Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə22/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

vasitəsilə ya çəkib dəyə çubuqlarının bağlayır, ya da kənarlarından

ağac, daş və s. asırdılar. Dəyənin möhkəmliyini artırmaq məqsədilə

onun üstünü də iplə (sicimlə)  möhkəm çəkir və “yellik” düzəldirdilər.

Bir qayda olaraq, dəyənin qapısı gündoğan səmtə baxırdı. Lakin nadir

hallarda, xüsusilə oba quzeydə yerləşdikdə dəyənin baxar səmti

günbatana tərəf olurdu. Qapı, adətən, bir-birindən 70-80 sm aralı

basdırılmış iki yoğun çubuqdan düzəldilirdi. Giriş yolu həsirlə, palazla

və yaxud, məhz bu məqsəd üçün xüsusi toxunuş “qapılıq” adlanan

kilimlə tutulurdu. Günəşli günlərdə dəyənin qaplığı çimərlənib yuxarıda

ip (köşə) vasitəsilə bağlanırdı.Yağış suyunun dəyəyə dolmaması üçün

onun ətrafına “qapım” adlanan ensiz arx (şırım) çəkilirdi.

Dəyənin ölçülərindən asılı olaraq onu tikmək üçün 30-50-yə

qədər çubuq, 4-6-ya qədər keçə (qəlib) işlənirdi. Qəlibi (keçəni)

“həllac” adlanan xüsusi səriştəli ustalar  hazırlayırdı. Adətən, üçlükdə

işləyən həllaclar gün ərzində dörd  qəlib (keçə) hazırlaya bilirdilər.



Müvəqqəti yaşayış evlərinin bir tipi də

alaçıq idi. Dəyəyə nisbətən mürəkkəb

konstruksiyaya malik olan alaçıq, həm də

həcminin böyüklüyünə görə də fərqlənirdi.

Onu tikmək üçün gözəyarı müəyyən edilmiş

yerə ağac mıxca çalıb, ucuna ip bağlayırdılar.

İpi mıxçanın dövrəsi boyunca 6-8 addımlıqda

fırladaraq, yerdə dairə çəkir və bir qayda ilə

alaçığın dövrəsini müəyyən edirdilər.  Bundan

sonra dairənin mərkəzinə təxminən 3-5 m

hüdürlüyünüdə

“sunaça” basdırılırdı.

Azərbaycanın ayrı-ayrı bölgələrində sunaça-

“çöysü”, “köskü”, “çatma-çıvıx”, “dirəncək”,

“lobar” adları ilə məlum idi. Alaçıqlarda

sunaçanın qoyulması həm onun həcminin

genişlənməsinə, həm də qəlibin ağırlığı altında

çubuqların möhkəm dayanmasına təminat

verirdi. [59] Bəzi varlı alaçıqlarında sunaça

“şirazlı”, “çıxırlı” olurdu. Belə sunçaların

üzəri oyma üsulu ilə milli ornament və

naxışlarla bəzədilir, ətrafında çoxlu təbii

çıxıntıları olurdu ki, oraya paltar, silah,

xəncər, ov avadanlığı və s. şeylər asılırdı.

Sunaçanın başına çəmbərəsi (sağanağı)

boyunca 30-a qədər deşik açılmış çarpaz

şəkilli və ya pərli çarx formalı dünnük

keçirilirdi. Bir-birindən eyni məsafədə torpağa

basdırılmış alaçıq çubuqlarının nazik ucları bu

deşiklərə keçirilirdi.  Bundan sonra çarxa

bağlanmış ipi, çubuqlar qövsvari görkəm alana

kimi aşağıya doğru tarım çəkir, sunaça

yaxınlığında basdırılmış mıxlara bağlayırdılar. Alaçığın yan

çubuqlarının möhkəmliyini təmin etmək üçün  bir-birinə paralel olaraq

1 m aralı “badaq çubuqları” da bənd edilirdi. Bu qayda ilə gövdə hazır

olduqdan sonra onun ətrafına çətən (çığ) çəkib həmin gövdənin üzərinə



qəlib (keçə) salırdılar. Azərbaycanın Şirvan bölgəsində müvəqqəti

yaşayış evi kimi inşa olunan bu tip alaçıq “dünnüklü ev” adı ilə məlum

idi.

 Öz həcminə görə alaçıqdan nisbətən böyük olan muxurun inşaat



texnikası alaçıqdan heç də fərqlənmirdi. Muxurun qəlibləri sadə

naxışlarla örtülür, interyeri müxtəlif toxunma lentlərlə (bafta), qapıüstü

naxışlarla bəzədilirdi.

Alaçıq və dəyənin içərisində “nəmi”, yaxud “bucaq” deyilən

xüsusi yer düzəldilir, burada heyvandarlıq məhsulları və  ərzaq

saxlanılırdı. Nəminin döşəməsi yastı çay daşları ilə döşənir, olacaq

yerindən çətən arakəsmə və ya 30-50 sm hündürlüyündə daşqura

divarla ayrılırdı. Ev müxəlləfatı (barxana, məfrəş və s.) künclərin

birində daş ayaqaltı üzərinə taxta qoyulmaqla  qurulan yük yerinə

yığılırdı.

Azərbaycanın maldar elatları “mağardəyəsi” və ya sadəcə

olaraq “mağar” adlanan iri həcmli yaşayış evləri də tikirdilər. Əsasən,

böyük patriarxal ailəyə məxsus olan belə müvəqqəti tikililər uzunsov

planda olurdu. Mağardəyəsini tikmək üçün hər tərəfdə on ədəd çubuğu

təxminən bir metr  aralı qarşı-qarşıya basdırıb uclarını  əyərək ip

vasitəsilə bir-birinə badaq edirdilər. Qövsvari şəkil alan bu çubuqlar

doqquz ədəd bel çubuqları vasitəsilə birləşdirilir, arxasını örtmək üçün

isə beş ədəd çubuqdan istifadə olunurdu. Yan çubuqların ortasında bir

xətt boyunca bağlanan badaq çubuqları dəyənin möhkəmliyini daha da

artırırdı. Qəlibin ağırlığı altında çubuqların əyilməməsi üçün onun

içərisində iki dirək basdırılırdı. Bundan sonra ətrafına çətən çəkilmiş

mağar dəyənin üstünə qəlib döşənirdi. Belə mağar dəyələrdə yaylaq

şəraitində hətta toy etmək belə mümkün idi.

  Azərbaycanın Lənkəran-Astara bölgəsi üçün xarakterik olan,

talış dilində “çodı kümə” (çadır ev) adlandırılan “qaraçadır”ın plan

quruluşu mağar dəyəyə bənzəsə də, inşaat materialına və texnikasına

görə ondan fərqlənirdi. Düzbucaqlı planda olan  “çodı kümə”nin yan və

kəllə tərəfləri köndələn qoyulmuş çubuqları (kamat) daha elastik

çubuqlar (reves) keçirməklə hörülürdü. Yan tərəfləri daha sıx hörülmüş

“çodı kümə”nin qabaq hörgüsündə düzbucaqlı  formada giriş yolu

qoyulurdu. Tavanı əməmlə gətirən qövsvari əyilmiş çubuqların üzərinə



keçi qəzilindən toxunmuş qara və ya tünd palıdı rəngli cecim örtürdülər.

Alaçıq və dəyəyə nisbətən daha davamlı tikilən “çodı kümə”ni sökmür,

növbəti ildə istifadə üçün saxlayırdılar.[60]

  Bölgədə çadır evlərin digər bir vatiantı üç cərgədə torpağa

basıdırılmış dirəklər üzərində qurulurdu. Dam örtüyündə maililik

yaratmaq üçün orta dirəklər yan dirəklərə nisbətən 80-90 sm hündür

olurdu. Dirəklərin  haçasına tir atılır, üstünə maili şəkildə xarapa (xapu)

döşənir və keçə ilə örtülürdü.

  Planda kvadratşəkilli tikilən kümənin yanlarına həsir tikilir,

qapısı hörmə çubuqdan düzəldilirdi.

  Tavansız maldar elatlar yaylaq şəraitində bəzən olduqca sadə

tikinti konstruksiyasına malik olan “kolux” tipli alaçıqlarda

yaşayırdılar. Kolux, əsasən Naxçıvan mahalının maldar elatları üçün

səciyyəvi olan müvəqqəti ev tipi idi. Onu qurmaq üçün 1,5-2 m

hündürlüyündə  iki ağac dirəyi bir-birindən 3-4 m aralı torpağa basdırır

və onun haçasına köndələn ağac qoyurdular. Planda “П” şəkilli olan bu

cür tikintinin  üstünü avarla və cecimlə (palazla) örtür, uclarını ip

vasitəsilə tarpağa çalınmış mıxlara bağlayırdılar. Koluxun bir tərəfi

giriş yolu üçün açıq saxlanılırdı. [61]

Yaşayış evlərinin daxili sahmanı. XIX-XX əsrin əvvəllərində

Azərbaycan xalqının yaşayış evlərinin daxili sahmanında Şərq

aritekturasına məxsus sadəlik özünü göstərirdi. Burada yaşayış evlərinin

forma, plan quruluşu və tiplərindən fərqli olaraq,  interyerdə də müvafiq

dəyişikliklər baş vermişdi. Evin daxili sahmanında olan dəyişikliklərdə

xalqın sosial-iqtisadi və mədəni səviyyəsi, təsərrüfat fəaliyyətinin

istiqaməti, xalq ənənələri, maddi-texniki imkanlar, iri şəhərlərə yaxın

yerləşmə və s. amillər həlledici rol oynamışdır.

   Azərbaycan xalqının böyük əksəriyyətinin yaşayış evləri XIX

əsr və XX əsrin əvvəllərində qazma və qaradam tipli olduğundan,

onlarda daxili səliqə-sahman o qədər də gözlənilmirdi. Belə evlərdən

təkcə yaşayış üçün deyil, təsərrüfat məqsədləri üçün də istifadə edilirdi.

Bu barədə XIX əsrin əvvəllərinə aid bir məlumatda deyilir: “Adətən

belə evlərə daxil olduqda ilk dəfə adamın gözünə, bir-birinə söykənmiş

mis qabların uzun cərgəsi, sonra yan-yana qoyulmuş xalçalar, keçələr

və barxana dəyir. Evin ortasında-yerdə ocaq qalayıb yemək hazırlayır,




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə