Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   76   77   78   79   80   81   82   83   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
310 
 
Təbriz  şairləri, xanəndələri buradaydı.  Əbülhəsən xan İqbal konsertdə 
iştirak üçün gəlmişdi. 
İclasin rəsmi hissəsini qapamaq istəyəndə salonda gurultu başladı. 
Salondakılar əl çalaraq, ayaq döyərək "Ağayi Süleyman Rüstəm" deyirdilər. 
Prezidiumda oturan İsrafil Cahangirov salona gəlib mənə dedi ki: "Hərbi 
sovet üzvü Əziz  Əliyev yoldaş sizi təcili səhnəyə çağırır". Dedim ki, "lazım 
olsaydım  əvvəldən çağırardılar". Salondakılar təkrar  əl çalaraq, ayaq döyərək 
"Ağayi Süleyman Rüstəm, Ağayi Süleyman Rüstəm" deyə səslənirdilər. 
Mən qalxıb birbaşa salondan tribunaya çıxdım. Təbrizli qardaşlarımızın 
azəri  ədəbiyyatına olan məhəbbəti məni vəcdə  gətirdi. Təbrizdə yazdığım 
şeirlərdən, cəbhə şeirlərindən doyunca onlara oxudum. 
Bu məhəbbət məni təzə-təzə gözəl şeirlər yazmağa ilhamlandırdı. 
Təbrizdə  qəzetlərdə çap etdirdiyim şeirlər haqqında Tehranda təhsil alan 
azəri tələbələri məktublar göndərirdilər. "Vətən yolunda" qəzetimizə  təzə 
şeirlərim haqqında fikirlər yazırdılar. 
Bəzi məktub müəllifləri Süleyman Hikmətin kim olduğunu bilmək istəyirdi. 
Yazırdılar ki, bizim dərdlərimizi, arzularımızı özümüz qədər bilən bu adam 
kimdir? Bizi onunla görüşdürün. 
Bu məktubların bəzisi "Vətən yolunda" qəzetimizdə dərc edilmişdir. 
Bir axşam Mirzə ilə  Təbriz küçələrinin birindən keçirdik. Qəzet-satan 
uşaqlar "Ruznameyi Şahin,  əşari Süleyman Rüstəm" deyə bağırıb  əllərindəki 
qəzeti yoldan keçənlərin qabağında yellədirdilər. 
Biz təəccübləndik. Mirzə dedi ki. "Təbrizlilər yaman zarafatcıl olurlar. 
Yəqin bizi tanıyıblar ki, belə edirlər". 
Mirzə pul verib qəzet aldı. Doğrudan da "Şahin" qəzetinin birinci 
səhifəsində başda mənim kiçik bir şerimi dərc etmişdilər. Redaksiya bu növ ilə 
qəzetini satdırmaq istəyirmiş. 
Təbrizdə çıxan qəzetlər arasında yaman rəqabət vardı. Bəzi qəzetlər alıcısız 
qalanda daha nəşr olunmurdu. 
Hələ canubda yaşayan yazıçı  və  şairlərin vəziyyətinə bir nəzər salaq. Şair 
mətbəə sahibi ilə danışib qiymət kəsirlər. Əsər müəllifin kefi istədiyi tirajla çap 
olunur.  Şair kitabını  mətbəədən götürüb düşür bazarın canına. Dükançılarla 
sövdələşəndən sonra kitablarını satmaq 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
311 
 
üçün onlara təhvil verir. Əlbəttə, belə  şəraitdə ancaq yazıçılıqla yaşamaq çox 
müşküldür. 
Halbuki İranda 10 milyondan çox azəri yaşayır. Burada dövlət nəşriyyatı isə 
yoxdur. 
Yeri gəlmişkən, Təbrizdə bir fars yazıçısına təsadüf etdim. O mənə kitabını 
bağışladı. 
Kitabın cildində rəngli, yarımçılpaq bir qadın şəkli vardı. Ondan soruşdum 
ki, kitabda bu qadınınmı haqqında söhbət gedir. Dedi: xeyr ağa, kitabda başqa 
həyatdan bəhs edilir. Bu şəkil kitabın satılması üçündür. 
Bu yazıçı mənə çox qəribə bir təklif də etdi. Deyirdi ki, şair gərək həmişə 
cananlar arasında vaxt keçirsin. 
Məni şəhərkənarı bir bağa çağırırdı. Guya orda çəmənlikdə iki gözəl qadınla 
oturmalıydıq. 
Mən hərbi şair olduğumu bəhanə edib bu dəvətdən boyun qaçırdım. 
Bir gün yanıma yaşlı bir qadın gəlmişdi. Bu qadın deyirdi ki, "Kürdüstan 
valisinin xanımı Kürdüstanda olan ərindən çox nigarandır. Onun xanımı bu 
haqda şəxsən mənimlə görüşüb söhbət etmək arzusundadır. 
Oraya getsəm könlüm açılacaqdır. Orada kişi tayfasından bir kimsə 
olmayacaqdır. Valinin xanımı, bir çalan və bir do oxuyan iki xanım olacaqdır". 
Bu qəribə dəvəti də rədd etdim. 
Əlbəttə, bu validən nigarançılıq məsələsi deyildi. Validən dürüst xəbər 
tutmaq üçün bir çox başqa vasitələr vardı. Mən sovet vətəndaşı olduğumu, bu 
adı heç bir vəchlə  ləkələməməyi nəzərə alıb bu əcaib təklifdən yaxamı 
qurtardım. 
Təbrizlilərin hörmət va məhəbbəti hədsizdi. 
Evlərdə bizə çox ləziz, rəngarəng yeməklər hazırlayırdılar. 
Restoranlarda yeməklər yaxşı idi. Zənnimcə. Cənubi Azərbaycan yeməkləri, 
Cənubi Azərbaycan mətbəxi dünyada birincidir. 
Restoranların, evlərin qarşısından keçəndə xörəklərin  ətri adama iştaha 
gətirir. Yadımdadır. Tehranda Şah sarayında banket olanda Tehrandan Təbrizə 
təyyarə  gələrdi, Təbriz aşpazlarını Tehrana xörək bişirmək üçün aparardılar. 
"Xurşid" restoranında qəribə qayda var. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
312 
 
Müştəri içəri girir. Bir miz arxasinda oturur. İki dəqiqə  ərzində xidmətçi 
süfrəyə göyərti, çörək, qatıq, dolma və əlli qram araq gətirir. Deyirsən ki, "Ağa, 
mən bunu istəməmişəm". Cavab alırsan ki, "Ağa, bu bizim restoranın sizə 
məccani xidmətidir. Sonra kefiniz nə istərsə buyurarsınız". 
Restoran bu yol ilə özünə müştəri toplayırdı. 
Burada pivəni duzda qovrulmuş püstə və ya badamla içirlər. 
Tübrizdə cızbızxanada çox adam olur. 
Bir kababxana da vardı ki, orada ağciyərdən, qaraciyərdən, böyrəkdən, 
ürəkdən və ağ ətdən dadlı kabab hazırlayırdılar. 
Təbrizli dostlar bizi tez-tez bu yerlərə aparırdılar. Bir gün mən onları qonaq 
etməli idim. Birdən gördüm ki, yanımda pulum bir qədər azdır. "Vətən 
yolunda" qəzeti redaksiyasına getdim. Vaxt gec idi. Bizim maliyyə  işlərinə 
baxan İsrafil Cahangirovanı tapdım. Ona məsələni anlatdım. O dedi ki, əlimdə 
bir şey olmalıdır ki, mən də sənə pul verə bilim. 
Təzə şerin varsa ver, sənə avans verim, təzə, hazır şerim yox idi. 
Oturub on dəqiqənin içərisində "Araz qırağında" adlı  qəzəli yazıb ondan 
lazımi qədər para ala bildim. 
Qəzəl belə başlayırdı: 
"Həmişə nalə olur aşiqin dodağında 
Sevimli, qəmzəli bir dilbərin fərağında". 
 
*** 
 
Cənubi Azərbaycanda ayılmanın, milli qürurun, vətənpərvərliyin 
təzahürünün qarşısına sədd çəkmək istəyən  şovinistlər yox deyildi. İranın 
mədəniyyətinə dünya şöhrəti qazanmiş  şair, alim oğullarına bizim böyük 
məhəbbətimiz vardır. 
Nədənsə azərilərin öz milli mədəniyyətinin  ədəbiyyatının inkişafı yolunda 
atdığı addımlar Tehranda və Təbrizdə oturan bir para ağaların xoşuna gəlmirdi. 
"Vətən yolunda" qəzetinə  mənim adıma tək-tük qəribə imzasız məktublar 
gəlirdi. Bir məktub müəllifi yazırdı ki, azəri dilində şeir yazmaq olmaz. 
Bu "Türkə xər" dildir. Şeir yalnız və yalnız fars dilində yaranar. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə