Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə83/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   76   77   78   79   80   81   82   83   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
316 
 
tez özümü oraya çatdırdım. Casusu görmək istədim. Bir otaqda gənc bir adam 
vardı. O çox səliqəylə geyinmişdi. 
Bizim həkimlər azəricə  və rusca deyirdilər ki, suallarımıza cavab vermir. 
Rus deyil, bəlkə də dilimizi bilir və bilərəkdən cavab vermir. 
- Deyirik bunu bağdakı buz bağlamış hovuza ataq. Onda əqli başına gələr 
suallarımıza cavab verər. 
Bu kimi sözləri dinləyən adam birdən mənə rusca dedi ki: - Yoldaş mayor, 
qoy bu adamlar bayıra çıxsın. Sizə sözüm var. 
Mən həkimlərdən xahiş etdim. Onlar otağı tərk etdilər. 
Bu adam dedi ki: "Xahiş edirəm. Bizi daha yüksək rütbəli yoldaşlara 
çatdırın. Məni burada saxlamasınlar. Mənim vacib işim var. Mən 
kəşfiyyatçıyam. Sovet adamıyam. Bir neçə dil bilirəm. Buraya mühüm 
tapşırıqla gəlmişəm. Axşam bir adamla görüşüm olmalıdır. Bu görüşdən çox 
şey asılıdır. Düşmən kəşfiyyatçıları burada əl-qol açmamalıdırlar. Mənə 
inanmırlarsa, sizin rütbəli yoldaşlara harda görüşə gedəcəyimi deyə bilərəm. 
Qoy onlar məni nəzarət altında həmin yerə çatdırsınlar". 
Mən bu adamın xahişini yoldaşlara yetirdim. Nəticəsilə maraqlanmadım. 
Lakin həkimlər tutduqları casusun əsl casus olmadığını bildikdə yaman pərt 
oldular. 
Təbrizdə İngiltərənin, Türkiyənin də konsulluğu vardı. 
İngilis konsulluğunun katibi eni-uzunu bir yaşlı adamdı. Bu adam həmişə 
sovet adamlarına hədiyyələrlə yaxınlaşmaq istəyirdi. 
Xüsusilə Bakıdan gəlmiş opera teatrının balet qızlarına hədiyyələr təklif 
edirdi. 
Lakin bizim qızlar bu hədiyyələrə yaxın gəlmirdi. Təbrizə  gələn ingilis 
zabitləri də qəhvəxanalarda, restoranlarda, hətta tamaşa salonlarında çox kobud 
hərəkətlər nümayiş etdirirdilər. Bu hərəkətlərin  şahidi olan təbrizlilər sovet 
ordu nəfərlərinə böyük hörmət və məhəbbət bəsləyirdilər. 
Küçələrdə, ictimai yerlərdə onlara yaxınlaşıb səmimi söhbətə girişirdilər. 
Müharibə illərində  İran torpağında olmuş sovet adamları sovet vətənimizə 
alınaçıq, üzüağ qayıtdılar. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
317 
 
7 NOYABR 
 
Oktyabr inqilabının ildönümü günü 7 noyabrdı. İran torpağında olan sovet 
adamları bu günü böyük iftixar hissiylə, faşizm üzərində qəti qələbəyə inamla 
qarşılayırdı. Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən 
uğultular, gurultular qopdu. Balkona çıxdım. Atları addım-addim, ağır-ağır 
gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam "urra" deyə 
bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyərçinsayağı uçurdu. 
Bu nə  işdir, nə olmuşdur? Mənə elə  gəldi ki, təbrizlilər 7 noyabr gününü 
qarşılayır. Faytonun içindəki adam mənə çox tanış  gəldi. Bəli, bu "Şahin" 
qəzetinin sahibi Ağazadə idi. 
Bu şəxs yel hayana əsdi, o yana əsən adamdı. O həmişə deyirdi: "Baba, bu 
yaşda mənim dağa-daşa düşüb inqilabçılıq eləməyə iqtidarım yoxdur. Nə 
bilim... Siz burda qalacaqsınız, yoxsa gedəcəksiniz.  Əgər qəti burada 
qalacaqsınızsa mən kəfən taxıb sizdən də betər inqilabçılığa razıram. Yox, 
gedəcəksinizsə, mənlə  işiniz olmasın... Bu qorxaq, liberal bir adamdi, biz bir 
növ ilə onunla dil tapıb qəzetində ziyanlı materialiarın çıxmamasına çalışırdıq. 
İndi budur, Ağazadənin dalınca baş küçədən insan seli axır. Mən dərhal 
mehmanxanada yaşayan yuxarı rütbəli yoldaşları bu işdən xəbərdar etmək 
istədim. 
Təəssüf ki, onlardan heç birini tapa bilmədim. Yoldaşların hamısı şəhərdən 
bir az kənarda hərbi hissədə 7 noyabr təntənəsini keçirməyə getmişdilər. 
Mehmanxanada bir yoldaş tapdım (bu adam hazırda Azərbaycan Dövlət 
Universitetindədir). Maşına minib Gülüstan bağına gəldik. Vərəqələrdən birini 
alıb oxuduq. Farsca yaxşı bilmədiyimizə baxmayaraq vərəqədəki mətləbi başa 
düşdük. Vərəqədə deyilirdi ki, "Şirindilli şirazlılar sizə peyam göndərir. Onların 
səsinə səs verməliyik və ilaxır..." 
Bu vərəqəni Ağazadə özü tərtib etmişdi. Gülüstan bağının qabağında 
faytonun sürücüsü oturan yerinə qalxıb  əsasını  hərlədərək Ağazadə nitq 
söyləyirdi. Əlbəttə, bu nitqin Oktyabr inqilabının ildönümünə heç dəxli yoxdu. 
Nitq Təbrizdəki hökumətin başçılarının ünvanına söyüşdən ibarətdi. 
Əhali isə "urra" deyib Gülüstan bağına axışdı. Ağazadə  əsasını  şahın 
heykəlinə doğru uzadıb "Məhv olsun Pəhləvi xanədanı" deyirdi. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
318 
 
Bu sözlərdən sonra kimi Rza şah Pəhləvinin heykəlinə tüpürür, kimi heykəli 
daşa basır, uşaqlar isə heykəlin başına dırmanırdılar. 
Bu dəmdə Gülüstan bağında yaşayan həkimlərdən bir neçəsi bizim 
köməyimizə  gəldi.  Əhalini sakit etdik. Ağazadəni və bir dostunu maşına 
mindirib Firdovsi mehmanxansındakı nömrəmizə gətirdik. Otağa çay gətirdilər. 
Ortaya nərd gəldi. Ağazadə ağzıköpüklü ona mane olduğumuzdan narazılığını 
bildirirdi. 
"Baba, niyə qoymursunuz ki, inqilabçı öz inqilabçilığını eləsin" deyə bizi 
töhmətləndirirdi. 
Biz çox yaxşı bilirdik ki, Ağazadə tudədə yoxdur. Qəti bir məslək sahibi də 
deyil. Onun bu hərəkətlərinin xalqa, vətənə bir xeyri yox idi. Haradan bildiniz 
ki, vərəqədə  mən nə yazmışam?!" Onu başa saldıq ki, farsca bilməsək də 
ayrılıqda bir çox sözün mənasını başa düşürük. Ağazadə yaman həyəcan 
keçirirdi. 
Baba, olmaya məni həbs etmisiniz? 
- Xeyr, 
ağayi Ağazadə, bizim İran vətəndaşları ilə işimiz yoxdur. 
Onları  həbs etməyə  səlahiyyətimiz də yoxdur. Siz bizim qonağımızsinız. 
Buyurun, çay için, meyvə yeyin... Nərd oynayın. Bir qədər də söhbət edək. 
- Xub, 
elə olsun. 
O yenə də bizə şübhəli nəzərlərlə baxırdı. Hadisədən iki saat sonra Təbriz 
ağsaqqallarından bir neçəsi yanımıza gəldi. 
Əli Birəng də onların arasındaydı. Ağazadəni nərd oynayan gördükdə 
sevindilər. Onlara xəbər çatıbmış ki, şurəvilər Ağazadəni zəbt ediblər. 
Bunlar da söhbətə girişdilər.  Şəhərdə artıq sakitlikdi. Lakin mehmanxana 
ətrafında bəzi nigaran adam görünürdü. Ağazadəni və onun ardınca gələnləri 
opera teatrmızın tamaşasına apardıq. 
Bütün salonun gözü bizim oturduğumuz lojada idi. Şəhərə yayılan  şayiə 
bununla yuyulub getdi. Qonaqları maşinlarda evlərinə yola saldıq. Bu hadisə 
haqqında isə mənimlə olan yoldaşla birlikdə yazılı surətdə izahat yazdıq. 
Ağazadənin "inqilabı" bu yolla yatırıldı. 
Ağazadənin səsini sonra bir dəfə radio vasitəsitə eşitdim. Tehran qoşunları 
Cənubi Azərbaycandakı azadliq hərakatını boğmaq üçün Təbrizə  gələndə 
Ağazadə yenə fəaliyyətə keçmişdi. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə