Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə17/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

örtüyünün ağırlığı kərənlər arasında bərabər paylanması üçün bir-

birindən 1-1,2 m məsafədə qoyulurdu. Kərənlər üzərinə, bir-birinə kip

söykənmiş, bəzən 30-40 sm aralı pərdi yarmaçaları döşəndikdən sonra,

lələkləri təmizlənmiş qarğıdan “tərəcə” və ya “çətən” (Muğan

bölgəsində: “laxta”, “çitəmə”, “salğar”) hörüb üstünə salınır, onun

üstündən avar tökürdülər. Durmanın dam örtüyündə səciyyəvi cəhət,

nisbətən qalın palçıqdan kündə (mor, badı) tökülməsi idi. Kündəni 10-

12 sm qalınlığında damın üstünə yayırdılar. Bu iş ağır olduğundan, çox

zaman qohum-qonşular köməyə çağrılardı. Kündə quruduqdan sonra

onun üzərinə 30-40 sm qalınlığında torpaq qatı  əlavə olunurdu.

Durmanın yastı dam örtüyündə hər iki tərəfə maillik yaratmaq üçün

ortasında 35-45 sm olan palçıq kirdə düzəldilirdi. Sonra əsas kirdədən

ayrılan qollar boyunca ləklər bölünür, onlar dam örtüyünü kənarlarında

düz və ya qövsvari şəkildə birləşdirilirdi. Buraya tənəkədən və içərisi

ovulmuş ağacdan nov (Naxçıvanda onu “şiratan” deyirlər) qoyulurdu.

Dam örtüyünün üzərinə duzla qarışdırılmış nəm ocaq külü tökdükdə, o,

atmosfer çöküntülərinə qarşı daha davamlı olurdu. Evin perimetri

boyunca tikilən eyvandan fərqli olraq kərpic durmanın kəllə divarında

seyvan olurdu. Onu tikmək üçün seyvan qollarının qarşısında

basdırılmış 3-4 ədəd dirək üzərinə kərən (nal) qoyulurdu. Bir ucu nalın,

digər ucu isə kəllə divarın üzərinə qoyulmuş pərdilərin üstü avarla

örtülüb torpaqlanırdı. Yağış və qar suyunun axıb seyvana dolmaması

üçün çox vaxt dirəklərin bayır tərəfdən qarşısına köndələn qurşaq

(ayaqaltı) qoyulur, ətrafı palçıqla dodurulurdu. Qapı adətən seyvana

açılırdı.

   


XIX-XX  əsrin  əvvəllərində  Azərbaycanda  geniş  yayılmış

yaşayış evlərinin bir qismini də möhrə tipli evlər təşkil edirdi. Belə

evlərin hələ çox qədimdən mövcud olduğunu arxeoloji qazıntılar da

təsdiq edir. [45] Etnoqrafik materiallar isə göstərir ki, möhrə tipli

yaşayış evləri bəzən 30-40sm hündürlükdə çay daşından hörülmüş

bünövrə üzərində, bəzən də bilavasitə torpaqdan başlayaraq tikilirdi.

 Möhrə divarların qoyulmasına xalq arasında “möhrə vurmaq”

deyilirdi. Möhrə vurmaq üçün “möhrəkeş” adlanan üçbucaq formalı

uzun saplı alətdən və  şətədən istifadə olunurdu. Bu alətlərin köməyilə

palçığı  kəsib hamarlayır, onu divara vurur və divarı yonub




düzəldirdilər. Möhər divarların vurulması prosesi fasilələrlə davam

etdirilirdi. Hər möhrə qatı “kürsü” adlanır, hır kürsünün üstünə isə

seysmik məqsədlər üçün nəzərdə tutulan ağac qurşaq (qələmə) verilirdi.

Bu qayda ilə möhrə divar 1,8-2,2 metrə qədər ucaldılırdı. Bərkimiş

divarın üstünə köndələn şəkildə ağac kərənlər düzülürdü ki, bu da dam

örtüyünün ağırlığının divar boyu tənzimlənməsinə imkan yaradırdı.

 

Dam  örtüyünü



qurmaq üçün ucları kəllə

divarların üstündəki

kətillərə

söykənmək

şərtilə

ana


kərən

qoyulur, üstündən isə

ucları yan divar

kətillərinə

söykənən

qoşa tir atılırdı. Ana

kərin davamlılığını artırmaq üçün çox vaxt onun altına “T” şəkilli

“tiraltı” və ya “aşıq dirəyi” basdırılırdı. Qoşa tirlərin üzərinə pərdilər və

qarğı çətən qoyduqdan sonra carcı və avarla döşənib torpaqlanırdı.

Naxçıvan bölgəsinin “dörddirək ev” adlanan möhrə evlərinin dam

örtüyünü qurmaq üçün isə evin ortasında bir-birindən təxminən 2 m

aralı basdırılmış dörd dirəyin üstünə tirlər atılır, tirlərin üzərinə çiliklər

(pərdi, atma) döşənir, çilikərin üstü isə carcı ilə (karvanqıran, gəngiz,

qarağan) örtülür və torpaqlanırdı. Bundan sonra evin torpaqlığı

hörülürdü. Azərbaycanın Gəncəbasar bölgəsində “milbənd”,

Naxçıvanda isə “sərmöhrə” adı ilə məlum olan “torpaqlıq”- təzə evin

üstünə torpaq salındıqdan sonra divarın üstündən həmin torpaq bərabəri

hörülən hissəyə deyilirdi. Möhrə və kərpic divarlar atmosfer

çöküntülərinə qarşı davamsız olduqlarından, xalq memarları dam

örtüyünün ətəklərini divardan 30-50 sm kənara çıxarıb “yağmurluq”

düzəldirdilər. Şəki-Zaqatala bölgəsində yağmurluq-“şirəsər”, “çardaq

ətəyi”, “cərə qırağı” və ya “naqur”, Lənkəran-Astara bölgəsində isə

“lijmun” adlanırdı. Möhrə və kərpic divarlar iç və bayır tərəfdən saman

qatılmış palçıqla suvandıqdan sonra döşəməsinə şirə çəkilirdi. Küncləri

oval formada düzəldilən möhrə evlər Muğan bölgəsində “zomalıq ev”,

Lənkəran-Astara bölgəsində isə “qilinəkə ev” adı ilə məlum idi.




  

Azərbaycanın  dağ  və  dağətəyi  kəndlərində  yaşayış  evi

fondunun əksər hissəsini yastı damlı, daş hörgülü, nisbətən alçaq

“daxal” tipli evlər təşkil edirdi. 1940-cı illərə qədər Dağlıq Şirvan,

Qarabağ və  Şəki-Zaqatala bölgələrində evlərin əksəriyyəti daxal tipli

olub, özünəməxsus tikinti texnikası ilə səciyyələnirdi. Şəki-Zaqatala

bölgəsində daxal tipli yaşayış evlərinin divarları çaydaşı və

qayadaşından tikilirdi. Onlar bir və ya ikimərtəbəli olur, bəzən də

pəncərəsiz inşa edilirdi.

   

Dağlıq Şirvanın iqlim şəraitindən asılı olaraq burada  inşa



edilən daxal tipli xalq yaşayış evləri adətən birmərtəbəli olur və

atmosfer çöküntülərindən qorunmaq üçün dam örtüyü 70-80 sm

qalınlığında torpaqla örtülürdü. Dam örtüyünün ağırlığını tənzimləmək

üçün dam milləri xeyli yoğun və möhkəm ağac materiallardan

hazırlanmaqdan əlavə, həm də çox sıx şəkildə düzülürdü.

   Azərbaycanın düzən rayonlarının xalq yaşayış evi fondunun

böyük bir qismini “salyani evlər” təşkil edirdi. Etnoqrafik ədəbiyyatda

ətraflı təsviri verilən və başlıca olaraq Şirvan düzündə, qismən də

Qobustan kəndlərində yayılmış salyani evlərin mühüm xüsusiyyəti

orjinal dam örtüyü və seyvana malik olmasıdır. Salyani evlər dam

örtüyü cəhətdən “şirvani” evlərlə oxşarlıq təşkil etsələr də, damın diklik

dərəcəsinə görə ondan fərqlənirdi. Salyani evlərdə damın yamacları

xeyli dik olurdu. Belə evlərin kəllə divarları çardaq yerindən başlayaraq



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə