Təkotaqlı eyvanlı evlər
XVIII-XIX ərslərdə Azərbaycanın
xalq yaşayış evi fondunda
əhəmiyyətli yer tutmuş, bu günə
qədər bir çox hallarda fərdi ev
inşaatında tətbiq olunaraq davamlı
ev tipi kimi şöhrət qazanmışdır.
Sonralar inşaat ənənələrinin
zənginləşməsi nəticəsində meydana
gəlmiş çoxotaqlı və çoxmərtəbəli,
memarlıq-kompozisiya quruluşu
cəhətdən kamil sənət əsəri kimi
səciyyələnən yaşayış binalarının
(malikanə, imarət, mülk, yarımsaray
tipli evlər) ilk rüşeymi məhz
təkotaqlı eyvanlı (antlı) evlər
olmuşdur.
Qolsuz eyvanlı evlərin
eyvanı hər iki tərəfi açıq saxlanılır, yəni yan divarların davamı olan
antlı evlər qurulmurdu. Belə evlərdə tavanı yaradan eyvan milləri
üzərinə qoyulan sütunlar nallara söykənirdi.
Daş bünövrə kürsüsü üzərində qurulmuş eyvanın eni
təxminən 2,5 olmaqla, şərq divarının ortasında buxarı, qərb divarının
ortasında isə döşəmədən 1,5 m hündürlükdə dolab (dula) yerləşirdi. Bir-
birindən 1,25 sm aralı qoyulmuş beş ədəd eyvan sütunları bünövrə
uzadılmış at nalın üzərində dayanırdı. Sütunların arası 1,20 sm
hündürlükdə kəsmə naxışlarla bəzədilmiş sürahı ilə tamamlanırdı.
Sütunların baş tərəfində, üzərində memarlıq cəhətdən nəzəri cəlb edən
oyma və nəbati naxışlarla bəzək işləri aparılmış “künyə” adlanan taxta
vurulurdu. Tavanı əmələ gətirən eyvan millərin ucları düz şəkildə
kəsilərək ora aşağı hissəsi boy uzunu kəsmə naxışlarla bəzədilmiş “qaş”
adlanan taxta bənd edilirdi.
Əsasən Naxçıvan bölgəsində, Şuşa şəhərində, bəzən Şirvanda
inşa olunan ikiotaqlı və çoxotaqlı yaşayış evlərində eyvan funksiyasını
“qəfəxana”, yaxud “qavxana” adlı daxili dəhliz yerinə yetirirdi.
“Qavxana” ifadəsinin “qabxana” sözünün təhrif olunmuş forması
olduğu ehtimal edilir; bu da dəhliz yerləşkəsi olun, bəzi mətbəx
müxəlləfatının saxlanılması üçün istifadə edilirdi. Qavxanada, bir qayda
olaraq, yer təndiri də qurulurdu. Qışda təndirin üstünə kürsü qoyulur,
kürsü yorğanı salınır, yatacaq burada həyata keçirilirdi. Planda
düzbucaqlı və dördkünc, səkkiz və ya altıbucaqlı tikilən dəhlizdən yataq
və qonaq otaqlarına qapılar açılır, həyətdən yaşayış evinə giriş qapısı
dəhlizdə qoyulurdu. Yay aylarında gündüzlər ailənin bütün güzəranı
qavxanada keçirdi.
XIX əsrin sonlarından başlayaraq iqtisadi və texniki imkanların
artması, inşaat ənənələrinin zənginləşməsi, Bakı-Tiflis dəmir yolunun
çəkilişindən sonra (1883-cü il) qonşu ölkələr və şəhərlərlə müntəzəm
əlaqələrin təmin edilməsi nəticəsində əhalinin məişətində daha
mürəkkəb memarlıq-konsturksiya quruluşuna malik ev tipləri meydana
gəlmişdir. Bu ev tipləri arasında “işıqlı ev”, “ağ otaq”, “tənəbi ev”,
“aynabəndli ev”, “imarət”, “malikanə”, “mülk”, “qəsr” və s. adlarla
məlum olub, əsasən iqtisadi cəhətdən təmin olunmuş varlılara məxsus
idi. Adətən, belə evlər hündür daş hasarlarla əhatələnir, giriş və ya
alaqapılarla təhciz olunur, xarici kompozisiyanın həlli və onun tərkib
hissələri ilə seçilir, sıra tağları, sıra sütunları, daş şəbəkəli tavanı və
ağac şəbəkəli qapı və pəncərələri ilə diqqəti cəlb edir, interyerdə divar
səhtləri və tavanları zəngin bədii tərtibatla işlənirdi. Azərbaycanın
Quba, Şəki, Şuşa, Gəncə, Bakı, Şamaxı, Ordubad və s. şəhərlərində belə
ev tiplərinə tez-tez rast gəlmək olardı. Kənd yerlərində isə belə ev
tipləri nadir hallarda tikilərək
çoxyerləşkəli, kürsülü,
aynabəndli (siyirtmə şəbəkəli),
ikimərtəbəli, əksər hallarda isə
çatmadam örtüklü olurdu.
Beləliklə,
Azərbaycanın xalq yaşayış evi
fondu ən qədim dövrlərdən
tutmuş XX əsrin əvvələrinə
kimi tarixi-təkamül
parosesində ibtidai insanların
təbii-süni mağaralardan başlayaraq müasir evlərə kimi çox böyük
təkmilləşmə və zəngiləşmə yolu keçmişdir. Azərbaycanın xalq yaşayış
evlərinin yeni inşaat ənənələri ilə zənginləşməsi xalq memarlarının
yaradıcılığı ilə sıx surətdə bağlıdır. XIX-XX əsrin əvvəllərində inşa
olunmuş yaşayış evlərinin bugünədək gəlib çatan nümunələrinin
timsalında Azərbaycan xalq sənətkarlarının yüksək bədii memarlıq və
zəngin inşaat ənənələrinə malik olduqları aydın görünür. Yerli inşaat
materiallarının növ müxtəlifliyini, xalqın xarakterini, həyat və məişət
tərzini dərindən anlayan xalq memarları qazandıqları emprik bilik və
təcrübələrini nəsildən-nəslə çatdıraraq inşaat ənənələrinin
zənginləşməsində mühüm rol oynamışlar.
Xüsusi səriştəli sənətkarlar tərəfindən inşa olunan yaşayış
evlərinin planlaşdırma üsullarının və arxitektura kompozisiyalarının
formlaşmasında əsas şərt kimi yerli təbii-iqlim və sosial-iqtisadi şəraitin
təsiri ilə yanaşı, xalq memarlarının fərqi yaradıcılıq xüsusiyyətinin də
böyük rolu olmuşdur. Taxtadan oyma naxışlı dekorativ tağbəndlər,
müxtəlif rəngli
şüşələrlə
örtülmüş
vitraj, zərif işlənmiş
şəbəkələr, zəngin
bəzəkli eyvan və
balkonlar və bir sıra
başqa memarlıq
ünsürlərinin
yaradılması və tətbiq
edilməsi yaşayış
binalarına tədqirəlayiq
bir görkəm vermişdir. Xalq memarları, xalq yaşayış binalarının ardıcıl
inkişaf etidirilməsi və təkmilləşdirilməsi əsasında Şəkidə Xan sarayı,
Şəkixanovların evini, Şuşada Pənah xanın sarayını, Zöhrabbəyovların,
Mehmandarovların, Əsəd bəyin və Nətavanın imarətlərini, Naxçıvanda
Naxçıvan xanlarının evini, Lənkəranda Tuğra xanımın və İsa bəyin
evlərini, habelə digər qiymətli abidələri yaratmışlar.
Yaşayış evlərinin planı. Xalq yaşayış evlərinin etnoqrafik
cəhətdən maraqdoğuran məsələrdən biri də onların plan quruluşunun
Dostları ilə paylaş: |