Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə30/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

bəzək və növ müxtəlifliyi) getdikcə daha daha çox dərinləşmişdir. Belə

dəyişiklikləri Azərbaycan xalq məişətinin müxtəlif sahələrini özündə

əks etdirən miniatürlərdə, burada təsvir olunan müxtəlif sosial

mənsubiyyətli əhalinin geyimlərində görmək mümükündür. Bu dövrdə

Azərbaycanda türk-islam mədəniyyəti də öz inkişafının daha yüksək

mərhələsinə çatır. Sənətdə mücərrədlik, həndəsi ornamentlərin

mürəkkəb sistemi qərarlaşır. Bütün bunlar isə özünü geyim mədəniyyəti

sahəsində daha çox büruzə verir. İstər miniatür məktəbi

nümayəndələrinin yaradıcılığında, istərsə də Azərbaycanda olmuş xarici

ölkə səyyah və coğrafiyaşünaslarının (Q.Klavixo, A.Kontarini,

A.Cenkinson, A.Eduarde, L.Cepmen, D.Deket, T.Benster və b.) yol

qeydlərində və  əsərlərində xalq geyimlərində olan rəng harmoniyası,

biçim gözəlliyi, simmetriya, geyimi daşıma zövqü və s. yüksək

qiymətləndirilmişdir ki,  bu da XIV-XV yüzilliklər Azərbaycan geyim

mədəniyyətinin daha da zəngiləşdiyini bir daha sübut edir. [31] XVI

əsrdə  Şamaxıda Abdulla xanın qonağı olmuş ingilis səyyahı

A.Cenkinson hökmdarın geyiminin təsvirini vermişdir: “Hökdar özü

orta boylu və zəhmli adam idi, uzun ipək parçalardan bahalı mirvarilər

və daş-qaş düzülmüş paltar geyinmişdi”. O, başına şiş uclu, yarım yard

uzunluğunda (ingilis ölçü vahididir, təxminən 1 yard=91,44 sm) zəngin

qızılı parçadan türban (papaq) qoymuşdu, üstündən 20 yard

uzunluğunda, qızılı sapla tikilmiş hind ipəyindən çalma bağlamışdı.

Türbanın sağ tərəfində, mina ilə zərif bəzədilmiş və daş-qaş düzülmüş

qızıl lüləyə lələk çələngi taxılmışdı. Onun sırğalarını  əl içi boyda

uclarına böyük qiyməti olan iki yaqut qoyulmuşdu”. [32] Bu təsvirdən

aydın olur ki, əhali arasında sosial təbəqələşmə də geyimlərin fonduna

böyük təsir göstərmişdir. A.Cenkinsonun yol qeydlərində o da məlum

olur ki, Azərbaycan Səfəvilər dövlətində yerli istehsala aid olan parça

materialları ilə  yanaşı, Avropada istehsal edilmiş böyük çeşidli geyim

materialları-mahud, kamzol, atlas, karazey, xüsusilə müxtəlif rəng

çalarlı (Qızılbaş  əmmamələri üçün nəzərdə tutulan  qırmızı rəngli

parçalar da daxil olmaqla) hollanda parçaları və London mahudunun

bütün növləri də geyim növlərinin hazırlanmasında əsas yer tutmuşdur.

[33]



 XVI yüzillik Azərbaycanın siyasi tarixində  mühüm dövr

olduğu kimi, geyim mədəniyyəti ənənələrinin zəngiləşdiyi dövr kimi də

diqqəti cəlb edir.  Bu dövrə aid edilən süjetli parça növlərinin  dünyanın

bir çox muzeylərinin (Moskvada Silah Palantası, ABŞ-da-Bostonda

İncəsənət Muzeyi, Londonda Viktoriya-Albert Muzeyi, Budapeşt

Dekorativ Sənətlər Muzeyi, Parisdə Dekorativ Sənətlər Muzeyi və s.),

eləcə də ayrı-ayrı kolleksiya sahiblərinin (Nyu-Yorkda cənab Morun,

Parisdə cənab Levenin və b.) şəxsi kolleksiyalarını bəzəməsi  [34] son

orta əsrlərdə Azərbaycanda, xüsusilə Təbrizdə parça istehsalının

ənənəvi milli zəmin üzərində yüksək səviyyədə  inkişaf etdiyini təsdiq

edir. Bütün bu parçalardan hazırlanan kişi və qadın geyimləri  özünün

mühafizəkarlığını sonrakı yüzilliklərdə də saxlamış, biçilmə tərzində və

tikiş üslubunda müəyyən dəyişiklikləri, bədii-dekorativ çalarları və

lokal xüsusiyyətlərini nəzərə almasaq, demək olar ki, bütünlüklə

təkrarlanmışdır. XVI-XVIII yüzillikərin qadın geyim dəsti içərisində,

əvvəlki əsrlərdə olduğu kimi, yenə də alt və üst köynəyi (qaftan), dizlik,

tuman, arxalıq, çuxa, cübbə, çəpkən, balaqlar dizə və ya dabana qədər

çatan şalvar, xəz bürüncək əsas yer tutmuşdur. Səfəvilər dövründə

Azərbaycan kişi əhalisinin geyimlərində  köynək və  şalvarla yanaşı,

çuxa, arxalıq, kürk, qurşaq, qəba, cübbə, başmaq, çama-əmmamə və s.

həm gündəlik, həm də mərasim geyim növləri kimi məlum olmuşdur.

Maraqlıdır ki, bu dövrdə Azərbaycan geyimləri təkcə sosial

təbəqələşməni deyil, eləcə də tayfa mənsubiyyətinin göstəricisi kimi

funksiyalar daşımışdır. Belə ki, Bəktaşilərin ölkədə olan paltarlar

geyməsi, Mövləvilərin geyimlərinin adi adamların geyimlərindən fərqli

olması, Heydərilərin kürəklərinin tüklü qoyun dərisi ilə örtməsi,

Nemətullahilərin çox qəribə geyimi, Abdalların vəqf dərisindən paltar

geyməsi və bu geyimin onların sinəsindən düzlərinə qədər uzanması

Azərbaycanda olan xarici ölkə səyyahlarının diqqətini cəlb etmiş,

bunları ənənəvi tayfa geyimləri kimi qeydə almışlar. [35]

 XVII yüzillikdə Azəbaycan şəhərlərinin say və çəkisinin

artması ilə əlaqədar olaraq ənənəvi parça toxuculuğu və paltar istehsalı

emalatxana və müəssisələri şəhərlərdə daha çox cəmləşməyə başlayır.

Bu dövrdə  ən çox toxuculuq mərkəzləri Təbriz, Ərdəbil və  Şamaxı

şəhərləri olmuş, bununla yanaşı, digər Azərbaycan şəhərləri- Gəncə,



Naxçıvan, Ərəş, Marağa, Ordubad, Dehharqan və Mərənd də vacib

istehsal mərkəzləri kimi seçilmişdir. Şəhərlər arasında parça istehsalı ilə

bağlı ciddi ixtisaslaşma olmasa da hər halda Təbriz –məxmər, atlas,

qumaş,  rənbərəng qaba parça,  yüngül parça (duvaq); Ərdəbil-tafta,

duvaq parçası və qaba parça; Şamaxı-tafta və ya “şamaxı”, darayı,

duvaq parçası; Naxçıvan-“qələmkar” adlanan parçaları ilə

məhşurlaşmışdır. [36] Külli miqdarda tarixi mənbələrə, arxiv

sənədlərinə, miniatür  rəsmlərə və səyyahların məlumatlarına isitnad

edən M.X.Heydərov XVII əsrdə xalqımızın geyim dəstində yun,

pambıq, kətan və ipək parçalardan tikilmiş və dərindən hazırlanmış

müxtəlif dekorativ-bəzək xüsusiyyətlərinə, biçim tərzi və tikiş üslubuna

malik olan geyimlərin –papaq, kaftan, kürk, qurşaq (kəmər), kürdi

(mahuddan tikilən baş geyimi), dolama (uzunətək çuxa), baş örpəyi,

şalvar, corab və s. mövcud olduğunu təsdiqləyir. [37] Bəhs olunan

dövrün geyimləri içərisində  “dövranbənd” adlanan qızılbaş papağı,

ərəb-müsəlman donu hesab olunan “üçətək” və “ləbbadə” əvəzinə

geyilən “xirqə” (boğazından kəmər yerinə qədər düymələnən, qurşaqsız

geyilən uzun və enli paltar olub, adətən yundan tikilirdi. “Suf”-farsca

“yun” adlandığından, onu geyənlərə “sufilər” deyirdilər), xirqəyə

bənzər, ancaq döyüş zamanı geyilən və belinə kəmər bağlanan

“kəmərçin”, dabanlı və ya dabasız, uzunboğaz və ya yarımboğaz

çəkmə, qondara, ağ kətan ipdən toxunan, altına parçadan bir neçə qat

altlıq salınan və “givə”adlanan ayaqqabı, yun ipdən toxunmuş corab və

patava ilə geyilən “çaqcur” ayaqqabılar üstünlük təşkil edirdi. Zadəgan

qadınları başlarına “nimtac” (yarımtac) və ya “tiyar” adlanan üçbucaqlı

tac qoyur, ətrafını lentlə bağlayırdılar. “Tiyar”- qadının həm də  ərli

olduğun bildirən mühüm əlamət hesab olunurdu. Subay qızlar “tiyar ”

əvəzinə saçlarını, üzərinə müxtəlif qiymətli muncuqlarla və daş-qaşlarla

bəzək-naxış salınmış lentvari parçarlarla  bağlayırdılar. Zəncirəyə

tutulmuş araqçın, örpək,  rübənd-niqab da qadın geyimlərinin ayrılmaz

tərkib hissələri idi.  Qadın kəmərçinlərinin ətəyi  öndən qatlanıb kəmərə

keçirildiyindən, onun astara göz oxşayan rəngli ipək parçadan xüsusi

səliqə ilə hazırlanırdı.

  XVI-XVIII əsrlərin ənənəvi geyim tipləri haqqında məlumatlar

dastan yaradıcılığında da, xüsusilə məhəbbət dastanlarında  öz əksini



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə