Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə80/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   76   77   78   79   80   81   82   83   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
307 
 
natora dedik ki: "Biz bir yazıçı  və jurnalist kimi bu məsələ ilə maraqlanırıq. 
Məktublar yalan məlumat verirsə, daha yaxşı, gəlin sizin adamlarla birlikdə bu 
işi yoxlayaq. Sizinçin də, bizimçün də arxayınlıq olsun". 
Qubernatorun yolunu hər tərəfdən bağladıq.  Əlacsız birlikdə yoxlamağa 
razılıq verdi. Bizim üçün kabinetinə çay və meyvə gətirtdi. Bir neçə yerə zəng 
vurub farsca nə barədə isə tapşırıq verdi. 
Bizdən cəbhə vəziyyəti haqqında məlumat istədi. Özü isə ordan-burdan bəzi 
gülməli əhvalat danışdı. 
Bizi iki saata qədər öz kabinetində  əyləndirdi. Biz bunu çox yaxşı başa 
düşürdük. Zindanda nə isə bir iş gedirdi. Nəhayət, iki zabit və bir qarayaxa 
gəlib bizimlə birlikdə zindana getməyə hazır olduqlarını bildirdilər. 
Təbriz zindanına getdik: bir-bir kameraları  gəzirik. Yeri rütubətli torpaq 
olan kameralar dustaqlarla doluydu. 
Dərhal hiss etdik ki, qubernator bizi iki saat kabinetində bilərəkdən 
saxlamışdır. Sərəncam verib zindanda bir az təmizlik apartdırmışdır. Buradakı 
insanlardan hər birinin öz macərası, öz aləmi vardı. Biz siyahımıza baxırıq. 
Dustaqları dindiririk. Oğrular, canilərlə məşğul oluruq. 
Mülkədarlardan işgəncələr çəkmiş  və nahaqdan zindana atılanların, sovet 
ordusuna məhəbbət bəsləyib cəza alanların taleyi bizi düşündürürdü. Biz hər 
kameraya girəndə bu səslər ucalırdı: 
- Yaşasın şurəvilər! Zindəbad Stalin! 
Bizə yazılanlar həqiqət imiş. 
Dustaqları dindirdikdə  vəziyyət aydınlaşırdı. Dustaqların bəzisi çirk 
köynəyini qaldırıb vurulmuş  şallaq yerini bizə göstərirdilər. Hələ 
mülkədarların, ajanların,  əmniyələrin, bunların başlarına gətirdikləri azmış 
kimi, zindanda da cəza alırlar. 
Gödəkboylu biri irəli gəlib bizi salamladı. Öz başına və yaşadığı mahaldakı 
yoxsulların başına gətirilən müsibətlərdən danışdı. Hamı bir ağızdan dedi ki: 
Bu Əli bolşevikdir, qəribədir. Necə yeni, Əli bolşevik. 
Doğru danışdığıma görə qorxmayıb sözümü qansoranların üzünə dediyimə 
görə, kənd camaatı bu adı veribdir. Adım Əlidir. 
Biz bu adamların adını, familiyasını, harada yaşadığını qeydə alırdıq. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
308 
 
Zindanda bütün kameralar həyəcan içindəydi. Hətta bizimlə gedən 
məmurlara söyüşlər yağdırırdılar. Az qalırdı üstlərinə hücum etsinlər. Hər yeri 
bir uğultu bürümüşdü. 
Bir kamerada isə  tənha bir qadın bir küncə  qısılmışdı. Rəngi solğun, 
bədəncə çox zəifdi. Dərdini soruşduq. Ehtiyac üzündən doğduğu körpəni boğub 
çaya atmışdır. 
Bu qaranlıq kameralarda gözəl insanlar yatırdı. Zindandan qayıdandan 
sonra biz sovet hökuməti nümayəndələrini vəziyyətlə tanış etdik. Qubernatora 
etiraz göndərdik. 
Sovet hökumətinə  məhəbbət bəsləmək və sovet qoşunlarına bələdçilik 
üstündə tutulmuşların hamısı zindandan azad edildi. 
Mənim "Zindan" və "Zindanda işıq" şerim bu hadisələrdən doğmuşdur. 
 
* * * 
 
Təbrizdə  mənim çox dostlarım var idi. Onlardan biri də Hilal Nasiri idi. 
Mən onun dəftər, kitab mağazasındakı kitabları araşdirıb mütaliə üçün 
götürürdüm. Bəzən insanlığa düşmən yazanların kitabına da təsadüf edirdim. 
Hilal Nasiri həmin kitabları xahişsiz, filansız cırıb yandırırdı. 
Hilal Nasirini biz "Köşkü balaban" deyə çağırardıq. O "Köşkü balaban 
Araza baxar-Arazın suyu gözlərdən axar" adlı bir dastan yazmışdı. 
Tribunalardan həmin şeri tez-tez oxuyardı. Hətta bir axşam konsert zamanı 
Hilal Nasirinin təşəbbüsüylə səhnədə "Köşkü balaban" ifa olundu. On iki adam 
bir-birinin qurşağından tutmuş, onların çiynində isə yenə o qədər adam 
dayanmışdir. Aşağıdakılar "Köşkü balaban Araza baxar", mahnısını oxuyaraq 
yallı gedir. Üstdəkilər isə əllərini gözlərinin üstünə qoyub Arazın o tayına baxır 
və oxuyurlar. 
Hilal Nasiri "Köşkü balaban" şerilə, rəqsilə həmişə yadımıza düşür. 
Dostumuz  İsmayıl  Şəmsi də  həmişə  məhəbbətlə yad edirik. Bu mədəni
təvazökar, bir az utancaq və  səmimi dostumuz "Azərbaycan" qəzetinin məsul 
katibi idi. Demək olar ki, qəzetin əsas işini o görürdü. Bu qəzetin səhifələrində 
sovet dövlətinə, sovet ordusuna məhəbbət dolu məqalələr çap olunurdu. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
309 
 
İsmayıl  Şəms az danışıb, çox iş görən bir gəncdi.  İsmayıl  Şəms məni 
Təbrizlə və  Təbrizin  ətrafındakı yaşayış  məskənləri ilə tanış etməkdə çox səy 
göstərirdi. Onun aydın baxışları, gülər üzü indi də gözlərimin qabağındadir. 
 
*** 
 
Təbrizdə olduğum müddətdə çox maraqlı  şəhərlərdo olub, maraqlı 
insanlarla da görüşmüşəm. Bəzilərilə doslluq da etmişəm. Mərənd səfəri də 
məndə unudulmaz xatirələr yaratmişdır. Bu şəhərdə  mərəndlilər bizi böyük 
məhəbbətlə qarşıladılar. Bizə çiçəklər, güllər verdilər. Bizi dədə-baba 
qaydasiyla duz-çörəklə qarşıladılar: bağlardan dərilmiş gözəl meyvələr, 
mərəndi üzümü süfrəmizə dalbadal gətirdi. Bizi dinləmək üçün bütün 
mərəndlilər meydançaya toplaşmışdı. 
Sovet Azərbaycanındakı  həyatla, cəbhədəki vəziyyətlə tanış olmaq 
istəyirdilər. Həqiqəti bizim dilimizdən eşitmək arzusuyla çırpınırdılar. Meydan, 
ətraf evlərin damları, ağacların təpələri adamlarla doluydu. 
Alqış  səsləri bütün ətrafa yayılırdı. Mən onlara bir neçə  şeir oxudum. 
Mərəndlilərdən bir gənc xanəndə "Mərənddən aşdım Xoya qoymadılar, 
paltarım yoxdur, toya qoymadılar" mahnısını oxudu. 
Azərfilm bu görüşü çəkmişdir. Saxlanırsa çox yaxşı. Biz geri Təbrizə 
qayıdarkən mərəndlilər yolumuza çiçəklər səpdilər, arxamızca gülabdanlardan 
su atdılar. 
Cənubi Azərbaycan şairi Mir Mehdi Etimad bizimləydi. O, mərəndli idi. 
 
* * * 
 
Heç yadımdan çıxmaz. Oktyabr inqilabının ildönümü münasibətilə  Təbriz 
klubunda təntənəli yığıncaq keçirilirdi. 
Bu görüşə təbrizlilər axın-axın gəlmişdilər. Salonda yer yoxdu. Bir çoxları 
ayaq üstə dayanmışdı. 
Təbrizlilər bu görüşə böyük əhəmiyyət verirdilər. Onlar burada Sovet 
İttifaqındakı həyatla qiyabi də olsa tanış olurdular. 
Əziz  Əiiyev giriş sözüylə iclası açdı. Salondakı  cənublu qardaşlarımıza 
salamlar yetirdi. Sonra Həsən Şahgəldiyev Oktyabr inqilabinın fütuhatı barədə 
məruzə eldi. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə