Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə28/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

boyu bir çox təbii-coğrafi, sosial-siyasi, iqtisadi-mədəni və s. amillərin

fəal təsiri ilə böyük təkamül və inkişaf yolu keçmiş, xalq məişətinin

əsasını təşkil etmişdir. Xüsusilə xalq yaşayış evi fondu iqtisadi

imkanların genişlənməsi, əhalinin mədəni həyat səviyyəsinin yüksəlişi

və tikinti mədəniyyətinin daha da təkmilləşdirilməsi nəticəsində yeni-

yeni ev tipləri ilə zənginləşmiş, XIX-XX yüzilliyin əvvəllərində qazma

və qaradamlardan yerüstü evlərə-imarət, ağ otaq, aynabəndli ev,

malikanə və s. kimi inkişaf edərək xalqın tələbatını tam ödəmişdir.





                              GEYİMLƏR

Ənənəvi xalq geyimləri və bəzəklər maddi mədəniyyətin digər

sahələri kimi, hər bir xalqın həyat və məişətinin ayrı-ayrı məsələlərini

araşdırmaq üçün zəngin etnoqrafik materiallar verir. Geyimlərin və

bəzəklərin öyrənilməsi hər bir xalqın milli xüsusiyyətlərini, iqtisadi və

mədəni həyat səviyyəsini, təsərrüfat məşğuliyyətinin istiqamətini, onun

başqa xaqlarla tarixi əlaqə və qarşılıqlı təsir  məsələlərini, estetik və

bədii zövqünü, etnik və sinfi mənsubiyyətini müəyyənləşdirməkdə

əhəmiyyətli mənbə rolunu oynayır.

Ənənəvi xalq geyim kompleksinin meydana gəlməsi uzun sürən

tarixi inkişaf prosesinin nəticəsi olduğundan o xalqın etnogenezi

probleminin öyrənilməsində də vacib mənbələrdən biri hesab olunur.

“Digər bir tarixi mənbələrlə bərabər, geyimlərə aid olan materiallar da

hər bir xalqın mədəni-tarixi əlaqələrinin, milli xüsisiyyətlərinin

müəyyən edilməsinə və etnogenezi probleminin həllinə cəlb oluna

bilər”. [1]

  Mütəxəsislər geyim mədəniyyətinin başlanğıcını e.ə. 40-25-ci

minilliklərə aid edirlər. [2] Tarixi inkişafın gedişində sosial-iqtisadi

həyat şəraitinin dəyişməsi geyim növlərində əsaslı dəyişikliklərə səbəb

olmuş, yeni-yeni geyim tipləri meydana çıxmışdır. Geyim

mədəniyyətinin formalaşmasında təbii-coğrafi şəraitin, xüsusilə də

iqlimin həlledici rolu inkaredilməzdir. “Hər cür iqlimdə yaşamağı”

öyrənən insanda “soyuqdan və rütubətdən qorunmaq üçün mənzilə və

paltara təlabat” da yaranmışdır. Buna işarə edən B.F.Adler  yazırdı:

“İnsanın yaşadığı ərazinin xarakterindən asılı olaraq rəngarəng şəraitdə

geyim elementləri ya təkmilləşmiş ya da tənəzzül etmişdir. Əgər insan

onu əhatə edən mühitdə öz geyimi üçün lazımi material əldə edə

bilirdisə,  bundan geniş şəkildə istifadə edirdi. Səhrada və ya tundrada-

yaşıllığın kasad olduğu yerlərdə parça üçün əlverişli material əldə

edilmirdisə,  insan  dəri  və  yundan  paltar  geyirdi.  O  yerdə  ki  insan  sərt

iqlim şəraitinin tələbi ilə isti geyinməyə məcbur olurdu, orada geyim

ölkənin və iqlimin şəraitinə uyğunlaşdırılırdı”. [3] Buradan geyim

elemenetlərinin meydana çıxmasının ilk zəruri tarixin amili məhz



təbiətin iqlim təsirlərindən qorunmaq olduğu aydınlaşır. Geyimin tarixi

ilə məşğul olan mütəxəssislərin əksəriyyəti, bundan başqa, etik

normalara əməl edilməsi və insanların zaman-zaman inkişaf edən

estetik zövqlərinin təmin edilməsi zərurətini də geyim elementlərinin

meydana gəlməsindən müqəddəm şərtlər hesab edirlər. [4]

  

Azərbaycan  geyim  mədəniyyətinin  formalaşmasında  təbii-



coğrafi şəraitlə yanaşı, xalqın mənəvi-əxlaqi, psixoloji-ideoloji

baxışları, dünyagörüşü, sosial-iqtisadi və mədəni həyatı da əhəmiyyətli

rol oynamışdır.

  

Xalqımızın  geyim  mədəniyyətinin  ilkin  çağları  haqqında



məlumatları arxeoloji qazıntılardan, Azərbaycan haqqında məlumat

verən qədim və antik dövr tarixilərinin əsərlərindən, qayaüstü

rəsmlərdən, təsviri materiallardan və b. mənbələrdən əldə edə bilirik.

Bu mənbələrin araşdırılmasından aydın olur ki, Azərbycan ərazisində

məskunlaşan ilk insanların geyimləri təbii əldə edilən materiallardan

(dəri, süni liflər, yarpaq və s.) olmaqla, istifadə tərzinə görə bürüncək,

sarıq və örtmə və geymə kimi müxtəlif variantlarda özünü göstərmişdir.

Hələ toxuculuq sənətinin meydana gəlmədiyi Paleolit və Mezolit

dövrlərində ibtidai insaların başlıca geyimləri dəri bürüncəklər

olmuşdur. İbtidai insalar ovladıqları heyvanların ətini qida kimi qəbul

etmiş, dərisini isə yağ-piy qalıqlarında qaşovlayıb təmizləmiş, sümük

bizlər vasitəsilə deşib bir-birinə ağac sıyrıqlar ilə bağlamış,  və

beləliklə, primitiv bürüncəklər əldə etmişlər. [5]

     Bəşər tarixində “Neolit  inqilabı” adlandırılan  tarixi

kəşflərin tərkib hissələrindən biri olan toxuculuğun meydana gəlməsi ilə

insanların geyimlərində toxunma elementlərin ilk növləri müşahidə

olunur. Sonralar Neolit dövrünün sonu, Enolit dövrünün əvvəllərində

artıq toxunma geyimlərin sayı artır,  insanlar təbiətin hazır məhsullarını

mənimsəməkdən daha çox  özləri istehsal sənayesini inkişaf etdirirlər.

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində  əldə

edilmiş maddi mədəniyyət nümunələri (daş və sümük bizlər, iynələr,

sümük və gildən hazırlana əyirici alətlər, sümükdən dəri

pardaxlayıcıları və s.) Enolit və Tunc dövrlərində toxuculuq sənətinin

inkişaf etdyini əyani fakatlarla sübut edir. [6]




 Bu alət və avadanlıqlardan istifadə edən qədim dövr insanları

yun  və  digər  təbii  lifləri  çox  nazik  şəkildə  əyirmiş,  paltar  toxumaq

vərdişlərinə yiyələnmişlər. Toxuma sənətinin daha da təkmilləşməsində

dəzgah toxuculuğu mühüm rol oynamışdır. Mingəçevir qazıntılarından

əldə eilən parça qalıqları [7] və toxucu dəzgahın hissələri [8]  ilk orta

əsrlərdə Azərbaycanda dəzgah toxuculuğunun yayıldığı göstərir. Bəsit

olmasına baxmayaraq, toxucu dəzgahı hörmə əməliyyatından toxunma

texnikasına  keçid mərhələsində qədim dövrə xas olan texniki vasitələr

içərisində  ən mürəkkəb əmək aləti hesab olunurdu. [9] Dəzgah

toxuculuğuna keçməklə parça istehsalı və geyim növlərinə toxunması

nisbətən  artır  və  geyim  elementlərinin  sayı  da  çoxalırdı.  Yazılı

qaynaqların verdiyi məlumata görə, hələ e.ə.IX əsrdə Aşşur hökdarı

Aşşurnasirpal  tarixi  Manna  (Azərbaycan)  ərazisi  olan  Zamya

vilayətindən bac kimi yun və  əlvan yun parçadan tikilmiş paltarlar

alırmış. [10] Bu dövrdən toxucluluq materialı kimi kətan, yun, sonrakı

dövrlərdə isə pambıq və ipək əsas olmuşdur. E.ə. V əsrdə yaşamış

“tarixin atası” Herodot Azərbaycanda keyfiyyətli parçalar toxunduğunu,

ağac yarpaqları təbii boyadıldığını, həmin naxışların davamlılığını

xüsusi olaraq qeyd etmişdir. [11]

Azərbaycanda geyim ehtiyaclarının ödənilməsi üçün hələ qədim

dövrlərdən qoyun və quzu yunu, keçi qəzili ilə yanaşı, dəvə yunundan

da istifadə edilməsi məlumdur. Tarixçi Elianın verdiyi məlumata görə,

Albaniyanın Kaspiana vilayətində Milet yunundan heç də geri

qalmayan zərifyunlu dəvələr saxlanılırdı. [12] Azərbaycanın geyim

mədəniyyəti tarixini araşdıran S.S. Dünyamalıyeva çoxlu faktik

materiallar (maddi mədəniyyət nümunələri, təsvirlər) və tarixi

məxəzlədən çıxış edərək göstərir ki, eramızdan əvvəlki minilliklərdəki

geyimlərin forması eramızın əvvəllərinə qədər də dəyişməmişdir.

Ancaq alətlər (əyirmə və toxma alətlər) bir qədər təkmilləşmiş, III

minillikdə  əl ilə hörülərək ensiz zolaqdan ibarət olan və  əyinə kip

yapışaraq, tam bədən formasının alan geyim, e.ə VIII əsrdə eyni

formalı, lakin sərbəst biçimli olmuş, e.ə. VI-V əsrlərdə isə xeyli eni

materiallardan tikilməklə, qırçınlanaraq  kəmərlə belə yığılmışdır. Bu

dövrün kişi və qadın  geyimləri də bir-birindən çox fərqlənməmişdir.

[13]



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə