Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə15/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

yerində arxeoloji qazıntılar zamanı uzunluğu 9 m, eni isə 4,6 m. olan

dördkünc formalı tikiniti aşkar edilmişdir. Qədim yaşayış məskəni

hesab edilən bu binə təpənin şimal yamacında yerləşdiriyindən, onun

şərq-cənub və qərb divarları yarımqazma forması almışdır. Binanın

divarları çubuqdan hörülmüş, üst səthi saman qatılmış palçıqla

suvanmışdır. Dirəklərin yerləşməsi vəziyyətinə, döşəmə üzərinə

çökmüş ağac və küləş qalığına əsasən binanın qoşa çatlı dama malik

olduğu, [34] böyük və kiçiliyini nəzərə almaqla binanın qaradam

tipində olması [35] ehtimal edilir. Arxeoloji qazıntılar, həmçinin,

eramızdan əvvəl VI-IV minilliklərdə Azərbaycanı qərb bölgəsində

məskunlaşmış əhalinin yaşayış evlərinin dairəvi planda olduğunu sübut

edir. [36]

Xatırladaq ki, XIX-XX yüzilliyin əvvəllərində də

Azərbaycanda dairəvi planlı yaşayış evlərinin mövcud olmasının

etnoqrafik materiallar təsdiq edir. [37]

   


Mağara  tipli  yaşayış  evlərinin

sonrakı mərhələsini qazma, yarımqazma

və yaxud Azərbaycanın Kiçik Qafqaz,

Gəncəbasar və qərb bölgələrində

adlandırdıqları kimi pəyə evlər təşkil edir.

Planda düzbucaqlı olan bu tip evlər, onun

sahibinin maddi vəziyyətindən asılı

olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq

ərazilərdə son zamanlara qədər qalmaqda

olan qazma (pəyə) tipli evlərin inşa

qaydası bəsit olduğundan, onları hər kəs

özü tikə bilirdi. Bunun üçün yamacın

gündöyən səmtində (güney) tikiləcək ev

üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa

və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq

qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu

qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların

dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra

qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu

boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun




tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə “hərmə” (pasna)

adlanan  yastı ağaclar uzadılırdı. Hərmənin qoyulması dam örtüyünü

ağırlığı altında torpaq divarın uçulub-tökülməsinin qarşısını alırdı. Bir

ucu hərmənin, digər bir ucu isə kərənin üzərinə qoyulan pərdilər

vasitəsi ilə dam çardağı qurulur, üstünə carcı, avar döşəndikdən sonra

kalafanın içərisindəki torpaq dam örtüyünün üstünə atılıb möhkəm

tapdalanırdı.

   


Qazma (pəyə) tipli yaşayış evləri ictimai inkişafın sonrakı

mərhələrində inşaat ənənələrinin zənginləşməsi nəticəsində

təkmilləşərək yeni variantlarda təzahür etmişdir. Bu təkmilləşdirilmiş

formalardan biri ondan ibarətdir ki, dik çapılmış divarın qarşısında

hərmə (pota) dirəkləri basdırılır, hərmə ağacları həmin dirəklərin üstünə

qoyulurdu. Belə olduqda qazmanın davamlılığı artır, torpaq divara dam

örtüyünü  təzyiqi azalırdı.

  

Digər  formada  isə,



divarboyu basdırılmış hərmə

dirəklərin arası çubuq və ya qarğı

ilə hörülür, üzəri suvanırdı.

Sonralar onu daş hörgüsü  əvəz

etmişdir. Ayrımlara məxsus

yaşayış evi tiplərindən qazma

evlərin inkişafının sonrakı

mərhələsi pəyəbaşı, daha sonra

şeşə öylük və ya qaradam

olmuşdur. Qazma ilə qaradam

tipli evlər arasında aralıq (keçid)

mərhələsini təşkil edən pəyəbaşı

tipli tikililərin xarakterik

xüsusiyyəti ondan ibarətdir ki,

burada ümumi bir tavan altında

həm yaşayış evi, həm də mal-qara

yerləşirdi. Yaşayış üçün nəzərdə

tutulan otaqlar (“olacaq”) mal-qara saxlanılan yerdən (“pəyə”) bir-iki

pillə (20-30 sm) hündürdə tikilirdi.



Qaradamları süni mağaraların və qazmaların inkişaf etmiş

forması hesab etmək olar. Azərbaycan ərazisində Kültəpə, Mingəçevir,

xüsusilə də qərb bölgəsində e.ə. VI-IV minilliyə aid Şomutəpə və

Töyrətəpə yaşayış yerlərindən aşkara çıxarılmış dairəvi planlı,

konusvari (günbəzşəkilli) dam örtüklü yaşayış evləri qaradam tipli

evlərin bariz nümunəsidir.

  Qaradam tipli yaşayış evlərinin plan quruluşu, tikinti texnikası

və təyinatı haqqında bir çox mənbələrdə, Azərbaycana gəlmiş

səyyahların yol qeydlərində ətaflı məlumatlara rast gəlinir. [38] X əsrin

sonlarında ərəb coğrafiyaşünası  əl-Məqdisi belə evlərin Ərdəbil

mahalında da mövcud olduğunu qeyd edir. [39] XVII əsrdə Naxçıvan

vilayətinin Culfa şəhərində olmuş məhşur səyahətçi J.Şarden buranın

yaşayış evlərinin əksəriyyətinin qayalarda çapılmış qazma və

mağaralardan ibarət olduğunu göstərmişdir. [40] Çox güman ki,

müəllifin göstərdiyi yaşayış evləri dağlarda çapılmış dik yamaclı

qaradamlardan ibarət olmuşdur.

 

Azərbaycan ərazisində  çox qədimlərdən  mövcud olmuş



qaradam tipli evlərə Xanlar rayonunda “öylük”, “şeşə öylük”,

“pəyəbaşı”; Naxçıvanda “qara ev”, “dörddirək ev”, “xaçkərənli ev”,

“evdamı”, “qış damı”, “qış evi”; Kəlbəcər rayonunda “evdamı”;



Qubadlı rayonunda “dam”, deyilmişdir. Gürcüstanda (Borçalıda)

yaşayan azərbaycanlılar arasında qaradam-“çardaxlıdam”, “beşikdam”,

“öydamı”, “dam” və s. adlarla məlum idi.

   Qaradam tipli yaşayış evləri digər xalqlar üçün də xarakterik

olmuşdur. Belə ki, gürcülər ona “darbazi”, “ertobis saxli”; ermənilər

“tun”, “xatsatun”, “qlxatun” ; osetinlər “erdoyani saxli”; taciklər “ruzan

” ; hindistanlılar isə “dubars” deyirdilər.

 Azərbaycanda mövcud olmuş qaradam tipli yaşayış evləri yer

səhtinə nisbətən yerləşmə mövqeyinə görə yeraltı, yarımyeraltı və

yerüstü,


[41]

yerləşmələrinin sayına

görə isə bir və ya iki

elementli və kompleks

formada olmaqla

fərqlənmişlər. [42]

XVIII-XIX və XX əsrin

əvvəllərində qaradam tipli

yaşayış evləri yayılma

arealına görə Kiçik Qafqaz

dağlıq və

dağətəyi


ərazisini, qismən Dağlıq

Qarabağ və Naxçıvan

bölgələrinin əhatə etmişdir.

Naxçıvan bölgəsinin qaradamları yerüstü tikilməsi ilə fərqlənirdi.

Qaradamlar Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran bölgələrində də

mövcud olmuşdur.

 Qaradam tipli evlərin tikilməsi üçün yamacın güney hissəsində

kalafa yerini müəyyənləşdirib, onun küncləri boyunca xəndək qazılırdı.

Sonra kalafanın künclərinə divardan təxminən 1 m aralı dörd yoğun və

haçalı dirək basdırılır, dirəklərin haçasına geydirilmək şərtilə bir-birinə

paralel iki kərən (tir) atılırdı. Bu tirlərin üzərinə onlara planda kvadrat

əmələ gətirən digər iki tir atılırdı. Möhkəm ağac dirəklər üzərində

yoğun tirlərdən düzəldilən dam örtüyü getdikcə daralan yaruslarla

yuxarı qaldırılaraq pilləli, çoxmərtəbəli günbəz əmələ gətirirdi. Bu iş

prosesi, günbəzin ortasında istənilən ölçüdə baca (pəncərə) alınanadək



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə