Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   40   41   42   43   44   45   46   47   ...   95

89 
 
4)
 
koloniyaların idarə edilməsini yüngülləşdirmək üçün belə ki, «kolonistlər 
vahid  bir  konfessiyanı  qəbul  etsələr,  onların  idarə  edilməsi  hökumət  üçün  daha 
rahat olardı». 
Separatçıların  koloniyalardan  uzaqlaşdırılması  məqsədilə  Komissiya 
aşağıdakı tədbirlərin həyata keçirilməsini qərara aldı: 
1)
 
onların yerdə qalan kolonistlərlə əlaqələrini kəsmək; 
2)
 
separatçılara qarşı qəbul edilən tədbirlərin həyata keçməsi zamanı onların 
əmlakına ziyan vurmamaq; 
3)
 
kilsəyə qayıtmaq istəyən separatçıları öz yaşayış yerlərində saxlamaq; 
4)
 
kilsə  nizamnaməsindən  dini  etiqad  və  dini  mərasimlərə  aid  maddələri 
saxlamaqla, qalanları xaric etmək; 
5)
 
mistik  və  zərərli  kitabları  separatistlərdən  müsadirə  etmək,  pastorların  və 
hakimiyyət  orqanlarının icazəsi olmadan dua etmə  yığıncağı  keçirməmək,  yalnız 
kilsədə və evdə dua etmək; 
6)
 
separatistlər arasında 1832-ci il Nizamnaməsini tətbiq etmək, separatçıları 
peppleyanistlərdən ayırmaq, A.Pepple və həyat yoldaşını xaricə sürgün etmək. 
Qafqazın  Baş  idarə  rəisi  Komissiyanın  qərarları  ilə  razılaşmadı:  onun 
fikrincə,  məsələnin  həlli  üçün  daha  optimal  variant  koloniyalardakı  Bazel 
missionerlərinin  «ostzey»  quberniyalarından  dəvət  olunmuş  pastorlarla  əvəz 
olunması idi. Baş idarə rəisi hesab edirdi ki, separatçılara və peppleyanistlərə qarşı 
təqiblərin güclənməsi, əksinə, «onların sayının artmasına gətirib çıxaracaqdır».
277
 
Beləliklə, separatistlər və peppleyanistlər öz koloniyalarında qaldılar: yalnız 
bir nəfər separatist hökumət və kilsə orqanlarına fəal müqavimət göstərdiyinə görə 
həbs edildi. Bu hadisədən sonra separatçılar belə nəticəyə gəldilər ki, onları təqib 
edirlər  və  bu  «Məsihin  öz  xalqını  xilas  edəcəyi  vaxtın  gəlib  çatdığını  göstərən 
əlamətdir».
278
 
Separatistlərin  böyük  əksəriyyəti  təsərrüfatla  məşğul  olmaqdan  əl  çəkərək 
tərki-dünya  əhvali-ruhiyyəsinə  qapıldılar.  Qiyamət  gününün  yaxınlaşdığını  bəyan 
edən  «separatçılar  öz  əmlaklarını  ətrafdakılara  paylayır,  koloniyadan  koloniyaya 
köçərək  səfil  həyat  sürür,  uşaqlarını  məktəbə  yollamayaraq  onlarla  ev  şəraitində 
məşğul olur, vergi ödəməkdən və sair mükəlləfiyyətləri yerinə yetirməkdən boyun 
qaçırırdılar».
279
 
Yuxarıda  göstərilən  hadisələr  1836-cı  ildə,  yəni  separatizm  təliminə  görə 
dünyanın  sonunun  yetişdiyi  ildə  baş  vermişdi.  1836-cı  ildən  sonra  separatistlərin 
emosiyaları səngidi və onlar yenidən normal təsərrüfat həyatına qayıtdılar. 
1836-cı  ildə  İsa  Məsihin  «gəlişinin»  baş  tutmaması  «İsxod  hərəkatı» 
tərəfdarlarının  bir  qisminin  yevangelist-lüteran  kilsəsinə  üz  tutması  ilə 
nəticələndi
280
.  Elə  o  vaxt  Cənubi  Qafqaz  separatçılarının  bir  qismi  Pyatiqorsk  və 
Mozdok  —  Kizlyar  qəzalarına  köçdülər
281
.  Separatçılar  arasında  dini  əsasda  fikir 
müxtəlifliyinin artması məişət səviyyəsində münaqişələrə səbəb olurdu. 


90 
 
Qeyd  edək  ki,  missionerlərlə  separatçılar  arasındakı  konfliktlərlə  yanaşı, 
bəzən  missionerlərlə  kolonist  rəhbərlərlə  də  münaqişələr  yaranırdı.  Arxiv 
mənbələrindən görürük ki, 1839-cu ilin yanvarında Yelizavettal və Yekaterinenfeld 
kolonist məhkəmələrinə dini şəxslər tərəfindən şikayətnamələr daxil olmuşdu.
282
 
Bu  şikayətnamələrdə  Gürcüstandakı  alman  koloniyalarının  Nəzarətçisinin 
missionerlərlə  hörmətsiz  davranışı,  missionerləri  «bu  adamlar»  adlandırması 
faktları göstərilir.
283
 
Çar  hökuməti  pastorların  maddi  durumunun  yaxşılaşdırılması  məsələsini 
daim  diqqətdə  saxlayırdı,  çünki  onların  fəaliyyətinin  səmərəliliyi  və 
uzunmüddətliliyi çox vaxt gündəlik məişət həyatının necə təşkilindən asılı olurdu. 
1837-ci  ilin  mayında  Çarın  fərmanı  ilə  «Gürcüstan  separatçılarının  alman 
koloniyalarında  Yelizavettalda, Yelenendorfda, Yekaterinenfelddə, Marinenfelddə 
pastorlar  təyin  edildi  və  xəzinədən  onlara  1000  rubl  məvacib  ayrıldı». 
Assiqnasiyalarla məvacibin miqdarı 350 gümüş rubl təyin edilmişdi.
284
 
Gürcüstan-İmeretiya  Mülki  qubernatoru  24  dekabr  1840-cı  il  tarixdə 
«Gürcüstandakı  alman  koloniyalarının  pastorlarının  təminatının  yaxşılaşdırılması 
haqqında» 475 saylı  qərar qəbul etdi.
285
  Bu  qərara  görə  Zaqafqaziyada  bahaçılığı 
və  aldıqları  məvacibin  yetərincə  olmadığını  nəzərə  alaraq  «Gürcüstandakı  alman 
koloniyalarının  pastorlarına  kolonist  cəmiyyətlərindən  bəzi  mənfəət»  alınmasına 
icazə verilirdi.
286
 
Pastorların müəyyən dərəcədə koloniyaların hesabına təminatına kolonistlər 
müsbət  yanaşırdılar,  çünki  onların  fikrincə,  pastorlar  maddi  cəhətdən  nə  qədər 
hökumətdən  az  asılı  olsalar,  bir  o  qədər  dini  məsələlərdə  kolonist  icması  sərbəst 
hərəkət edə bilərdi. 
Hökumət  orqanları  koloniyaların  konfessional  cəhətdən  monolitliyinə  nail 
olmaq  məqsədilə  Kolonist  sinodunun  kilsə  nizamnaməsini  dəyişdirmək  təklifinə 
yenidən qayıtdı və bu təklif bəyənildi. Artıq 1839-cu ilin yanvarında Rusiya Daxili 
İşlər  Nazirliyi  Gürcüstandakı  alman  koloniyalarını  idarə  etmək  üçün  kilsə 
idarəsinin yaradılması haqqında məsələ qaldırmışdı.
287
 Bunun reallaşdırılması üçün 
ilk növbədə Cənubi Qafqaz alman koloniyalarındakı kilsənin fəaliyyətini 1832-ci il 
Ümumrusiya  yevangelist-lüteran  kilsəsinin  Nizamnaməsi  əsasında  qurmaq,  1829-
cu  il  xüsusi  kilsə  Nizamnaməsindəki  bəzi  dini  azadlıqları  saxlamaq  şərtilə  bütün 
dini həyatın yevangelist-lüteran kilsəsinin doqmaları əsasında qurulması əhəmiyyət 
kəsb  edirdi.  Sənədlərdən  göründüyü  kimi,  rəsmi  dövlət  orqanları  bu  addımın 
atılmasının  kolonistlər  arasında  anlaşılmazlığa  gətirəcəyindən  ehtiyatlanır, 
«Nəzarətçilərin,  vasitəçilərin  köməyi  ilə  koloniyalarda  müşahidə  aparılmasının 
zəruriliyini  vurğulayırdılar»
288
.  Artıq  bir  çox  müddəaları  zamanın  tələbinə  cavab 
verməyən  1829-cu  il  lüteran  kilsə  Nizamnaməsi  1841-ci  ildə  yenisi  ilə  əvəz 
edildi.
289
 
Bu  Nizamnamə  məzmun  etibarilə  1832-ci  il  Rusiya  yevangelist-lüteran 
kilsə  Nizamnaməsindən  əsaslı  şəkildə  fərqlənməsə  də  bəzi  xüsusiyyətlərə  malik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə