Azərbaycan Milli



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə19/134
tarix12.10.2018
ölçüsü3,96 Mb.
#73575
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

   Azərbaycanın xalq yaşayış evləri fondunda ağac evlərin digər

tipi-cımğa (cığ) evlər də müəyyən yer tuturdu. Kərtmə evlər kimi,

cığma evlər də Azərbaycanın ayrı-ayrı  ərazilərində müxtəlif adlarla

məlum olmuşdur. Şəki-Zaqatala bölgəsində “cığ ev”, “ağac ev”, “ajan

ev”, “dəyə”, “dirəkarası”, Lənkəran bölgəsində “sünnünəkə” və ya

“sündünəkə”, “puştalı ev”, “qoyməkə”, “carciv ev”, Şirvan bölgəsində

“bağdadı ev”, qərb bölgəsində “mərək”, “dirəkarası”, və “aradoldurma”

adlanan cımğa evlər memarlıq-kompozisiya quruluşuna görə bir və ya

ikimərtəbəli, tək və qoşa yerləşkəli, eyvanlı və eyvansız inşa olunurdu.

Tikilmə qaydası çox sadə olan cımğa evlər, adətən, düzbucaqlı planda

olurdu. Onu tikmək üçün evin bünövrə yeri boyunca bir-birindən 1 metr

aralı yonulub dördkünc şəklə salınmış dirəklər basdırılır, sonra həmin

dirəklərin qarşısında təxminən 25-30 sm aralı ikinci cərgə dirəklər

yerləşdirilirdi. Bir-birinə paralel, qarşı-qarşıya basdırılmış dirəklərin

içəri və bayır tərəfdən hər iki üzünə kip şəkildə ağac yarmaçaları (vəla,

talaşa, tuş, zola, bağlama) bənd edilir, arada qalan boşluq çınqıl, xırda

çaydaşı, torpaq, ağac qamqalağı və samanla doldurulurdu. Lənkəran-

Astara bölgəsində bütün bunları çay yataqlarından götürülən gildən

hazırlanmış “pışda” əvəz edirdi. Elə buna görə də bu tip evlər bölgədə

“pışdanakə”(pışdalı ev) adlanırdı. Əhali belə evləri dirəklərə görə

“sündünəkə” (sünd-talışca dirək deməkdir), dirəklərə bağlanan vəlaya

görə isə “vəlanəkə ev” də adlandırırdı. Müxtəlif adları və variantları

olan bu tipli evlərin meydana gəlməsinin başlıca səbəbi lazımi ölçüdə



tikinti materialının (tir, dirək, taxta) çətinliklə  əldə edilməsi ilə izah

olunurdu. Səriştəli usta “əlinin altında olan” tikinti materiallından

istifadə etməyə üstünlük verirdi. Lazımi hüdürlükdə divar qurulduqdan

sonra, onun hər iki üzü saman qatılmış

palçıqla suvanırdı.

 Evin dam örütüyün qurmaq üçün

yerə basdırılmış dirəklərin üstünə köndələn

qurşaqlar (kətil, nal) qoyulur, üzərinə dam

milləri düzülür, qarğı-qamış tökülür,

torpaqlanır və suvanırdı. Yağış və qar

suyunun içəri sızmaması üçün damın örtüyü,

bəzən balıqbeli formasında düzəldilirdi. Şəki-

Zaqatala və Lənkəran bölgələrində belə

evləri çox zaman çardaqlı tikirdilər ki, bu da

atmosfer çöküntülərinin qarşısını almaq

məqsədi güdürdü. Cımğa evlərin qapı və

pəncərə açırımları kiçik ölçüdə olur, eyvan

yerləşən qənşər tərəfdə qoyulurdu.

  

Ağacdan  inşa  edilən  ev



yarımtiplərinin ağac dirəklər üzərində

qurulan və qülləyəbənzər nümunəsi olan ləm

özünəməxsus yer tutmuşdur. Əsasən yay

istirahət evi hesab olunan ləm Azərbaycanın

rütubətli və bürkülü bölgələri, xüsusən

Lənkəran bölgəsi üçün xarakterikdir. Aran

rayonlarında ona “talvar”, Naxçıvanda

“taxt”, Abşeronda”balaxana”, “külafirəngi”,

Qax rayonunda “altıaçıq”, Zaqatala

rayonnuda isə “qulaça” deyilirdi.




  

Əsasən  dörd  ədəd

hündür dirəklər üzərində

qurulan ləm iki və üçmərtəbəli

olur, dam örtüyü ikisinəli və

dördsinəli düzəldilir, taxta,

qamış, lığı və ya kirəmitlə

örtülürdü. Birmərtəbəli ləmin

hündürlüyü təxminən 4-5 m,

ikimərtəbəlinin 7-8 m,

üçmərtəbəlinin isə 10-12 m və

daha çox olurdu. Birinci

mərtəbəyə

(Lənkəran

bölgəsində “ləməbın” adlanır) pilləkən (nərdivan) birbaşa yerdən

qoyulur, ikinci və üçüncü mərtəbələrin arası isə ara pilləkəni vasitəsilə

əlaqəndirilirdi.  Ləmin hər bir mərtəbəsi təxminən 1 m hündürlüyündə

sürahı ilə dövrələnirdi. Bəzən bu məqsədlə həsirdən də istifadə

olunurdu. Lənkəran-Astara bölgəsi üçün xarakterik olan belə ləmlər

özünəməxsus arxitektura-memarlıq səciyyəsi kəsb edərək yerli əhalinin

yay istirahətinin və yatağının başlıca yeri hesab olunurdu.

  

Ləmin  nisbətən  təkmilləşmiş  forması  bişmiş  kərpicdən



hazırlanmış sütunlar üzərində qurulurdu. Bir qayda olaarq, həyətyanı

sahədə, yaşayış evinin yaxınlığında inşa edilən ləm, onunla harmonik




kompozisiya yaradırdı. Belə ləmlərin ikinci mərtəbəsi tikilərkən

mərtəbələrarası döşəmə millərin ucları kənara çıxarılır və beləliklə, o,

birinci mərtəbədən öz sahəsinə görə böyük olurdu. Ləmin üçüncü

mərtəbəsi isə ağac sütunlar üzərində dikəlir və burada dam çardağı

qurulurdu. [52]

    


XIX  əsrin sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycan  xalq

yaşayış evi fondunu təşkil edən ev tiplərinin təkmilləşdirilmiş formaları

xalq arasında “ağ ev”,  “otaqlı ev”, “işıqlı ev” və s. adlarla məlum olan

eyvanlı evlər idi. Belə evlərin “qolsuz eyvanlı”, “təkqollu eyvanlı” və

“qoşaqollu eyvanlı” olmaqla üç müxtəlif forması mövcud idi.

Bunlardan qolsuz və qoşaqollu eyvanlı evlər Azərbaycan tikinti

mədəniyyətinin mühüm nailiyyəti hesab olunur.

     


Qeyd  etmək  lazımdır  ki,  memarlıq  ədəbiyyatında  eyvanlı

evlər “antlı evlər” kimi təqdim olunur. [53] Antlar-evin yan divarlarının

çıxıntısı olub, eyvanı (Muğanda –qulaban, Astarada –pyəsə) yanlardan

dövrələyir. Ant divarları Azərbaycanın xalq yaşayış evlərinin

planlaşdırılmasında yerli iqlim şəraitinə uyğun olaraq meydana

çıxmışdır. İlin müxtəlif fəsillərində evin və eyvanın daxilini səmt

küləklərindən, yağışdan və günəş radiasiyasından qorumaq, zəruri

mikroiqlim şəraiti yaratmaq üçün ant divarları xüsusi əhəmiyyət kəsb

edirdi. Qollu eyvanlar, həmçinin, isti iqlim şəraitində dincəlmək,

müxtəlif  məişət  işlərini  həyata  keçirmək  üçün,  hətta  mətbəx  kimi  də

istifadə olunurdu. Yay aylarında ailənin bütün güzəranı burada keçirdi.



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə