Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə32/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

“küçə mənə dar gəlir”, “min bir gül”, “oturma, sınar”,  “dur, məni

gəzdir”, “pinti məni geyməz”, “qonşu bağrı çatladan”, “sürüşdüm-

düşdüm”, “dəymə, gülüm tökülər”, “şəmsi-qəmər”, “gendə-dur” və s.

adlarla məşhur olmuşdur. [48]

  XIX əsrin ortalarından başlayaraq xalq məişətinə getdikcə

daxil olan fabrik-sənaye məhsulları kustar toxuculuğu sıxışdırmağa

başlayır. Bu dövrdə Azərbaycan Rusiya, İran, Avropa ölkələrində

gətirilən  parça məhsulları yerli istehsalı üstələyir. “Firəng çiti”, “rus

çiti”, Moskva fabrikantı  İ.P.Abramovun  “Proxorov yoldaşlığı”

manufakturasının istehsalı olan “Proxorov ağı” kimi ucuz parça növləri,

eləcə də fabrik istehsalı olan şilə, qədək, bez, cuna, satin, lastik və s.

parça materialları geyim dəstlərinin hazırlanmasına daha sərfəli hesab

olunur. Pambıq parça materialına yüksək tələbatın artdığını nəzərə alan

Azərbaycan sənayeçisi və messenantı H.Z.Tağıyev 1901-ci ildə Bakıda

pambıq parçası istehsal edən fabrik açır. Xalq arasında bu fabrikin

buraxdığı məhsul  “Tağıyev ağı” kimi məhşurlaşmışdır. Bütün bunlara

baxmayaraq, Azərbaycanın imkanlı sosial təbəqələri arasında barnus,

naşura, darayı, qanovza, tafta, mov, tirmə, xara, atlas, məxmər, mahud-

şal və s. kimi bahalı parçalardan geyim dəstləri də uzun müddət öz

istifadə üstünlüyünü qoruyub saxlamışlar.

   

XIX-XX  yüzilliyin  əvvəllərində  Azərbaycan xalqının  milli



geyim dəstlərinin mühüm tərkib hissələrinin hazırlanmasında xəz və

gön-dəri məhsulları da mühüm əhəmiyyət kəsb etmişdir. Gön-dəri həm

aşılanmış, həm də xam halda istifadə edilmişdir. Bir qayda olaraq,

aşılanmış göndən başmaq, kəmər, məst, çəkmə; xəz-dəridən-papaq və

kürk; xam dəridən isə müxtəlif növlü çarıqlar və tüklü papaqlar

hazırlanmışdır. Ümumiyyətlə, xalq geyim ehtiyaclarının ödənilməsi

üçün yerli xammalın -yun, ipək, kətan, pambıq, dəy, gön, keçə və s.

Azərbaycanda kifayət qədər bolluğu xalq geyimlərinin çeşidinin

zənginliyinə, növ müxtəlifliyinə və tipoloji  cəhətdən seçilməsinə imkan

yaratmışdır.

    Bütün tarixi-etnoqrafik bölgələr üzrə Azərbaycan milli xalq

geyimlərini qadın geyimləri, kişi geyimləri və uşaq geyimləri olmaqla

üç tipə ayırmaq olar. XIX əsr xalq geyimləri həm də mərasim geyimləri

əhalinin müxtəlif  sosial qruplarının peşə mənsubiyyəti ilə  əlaqədar




geyimlər, mövsümi səciyyəli geyimlər, dini zürmələrə məxsus geyimlər

və s. olmaqla da fərqlənmişdir.




QADIN GEYİMLƏRİ

XIX-XX yüzilliklərin əvvəllərində Azərbaycanın ənənəvi qadın

geyimləri özünün rəng əlvanlığı, biçim tərzi və tikiliş üslubunun

mürəkkəbliyi, eləcə də tip və formalarının müxtəlifliyi ilə seçilirdi.

Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik bölgələrinin əhalisinin ənənəvi

qadın geyimlərində lokal-məhəlli xüsusiyyətlər, bölgələrə məxsus

detallar və ştrixlər az və ya çox  diqqəti cəlb edirdi. Başqa sözlə desək,

qadın geyim kompleksi  tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi

daşıyırdı.

Azərbaycanın qadın milli geyimləri “alt paltarları”, və “üst



paltarları” olmaqla iki variantda mövcud olmuşdur.  Qadın alt

paltarları  alt köynəyi (müxtəlif bölgələrdə ona “can köynəyi” və “ət

köynəyi” də deyirdilər), cütbalaq (enli şalvar) və darbalaqdan (dizlik)

ibarət olmuşdur.

  Qadın alt köynəyi əldə toxunma və satınalma  (fabrik istehsalı

olan) pambıq və ipək parçalardan biçilib-tikilirdi. Köynəklər, bir qayda

olaraq, “Morozov ağı” və  “Tağıyev

ağı”ndan,  bezdən (qalın ağ), hamuyan

ağından hazırlanırdı. Bəzən onlar üst

köynəyi  əvəzinə də istifadə

olunduğundan rəngli parçalardan (şilə,

qədək, qanovuz və s.) tikilirdi. Alt

köynəyi üst köynəyindən uzun, həm də

gen biçilib-tikilir,  hər iki yanında

kəsik (“çapıq” və ya “peş”) qoyulur,

qolları uzun olmaqla büzmə-manjetli

(bilərzikli) olurdu.  Kasıb qadınların

alt köynəyi bəzəksiz olub, boğaz

altında bir və ya ikiilgək-düymə ilə

bağlanır, varlı qadınların isə alt

köynəklərinin yaxa kəsiyi və qollarının

ağızına bəzən  bəzən başqa rəng parçadan köbə qoyulur,  bəzən də

rəngarəng bəzək elementləri salınır və qızıl düymə ilə düymələnirdi.

Muğan bölgəsində qadın alt  köynəyi (uzunluq)   adlanır, qolsuz, yaxası




üçbucaq  şəklində açıq olub, yerli əhali arasında “sosi” adlana ağ çitdən

tikilirdi. Qollu tikilən üst köynəyindən fərqli olaraq, onun ətəyi xeyli

uzun olurdu. [49] Azərbaycanın bütün etnoqrafik bölgələrində qadın alt

köynəyi tuniki və kəsmə biçim üsulu ilə hazırlanırdı. Kəsmə biçim

üsulunda parça materialı kürək, sinə, çiyinlik, yaxa, boyunluq, qolluq,

bilərzik-manjet və xişdəkdən  ibarət biçilir, sonra müvafiq hissələr

səliqəli tikişlə bir-birinə bəndlənirdi. [50]

 Bəzən parçanın ensizliyi və təsərrüfat işlərini nəzərə alaraq,

belə köynəklərin qoltuqaltına “xişdək” adlanan əlavə parça kəsiyi tikilir

və belə köynəklər  “xişdəkli köynəklər” adlanırdı.

 

Qadın alt  geyimləri müxətlif biçimli tumandan (şəltə,



cüttuman), darbalaq və cütbalaq (taylı tuman) kimi geyim

elementlərindən ibarət idi. Cütbalaq (taylı tuman) adətən tünd rəngli

parçalardan (göy, palıdı, qara, qırmızı) iki ayrıca  balaq kimi biçilir,

xişdəklə (və ya miyança ilə) birləşdirilir, beldə saxlanması üçün yuxarı

hissəsi büzülərək orada “nifə” tikilir,  və nifədən keçirilən (tumanbağı)

vasitəsi ilə bağlanırdı. Bunu üçün 4 m-dən 8 m-ə  qədər parça gərək

olurdu. Balaqların gen olması, sərbəst hərəkət üçün imkan yaratması,

qadın orqanizmini yaxşı mühafizə etməsi və s. kimi cəhətləri nəzərə

alaraq bəzi tədqiqatçılar  taylı tumanın məhz köçmə həyat tərzi keçirən

xalqlar arasında meydana gəldiyini qeyd edirlər. [51] Məişət şəraitindən

və maddi imkandan asılı olaraq taylı tuman həm alt paltarı, həm də üst

geyimi kimi  istifadə olunurdu.

 Darbalaq bədənə kip yapışmaqla tikilən geyim növü olub, taylı

tumanın altından geyilirdi. Kişi dizliyi ilə oxşarlıq təşkil edən darbalaq

Şəki-Zaqatala, Naxçıvan və Abşeron bölgəsi əhalisinin yaşlı

qadınlarının geyim kompleksində  əsas yer tutmuş,  digər etnoqrafik

bölgələr üçün də  o qədər də xarakterik olmamışdır. Naxçıvan

bölgəsində darbalaq  “topuqluq” adı ilə məlum idi.  Topuqluq ipəkdən

gen şəkilli biçmə üsulu ilə

hazırlanır,  balaqları və beli

qaytanla büzülürdü.

 İranda-Təbrizdə daha çox

dəbdə olan belə qadın alt

paltarları Naxçıvana oradan




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə