Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə18/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

üçbucaq formasında hörülür və 2-2,5 m hündürlüyə qaldırılırdı.

Düzbucaqlı planda tikilən salyani evlərdə seyvan evin cənub-şərq

tərəfindən düzəldilirdi. Bunu qızmar günəş  şüalarından qorumaq

məqsədilə izah etmək olar. Belə evlərdə qapı seyvana, pəncərə isə

həyətə baxırdı. Salyani evlərin mühüm inşaat xüsusiyyətlərindən biri də

onların tavansız olmasıdır. Burada dam çardağı tavanı  əvəz edirdi.

Kəllə divarların üzərində dayanan ana tirin bir ucu xeyli qabağa

çıxarılmaqla, seyvanın üstünü örtür və xüsusi kətil üzərində qoyulmuş

“dirsək kötüyü” nün başında dururdu. Kətilin bir ucu seyvanın yan

üzərində digər ucu isə seyvan sütununun başında dayanırdı. Onun

üzərində seyvan damı tikilirdi.

  Salyani evlərdə damın bütün ağırlığı el arasında “səlim ağacı”

adlandırılan tirin üzərinə düşürdü. “Səlim ağacı”nın ucları evin tən

ortasında yan divarın kətilləri üzərində durmasına baxmayaraq, onun

altına evin tən ortasında dirək vurulurdu. Çardaq ana tirin üzərində

qurulurdu, ana tirin ağırlıq mərkəzi isə “səlim ağacı”nın üzərinə

düşürdü. Ona görə də tir ilə “səlim ağacı” arasına “qoltuqaltı” adlanan

dirəkçə qoyulurdu.[46]

   Şirvan bölgəsi üçün xarakterik olan və Gəncəbasarda geniş

yayılan ev tiplərindən biri də “şirvani” evlər idi. “Şirvani” evlərin dam

örtüyü balıqbeli formasında olub, xeyli alçaq düzəldilirdi. Bunun üçün

ana tiri kəllə divari üzərinə qaldırıb üstünə, hər iki tərəfə maili olmaqla

pərdilər döşənirdi. Şirvani evlərin dam çardağında “səlim ağacı”

işlənmir, evin kəlləsində tikilən seyvandan fərqli olaraq uzunluğu

boyunca evyan yerləşdirilirdi. Bəzən kəllə divari üzərinə qaldırılmış ana

tir qoşa qoyulurdu. Qoşa tirli evlərin damını tikərkən pərdilər təkcə yan

yamaclara döşənmir, həm

də evin bel hissəsini

tamamlayırdı. Belə evlər

interyerdə yanlara doğru

maili, eksteryerdə isə

balıqbeli şəklində

görünürdü. Şirvani evlər

daşdan və çiy kərpicdən

inşa edilirdi. [47]



 İctimai inkişafın və inşaat ənənələrinin   zənginləşməsinin

sonrakı mərhələsində meydana çıxan ev tiplərindən biri də “qoclu”

(qojlu) evlərdir. Bu evlərin əsas fərqləndirici xüsusiyyəti dam

örtüyünün qurulmasındadır. Daş bünövrə üzərində qaldırılmış divar

hörgüsü 2,2-2,3 metrə çatdıqda hörgü işi dayandırılır və evin ortasında

bir-birindən 1,8-2 m aralı haçalı dirəklər basdırılırdı. Evin

uzunluğundan fərqli olaraq dirəklərin sayı da müxtəlif olurdu. Dam

örtüyünün balıqbeli formasına düşməsi üçün dirəklər hörgü

səviyyəsindən 80-90 sm hündür qoyulurdu. Dirəklərin haçasına

atmaağacı (yoğun mil) qoyduqdan sonra, bir ucu atmaağacının, digər

ucu isə divarlar üzərinə qoyulmuş ağac qurşaqların (harma) üzərinə

düşməklə 60-70 sm aralı qoclar (qoclu ev adı da buardan meydana

gəlmişdir) döşənirdi. Qocların ucları dam örtüyündən kənara

çıxarmalıqla yağmurluq düzəldilirdi. Qocların üzərində köndələn

şəkildə pərdilər düzülür, qalan

inşaat işləri isə kərpicdən tikilən

evlərdə olduğu kimi davam

etdirilirdi. Məişət-memarlıq

cəhətdən daha əlverişli olan və

perimetri boyunca eyvan tikilən

“qoclu” evləri şirvani tipli  evlərin

bir variantı hesab etmək olar.

XIX-

XX

əsrin



əvvələrində Azərbaycanın meşə massivləri ilə zəngin olan bölgələrində

kəndlərin böyük əksəriyyətinin yaşayış evi fondunda-ağacdan tikilmiş

müxtəlif ev tipləri üstünlük təşkil edirdi. Belə ev tiplərindən biri



“kərtmə” ev idi. Kiçik Qafqazda, Şəki-Zaqatala, Quba-Xaçmaz və

Şirvanın dağlıq bölgələrində geniş yayılmış kərtmə tipli evlə,  özlərinin

mamarlıq-kompozisiya quruluşlarında bəzi xırda fərqlərə baxmayaraq,

Quba-Xaçmaz bölgəsində “dərbəndi”, Yardımlı bölgəsində “taxta ev”

(talışlar ona “taxtnəkə” deyirlər), Lənkəran bölgəsində isə “ancinəkə”

adları ilə məlum idi. [48] Astara kəndlərində bu tip evlər “cəlinəkə”

evlər kimi geniş yayılmışdı.

     Kərtmə evlər bir və ya ikiləşkəli, birmərtəbəli (nadir hallarda

ikimətəbəli), yastı və yaxud çatmadan örtüklü olurdu. Yastı damlı

olduqda, evin dam örtüyünü yonulmuş düzbucaqlı tirlərdən qurur,

üzərinə qalın taxta döşəyir, üstünə qalın palçıq (kündə) tökür və sonra

da suvaq çəkirdilər. Kərtmə (cəlinəkə) tipli evlərin dam örtüyü (kümü,

çardağı, banı) bəzən iki bə ya dördsinəli qurulurdu. Dam örtüyü kimi

lığdan, kirəmitdən və ya dəmirağacından xüsusi yonulmuş

kirəmitəoxşar ağac tavalardan (taxtapuş, dran) istifadə olunurdu.

Adətən, kərtmə evlərin qarşısında ağac sütunlar üstündə eyvan da

qurulurdu. Astara rayonunu

dağlıq hissəsində tikilən

“cəlinəkə” tipli evlərin kərtmə

tipli evlərdən fərqlənən bəzi

xüsusi variantları mövcud

olmuşdur ki, onlar eyvansız

inşa edilmişdir. [49]

  Kərtmə evləri tikmək üçün ağac

tiplərdən və yaxud daşdan düzəldilmiş

bünövrə üzərinə döşəmə üzərinə milləri

bərkitdikdən sonra evin divarlarının

qurlmasına başlanılırdı. Eyni ölçüdə

yuvarlaq ağac tiplərin uclarından 20-25 sm

aralı,  künc  bağlamaları  yerində  alt  və  üst

oturacaqları yonulub kərtilərək, (kərtmə

adı da buardan meydana çıxmışdır) bir-




birinin üzərinə kip oturdulurdu. Lənkəran-Astara bölgəsində buna

tirlərin peyvənd (ebır) edilməsi deyilirdi. Tirlərdən quraşdırılan evlərin

möhkəmliyini artırmaq üçün üst-üstə qoyulmuş tirlərdən gövdəsində

qarşı-qarşıya, bir-birindən təxminən 0,5 m aralı 5x1x5 sm ölçüdə

şırımlar (gəzlər) açılır, oraya ağac çivlər geydirilirdi. Kərtmə evlərin

tikilməsində bütün inşaat prosesi kərtib oturtma, dəlib keçirmə ağac

çivlər vasitəsilə aparıldığından, burada heç bir metal mıxdan istifadəyə

ehtiyac qalmırdı. Evlərin tirlərdən ibarət daravazaları hazırlanarkən qap

və pəncərə açırımları üçün müvafiq yerlərdə lazımi ölçüdə boşluqlar

saxlanılırdı. Həmin açırımların üstünə “dərasər” adlana xüsusi

yonulmuş ağac qoyulurdu. Ev tikilib başa çatdıqdan sonra divarlar iç və

çöl tərəfdən palıçıqla suvanırdı. Bəzən suvaq elə diqqətlə çəkilirdi ki,

yalnız künc bağlamaları yerindən bilmək olurdu ki, bu ev kərtmə

tiplidir.

   

Kərtmə  tipli  evlərin  memarlıq  kompozisiyası  quruluşunun



xarakterik xüsusiyyətləri onların daxili və xarici görkəminin geniş

biçimli olması, forma və bədii həllinin ciddiliyi, hissələrinin yaxşı

düzülüşü hesab edilirdi.

 Bəhs olunan dövrdə memarlıq-plan quruluşuna görə daha

mürəkkəb və ikimərtəbəli kətmə evlər  də mövcud olmuşdur. XX əsrin

əvvəllərində P.P.Nadejdin Lənkəran bölgəsində ikimərtəbəli kərtmə

evləririn xeyli hissəsinin hələ də əhalinin istifadəsində olduğunu xəbər

verirdi. [50]

   Azərbaycanda inşa edilən kərtmə tipli yaşayış evləri XIX 40-cı

illərində buraya köçürülən rus təriqətçilərinin (molokanlar, duxoborlar,

subbotniklər və b.) tikdikləri evlərlə tipoloji oxşarlıq təşkil edirdi.

Bununla belə, kətmə tipli evlərin Azərbaycanda inşa olunmasına tarixi

rusların buraya köçürülməsindən çox-çox əvvəllərə aiddir. Belə ki, hələ

Eneolit və  İlk Tunc dövrlərində Azərbyacanın meşəətrafı  ərazilərdə

məşkunlaşan əhalinin yaşayış evi fondunda kərtmə tipli evlərin ibtidai

formasının mövcudluğu çoxlu real elmi faktlar və dəlillər əsasında

sübuta yetirilmişdir. [51]



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə