Adətən, qoşqu nəqliyyatının və yük heyvanlarının geniş istifadə
olunduğu dağətəyi və aran kəndlərində darvaza enli, hündür və ikitaylı
düzəldilirdi. Çox güman ki, “dəvəçi ilə dost olanın darvazası gen
gərək”-atalar məsəli də məhz bu mülahizə əsasında yaramışdır.
XIX əsrdə Azərbacanın əksər bölgələrində mövcud olmuş
darvazalar öz quruluşuna görə bir və ya ikitaylı düzəldilirdi. Darvaza,
əsasən, təkərli və yüklü nəqliyyat vasitələri girib-çıxarkən açılıb-
bağlandığında, ailə üzvlərinin keçməsi üçün onu hər dəfə açıq-
bağlamaq sərfəli deyildi. Bunun üçün ya darvaza tayının birinin üstündə
80x150 sm ölçüdə kiçik qapı (alaqapı),
yaxud da darvazadan azca aralı ayrıca
kiçik giriş qapısı qoyulurdu.
Bəzən elə həyətlərə təsadüf
olunurdu ki, orada giriş yolu üçün həm
darvaza, həm də çax-çax (addamac)
qoyulurdu. Adətən, iki paralel küçənin
arasında yerləşən belə həyətlərin bir
tərəfində iri darvaza, digər tərəfində isə
çax-çax (addamac, qəsdək) qoyulurdu.
XIX əsrdə Azərbaycanın şəhər
tipli yaşayış məskənlərində dəbdəbəli,
mükəmməl bəzədilmiş, kamil sənət əsəri
təsiri bağışlayan geniş darvazalar üstünlük
təşkil edirsə, kəndli həyətlərinin
əksəriyyətində onlar sadə, səliqə ilə
yonulmuş ağac hissələrindən düzəldilirdi.
Darvazalar, bir qayda olaraq, taqqılbab,
zəndulbab, halqacəftə, içəridən bağlamaq üçün süngü, ling, at və ya
digər minik-nəqliyyat vasitələrini bağlamaq üçün adi halqa və s. ilə
təhciz edilirdi. Naxçıvan bölgəsində qapı (darvaza) üzərinə bərkidilmiş
taqqılbabla evin kişisi, zəndulbabla isə evin xanımı çağırılardı.
Şəki–Zaqatala bölgəsində qeydə alınmış bürcvari və yaxud
köşklü darvazalar öz orjinallığı ilə diqqəti cəlb edir. Bu darvazalar
həyət divarının münasib yerində dördkünc, ikimərtəbəli, birgözlü
tikintini xatırladır. Tikintinin alt mərtəbəsi qoşaqapılı darvaza və
dalandan, üst mərtəbəsi isə iki tərəfə, bəzən dörd tərəfə pəncərəsi olan
otaqdan ibarətdir. Belə darvazalar XX əsrin əvvələrində aid olsa da,
onların qalıqlarına Tala kəndində indi də təsadüf etmək olur.
Azərbaycanın Gədəbəy, Daşkəsən, Kəlbəcər, Lerik, Yardımlı,
Quba, Şəki bölgələrinin bəzi dağ kəndlərində, xüsusilə Şirvanın Göylər,
Quşçu, Çağan, Sündü, Çuxanlı və b. kəndlərində daşdan yolunub
düzəldilmiş darvazalar da mövcud olmuşdur. [24]
Beləliklə, Azərbaycan xalq yaşayış məskənlərinin meydana
gəlməsində, müxtəlif tip və formalarının təkamül mərhələlərindən
keçərək sabit yaşayış məskəninə çevrilməsində təbii-coğrafi şərait,
dövrün sosial-siyasi durumu, təsərrüfat məşğuliyyətinin istiqaməti və s.
amillər həlledici rol oynamışdır. Arxeoloji və etnoqrafik tədqiqatların
nəticələrinə istinad edərək bu təkamül prosesini təbii mağaralardan
tutmuş müasir kənd və şəhər tipli yaşayış məskənlərinə kimi ardıcıl
izləmək mümkündür.
YAŞAYIŞ EVLƏRİ VƏ İNŞAAT TEXNİKASI
Ev-insanların əsas yaşayış vasitələrində olub, onların təbii-
zəruri istirahətini, təsərrüfat, məişət və həyati tələblərini təmin edən
mühüm mədəniyyət abidəsidir. [25]
Yaşayış evlərinin müxtəlif tiplərinin formalaşmasında inşaat
materialları mühüm əhəmiyyət kəsb etmişdir. Azərbacanın təbii-coğrafi
və iqlim şəraitinin, həmçinin, topoqrafik quruluşunun müxtəlifiliyi,
burada inşaat materialının ayrı-ayrı növlərindən səmərli istifadə etməyə
imkan vermişdir. Əhalinin istifadə etdiyi ənənəvi inşaat materialları daş,
ağac, gil, kərpic, gəc, əhəng, kirəmit, qır, qarğı, qamış, çubuq, keçə və
s.dən ibarət olmuşdur. Maddi imkandan, təsərrüfat fəaliyyətindən və
ərazinin relyefindən asılı olaraq həmin materiallardan tikinti
təcrübəsində bu və ya digər dərəcədə istifadə edilmişdir.
Azərbacan xalq yaşayış evlərinin öyrənilməsi belə bir fikir
söyləməyə imkan verir ki, yaşayış evi tikilən ərazilərdə hansı tikinti
materialı üstünlük təşkil etmişdirsə, evlər də həmin materiallardan inşa
edilmişdir.
Azərbaycanın düzənlik, qismən də dağətəyi ərazilərində
ənənəvi tikinti materialı kimi gildən (palçıqdan) və çiy kərpicdən geniş
istifadə olunmuşdur. Yüksək keyfiyyətli gildən inşaat təcrübəsində
istifadə olunması tarixi çox qədimdir. Qazax rayonu ərazisində Sarıtəpə
yaşayış yerində arxeoloji qazıntılar zamanı möhrədən (palçıqdan)
tikilən divar qalığnın aşkar edilməsi e.ə. I minillikdə burada palçıq-
möhrə evlərdən istifadə edildiyini söyləməyə imkan verir. [26]
Möhrədən tikilən belə evlərin memarlıq cəhətdən primitiv olmasına
baxmayaraq, onlardan bəzən bir neçə yüz illərlə istifadə olunduğu
etnoqrafik ədəbiyyatda qeyd edilir. [27]
Tikinti materialı kimi
gildən suvaq və hörgü işlərində
də isitfadə olunurdu. Kərpicdən
tikilmiş bütün evlərin hörgüsü gil
məhlulu ilə aparılır, divarın hər
iki tərəfi, içərisinə saman
qatılmış palıçıqla suvanırdı.
Bundan başqa, evin damına və
döşəməsinə də suvaq çəkilir,
döşəmənin üzəri xüsusi növ gillə
şirələnirdi.
Çiy
kərpic
hazırlanmasında da gildən
istifadə olunurdu. Arxeoloji
qazıntılar zamanı Ağstafa
bölgəsində Şomutəpə yaşayış
yerindən 104 kv.metrlik sahədə
ölçüləri 34x12x7 sm və 36x13x9
sm olan çiy kərpicdən tikilmiş ev qalığı və təsərrüfat tikilisinin aşkara
çıxarılması [28] yerli əhalinin artıq e.ə. IV minilliyin axırlarında çiy
kərpicdən ev tikməyi bacardığını göstərir. Şirvanda Xınıslı yaşayış
yerinin e.ə. II əsrə aid mədəni təbəqəsindən, [29] Naxçıvan
böləgəsindəki Kültəpə yaşayış yerinin mədəni təbəqələrindən aşkar
edilmiş çiy kərpicdən hörülən divar qalıqları [30] da deyilənləri təsdiq
edir.
Hazırlanma üsulu olduqca bəsit olduğundan, əsrlər boyu
Azərbaycanın aran və dağətəyi kəndlərində çiy kərpicdən geniş istifadə
olunmuşdur. Kərpic kəsmək üçün bu məqsədlə ayrılmış torpaq sahəsini
belləyir və oraya su buraxırdılar. Torpaq yumşaldıqdan sonra üzərinə
doğranmış saman səpərək ayaqlamağa başlayırdılar. Kərpic ustalarının
dediyinə görə, içərisinə saman qatılmış palçıq daha davamlı olur,
çatlayıb ovxalanmırdı. Palçıq hazırlamaq prosesi çətin iş olduğundan,
adətən iş heyvanlarının gücündən də istifadə olunurdu. Samanla palçıq
tam qarışandan sonra, hazır kütləni 2-3 müddətində “acımağa
qoyurdular”. Kərpic kəsmək üçün hazır palçığı xüsusi hazırlanmış
Dostları ilə paylaş: |