Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   39   40   41   42   43   44   45   46   ...   95

87 
 
Yelizavettal,  Yekaterinenfeld,      Marienfeld  Aleksandersqilf  və  Yelenendorf  (həm 
də  Annenfeld)  pastorları  ildə  700  rubl  məvacib  alsalar  da,  əlavə  olaraq  kolonist 
icması  tərəfindən  mənzil,  torpaq  sahəsi,  odun,  buğda,  quru  ot  və  şərabla  təmin 
olunurdular.  Rəsmi  dövlət  orqanlarını  narahat  edən  məsələlərdən  biri  də 
«koloniyalarda  kilsələrin  necə  tikilməsi  və  onların  lazımi  sayda  pastorlarla  təmin 
olunması idi». 
265
 
Məsələ  onda  idi  ki,  bir  çox  koloniyalarda  kolonistlər  daxili  sərbəstliyi 
saxlamaq məqsədilə kilsə tikintisində dövlətin köməyindən imtina edir və kilsənin 
kolonist  icmasının  hesabına  inşa  edilməsinə  üstünlük  verirdilər.  Buna  görə  Tiflis 
hərbi  qubernatoru  üçün  çox  vacib  idi  ki,  «pastorlar  və  koloniya  starşinaları  kilsə 
tikintisinə icazə versinlər».
266
 
Artıq  1829-cu  ildə  koloniyalarda  kirxaların  tikintisi  məsələsi  gündəmə 
gətirildi və inşa ediləcək kirxaların planının smetasının tərtib olunması məqsədilə 
memar Demidov Tiflisə dəvət olundu. Gürcüstanda məskunlaşan kolonistləri idarə 
Kontorunun  Gürcüstan  mülki  Qubernatoruna  23  avqust  1829-cu  il  tarixdə 
göndərdiyi  raportda  «tezliklə  memar  Demidovdan  alınan  tikinti  planlarının 
Gürcüstan mülki Qubernatoruna təqdim olunacağı» göstərilir 
267

Koloniyalarda kilsələrin, dua evlərinin və pastoratların inşası üçün 1830-cu 
ildə xəzinədən 27,839 rubl 55 qəpik vəsait ayrılmışdı. Bu vəsait hesabına 1830-cu 
illərdə  Yelizavettal,  Yekaterinenfeld  Marienfeld,  Yelenendorf  və  Tiflis 
koloniyalarında  kilsələr  və  pastoratlar  tikildi.  Zaltetin  fəaliyyəti  alman 
koloniyalarına  müəyyən  stabillik  gətirsə  də,  1830-cu  ildə  onun  ölümündən  sonra 
yenə  kolonist  cəmiyyətlərini  konfessional  ixtilaflar  bürüdü.  Bunun  səbəbi  çar 
hökumət dairələri tərəfindən koloniyalara pastorların təyin olunması oldu
268
. Qeyd 
edək ki,  rəsmi təyin olunan pastorlar Bazel  missionerlər cəmiyyətinin  yetirmələri 
idi və onlar separatizmə düşmən münasibət bəsləyirdilər. Rus taxt-tacına and içən 
missioner — pastorlar kilsə kafedralarından separatizm təlimini məsxərəyə qoyur, 
ictimai yerlərdə separatçıları təhqir edirdilər.
269
  Nəticədə,  separatizm Gürcüstanın 
alman  koloniyalarında  nəinki  zəiflədi,  əksinə,  1826—1830-cu  illər  ərzində 
lüteranlığı qəbul edən separatçılar yenidən köhnə dini təlimə qayıtdılar. Separatizm 
hərəkatına  başçılıq  etmək  məqsədilə  «onlar  öz  sıralarından  üç  starşina  seçdilər: 
qoca  yaşlı  Kauter  «Ata  —  Allah»,  gənc  Orillenborser  «Allahın  oğlu»  və  üçüncü 
şəxs  Leybsle  familiyalı  qoca  bir  qadın  «müqəddəs  Ruh»  adlandırılırdı
270
.  Kilsəni 
«şərəfsizlər  yığınağı»  adlandıran  separatçılar  uşaqların  xaç  suyuna  salınmasına, 
etiqad  zamanı  orğan  çalınmasına,  yetkinlik  yaşına  çatmayan  uşaqların 
konfirmasiyaya məruz qalmasına, rəsmi nikahların bağlanmasına qarşı çıxdılar».
271
 
Koloniyalara  təyin  edilmiş  pastorların  tələblərinə  baxmayaraq,  separatçılar 
lüteran  kilsə  qaydalarına  əməl  etmək  niyyətində  deyildilər  və  1836-cı  ildə,  yəni 
separatçıların  proqnozlarına  görə  qiyamət  gününün  baş  verəcəyi  il  onların 
radikallığı daha qabarıq şəkildə özünü büruzə verdi. 


88 
 
Yaranmış  mürəkkəb vəziyyət haqqında  pastorlar Tiflisə  -  Komitəyə  raport 
təqdim  etdilər  və  kolonist  icmalarından  20  nəfər  nümayəndə  izahat  vermək  üçün 
Tiflisə çağırıldılar
272
. Kolonistlərin Komitəyə verdikləri izahatdan görünür ki, onlar 
1823-cü  ilə  qədər,  yəni  Bazel  missionerlərinin  Gürcüstandakı  koloniyalarda 
məskunlaşdıqları  dövrə  qədər  sülh  və  əmin-amanlıqla  yaşamışlar.  Separatçıların 
fikrincə,  koloniyaların  daxili  həyatına  pozuculuq  gətirən  amillərdən  ən  başlıcası 
pastor—missionerlərin  separatizmə  qarşı  fanatik  dərəcədə  dözülməzliyi  və  kilsə 
nizamnaməsində  missioner—pastorlara  həddən  artıq  geniş  səlahiyyətlərin 
verilməsidir. Həqiqətən, 1829-cu il kilsə nizamnaməsinə görə pastor kolonistin ailə 
və şəxsi həyatının bütün məsələlərinə müdaxilə etmək hüququna malik idi.
273
 
Bazel  missionerlərinin  mübarizə  apardığı  başqa  bir  sekta  Yelizavettal 
koloniyasında yaranmışdı və bu sekta pepplean sektası adlanırdı. Sektanın adı onun 
dini  lideri  Adam  Pepplenin  adından  götürülmüşdü.  Sekta  hələ  koloniya  yarandığı 
vaxtdan  mövcud  idi  və  ona  kolonist  Stefan  Şmidt  başçılıq  edirdi.  1826-cı  ildə 
əxlaqsızlığa  görə S.Şmidt koloniyadan qovulur və  hökumət dairələrinin təzyiqləri 
nəticəsində  sekta  öz  fəaliyyətini  dayandırmalı  olur.  1832-ci  ildən  A.Pepplenin 
təşəbbüsü ilə sekta yenidən bərpa olunur. Qeyd edək ki, A.Pepplenin fəaliyyətində 
şəxsi motivasiyalar da böyük rol oynamışdı. Belə ki, əvvəl kilsə starşinası və kənd 
müəllimi  vəzifələrini  yerinə  yetirən  A.Pepple  ober—pastor  Zaltetin  ən  yaxın 
silahdaşlarından  biri  kimi,  separatizmə  qarşı  fəal  mübarizə  aparsa  da,  1832-ci 
ildən, yəni koloniyalara pastor — missionerlərin təyin edilməsindən və koloniyada 
tutduğu  bütün  vəzifələrdən  məhrum  edildikdən  sonra  o,  kilsədən  üz  döndərdi  və 
lüteran kilsə doqmalarına qarşı açıq çıxışlara başladı. 
Pepplean  sektasının  əsasını  qoyan  adam  Pepple  fəaliyyətinə  görə 
Yelizavettal  kolonist  icmasından  xaric  edilmiş  və  koloniyanı  tərk  etməyə  məcbur 
olmuşdu ki, bununla bağlı 1885-ci ildə Yelizavettal kolonist icması Gürcüstandakı 
alman koloniyalarının nəzarətçisi Forostovskiyə öz etirazlarını bildirmişdi.
274
 
Arxiv  sənədlərindən  göründüyü  kimi,  Yelizavettalda  Beppleanizmin 
yayılması,  nəinki  kolonist  icmasında,  «hətta  ayrı-ayrı  ailələrdə  münaqişələrə, 
çəkişmələrə» səbəb oldu.
275
 
Komissiya  missioner  —  pastorların  separatistlər  və  peppleyanistlər 
haqqında  şikayətlərini  təhlil  etdikdən  sonra  separatistlərin  və  peppleyanistlərin 
kolonist cəmiyyətindən uzaqlaşdırılması haqqında qərar qəbul etdi
276
 və bu qərarın 
qəbulu aşağıdakı səbəblərdən irəli gəlirdi: 
1)
 
«alman  koloniyalarında  sakitliyin  və  ümumi  qayda-qanunun  yenidən 
bərpa edilməsi üçün»; 
2)
 
lüteran-yevangelistlərin  separatizmə  cəlb  olunmasının  qarşısını  almaq 
üçün; 
3)
 
koloniyalarda  separatizmin  daha  da  güclənməsinin  qarşısını  almaq, 
separatistlərin klassik separatizmə qaytarılması üçün; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə