Kirəmit, tənəkə-dəmir örtüklər və s. tikinti materialları
Azərbaycanın xalq yaşayış binalarının inşasında az istifadə olunmuşdur.
Kirəmit örtüklü evlər əsasən Şəki-Zaqatala və Cənub böləglərinin evləri
üçün xarakterik idi. Mənbələrdən məlum olur ki, Şahbazov soylu bir
şəxs ilk dəfə olaraq 1872-ci ildə Şəki şəhərində kirəmit zavodu
tikdirmişdir. XIX əsrin sonlarında Şəkidə işləyən 12 kirəmit zavodu
ildə cəmi 960 min ədəd kirəmit istehsal edirdi bə bunun da min ədədi
10 manata satılırdı. [33]
XX əsrin 30-50-ci illərindən başlayaraq həyata keçirilən
tədbirlər nəticəsində Azərbaycan xalqının inşaat mədəniyyətinin
inkişafı prosesi xeyli sürətlənmişdir. Tikiniti işlərində yeni-yeni inşaat
materialları (mişar daşı mişarlı taxta, şifer, tənəkə-dəmir örtük, yağlı
boya, dəmir-beton plitələr, şüşə, sement və s.) geniş yer tutmuşdur.
Abad və yaraşıqlı evlərin tikilməsi üçün zavod istehsalı olan bu
materialların əldə edilməsinə hər cürə şərait yaradılmışdır. Şəhər və
rayon mərkəzlərinə, iri kəndlərdə açılmış təsərrüfat və tikinti
materialları mağazalarda, əhaliyə müxtəlif adda inşaat materialları satışı
yaxşı təşkil olunmuşdur.
Müxtəlif tipləri yaşayış evlərinin inşasında Azərbaycan xalq
sənətkarlarının istifadə etdiyi alətlərin növləri rəngarəng, sayı isə xeyli
çox idi. Bunlara inşaat materialları hazırlamaq içində istifadə edilən
alətlər-bel, kərpic qəlibi, kirəmit qəlibi, daş baltası, daş çəkici, daş
kərkisi, dəmir bucaq, mişar, ərəkeş, balta, kərki, sərkeş, ərə,
qabıqyonan, məngəl, dəhrə, rəndə, raşta, iskənə, toxmaq, torpaq
şadarası, oraq və dəryaz; inşaat prosesində tətbiq olunan alətlər-teşə,
mala, kəmçə, taraz, şaqul, hörgü ipi, künyə, şümşad, xərək, qalaq,
palçıq təknəsi, kirəmit deşən, burav (maha), bıçaq, naçaq, çəkic, dartı,
şətə, möhrəkeş və s. aid idi. Məhz bu alətlərin köməyi ilə Azərbaycanın
bənna, xarrat və dülgələrləri ev inşası sahəsində zəngin təcrübə və
vərdişlər əldə etmiş, xalq yaşayış evi fondunun daha da
genişləndirilməsinə və təkminləşdirilməsinə xidmət göstərmişlər.
Yaşayış evi tipləri. Xalq yaşayış evlərinin etnoqrafik baxımdan
araşdırılmasının mühüm cəhətlərindən biri də onların tiplərinin
müəyyənləşdirilməsidir. Xalq yaşayış evi tiplərinin yaranmasında
ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat
materialları, tikinti texnikası, ictmai həyat və ailə məişəti müəyyənedici
rol oynamışdır. Məhz bu amillərin təsiri ilə xalq yaşayış evləri müxtəlif
tipdə olmuş, təbii mağaralardan (zağa, kaha, sığnaq, kühül) müasir
yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçmişdir.
Müxtəlif ev tiplərinin formalaşmasında mövcud ictimai quruluş, bu
quruluşun dəyişməsi ilə həmahəng dəyişən ictimai həyat tərzinin də
mühüm rolu olmuşdur. XX əsrin əvvəllərinə qədər Azərbaycan
kəndlilərinin iqtisadi vəziyyətinin ağırlığı, mədəni səviyyəsinin
ümumən aşağı olması, ictimai-iqtisadi inkişafın ləng sürəti yeni tipli
müasir evlərin yaranamsını uzun müddət ləngitmiş, bir sıra arxaik ev
tiplərinin son zamanlara qədər qalmasına imkan yaratmışdır.
Azərbaycan xalq yaşayış evlərinin təsnifat baxımından
öyrənilməsinin indiki səviyyəsini nəzərə almaqla onları şərti olaraq beş
qrupa bölmək olar:
I.
Əhalinin həyat tərzinə görə:
1.
Oturaq əhaliyə məxsus daimi evlər.
2.
Elatlara məxsus müvəqqəti evlər (alaçıq, dəyə, muxuru,
coma, qarakeçə, dünnüklü ev mağaradəyə, çadır və s.).
II.
İnşaat texnikası və tikinti materiallarına görə:
1.
Möhrə-kərpic evlər (kərpic, durna, möhrə ev, zomalaq
ev, qoclu ev, səlyani).
2.
Qarğı evlər (çovustan, qarğı durma, tapan ev, qom ev).
3.
Daş evlər (daxal, daşqura dəyə, qala yaşayış evləri,
şirvani, tıtı ev, tövlə-səki).
4.
Ağac evlər (bağdadı, bitəmə, carcar, cımğa, kərtmə,
çubuqhörmə, aradoldurma, cəlinəkə, sündüəkə).
III.
Dam örtüyünün formasına görə:
1.
Piramidal-pilləli dam örtüklü evlər (qaradam, pəyəbaşı).
2.
Yastı dam örtüklü evlər (daxal, tıtı ev, tövlə-səki, eyvanlı
evlər, bağdadı).
3.
Balıqbeli dam örtüklü evlər (şirvani, çovustan, qoclu ev,
durma).
4.
Çatmadam örtüklü evlər (səlyani, ağ otaq, tənəbi ev,
qavxanalı ev, imarət, aynabəndli ev).
Sonuncular örtük materialına (avar, kirəmit, taxtapuş, tənəkə
və s.) görə də bir-birində fərqlənirdi. Çatma damlar, həmçinin,
ikiyamaclı-səlyani (tecavan, iki çatılı, şilvərli) və dördyamaclı-qaytarma
(dörd çatılı, çahargül, xəlfə) olmaqla iki formada təzahür edirdi.
IV.
Evlərin hündürlük baxımından və ya yer səhtinə nəzərən
yerləşməsinə görə:
1. Batıq və ya qazma-qabartma evlər (təbii və süni mağara,
qazma, qaradam, kühül, yarımqazma evlər).
2. Yerüstü evlər. Yerüstü evlər həmçinin, birmərtəbəli, kürsülü,
antlı eyvanlı, qulangərişli, seyvanlı, qoclu, iki və ya üçmərtəbəli olurdu.
Yerüstü evlər otlaqların düzülüş formasına görə (təkcərgəli, ikicərgəli)
və sayına görə (bir, iki və ya çoxotaqlı ) da fərqlənirdilər.
V. Plan quruluşuna görə:
1. Kəllayı (tənəbi) və ya kəlləzal.
2. Qoşa kəllayı.
3. Cərgəvi (düzdəmə).
4. Dairəvi-oval
Azərbaycaının ən qədim məskən tipləri təbii və süni
mağaralar kimi formalaşmışdır. Belə
mağaralar həm də ibtidai
insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar qüvvələrin
inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının
təkmilləşdirilməsi nəticəsində süni mağaralar qazma tipli evlərlə əvəz
olunmuşdur. Daş hörgünün meydana gəlməsi isə qazma və yarımqazma
evlərin yaranmasında
mütərəqqi rol
oynamışdır.
Azərbaycan
xalqının arxaik ev
tipləri haqqında yazılı
mənbələr olmadığından,
bu barədə
ətraflı
məlumatı arxeoloji
qazıntı
materialları
verir. 1956-1957-ci
illərdə Sarıtəpə yaşayış