Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə77/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   73   74   75   76   77   78   79   80   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
298 
 
müəllim var. Bəlkə o müəllim həmin nəsildəndir. Bu bizim üçün çox maraqlı 
və mühüm bir məsələdir. 
Bunu aydınlaşdırmaq istəyirik. Bu söhbət əsnasında Axundzadə müəllim də 
gəlib çıxdı. 
Zabit ona müraciətlə dedi ki: "Bu şurəvilər deyir ki, sən bunların 
Axundzadəsinin qohumusan. Bu doğrudurmu?" 
Müəllim özünü itirdi. 
Biz müəllimə dedik ki, yəqin ki, sizin böyük ədib Mirzə  Fətəli Axundov 
haqqında az-çox məlumatınız var. O bu kənddə illər keçirmişdir.  Əgər bu 
kənddə Axundzadə familiyalı adam varsa, şübhəsiz həmin nəsillə  əlaqədar 
olmalıdır. 
Zabit gözlərini Axundzadə müəlümin ağzına zilləmişdi. Onun cavabını 
gözləyirdi. 
Müəllim dedi ki, əibəttə, Mirzə Fətəli haqqında məlumatım var. Lakin biz o 
nəsildən deyilik. 
Bizi heyrət bürüdü. Zabitin hədəli baxışları altında müəllim Axundzadə öz 
tərcümeyi-halilə bizi tanış etmədi. 
Bizimlə gələn artistlər mahnılarla çıxış etdilər. Mən bir neçə şeir oxudum. 
Məktəb həyətindən və damlardan yağan alqışların sədası kənddən uzaqlara 
qədər yayılırdı. Axşam Təbrizə qayıtdıq. Öyrəndik ki, Təbriz qubernatoru 
mənim Xamnədə polis zabiti ilə olan münaqişəmdən xəbərdardır. Bu haqda 
bizim sovet nümayəndələrinə xəbər vermişdir. 
Təbrizdə böyük canlanma vardı. Ürəkləri milli hiss, milli qürurla dolu 
adamlar  İrandakı  vəziyyələ artıq dözə bilmirdilər. Təbriz ziyalıları 
tribunalardan atəşin vətənpərvər nitqlər söyləyirdilər. Qəzet səhifələri bu 
hisslərlə doluydu. Təbrizdəki sovet konsulluğu qarşısında saysız adam olurdu. 
Bunların yarısı ərizə verib sovet vətəndaşı olmaq istəyirdi. Yarısı isə cəbhəyə, 
faşizmə müharibədə iştirak etmək üçün can atırdi. Hətta bəziləri yalvarırdı ki, 
bizə heç olmasa bir barmaq kağız verin ki, bizim bu barədə sizdə ərizəmiz var. 
Məscidlərdən minbərə çixan rövzəxanlar ilk öncə sovet ordusunun qələbə 
çalması və Stalin haqqında dualar edirdilər. Hətta Aşura günü zəncir vuranlar, 
xəncərlə baş yaranlar Leninin, Stalinin adını  çəkirdilər. Düşmənlərimizə 
qarğışlar yağdırırdılar. Təbriz ziyalılarından  Əli Birəng, professor Fəxri 
Ədhəm, Hilal Nasiri, Mir Mehdi Etimad, 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
299 
 
Məmməd Abbaslu, Əli Fitrət kimi dostlarımız həmişə bizim yanımızda 
olurdular. Bizi evlərə qonaq dəvət edirdilər. 
Bir dəfə bir qadın qabağımı kəsib dedi ki, "Ağa, biz varlı qonşulardan çox 
əziyyətlər görmüşük. Bizi adam saymırdılar.  İndi siz gələndən sonra dilləri 
qarınlarına girib. Çox xahiş edirəm. Bizə qonaq gəlin, qoy sizi bizim evdə 
görüb kor olsunlar. Bağırları çatlasın.  Ərim dülgərdir. Söz verin ki, 
gələcəksiniz". Bu görüş "Dülgərin arzusu" adlı şerinin yazılmasına səbəb oldu. 
Bir gün də Yunis Hacıyevlə məni evinə məşhur azadigah Əli Birəng dəvət 
etdi. Biz onun yanına getdik. Onun həyəti gozəl güllük, çiçəklikdi. 
Bu ziyafətdə biz üçümüz idik. Başqa heç kəs yoxdu. Hərdən bir cavan 
süfrəyə yemək verirdi. 
Əli Birəng bizim üçün çox zəngin süfrə açmışdı. Əli Birəng deyirdi ki, sizin 
Təbrizə  gəlişinizlə bu ölkəyə  ədalət, həqiqət, vicdan, namus gəlmişdir. Mən 
ziyalıyam. Vaxtilə Rusiyada Lenini görmüşəm. Bir az gözüaçıq adamam. Bu 
bədbəxt ölkədə haqsızlıq  ərşə dayanmışdır. Sizdən niyə gizlədim. Mənim iki 
kiçik kəndim vardı. Dolanışığım o kəndlərdəndi. Sizin ordu hələ İran torpağına 
daxil olmamışdan qabaq kəndlərə getdim. Əhalini toplayıb kəndləri onların öz 
ixtiyarlarına verdim. Siz bu həqiqəti yoxlaya bilərsiniz. Kəndlilər də bu 
yaxşılığı unutmadılar. Hərdənbir mənə azuqə  gətirib öz minnətdarlıqlarını 
bildirirlər. 
Əli Birəng yaşlı adamdı. Sifətdən qəşəng, boydan uca idi. 
O bizə  İrandakı azərilərin başına gələn fəlakətləri  şərh edirdi. Əli Birəng 
sovet adamlarına öz hörmətini, məhəbbətini bildirirdi. 
Əli Birəng söhbətin axırında mənə xatirə olaraq qiymətli bir üzük bağışladı. 
Mən üzüyü ona qaytardım. Onu başa saldıq ki, belə hədiyyə bizim üçün yaxşı 
məna daşımaz. O öz səhvini başqa cür düzəltdi. 
"Bəli, əlbəttə, şair üçün kitabdan gözəl hədiyyə ala bilməz" deyib mənə daş 
çaplı iki kitab bağışladı. Bu kitablardan biri şair Sabirin qəzəllərindən ibarət 
kitabdı. 
Sonra o mənə Möcüzün şeirlərini verdi. Bu əlyazmaları  mən Təbrizdə 
Qulam Məmmədəliyə yetirdim. 
Bu görüşümüzdən sonra Əli Birəng yığıncaqlarda çox ağıllı çıxışlar edirdi. 
O bir gün Təbriz ziyalılarının iclasında təbrizlilər tərəfindən 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
300 
 
Üzeyir Hacıbəyovun və  Səməd Vurğunun Təbrizə qonaq çağırılmalarını 
irəli sürdü. 
Əli Birənglə tez-tez görüşürdük. 
Mən Bakıya gələndən sonra ondan bir məktub aldım. Ağır xəstəliyindən 
şikayətlənirdi. 
Cənubi Azərbaycandan qayıtmağımızı vəfasızlıq adlandırırdı. Məktubun bir 
yerində yazırdı ki, "Sizin getməyinizlə, namus, vicdan da buradan getdi". 
 
* * * 
 
Təbriz ziyalılarından professor Fəxri Ədhəm də maraqlı bir şəxsiyyətdi. Bu 
alimin iki cilddən ibarət farsca-fransızca-azəricə lüğəti vardır. 
Fəxri Ədhəm Cəlil Məmmədquluzadənin dostlarından idi. Çox mehriban bir 
insandı. 
O bir axşam bizi evinə qonaq apardı. Yunis Hacıyev, Mirzə İbrahimov və 
bir neçə digər dostlarla onun evində gözəl saatlar keçirdik. 
Əvvəlcədən demişdi sizə bir plov verəcəyəm ki, gərək barmaqlarınızı 
sumura-sumura yeyəsiniz. Doğrudan süfrəyə düyüsü bir qədər sarımtıl plov 
gəldi. Düyüdə bir qədər qara xala bənzər şeylər vardı. Heç birimiz bu plovun 
düyüdən başqa nə ilə hazırlandığını bilmədik. 
Fəxri Ədhəm bu sirri açıb dedi ki, bu yalnız mənim mətbəximdə hazırlanır, 
buna "Paçaplov" deyərlər. 
Doğrudan da bu çox ləziz bir plov idi. 
Fəxri Ədhəm bizi öz kitabxanasiyla taniş etdi: Sonra bizə divardakı əksləri 
göstərdi. 
Bu  əkslərin biri Cəlil Məmmədquluzadə ilə birlikdə alınmışdı. Cəlil 
Məmmədquluzadə Təbrizdə olanda Fəxri Ədhəmgildə qalırmış. 
Hələ  Fəxri  Ədhəmin zarafatlarını demirəm. O çox şirin-şirin bizə  bəzi 
həyati hadisələri nağıl kimi çox maraqlı danışırdı. Fəxri Ədhəmin ən qiymətli 
hədiyyəsi başqa bir şey idi. Bu gecə onun evində  Şərqin dahi müğənnisi 
oturmuşdu. Bu Əbülhəsən xan İqbal idi. 
Bu adamla bir az əvvəl rəsmi tanış olmuşduq. Onu yalnız səhnədə oxuyanda 
görmüşdük. Bu Təbriz məkləblərinin birində olmuşdu. Bir gün Təbrizin 
qabaqcıl ziyalılarıyla birlikdə dostluq görüşü keçirməyi qərara aldıq. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə