93
Separatçılarla görüşdə polkovnik Kotsebu bir daha qayda-qanunlara tabe
olaraq planlaşdırılan cəfəngiyatdan əl çəkməyi, əks halda onları zor gücünə
«koloniyalarına qaytaracağını» söylədi. Uzun müzakirələrdən sonra separatçı-
starşinalar 4 iyun tarixində «Yerusəlimə yola düşəcəklərini» bəyan etdilər.
302
Təyin olunan gün separatçılar, başda V.Şpon və starşinalar olmaq şərtilə
hərəkata başladılar. Ancaq Yekaterinenfeld koloniyasının astanasında onları silahlı
kazak dəstələri dövrəyə aldı: separatçı fəallar həbs edildilər, qalanlar isə geri —
koloniyaya qayıtdılar. Beləliklə, separatçıların Fələstinə yürüşünün qarşısı alındı.
1843-cü ilin sonunda separatçılar yerli hakimiyyət orqanlarının icazəsi ilə 3
nəfərdən — kolonistlər Yakov Palmer, Mixail Fixtner (Yekaterinenfeld sakinləri)
və Yohann - Adam Herzinqerdən (Aleksandersdorf) ibarət nümayəndə qrupunu
Yerusəlimə və İstanbula göndərdilər. Onların əsas vəzifəsi «Müqəddəs torpaqda»
məskunlaşmaq üçün yararlı ərazi seçmək idi. 1843-cü ilin sonunda geri qayıdan
kolonist nümayəndələri Fələstində məskunlaşmanın arzuolunmaz olduğu»
haqqında xəbər verdilər. Bu hadisə bir çox separatçıların, o cümlədən V.Şponun
dini baxışlarının dəyişməsinə böyük təsir göstərdi. 24 yanvar 1844-cü il tarixdə
başda V.Şpon olmaqla 368 separatçı Gürcüstan Baş rəisinə göndərdikləri
müraciətnamədə «həmişəlik olaraq Fələstinə köçmək niyyətlərindən əl çəkdiklərini
və yenidən yevangelist-lüteran kilsəsinə qayıtdıqlarını», «sektaçılığı tərk etdiklərini
bildirdilər».
303
Sonrakı illərdə əsas məsələ separatçıların lüteran kilsəsinə daha da sıx
birləşməsini təmin etmək olmuşdu ki, bu işdə çar hökumət dairələri yevangelist-
lüteran kilsəsinə maddi və mənəvi dəstək verirdi. Nəticədə, onların böyük hissəsi
yevangelist-lüteran kilsəsinə üz tutdular. Nəzərə alsaq ki, 1831-ci ildə
Yekaterinenfelddə-60, Marienfelddə-20, Yelizavetpolda-45, Aleksandersdorfda-
30, Tiflisdə-20 separatçı ailəsi yaşayırdı, məlum hadisələr nəticəsində onların
ümumi sayı üç dəfə azalmışdı: XIX əsrin sonlarında bütün Cənubi Qafqaz alman
koloniyalarında təqribən 60 separatçı ailəsi yaşayırdı.
304
Peppleyanistlərə gəldikdə, alman səyyahı Kolenatinin yazdığına görə 1844-
cü ildə o, peppleyanistlərin ümumi yığıncağında iştirak etmiş və onların sayı 22
nəfərdən artıq olmamışdır.
305
Yalnız Yelizavettal koloniyasında yayılan bu sekta
separatçılara düşməncəsinə yanaşır, onların fanatik addımlarını tənqid edirdi.
Beləliklə, alman kolonistlərinin XIX əsrin I yarısında dini həyatını təhlil
etdikdən sonra belə bir nəticəyə gələ bilərik ki, Cənubi Qafqaz koloniyalarında
konfessional baxımdan stabillik olmamışdır. İstər dini təşkilatların yaranmasında,
istər onların idarə olunmasında dağınıqlıq mövcud idi və fikrimizcə, bunun da əsas
səbəblərindən biri çarizmin Qafqazda apardığı mürtəce milli və dini siyasət idi.
Avropada siyasi hakimiyyət, ümumiyyətlə, cəmiyyət üçün müəyyən təhlükə
mənbəyi kimi qiymətləndirilən separatçıların və sair sektant qrupların xristian
olmayan xalqların xristianlaşdırılması məqsədilə Şotland, sonra isə Bazel
missionerlərinin hökumət xətti ilə Rusiyaya dəvət edilərək Şimali və Cənubi
94
Qafqazda yerləşdirilməsi, nəinki xristianlarla başqa din tərəfdarları arasında, hətta
xristian dininə aid olan müxtəlif cərəyanlar arasında ixtilaflara, konfliktlərə səbəb
oldu, dini radikalizmin daha da güclənməsinə gətirdi.
Biz bunu Cənubi Qafqaz separatçılarının nümunəsində açıq-aşkar gördük.
XIX əsrin ortalarında uzun müddət koloniyaların inkişafını ləngidən dini
çəkişmələrin başa çatması XIX əsrin II yarısından onların inkişafı və
möhkəmlənməsi üçün zəmin yaratdı.
95
II F Ə S Ġ L
XIX ƏSRĠN II YARISI — XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ
QAFQAZDA ALMANLARIN MƏSKUNLAġMASININ
YENĠ MƏRHƏLƏSĠ
2.1. XIX ƏSRĠN ĠKĠNCĠ YARISI - XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ
ġĠMALĠ QAFQAZDA ALMANLARIN KÜTLƏVĠ
MƏSKUNLAġMASI
XIX əsrin 50-ci illərindən almanların Qafqazda məskunlaşmasının ikinci
mərhələsi başlayır. Birinci mərhələdən fərqli olaraq, bu mərhələdə almanlar, əsasən
Şimali Qafqazda məskunlaşmağa daha çox üstünlük verirdilər və bu proses kütləvi
xarakter almışdı.
XIX əsrin 60—70-ci illərində Rusiya imperiyasının sosial-iqtisadi, siyasi
həyatında
baş
verən
dəyişikliklər
alman
kolonistlərinin
Qafqazda
məskunlaşmasının intensivliyi üçün zəruri şərait yaratdı. Bura, birinci növbədə
Qafqaz müharibəsinin başa çatması, təhkimçilik hüququnun ləğv edilməsi və
ictimai-siyasi həyatın müxtəlif sahələrində burjua islahatlarının aparılmasını aid
etmək olar. Bütün bu sadaladığımız hadisələr bir-biri ilə sıx şəkildə əlaqəli idi:
təhkimçiliyin ləğv edilməsi, burjua islahatlarının həyata keçirilməsi çarizmin daxili
mürtəce siyasətinə qarşı İmperiya xalqlarının, o cümlədən Qafqaz xalqlarının
apardığı azadlıq mübarizəsindən doğan zərurət idi. Bu səbəbdən, Qafqaz
xalqlarının sosial-siyasi mübarizəsi burjua islahatlarının həyata keçirilməsinin
şərtlərinə və tempinə əhəmiyyətli təsir göstərmişdi.
Tarixi mənbələrdən görünür ki, alman əhalisinin Şimali Qafqaza kütləvi
axını 1860-cı illərdən başlamışdır. Bəzi Rusiya tarixçiləri bunu yalnız Rusiyada
1861-ci il 19 fevral Manifestinə görə təhkimçiliyin ləğv edilməsi və s. Burjua
islahatlarının həyata keçirilməsi ilə izah edirlər.
1
Şübhəsiz, təhkimçiliyin ləğv
edilməsi, aqrar və s. islahatların həyata keçirilməsi Rusiyanın kənd təsərrüfatında
kapitalist münasibətlərinin formalaşmasına təkan verdi, sənayenin sürətli inkişafı
üçün böyük imkanlar açdı. 1861-ci ilə
qədər əcnəbi təbəələr şəxsi mülkiyyətə
torpaq almaq hüququndan məhrum edilmişdilər. Əcnəbilərin şəxsi mülkiyyətinə
yalnız sənaye obyektlərinin tikilişi məqsədilə 300 desyatinə qədər torpaq satıla
bilərdi və o da bir şərtlə ki, əcnəbi təbəə 10 il müddətində Rusiya təbəəliyinə
keçməli idi. Əgər göstərilən müddət ərzində əcnəbi Rusiya təbəəliyini qəbul
etməzdisə, ona ayrılan torpaq sahəsi satışa çıxarılırdı. Bundan savayı, 19 fevral
1861-ci il Manifestində mülkədarlara torpağı icarəyə vermək hüququ əks
olunmuşdu və icarədarlıq hüququndan bütün silklərin nümayəndələri, o cümlədən
əcnəbi kolonistlər də istifadə edə bilərdilər.
Dostları ilə paylaş: |