Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   53   54   55   56   57   58   59   60   ...   95

116 
 
Hüquqi  cəhətdən  varislərə  keçə  biləcək  torpaqların  Don  dairələrində 
bölgüsü  aşağıdakı  kimi  idi:  Mius  dairəsində  bütün  torpaq  sahələrinin  51%-i, 
Donetsk dairəsində 28%, Xopyorda 9%, Ust-Medvedskda 5%, Çerkasskda 5%, 1-
ci Don dairəsində 2% və 2-ci Don dairəsində 0,2% təşkil edirdi.
80
 
Beləliklə,  görürük  ki,  varisliyə  verilə  biləcək  torpaqlara  daha  çox  Mius, 
Donetsk dairələrində və Çerkassk dairəsinin bir hissəsində daha çox rast gəlinirdi. 
Alman kolonistlərini adı çəkilən  «kəndli» dairələrinə  cəlb edən amillərdən 
biri də bu ərazilərin ticarət mərkəzlərinə və limanlara yaxınlığı idi ki, bu da kənd 
təsərrüfatı  məhsullarının  ixracı  üçün  əlverişli  şərait  yaradırdı.  Adı  çəkilən 
dairələrdə  müvafiq  olaraq  torpağa  tələbat  da  çox  yüksək  idi  ki,  bu  da  onun 
qiymətinin  və  icarə  haqqının  durmadan artmasına  gətirib çıxarırdı.  Məsələn, əgər 
1881-ci  ildə  Donetsk  dairəsində  torpağın  1  desyatinin  icarə  haqqı  ildə  73  qəpik 
olmuşsa, 1909-cu ildə bu rəqəm 4-6 rubla çatmışdı.
81 
XIX  əsrin  80-ci  illərindən  Don  Hərbi  Dairəsində  müxtəlif  bankların  — 
Kəndli  Torpaq  bankının,  Zadəgan  bankının  filialları  fəaliyyətə  başladılar.  Adı 
çəkilən  banklar  bütün  Rusiya  təbəələrinə,  o  cümlədən  alman    kolonistlərinə    də 
kredit  ayırır  və  nəticədə  torpaq  mülklərinin  alqı-satqı  əməliyyatları  daha  da 
intensivləşirdi.  Məsələn,  Donetsk  dairəsində  meydana  gəlmiş  22  alman 
koloniyasının 13-ü banklardan ayrılan kredit hesabına yaranmışdı. Kreditin şərtləri 
kolonistlər  üçün  çox  sərfəli  idi:  almanlar  alman  məbləği  40-60  il  ərzində 
qaytarmalı idilər və illik faiz torpağın dəyərinin 4% civarında təyin edilmişdi
82

Kolonist  icması  torpaq  almaq  məqsədilə  bankdan  ssuda  götürürdü.  Ssuda 
almaq üçün bank girov tələb edirdi və əksər hallarda kolonistin əldə etdiyi torpaq 
sahəsi özü girov qoyulurdu. Bankdan götürülən kreditin və faizinin qaytarılmasına 
koloniya  icması elliklə  cavabdeh idi.  İcma  daxilində  isə  hər kolonistin ödəyəcəyi 
məbləğ ayırd edilirdi. Əgər kolonist banka ödəmələri yerinə yetirə bilməzsə, bank 
onun torpaq sahəsini geri alır və hərraca qoyurdu. 
Kreditin və faizlərin tam ödənilməsi üçün ayrılan vaxtın uzun müddətliliyi o 
demək  deyildi  ki,  torpaq  həmişə  eyni  kolonistin  istifadəsində  olurdu:  40-60  il 
ərzində torpaq sahəsi öz ödəmə borcları ilə bir neçə dəfə satıla bilərdi. Özgə xalqın 
nümayəndələrinin  koloniyada  məskunlaşmasının  qarşısını  almaq  üçün  almanlar 
torpaqlarını  yalnız  öz  həmvətənlərinə  satırdılar.  Beləliklə,  baxmayaraq  ki,  torpaq 
sahələri  bankların  girovundaydı,  alqı-satqı  əməliyyatları  intensiv  şəkildə  davam 
edirdi.  Girov  qoyulmuş  torpağı  alan  kolonist  torpağın  əvvəlki  sahibinin  bank 
qarşısında  götürdüyü  bütün  öhdəlikləri  boynuna  alır  və  kolonist  icmasına  qəbul 
edilirdi
83

Torpaqdan  istifadənin  başqa  bir  forması  torpağın  icarəyə  götürülməsi  idi. 
İcarə  haqqında  müqavilələr  həm  fərdi,  həm  də  kollektiv  şəkildə  bağlanırdı.  Don 
ərazisində  icarənin  ən  geniş  yayılmış  forması  artel  icarəsi  idi.  Torpaq  kollektiv 
şəkildə  icarəyə  götürülür  və  icarə  haqqında  müqaviləyə  artelin  hər  üzvünün 
familiyası yazılırdı. İcarəyə götürülmüş torpaq artel üzvləri arasında paylanılır və 


117 
 
hər
 
kolonistin  torpaqdan  istifadə  üsulu  ayırd  edilirdi.    İcarə
 
müddəti  1  ildən  6  ilə 
qədər ola bilərdi və müddət başa çatdıqda müqavilə təzələnə bilərdi. 
Qeyd edək ki, Donda icarə haqqı çox yüksək idi və torpağın, əksər hallarda 
icarədarlardan,  yəni  ikinci  əllərdən  icarəyə  götürülməsi  onun  qiymətinin  daha  da 
artmasına  gətirib  çıxarırdı.  Buna  görə  kolonistlər  imkan  daxilində  torpağın  şəxsi 
mülkiyyətə alınmasına daha çox önəm verirdilər. 
1909-cu  ilin  məlumatlarına  görə  Donetsk  dairəsində  mövcud  olan  29 
koloniyadan  yalnız  7-si  və  Taqanroq  dairəsində  mövcud  olan  36  koloniyadan 
yalnız  3-ü  icarə  torpaqlarında  yaranmışdı
84
.  Taqanroq  dairəsində  1888-ci  ildə 
almanların  istifadəsində  48658  des.  torpaq  sahəsi  vardı  və  onların  cəmi  12  %-i, 
yəni 6853 desyatini icarə edilmiş torpaqlara, qalan 41795 desyatini (88%) isə şəxsi 
mülkiyyətdə olan torpaqlara aid idi
85

Beləliklə,  Rusiyada  XIX  əsrin  II  yarısında  aparılan  islahatlar  kənd 
təsərrüfatında  kapitalizmin  inkişafı  üçün  şərait  yaratdı.  Boş  qalmış  torpaqların 
mənimsənilməsi prosesi gücləndi və  bu proses  Don Hərbi Dairəsində  geniş vüsət 
aldı.  Belə  ki,  XIX  əsrin  ortalarında  Donda  çəmənlik  ərazilərin  sahəsi  əkin 
sahələrindən 2,5 dəfə çox idi. Boş ərazilərdə yaranan koloniyalarda kənd təsərrüfatı 
əmtəə  istehsalı  xarakteri  daşıyırdı  və  bu  koloniyalar  əsasən,  buğda  istehsalında 
ixtisaslaşmışdılar.  Rusiyadan  ixrac  olunan  buğdanın  çox  hissəsi  Don  vilayətinin, 
Yekaterinoslav, Xerson, Tavriya və sair cənub quberniyalarının payına düşürdü və 
Azov,  Qara  dəniz  sahillərindəki  limanlar  vasitəsilə  ixrac  olunurdu.  «Buğda 
həyəcanı» müxtəlif regionlardan cənub quberniyalara əhalinin axınına səbəb oldu: 
XIX əsrin sonuna Don Hərbi Dairəsində əhalinin sayı 2 dəfə artdı. Onların arasında 
almanlar əhəmiyyətli çəkiyə malik idi. 
Qeyd edək ki, Don Hərbi Dairəsində  məskunlaşma prosesi daxili rezervlər 
hesabına  həyata  keçirilirdi.  Dairədə  məskunlaşan  alman  kolonistlərinin  hamısı 
Rusiyanın  müxtəlif  regionlarından  köçüb  gəlmişdilər.  Don  vilayətində  yaranan 
koloniyaların  əsasını  qoyanlar  əsasən  Voronej,  Tavriya,  Yekaterinoslav,  Saratov, 
Xerson  quberniyalarından  gələn  kolonistlər  idi.  Təkcə  Miussk  dairəsində  1875—
1887-ci illərdə alman kolonistləri tərəfindən kollektiv formada 40-dan artıq torpaq 
mülklərinin  satın  alınması  faktı  qeydə  alınmışdı.  Bu  o  demək  idi  ki,  bu  dövr 
ərzində 40-dan artıq koloniya meydana gəlmişdi
86
. Nəticədə, Don Hərbi Dairəsində 
almanların  kütləvi  məskunlaşması  nəticəsində  1890—1915-ci  illər  ərzində  alman 
məskənlərinin sayı 2 dəfə artdı
87

Alman  məskunlaşmasının  ən  intensiv  getdiyi  dairə  Taqanroq  dairəsi  idi. 
Burada  1890-cı  ildə  36  koloniya  mövcud  olmuşdusa,  1915-ci  ildə  bu  rəqəm  artıq 
80-ə  çatmışdı
88
.  Köhnə  koloniyalarda  da  əhalinin  sayı  sürətlə  artırdı  və  bu 
koloniyalarda  əhalinin  artımı  ilə  bağlı  yaranan  torpaq  çatışmazlığı  yeni  sahələrin 
alınması vasitəsilə həll edilirdi. 
Arxiv  sənədlərinə  əsasən,  Don  Hərbi  Dairəsində  1876—1916-cı  illər 
ərzində  katolik  və  protestant  əhalinin  sayının  dinamikasını  əks  etdirən  cədvəl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə