Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə33/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   29   30   31   32   33   34   35   36   ...   134

gətirlirdi. Bədənə kip yapışan topuqluğun balağı topuğun üstünə qədər

çatırdı. Abşeronda qadınların darbalaq gerdiklərini vaxtilə buraya

səyahət edən S.Q.Qmelin də müşahidə etmişdi. [52] Zaqatala bölgəsinin

ayrı-ayrı  əhali qrupları arasında bu geyim tipinin müxtəlif adları

olmuşdu.  Belə ki, avarlarda

“xebet”, “saxurlarda “bada”,

“vaxçek”, ingiloylarda,

“nibxavi”, “mukasar”, və ya

“mukasa” adlanan darbalaq

azərbaycanlılar arasında

“dizlik” və

“badış”


adlanmışdır. [53] Belə geyim

növü qədimlərdən məlum

olmaqla, Azərbaycanın digər

etnik qrupları ( udinlər və

“Şahdağ qrup xalqları”)

arasında da mövcud olmuşdur.

Adətən, ata rahat minmək və

köç yollarda rahat gəzmək

üçün elat qadınları darbalaq

geyməz, taylı tumannın

balaqlarının badışın (ayaqlığı

olmayan toxunma corab)

içərisinə qab-qarıb, qatma

(hörmə ip) ilə bağlayırdılar.

 Azərbaycanda  qadın

alt geyimləri kompleksinə

daxil olan çaxçur, bir qayda

olaraq, şəhər əhalisinin,

xüsusilə də varlı və kübar

ailələri geyimi kimi  mövcud

olmuşdur. Ayağı büzməli

şalvarı xatırladan bu geyim

növü Yaxın və Orta Şərq

ölkələrində, Orta Asiya  və




Qafqaz xalqları arasında geniş yayılmış, Ön Asiya vasitəsilə

Azərbaycana da keçmişdir. Q.T, Qaraqaşlı çaxçurun Azərbaycanda

yayılmasını farsların və fars rühanilərinin təsiri ilə  əlaqələndirir. [54]

Çaxçur geyim tipi Gəncədə, Naxçıvanda, Abşeronda və  Şirvanda

(Şamaxı, Basqal, Lahıc) daha çox istifadə olunurdu.

   


Qadın  üst  geyim tiplərinin  əsas  elementlərindən  biri üst

köynəyi idi. Azərbaycanın bütün etnoqrafik bölgələrinin qadın

geyimlərinin mühüm elementlərindən biri olan üst köynəyi ayrı-ayrı

məhəlli xüsusiyyətləri (bunlar özünü xırda detallarda göstərirdi) nəzərə

almasaq,  demək  olar  ki,  ümumi  səciyyə  kəsb  etmişdir.  O,  kəsmə  və

tuniki biçim üsulunda tikilərək, qollarının ağzı bilərzikli və yelpazəli

olurdu. Sahibinin iqtisadi imkanından asılı olaraq, qadın üst köynəyi

bahalı parçalardan (qanavoz, darayı, bursa, atlas, mov, xara), həmçinin

ucuz başa gələn pambıq, yun və kətan parçalardan (satin, fay, şal, çit)

tikilir, qoltuğunun altına isə fərqlənən parçadan xişdək qoyulurdu.

Adətən, yelpazəli  üst köynəyi boyunduruqsuz olur,  yaxa və boyun

kəsiyinin ətrafına, üstü rəngli saplarla işlənmiş yaxalıq tutulurdu. Bəzən

bu cür dekorativ bəzək elementləri (“sarımabafta”, “hərəmi”,

“qaragöz”) üst geyiminin qollarının ağzına, (bilərziklərinə və ya

məcələrinə) və yan çapıqlarına (peş) da vurlurdu. Köynəyin qabaq

ətəyinin üstü metal qulplu sikkələr (qızıl və gümüş abbasılar) və

müxtəlif döymə, basma və kəsmə bəzəklərlə (midaxil, pilək, zərənduz-

çaxma pilək və s.) zəngin olan “ətəklik” tikilirdi. Belə köynəklərin

ətəyi, bir qayda olaraq, tumanın üstünə salınırdı.

 Qolları bilərzikli (məcəli) köynəyin

yaxası düzbiçimli olub, boyunduruqlu

tikilirdi. Gürcüstan Dövlət Muzeyinin

fondunda saxlanılan sarı rəngli təbii ipəkdən

(qanavoz) hazırlanan belə köynəklərin birinin

ətəyinə iki formada bəzək (gümüşdən iki

qəpiklik boya,  üzərində 8 guşəli ulduz həkk

olunmuş pullar və 5 çıxıntılı zınqırov və ya

insan əlinin barmaqlarını xatırladan bəzək)

tikilmişdir. Bu köynəkdə xişdək qoyulmamış,

bu    görə  də  qol  gövdəyə  çiyin  tikişləri



olmadan birləşdirilmişdir. Ətək yanları çapıq tikilən köynəyin  yasa

hissəsi bə bilərziyi qızılı saplarla işlənmişdir.  Köyənyin enli bilərizyə

tikilən hissəsinə  dekorativ bəzək xarakteri daşıyan “ağızlıq” əlavə

olunmuşdur. [55] Belə qadın üst geyim növləri Azərbaycanın əksər

etioqrafik bölgələrində (Qarabağ, Şirvan, Muğan, Gəncəbasar, Bakı )

üçün xaraterik geyim növü olmuşdur.

 Köynək tikilərkən yaş fərqi ciddi nəzərə alınır, qız və gəlinlərin

köynəkləri gözoxşayan rəngli parçalardan (qırmızı, sarı, çəhrayı,

bənövşəyi, yaşıl və s. ) yüksək zövqlə biçilib-tikilir. Qadınlar tünd (göy,

palıdı və s.), qoca qarılar isə qara rəngli parçalara üstünlük verirdilər.

Azərbaycanlın cənub bölgəsində, Naxçıvanda, Şəki-Zaqatala

bölgəsinin bir  çox kəndlərində, eləcə də Quba-Qusarın dağlıq

hissəsində uzunətək köynək geniş yayılmışdı.  Dizdən aşağı (topuğa

qədər) çatan belə köynəyin biçim üslubunda fərq olmasa da, həm

uzunluğu, həm də  ətəklərinin getdikcə genəlməsi ilə  əvvəlki

köynəklərdən fərqlənirdi. Uzun ətəkli və çoxtaxtalı üstündən geyilən

belə köynəklərdə yan çapıqları da nisbətən böyük olurdu.

Ordubad bölgəsində

qadın

geyimlərinin tərkib hissəsi olan belə



köynəklər XIX-XX əsrin əvvəlllərində

“oyma” adlanmışdı. Maralıdır ki, ində də

Naxçıvan MR-də hazır qadın geyimi

(fabrik istehsalı) “oyma” adlanır. Bununla

yanaşı, Ordubad qadınları qurşağa qədər

çatan qısa, ilgək-düyməsiz, bütöv biçimli,

nisbətən geniş ölçülü “çəpkən-köynək”

adlanan üst geyim növünə də üstünlük

vermişlər. [56]




Uzun müddət Azərbaycanın qadın

geyim kompleksinin tərkib hissəsi olmuş

tuniki və kəsmə (doğrama) biçimli üst

köynəkləri XX əsrin əvvəllərindən

başalayaraq fabrik istehsalı olan “qofta”

geyim tipi tərəfindən sıxışdırılaraq

istifadədən çıxarılmışdır.

XIX-XX  yüzilliyin əvvəllərində

yaşlı qadınların geydiyi cütbalaq (taylı tuman, ikibalaq) kimi üst geyim

növü ilə yanaşı, qadın üst tumanı [57] da geniş yayılmışdır. Qabaq

Asiyada yarandığı ehtimal edilən bu geyim növü İran vasitəsi ilə

Azərbaycanda da keçmişdir. Qadın üst geyim tumanı xişdəksiz

(miyançasız) tikilməklə, iki variantda (büzməli və qırçınlı) təsadüf

olunurdu. Muğan qadınları arasında  belə tumanlar “qarmanlı” və

“çimdikli” tuman adı ilə məlum idi. [58] İqtisadi imkandan asılı olaraq

qadın üst tumanı qanavoz, darayı, misqalı tirmə, [59] alışı, marpus,

zərxara, alxara, zərələm, zərnədur, məxmər, naşura, tafta, atlas və s.

kimi  bahalı    parçalardan,    eləcə  də  çit,  lastik,  sətin    müxtəlif  rənglərə

boynamış midqalı ağ, şal və s. kimi ucuz parçalardan tikilirdi. Bundan

başqa, yaş fərqindən asılı olaraq qocaların (qarıların) tumanı adətən

birrəng (qara, yaşıl, göy, palıdı və s.) parçadan, gəlin-qız tumanı isə

daha gözəgəlimli rəngli-güllü parçalardan hazırlanırdı. Xalq arasında

geniş yayılmış:

                              Alışı tumanı vızvızı,

                              Ölürəm, a dəllək qızı!-

 Misraları ilə başlanan el mahnısında alışı (qırmızı ) parçadan

tuman geyinmiş dəllək qızı vəsf olunurdu.

  Adətən orta yaşlı qadın tumanı 10-12 taxtadan (hissədən) ibarət

biçilir bə taxtaları bir-birinə biçilməklə hazırlanırdı. Büzməli tumanın

beldə qlan hissəsi büzülərək (çinlənərək) 5-6 sm enində olan nifəyə

tikilirdi. Nifədən keçirilən ucu qotazlı (pürçümlü) ipək tumanbağı ilə

tuman belə bağlanırdı.




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə