Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə76/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
295 
 
Kəndlilərdən ölən, yaralanan oldu. Bizim kənddən həmin qonşu kəndə 
köməyə gedənlər oldu. Bu uşağın atası bu Tüfənglə həmin kənddə mülkədarın 
quldurlarına qarşı atışmada iştirak etmişdi. Atışma zamanı bir-bir güllə  gəlib 
tüfəngin dəstəyinə toxunaraq bu uşağın atasının ürəyindən dəyir. O can 
verərkən bu tüfəngi oğluna verməyi və atasının intiqamını zalimlərdən almağı 
arzu etdi. 
O gündən bu uşaq həmin tüfəngi gələcək ədalət davasında atasının heyifini 
almaq üçün saxlayırdı. Nə olar... Bu tüfəng olmasın, başqa tüfəng olsun. Sağlıq 
olsun, bu divarda gördüyünüz şəkilləri ruznamələrdən həmin bu uşaq kəsib 
otağı  bəzəmişdir. Uşağın adı  Nərimandır". Kəndlilər və balaca Nəriman bizi 
kəndin kənarına qədər ötürdülər. Mən ayrılarkən Nərimanın alnından öpdüm. 
Bütün yol boyu onun haqqında düşünürdüm. Yazdığım "12-ci Tüfəng" 
poeması bu hadisənin bəhrəsidir. 
1967-ci ildə mənə ol boyda bir kağız verdilər. Bu, Cənubi Azərbaycandan 
idi. Yazının müəllifi radio ilə mənim "Əzizlərdən əzizlərə" şerimi dinləyib onu 
yazılı surətdə  məndən istəyirdi. Yazının altından "N" yazılmışdı. Çox 
düşündüm. Nəhayət, sevincimdən nə edəcəyimi bilmirdim. Bəli, bunu mənə, 25 
il sonra kənddə gördüyüm, taleyindən nigaran qaldığım Nəriman yazırdı. 
Bəli, uşaq çağında gördüyüm Nəriman indi yəqin vətənpərvər, zəhmətsevər 
bir mübarizdir. 
Səhra kəndindən Sərab yoluyla Təbrizə qayıtmalı idik. Bu səfərdə Ərdəbil 
səfərində olan dostum yox idi. Bu səfərdə mənimlə Şahgəldiyev Həsən vardı. 
Buna görə də məzəli hadisələr də baş vermirdi. 
Bu yolda yenə bir hadisəylə üzləşdik. Bizi əyləndirib  şikayətləndilər ki. 
Duz-duzan kəndində bolşeviklər var. Mülkədarları  sıxışdırıblar.  İndi də Duz-
duzandayıq. Kənd  əhalisi ilə mülkədar arasında gərgin mübarizə gedir. 
Mülkədar öz qohumları  və nökorlərilə uca banlı malikanəsino çəkilib guya 
Özlərini təhlükədən qoruyurlar. Onlarla danışığa girmək istəyənlərə barının 
gözlərindən atəş açırlar. 
Burada bir nəfər özbaşına kəndlilərə  rəhbərlik etməyə başlamışdı. Heç bir 
təşkilatla  əlaqəsi olmadan özünü bu kənddə bolşeviklərin müvəkkili 
adlandırırmış. 
Onun hərəkətlərilə yaxından tanış olduq. Cibində bir siyahı vardı.  Ətraf 
kəndləri dolaşıb kim bolşevik olmaq istəyirsə yazılsın deyə 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
296 
 
adamların adını cibindəki kağıza qeyd edib onlardan üzvlük haqqi toplamışdı. 
Topladığı parayla guya silah alacaqmış. Lakin məlum oldu ki, o topladığı 
pulları öz xeyrinə istifadə etmişdi. 
Bu özbaşınalıq edən adamı kəndin qabaqcıl adamları arasında itşa etdik. 
Kəndlilər mülkədarlardan çox şikayətləndilər. 
Bu kənddə baş verən hadisələrə son qoymaq lazım idi. Kəndlilərə dedik ki. 
onlar mülkədarın malikanəsindən uzaqlaşsınlar. Biz özümüz onunla danışarıq. 
Həsən  Şahgəldiyevlo tnülkədann malikanəsinə yönofdik. Bizə atəş açan 
olmadı.  Əksinə, ban üstündon çubuq başında ağ yaylıq göründü. İran 
torpağında nə bir xan, na bir mülkədar cürət edib sovet zabitinə, sovet əsgərinə 
əl qaldıra bilmirdi. Mülkədar malikanəsinə kəndli nümayəndələrini çağırtdırdıq. 
Mülkədarla sohbətə girdik. O kəndlilərdən çəkildiyini, kəndlilər isə ondan 
çəkindiklərini söyləyirdilər. Mülkədar söz verdi ki, daha kəndlilərə qarşı  əl 
qaldırmayacaq. Yalvardı ki, kəndlilər də ona toxunmasınlar. 
O özünün və övladlarının həyatı üçün çox qorxduğunu söyləyirdi. 
Mülkədar qələmi alinə alıb bir kağıza bir neçə cümlə söz yazaraq bizə 
təqdim etdi. O bu yazıda kəndlilərə zülm etməyəcəyinə söz verirdi. Yalvardı ki, 
kəndlilər də belə bir kağız yazıb sizə versinlər, mən də arxayın olum. 
Nə etmək olardı. Duz-duzanlılardan bir nəfər eyni rubda bir kağız yazdı ki, 
daba mülkədara və ailəsinə qarşı silah işlətməyəcəklər. 
İki parça kağızı cibimizə qoyub Duz-duzandan Təbrizə doğru hərəkət etdik. 
 
 
 
 
 
ŞƏBÜSTƏR VƏ XAMNƏ SƏFƏRİ 
 
Bizə  xəbər verdilər ki, Xamnədə Azəri  ədəbiyyatının fəxri Mirzə  Fətəli 
Axundovun nəslindən Axundov adlı bir müəllim yaşayır. Biz bu xəbərdən çox 
sevindik. Həmin müəllimi görmək arzusu bizi Xamnə səfərinə sövq etdi. 
Yunis Hacıyev, rəssam  İsmayıl Axundov, Zülfəli  İbrahimov və  mən bir 
dəstə opera sənətkarımızla birlikdə yoxa çıxdıq. Şəbüstərə 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
297 
 
çatdıq. Bu kənd Azəri poeziyasının şöhrəti, Cənubi Azərbaycan Sabiri Möcüz 
Şəbüstarinin vətəni idi. Şəbüstər çox məzərəli bir yerdir. 
Kənd yaşıllıqlar içərisindəydi. Badam ağacları, iydələr, qovaqlar göylərə 
baş qaldırmışdı. Əhali bizi dövrəyə aldı. Şirin, səmimi söhbətimiz xeyli çəkdi. 
Kəndlilər bizi meyvəyə qonaq etdilər. Bəzi evlərdən isə  qızlar kuzələrdə bizə 
şərbət gətirdi. Maşınımız hərəkət edərkən onlar həsrət dolu gözlərlə bizi yola 
saldılar. 
Budur Xamnədəyik. Uşaqlıq illərini bu yerdə keçirmiş Mirzə  Fətəlı 
haqqında düşünürük. Bizim Xamnəyə gəlişimiz bir bayrama çevrildi. Adamlar 
axın-axın yanımıza gəlirdi. Cümə günü idi. Biz bir məktəbin həyətinə toplaşdıq. 
Axundzadə familiyalı müəllimi soruşduq. Onunla görüşmək arzusunda 
olduğumuzu bildirdik. Boş vaxt keçirməyək deyə Xamnədəki kiçik örtülü 
bazara getdik. 
Bazarda kitablar bizi maraqlandırırdı. 
Zülfəli  İbrahimov burada bir neçə qiymətli kitab aldı. Məktəb həyətinə 
qayıtdıq. Həyət əhali ilə dolu idi. Məktəb əlrafında damlarda al-əlvan geyinmiş 
qadınlar, qızlar, xırda uşaqlar vardı. 
Əhali ilə söhbətə başladığımız zaman həyətə bir zabitlə bir neçə ajan daxil 
oldu. 
Kəndlilərə "Podor süxtə", '"bişərəflər" deyə şallaq, təpik vuraraq məktəbin 
həyətindən qovmağa başladılar. 
Bu  ədəbsizlər sovet hökumətinin nümayəndələrinə, hərbi xidmətçilərinə 
salam belə vermədən, nə səbəbə gəldiklərini bilmədən kəndlilərə əzab verməyə 
başladılar. Söyüşlərin arası kəsilmirdi. Mən buna dözə bilmədim. Parabellumu 
ayağa çəkib zabitin üstünə cumdum. Yunis Hacıyev "Süleyman, dayan, sən nə 
edirsən" dalımca çığırdı. 
Zabitlər və ajanlar donub qaldılar. Artıq onlar yaltaqlanmağa başladılar. 
Dedimki, "bizi görməyə  gəlmiş bu kəndlilərin günahı  nədirki, onları 
şallaqlayırsınız, söyürsünüz". 
Zabit cavabında: - Ağayi major (mayor), biz bunları sizin xatirinizə, sizə 
mane olmasınlar deyə qovalayırıq. Bunlar nadandırlar, həşəratdırlar. Bizi 
bağışlayin. Sizin islirahətinizi pozan bu adamları buradan çıxarmaq 
borcumuzdur". 
Onlara dedik ki, bizim məqsədimiz kəndin bu hörmətli sakinləri ilə söhbət 
etməkdir. Burada bizim böyük ədibimiz dahi Mirzə Fətəli Axundov yaşamışdır. 
Eşitdiyimizə görə burada Axundzadə adlı bir 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə