəsi zəif şair Biriyanın aqibəti belə oldu. 
 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə