Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə21/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

öyrənilməsidir. Aparılan çoxillik etnoqrafik müşahidələr və çoxsaylı

etnoqrafik-memarlıq tədqiqatları Azərbaycan xalq və yaşayış evlərinin

kəllayı (kəlləzal), qoşa kəllayı və cərgəvi (düzdəmə) plan quruluşuna

malik olduğunu təsdiq edir. Memarlıq ədəbiyyatında belə planlı evlərə,

bir qayda olaraq, “T”, “II”, və “I” şəkilli evlər deyirlər.

    XIX-XX əsrin əvvəllərində xalqın istifadəsində olan yaşayış

evlərinin böyük əksəriyyəti kvadrat dördkünc (pəyəbaşı, qaradam) və

düzbucaqlı (təkotaqlı yerüstü evlərin hamısı) planda tikilmiş

birmərtəbəli evlərdən ibarət olmuşdur. Uzun zaman belə evlər həm

yaşayış evi, həm də təsərrüfat tikililəri kimi istifadə olunduqlarından,

digər plan quruluşlu evlərin tikilməsini lüzumsuz etmişdir. Lakin XIX

əsrin ortalarından başlayaraq inşaat ənənələrinin zənginləşməsi, xalq

sənətkarlarının yeni-yeni plan qrurluşlu evlər tikmə bacarığı, başlıcası

isə ailənin güzəranında məişət və təsərrüfat bölmələrinin bir-birindən

qəti surətdə ayrılması nəticəsində evlərin yaşayış və istehsal-təsərrüfat

hissəsinə bölünməsi prosesi başlamış, beləliklə yeni plan quruluşlu

evlər meydana çıxmışdır. Belə plan quruluşlu evlərdən biri də cərgəvi

(düzdəmə) variantında tikilən evlərdir. Cərgəvi (düzdəmə)  planlı

evlərdə otaqlar bir xətt boyunca cərgə ilə bir-birinə bitişik tikilirdi.

Əsasən iki, üç və daha çox otaqlardan ibarət olan belə evlərdə bir-biri

ilə  əlaqə otaqlararası  eyvan, yaxud dəhliz (qavxana) vasitəsi ilə



(Naxçıvan bölgəsi) yaradılırdı. Belə otaqlardan, adətən, biri mətbəx

kimi nəzərdə tutulur, digərləri isə qonaq və yataq otaqları kimi  (“qış

evi” və “yay evi” də deyilirdi) istifadə olunurdu. Naxçıvanın indiki

Cəlilkənd kəndində qeydə alınmış və böyük patriarxal ailəyə mənsub

olan yaşayış evi cərgəvi (düzdəmə) plana malik olub, özündə yeddi

yaşayış otağını və iki təsərrüfat tikilisini birləşdirir. [54]

   Cərgəvi plan quruluşuna malik evlərlə yanaşı, Azərbaycanda

kəllayı (kəlləzal) variantlı ev tiplərinə də rast gəlinir. Əsasən

Azərbaycanın aran və dağətəyi kəndlərində, xüsusilə Abşeron

yarmadasında geniş yayılmış kəlayı evlərin əsas xüsusiyyəti otaqlardan

birinin planda inşa olunmuş bir və ya iki otağın kəlləsində tikilməsində

“T” şəkilli forma yaratmasından ibarətdir. Belə evlərin hər ikisinin

qapısı eyni eyvana açılırdı. Naxçıvan və Lənkəran bölgələrində “tənəbi”

evlər adlandırılan kəllayı evlər memarlıq-planlaşdırma baxımından daha

yığcam və məqsədəuyğun olub, ayrı-ayrı bölmələr arasında daxili

əlaqələrin asanlaşmasına şərait yaradırdı.

 Xalq yaşayış evlərinin planlaşdırılmasında digər bir variantı

qoşa kəllayı evlərdir. Qoşa kəllayı evlərdə xətti planda tikilmiş



otaqların hər iki başında köndələn otaqlar tikilir və planda “II” şəklini

alırdı. Belə hallardan bütün otaqların qapısı eyni eyvana açılır, eyvanın

qarşısı, bir qayda olaraq, şüşəbənd (aynabənd) edilirdi.

 XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan  kəndlərində

ikimərtəbəli evlərə də təsadüf olunurdu. Onların alt mərtəbəsi, adətən,

tövlə, anbar, iş-istehsal otağı, dükan, emalatxana, bir sözlə, təsərrüfat-

məişət bölməsini təşkil edir, üst mərtəbəsi isə yataq və qonaq otağı üçün

nəzərdə tutulurdu.



 Müvəqqəti  yaşayış evləri. Azərbaycan xalq yaşayış evinin

fondunun bir qismini də maldar elatlara məxsus olan və müxtəlif adlar

daşıyan müvəqqəti yaşayış evləri (alaçıq, coma, dəyə, muxuru,

qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.) təşkil edirdi. Adından

məlum olduğu kimi, müvəqqəti yaşayış evləri, əsasən yaylaq şəraitində

inşa olunur, asanlıqla sökülüb-yığıla bilirdi. Dairəvi və uzunsov planda

qurulan belə evlərin əsas tikinti materialı çubuq, qarğı, qamış, keçə

(qəlib), ip, ağac və s. idi.

  

Etnoqrafik  araşdırmalar  göstərir  ki,  Azərbaycanın  maldar



elatlarının istifadəsində olan müvəqqəti yaşayış evlərinin  müxtəlif

variantları içərisində dəyə (Şirvanda- qarakeçə) və alaçıq üstünlük

təşkil etmişdir. Dəyə, həm ölçüsünə, həm də tikilmə üsuluna görə

alaçıqdan fərqlənirdi. Həcminə görə alaçıqdan kiçik olan dəyə,

möhkəmliyinə görə də ondan geri qalırdı. Belə fərqli xüsusiyyətlərinə

baxmayaraq əslində alaçıq və dəyə eyni bir müvəqqəti yaşayış evinin

iki müxtəlif növüdür. “Dəyə” istilahı bir çox türkdilli xalqlarda

ümumiyyətlə, “ev” mənasında işlədilir. [55]

 Qeyd etmək lazımdır ki, saxurlar arasında dəyə “qış evi” kimi

məlumdur. Belə dəyələr Azərbaycan dəyələrindən kəskin surətdə

fərqlənərək 1,5-2 m dərinliyində torpağın içərisində tikilirdi. Dəyənin

ortasında 1 m dərinliyində qazılan ocaq yerinə qışda ayaqlarını

sallayaraq qızınırdılar. [56]

  Azərbaycanın ayrı-ayrı bölgələrində dəyə, inşaat materiallına,

plan quruluşuna, konstruksiyasına və təyinatına görə müxtəlif səciyyə

daşımışdır. Şəki-Zaqatala və Qarabağ bölgələrində dəyə ya torpaqda

qazılan kalafa kimi, ya da sal daşlardan tikilir və düzbucaqlı planda

olurdu. Onlardan yalaq və qışlaq şəraitində çobanlar istifadə edirdilər.




Burada tikilən qazma tipli dəyələr ya ikisinəli dam çardağı ilə, ya da

çubuqlardan düzəldilən qövsvari keçə örtüklə tamamlanırdı. [57]

Naxçıvan bölgəsində tikilən dəyələrdə inşaat materialı kimi

gildən, ağacdan, otdan, küləşdən

istifadə olunurdu. Gildən inşa olunan

dəyə bir və ya ikimərtəbəli olmaqla,

özünün xarici görkəminə görə qala

bürcünü xatırladır  və daimi yaşayış

evi kimi nəzərdə tutulurdu. [58]

Dəyə yüngül kostruksiyaya

malik olduğundan quruluşca çox

sadə idi. Lazımi ölçüdə çubuqları

kəsib ucları rəndələdikdən sonra

onları dəyə tikilməsi üçün nəzərdə

tutulmuş yeri dairəvi şəkildə, bir-

birindən 40-50 sm aralı basdırırdılar.

Qarşı-qarşıya duran çubuqların

uclarını  əyərək yundan toxunmuş

“örəmə ” adlanan qotazlı ip

vasitəsilə bir-birinə bağlandıqdan

sonra  dəyənin gövdəsi hazır olurdu.

Dəyənin üstünü örtmək üçün

əvvəlcə çubuqların çöl tərəfdən

ətrafına hündürlüyü 80-100 sm olan

qarğıdan hörülmüş çətən (çitəmə,

çığ) çəkirdilər. Çətən (çığ) giriş

yolunu bağlamırdı. Bundan sonra

dəyənin başı dörd hissə keçədən

ibarət olub, dairəvi və dördkünc

formada bir-birinə tikilən “baş

qəlib” ilə örtülürdü. Dəyənin yanları

isə, üç hissə keçədən ibarət olan və

aşağıya doğru getdikcə enlənən “yan

qəlibləri” ilə bağlanırdı. Qəlibləri

külək atmasın deyə, uclarındakı iplər



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə