Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   49   50   51   52   53   54   55   56   ...   95

108 
 
hesabına  məskunlaşmaqda  çətinliklərlə  üzləşən  kolonistlər  1888-ci  ildə  rəsmi 
dövlət orqanlarına müraciət edərək onlara da müəyyən güzəştlərin edilməsini xahiş 
etdilər.  Kolonistlərin  xahişini  nəzərə  alaraq  çar  hökuməti  onları  1888-ci  ildən 
başlayaraq  5  il  müddətinə  bütün  dövlət  və  yerli  zemstvo  vergilərindən  azad  etdi. 
Bundan savayı, 1883-1888-ci illərdə kolonistlərin dövlətə ödədikləri torpaq vergisi 
və  Almaniyadan  gələrkən  ödədikləri  gömrük  rüsumu  (3446  rubl  93  qəpik)  geri 
qaytarıldı,  1892-ci  ilə  qədər  koloniyanın  kişi  əhalisi  hərbi  mükəlləfiyyətdən  azad 
edildi. Bütün bu güzəştlərin  müqabilində kolonistlərdən Rusiya təbəəliyinin qəbul 
edilməsi  tələb  olunurdu.
51
  1864-cü  ildən  qüvvəyə  minən  əsaslara  görə  əcnəbi 
kolonistin Rusiya təbəəliyini qəbul etməsi mütləq şərt kimi göstərilirdi. Əcnəbinin 
Rusiya  təbəəliyini  qəbul  etməsi  onun  öz  xahişi  ilə  və  Rusiyada  5  il  yaşadıqdan 
sonra  mümkün  ola  bilərdi.  Əgər  əcnəbi  Rusiya  təəbəliyini  qəbul  etməzdisə, 
Rusiyanı  tərk  etmək  məcburiyyətində  qalırdı.  Bundan  əvvəl  onun  əmlakı  Rusiya 
dövlətinin  xeyrinə  müsadirə  olunurdu  və  əcnəbi  kolonist  hökumət  tərəfindən  ona 
xərclənən  bütün  maliyyə  vəsaitini  xəzinəyə  qaytarmalı  idi.  Beləliklə,  təbəəliyin 
«könüllü» qəbul edilməsi yalnız kağız üzərində qalırdı, əslində kolonistlər Rusiya 
təbəəliyini qəbul etməyə məcbur olurdular. 
1888-ci  ilin  məlumatlarına  görə  Qnadenburqun  əhalisi  120  nəfərədək 
azalmışdı:  12  ailə  koloniyanı  tərk  edərək  Almaniyaya  və  Rusiyanın  müxtəlif 
quberniyalarına köçmüşdü.
52
 Onların təsərrüfatları koloniyada yenicə məskunlaşan 
14  alman  ailəsi  arasında  bölüşdürüldü.  1889-cu  ilin  məlumatlarına  görə 
Qradenburq  koloniyasında  52    həyət  qeydə  alınmışdı  və  əhalinin  sayı  290  nəfər 
təşkil  edirdi.  Koloniya  bütövlükdə  1937  des.  torpaq  sahəsinə  malik  idi.  Əsasən 
əkinçiliklə  məşğul  olan  koloniyada  ümumən  400  başa  yaxın  mal-qara,  at  qeydə 
alınmışdı.
53
 
XX  əsrin  əvvəllərində  koloniyanın  inkişafı  daha  da  sürətlənmiş, 
təsərrüfatların sayı 95-ə, əhalinin sayı isə 567 nəfərə çatmışdı.
54
 
Terek vilayətində  yaranan ən köhnə  koloniyalardan biri, əsası 1887-ci ildə 
qoyulmuş,  Novıy-Lars  (Dzanxotov-Lars)  koloniyası  olmuşdur.  Beslan  şəhəri 
yaxınlığında  əsası  qoyulan  bu  koloniyanın  sakinləri  Bessarabiya,  Tavriya  və 
Stavropol  quberniyasında  torpaq  qıtlığından  əziyyət  çəkən  kolonistlər  idi.  Şəxsi 
mülkiyyətə  torpaq  ala  bilməyən  koloniya  sakinləri  yerli  torpaq  sahibi 
T.Dudarovdan 300 des.  torpaq sahəsini icarəyə  götürdülər  və  bunun  müqabilində 
icarə haqqı olaraq məhsulun 25%-ni torpaq sahibinə verməli idilər. Əhalisinə görə 
koloniya  o  qədər  də  böyük  deyildi  —  1889-cu  ilin  statistik  məlumatlarına  görə 
burada cəmi 54 nəfər yaşayırdı və onlar 11 təsərrüfatda birləşmişdilər.
55
 XX əsrin 
ilk  illərinin  məlumatlarına  görə  Novıy-Larsda  86  nəfər  yaşayırdı.  Təsərrüfatların 
iriləşməsi  nəticəsində  onların  sayı  11-dən  5-ə  düşmüşdü.  Koloniyada,  əsasən 
əkinçilik  və  heyvandarlıqla  məşğul  olurdular.  XX  əsrin  əvvəllərinə  aid 
mənbələrdən görünür ki, alman koloniyası qonşu rus və ukraynalıların kəndlərinə 


109 
 
nisbətən  daha  intensiv  inkişaf  edirdilər,  təsərrüfatlardakı  mal-qaranın  sayına  görə 
öz qonşularını 2-3 dəfə üstələyirdilər.
56
 
1888-ci  ildə  indiki  Şimali  Osetiya  ərazisində,  Darqkox  stansiyası 
yaxınlığında  Emmaus  koloniyası  yarandı.  Koloniya  istefada  olan  çar  generalı 
Eqlayın  şəxsi  torpaq  sahəsində  salınmışdı.
57
  Torpaqlarında  təsərrüfat  həyatı 
qurmağı planlaşdıran general, Kuban vilayətində məskunlaşan alman kolonistlərinə 
müraciətində  onlara  icarədar  qismində  öz  mülkündə  məskunlaşmağı  təklif  etdi.
58
 
Saratov  quberniyasından  Kubana  köçən  və  burada  da  torpaq  məsələsini  həll  edə 
bilməyən  34  alman  ailəsi  general  Eqlayın  torpaqlarında  məskən  saldılar. 
İcarədarlardan  ibarət  olan  Emmaus  koloniyası  inzibati  cəhətdən  yerli  Zamangül 
kəndinə  daxil  idi  və  kolonistlər  məhsulun  25%-ni  torpaq  sahibinə  ödəyirdilər. 
1889-cu  ilin  məlumatlarına  görə  koloniyada  23  təsərrüfat  fəaliyyət  göstərirdi  və 
əhalinin  sayı  186  nəfər  idi.
59 
Mövcud  olduğu  1908-ci  ilə  qədər  koloniyanın 
təsərrüfatları  və  əhalisinin  sayında  əsaslı  dəyişikliklər  baş  verməmişdir. 
Kolonistlərin  əsas  məşğuliyyəti  əkinçilik,  bağçılıq,  heyvandarlıq  olmuşdur. 
Kolonistlər  istehsal  etdikləri  kənd  təsərrüfatı  məhsullarını  xammal  və  yaxud 
yarımfabrikat  şəklində  Vladiqafqazda  təşkil  edilən  həftə  bazarlarına  çıxarırdılar. 
Kənd  təsərrüfatının  bazar  tələbatlarına  uyğun  istiqamətləndirilməsi  alman 
təsərrüfatlarının  intensiv  inkişafına  təkan  verən  əsas  amillərdən  biri  idi.  1902—
1903-cü illərin statistik məlumatlarına görə Emmaus koloniyasında hər ailənin illik 
gəliri  350  rubl  təşkil  edirdi  ki,  bu  da  o  zamanlar  Rusiyada  yüksək  göstərici 
sayılırdı.
60
  Emmuas  koloniyası  1908-ci  ildə  öz  fəaliyyətini  dayandırmalı  oldu  və 
koloniya  əhalisi  qonşu  alman  koloniyası  —  Mixaelsdorfda  yerləşdirildi.  Emmaus 
koloniyası  icarədarlar  koloniyası  olduğundan  1908-ci  ildə  onlarla  icarə 
müqavilələri təzələnmədi və koloniya torpaqları Rusiya Kəndli Bankından maliyyə 
dəstəyi alan Kuratatın cəmiyyəti tərəfindən satın alındı. Sonralar boş qalmış alman 
təsərrüfatlarında osetin əhalisi yerləşdirildi.
61
 
XX  əsrin  əvvəllərində  Rusiyanın  kənd  təsərrüfatında  kapitalist 
münasibətlərinin  inkişafı  sürətləndi  və  əsasən  də  1907-ci  ildən  həyata  keçirilən 
Stolipin  aqrar  islahatı  nəticəsində  bu  proses  geniş  miqyas  aldı.  Torpağın  azad 
şəkildə  alqı-satqı  obyektinə  çevrilməsi,  yeni  təsərrüfat  formalarının  —  xutor 
təsərrüfatlarının  yaranmasına  şərait  yaratdı.  Qeyd  edək  ki,  Şimali  Qafqazda  ilk 
xutor  təsərrüfatlarını  alman  kolonistləri  yaratmışdılar.  1895-1901-ci  illər  ərzində 
Terek  vilayətinin  Mozdok  rayonunda  Falman,  Laşkaryov,  Seler,  Fişer,  Svayger, 
Vobiy,  Matis  kimi  xutorlar  mövcud  idi.  Əhalisinin  sayı  5-30  nəfərədək  olan  bu 
təsərrüfatların hər birinin ixtiyarında təqribən 70-150 des. torpaq sahəsi vardı.
62
 
Xutorlarda,  əsasən  əkinçiliklə  məşğul  olurdular:  heyvandarlıq  daxili 
tələbatların  ödənilməsinə  xidmət  edirdi.  Xutor  sakinlərinin  əksəriyyəti  Xerson, 
Tavriya və Yekaterinoslav (indiki Dnepropetrovsk) quberniyalarından gəlmişdilər. 
Kuban və Terek vilayətlərindəki alman koloniyalarında torpaq qıtlığından əziyyət 
çəkənlər  də  xutor  təsərrüfatlarının  yaradılmasına  üstünlük  verirdilər.  Xutor 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə