Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə79/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   76   77   78   79   80   81   82   83   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
304 
 
Təbriz ziyalilarından  şair Mir Mehdi Etimadı hamımız sevirdik. O çox 
alicənab, təvazökar, ürəyi açıq, savadlı bir şəxs idi. Onun məzəli söhbətindən 
zövq alardıq. Etimad bir neçə şeir kitabının müəllifi idi... Dili şirindi. Məclisdə 
çox nazikanə hərəkətləri vardı. Mir Mehdi Etimadın şeirləri xalq arasında geniş 
yayılmışdı. 
Etimadın "Məsləkində öldü vardır, döndü yox" şeri dillar əzbəriydi. 
Mən tez-tez onun yanına söhbətə gedərdim. Çalışdığı idarə  həm notarius, 
həm nikah qeyd olunan bir yerdi. Ondan xahiş etmişdim ki, Firdovsi 
mehmanxanasındakı nömrəmə söhbətə gəlsin. 
Lakin Etimad nədənsə  gəlib çıxmırdı. Mehmanxanada sovet zabitləri 
yaşadığı üçün qapıda əli silahlı əsgər keşik çəkirdi. Alt mərtəbə isə restoran idi. 
Orada işlayən bircənublu qardaş bizə çox məhrəmdi. Bizi soruşan olanda gəlib 
bizə xəbər verərdi. Gəlişinə icazə verib, vermədiyimizi öyrənib hərəkət edərdi. 
O bir neçə  dəfə  mənə  xəbər gətirdi ki, "Ağa, sizi bir qarayaxa görmək 
istəyir". Mən də qarayaxanın buraxılmasını tapşırırdım. 
- Qarayaxaları başımdan rədd edin, qardaş. 
- Ağa, gələn yenə həmin qarayaxadır, 
- Buraxma, 
vəssalam, rədd elə. 
O da sözümə  əməl edib gələn qarayaxanı qapıdan geri qaytarırdı. Bir gün 
küçədə Etimada rast gəldim. 
Dedim: - Vəfasız, daha bızi saymırsan, nə olub, günahımız nədir?! 
Dedi: - Vicdanıma and olsun, çox gəlmişəm. Məni mehmanxana qapısından 
buraxmayıblar. Peşman geri qayıtmışam. 
Dedim: - Yox, aşna, sən yanıma gəlməmisən. Gəlsəydin, səni dərhal 
buraxardılar, qapımızı bir qarayaxa tanıyıb ki, onu mənim sözümə qovublar. 

Baba, o qarayaxa mənəm də... 
- Canım, sən nə danışırsan? Sən qarayaxa niyə olursan axı? 
- Ağayi Süleyman, mən ki hərbi deyiləm, qarayaxayam da. 
Məni bərk gülmək tutdu. Etimad da mənə qoşuldu. Sən demə, hərbi xidmət 
sahibi olmayanlara İranda qarayaxa deyirlər. 
Zarafatı davam etdirərək Etimadı mehmanxanadakı nömrəmə apardım. 
Dedim, çay gətirdilər. Təzəcə söbbətə başlamışdıq ki, Etimad dedi: 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
305 
 
- Ağayi Süleyman Rüstəm, deyiyəm, çün maye olmayım... 
Etimadın bu qəliz hiyləsini doğrusu başa düşmədim. Tərəddüdlə onun 
sözünü cavabsız qoymaq istəmədim. Dedim - əlbəttə, Ağayi Etimad, əlbəttə. 
Sözün ağzımdan çıxmasıyla Etimadın ayağa qalxması bir oldu. Asılqandan 
şlyapasını alib başına qoydu. 
- Ağayi Etimad, hara gedirsən? Nə oldu ki? 
- Mən ərz eylədim ki, maye olmayım. Siz də buyurdunuz ki, olmayım. 
Yəni baş-qulağınızı ağrıtmayım. 
- Vallah 
və billah nə dediyinizi başa düşməmişəm. Sözünüzü cavabsız 
qoymayım deyə qanmadığım cümlənizi təsdiq etmişəm. 
Məni bağışla. Olmaz ki, bir az sadə danışasan? 
- Niyə, o da olay... o da olay... 
Mir Mehdi Etimad Bakıda yaşamışdır. 
Bakıda ikən yenə bəzi qəribə əhvalatın səbəbkarı olmuşdu. Bu gün bir neçə 
dost şəhər univermağına getdik. Təbrizdən gələn iki həkim bəzi ləvazimat aldı. 
Müdirin otağında idik. Dostlarımızın könlü istəyənləri müdirin otağına 
gətirirdilər. 
Birdən Etimad dedi ki: "Mənə bir neçə yaxşı karavat lazımdır". 
Azərittifaqın sədri də yanımızda idi. Dedilər ki, kravata baxmaq üçün anbara 
getməliyik. Etimad dedi ki, buraya gətirsələr yaxşıdir. Azərittfaqın sədri ona 
belə cavab verdi: canım biz bu boyda kravatları bu kiçik otağa necə gətirək axı. 
Düşək podvala, orda bax, seç". 
Etimadı heyrət bürüdü. Əlini boynundakı qalstuka atıb dedi: "Baba, bir 
barmaq qaravata baxmaq üçün anbara niyə enək. Bu nəmənədir ki, otağa da 
yerləşməsin". 
Univermaqdakı yoldaşlar sonra başa düşdülər ki, Etimad qalstuk istəyirmiş. 
Fransızca "kravat" qalstuk deməkdi. Hələ  mən Etimadın müharibənin gərgin 
çağında əlinə zənbil alıb bazarda ləbləbi, kişmiş, sədri düyüsü, quzu əti, toyuq, 
cücə axtarmasını bir kənara buraxıram. Bir dəfə  işdən evə qayıtdım. Gördüm 
ki, Etimad mənim iş otağımda oturub, şəkərçörəyi ilə kakao içir. Zarafata salıb 
dedim ki: "Ağayi Etimad, sən nə haqla mən evdə olmayanda bizə gəlmisən?" 
Etimad gülümsəyərək dedi: "Öz qardaşımın, öz həmşiyəmin yanına gəlmişəm 
de". 
Bəli, Etimadın dərdi açıldı. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
306 
 
Sözə başladı: "Ağayi Süleyman, getmişdim sizin sekaya (Mərkəzi 
Komitəyə) Şahgəldiyevi görəm. Polis məni qapıdan buraxmadı. 
- Ağayi Etimad, bizdə polis yox, milis var. 

Qoy milis olsun. Dərdim böyükdür, namusum məni qoyub getdi İrana. 
Qalmışam tək, tənha. Olmur da deyirəm, sən bu başıma Şahgəldiyev yoldaşla 
bir çarə tapın. Məni evləndirin. Bu işə Seka qarışsa lap yaxşı olar. Deyirəm, 
mənimçin heç təfavütü yoxdur. Gürcü qızı olur-olsun, rus qızı olur-olsun, 
yəhudi qızı olur-olsun: qərəz bir qulaq yoldaşim olsun. 
Mən Etimadın ciddi irəli sürdüyü məsələni zarafatla tamamladım. 
Ona söz verdik ki, göz-qulaqda olub ona bir övrət taparıq. Etimadın 
xasiyyətindəki bu şirin cəhətlər bir yana. Biz ona bir şair kimi, vətənpərvər 
kimi, millətini bütün varlığıyla sevən bir insan kimi hörmət və  məhəbbət 
bəsləyirdik. 
 
 
TƏBRİZ ZİNDANINDA 
 
Təbrizdə təbrizlilərdən, digər əyalətlərin sakinlərindən məktublar alırdıq. 
Məktub müəllifləri təkidlə yazırdılar ki, sovet hökumətinə hüsn-rəğbət 
bəsləyənlər, sovet ordusu sərhədi keçəndə qabağa düşüb yol göstərənlər hələ də 
Təbriz zindanında çürüməkdədirlər. 
Mən və Mirzə bu haqda digər yoidaşlarla söhbət etdik... Yoldaşlarımız bu 
işə qarışmaqdan boyun qaçırdılar. Onların fikrincə, bu, İranın daxili işlərinə 
qarışmaq demək idi. Lakin birtəhər özümüz yazıçı kimi hərəkət etməyə razılıq 
aldıq. Yox, biz buna dözə bilməzdik. Sovet dövlətimizin, sovet ordumuzun 
şərəfini qorumalı idik. Mirzə ilə birlikdə qubernator Fəhiminin yanına getdik. 
Nə üçün gəldiyimizi ona bildirdik. O ciddi etiraz etdi: 
-  Bu bizim daxili işlərimizə qarışmaqdır.  Bizim orqanlarımız 
zindanlarda yalnız caniləri, dələduzları, oğruları saxlayır. Sizə yalan məlumat 
vermişlər. 
Biz ona bir neçə siyahı göstərdik. Bu siyahıdakı adamlar Mərənddən, 
Əhərdən, Sərabdan, Culfadan. Qaradağdan idi. Məktublarda bu adamların 
nahaqdan zindanda saxlanıldıqlarını yazırdılar. Biz quber- 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə