Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə14/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

  

Kirəmit,  tənəkə-dəmir  örtüklər  və s.  tikinti  materialları

Azərbaycanın xalq yaşayış binalarının inşasında az istifadə olunmuşdur.

Kirəmit örtüklü evlər əsasən Şəki-Zaqatala və Cənub böləglərinin evləri

üçün xarakterik idi. Mənbələrdən məlum olur ki, Şahbazov soylu bir

şəxs  ilk dəfə olaraq 1872-ci ildə  Şəki şəhərində kirəmit zavodu

tikdirmişdir. XIX  əsrin sonlarında Şəkidə işləyən 12 kirəmit zavodu

ildə cəmi 960 min ədəd kirəmit istehsal edirdi bə bunun da min ədədi

10 manata satılırdı. [33]

  

XX əsrin 30-50-ci   illərindən başlayaraq həyata keçirilən



tədbirlər nəticəsində Azərbaycan xalqının inşaat mədəniyyətinin

inkişafı prosesi xeyli sürətlənmişdir. Tikiniti işlərində yeni-yeni inşaat

materialları (mişar daşı mişarlı taxta, şifer, tənəkə-dəmir örtük, yağlı

boya, dəmir-beton plitələr, şüşə, sement və s.) geniş yer tutmuşdur.

Abad  və  yaraşıqlı  evlərin  tikilməsi  üçün  zavod  istehsalı  olan  bu

materialların əldə edilməsinə hər cürə  şərait yaradılmışdır. Şəhər və

rayon mərkəzlərinə, iri kəndlərdə açılmış təsərrüfat və tikinti

materialları mağazalarda, əhaliyə müxtəlif adda inşaat materialları satışı

yaxşı təşkil olunmuşdur.

  Müxtəlif  tipləri yaşayış evlərinin inşasında Azərbaycan xalq

sənətkarlarının istifadə etdiyi alətlərin növləri rəngarəng, sayı isə xeyli

çox idi.  Bunlara inşaat materialları hazırlamaq içində istifadə edilən

alətlər-bel, kərpic qəlibi, kirəmit qəlibi, daş baltası, daş çəkici, daş

kərkisi, dəmir bucaq, mişar, ərəkeş, balta, kərki, sərkeş, ərə,

qabıqyonan, məngəl, dəhrə, rəndə, raşta, iskənə, toxmaq, torpaq

şadarası, oraq və dəryaz; inşaat prosesində tətbiq olunan alətlər-teşə,

mala, kəmçə, taraz, şaqul, hörgü ipi, künyə, şümşad, xərək, qalaq,

palçıq təknəsi, kirəmit deşən, burav (maha), bıçaq, naçaq, çəkic, dartı,

şətə, möhrəkeş və s. aid idi. Məhz bu alətlərin köməyi ilə Azərbaycanın

bənna, xarrat və dülgələrləri ev inşası sahəsində zəngin təcrübə və

vərdişlər əldə etmiş, xalq yaşayış evi fondunun daha da

genişləndirilməsinə və təkminləşdirilməsinə xidmət göstərmişlər.



Yaşayış evi tipləri. Xalq yaşayış evlərinin etnoqrafik baxımdan

araşdırılmasının mühüm cəhətlərindən biri də onların  tiplərinin

müəyyənləşdirilməsidir. Xalq yaşayış  evi tiplərinin yaranmasında

ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat




materialları, tikinti texnikası, ictmai həyat və ailə məişəti müəyyənedici

rol oynamışdır. Məhz bu amillərin təsiri ilə  xalq yaşayış evləri müxtəlif

tipdə olmuş, təbii mağaralardan (zağa, kaha, sığnaq, kühül) müasir

yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçmişdir.

Müxtəlif ev tiplərinin formalaşmasında mövcud ictimai quruluş, bu

quruluşun dəyişməsi ilə həmahəng dəyişən ictimai həyat tərzinin də

mühüm rolu olmuşdur. XX əsrin əvvəllərinə qədər Azərbaycan

kəndlilərinin iqtisadi vəziyyətinin ağırlığı, mədəni səviyyəsinin

ümumən aşağı olması, ictimai-iqtisadi inkişafın ləng sürəti yeni tipli

müasir evlərin yaranamsını uzun müddət ləngitmiş, bir sıra arxaik ev

tiplərinin son zamanlara qədər qalmasına imkan yaratmışdır.

 

Azərbaycan  xalq  yaşayış  evlərinin  təsnifat  baxımından



öyrənilməsinin indiki səviyyəsini nəzərə almaqla onları şərti olaraq beş

qrupa bölmək olar:

I.

Əhalinin həyat tərzinə görə:



1.

Oturaq əhaliyə məxsus daimi evlər.

2.

Elatlara məxsus müvəqqəti evlər (alaçıq, dəyə, muxuru,



coma, qarakeçə, dünnüklü ev mağaradəyə, çadır və s.).

II.


İnşaat texnikası və tikinti materiallarına görə:

1.

Möhrə-kərpic  evlər  (kərpic,  durna,  möhrə  ev,  zomalaq



ev, qoclu ev, səlyani).

2.

Qarğı evlər (çovustan, qarğı durma, tapan ev, qom ev).



3.

Daş evlər (daxal, daşqura dəyə, qala yaşayış evləri,

şirvani, tıtı ev, tövlə-səki).

4.

Ağac evlər (bağdadı, bitəmə, carcar, cımğa, kərtmə,



çubuqhörmə, aradoldurma, cəlinəkə, sündüəkə).

III.


Dam örtüyünün formasına görə:

1.

Piramidal-pilləli dam örtüklü  evlər (qaradam, pəyəbaşı).



2.

Yastı dam örtüklü evlər (daxal, tıtı ev, tövlə-səki, eyvanlı

evlər, bağdadı).

3.

Balıqbeli dam örtüklü evlər (şirvani, çovustan, qoclu ev,



durma).

4.

Çatmadam  örtüklü evlər (səlyani, ağ otaq, tənəbi ev,



qavxanalı ev, imarət, aynabəndli ev).


     Sonuncular örtük materialına (avar, kirəmit, taxtapuş, tənəkə

və s.) görə də bir-birində fərqlənirdi. Çatma damlar, həmçinin,

ikiyamaclı-səlyani (tecavan, iki çatılı, şilvərli) və dördyamaclı-qaytarma

(dörd çatılı, çahargül, xəlfə) olmaqla iki formada təzahür edirdi.

IV.

 Evlərin hündürlük baxımından və ya yer səhtinə nəzərən



yerləşməsinə görə:

1. Batıq və ya qazma-qabartma  evlər (təbii və süni mağara,

qazma, qaradam, kühül, yarımqazma evlər).

2. Yerüstü evlər. Yerüstü evlər həmçinin, birmərtəbəli, kürsülü,

antlı eyvanlı, qulangərişli, seyvanlı, qoclu, iki və ya üçmərtəbəli olurdu.

Yerüstü evlər otlaqların düzülüş formasına görə (təkcərgəli, ikicərgəli)

və sayına görə (bir, iki və ya çoxotaqlı ) da fərqlənirdilər.

V. Plan quruluşuna görə:

1. Kəllayı (tənəbi) və ya kəlləzal.

2. Qoşa kəllayı.

3. Cərgəvi (düzdəmə).

4. Dairəvi-oval

    

Azərbaycaının  ən  qədim  məskən  tipləri  təbii  və  süni



mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai

insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar qüvvələrin

inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının

təkmilləşdirilməsi nəticəsində süni mağaralar qazma tipli evlərlə  əvəz

olunmuşdur. Daş hörgünün meydana gəlməsi isə qazma və yarımqazma

evlərin yaranmasında

mütərəqqi rol

oynamışdır.

   Azərbaycan

xalqının arxaik ev

tipləri haqqında yazılı

mənbələr olmadığından,

bu barədə 

ətraflı


məlumatı arxeoloji

qazıntı


materialları

verir. 1956-1957-ci

illərdə  Sarıtəpə yaşayış



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə