Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   52   53   54   55   56   57   58   59   ...   95

114 
 
ətrafında Yelizavettal koloniyasını yaratmış, sonralar Terek çayının şimal sahilinə 
köçməyə  məcbur  olmuşlar.  Alman  tədqiqatçıların  məlumatına  görə  Hofnunqsfeld 
koloniyası  Bessarabiyadan  köçüb  gəlmiş  lüteranlar  və  reformotorlar    tərəfindən  
salınmışdır  və  Xasavyurtun  9  kilometrliyində  yerləşirdi.
75
 
Bütün 
bu  
söylənilənlərdən  belə  nəticə  çıxarmaq  olar  ki,  Terek  vilayətində  Hofnunqfeld 
adında  iki  koloniya  mövcud  olmuşdur  ki,  bu  da  müəyyən  bir  ərazinin 
toponimikasında rast gəlinən haldır. 
Beləliklə,  kolonistlərin  «törəmə»  koloniyalardan  «ana»  koloniyalara  geri 
qayıtması,  iqlim  şəraitinin  yaratdığı  və  sosial  xarakterli  problemlərlə  bağlı, 
epizodik  hallarda  yerli  əhali  ilə  münasibətlərin  korlanması  və  sair  səbəblərdən 
Terek vilayətinin alman kolonistlərinin üfüqi və şaquli mobilliyi vilayətdə movcud 
olan  koloniyaların  dəqiq  sayı  haqqında  fikir  söyləməyə  imkan  vermir.  XIX  əsrin 
60-cı illərindən Terek vilayətində alman koloniyalarının yaranmağa  başladığını və 
XX əsrin əvvəllərində də bu prosesin davam etdiyini nəzərə alaraq və apardığımız 
araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərik ki, 1914-cü ilə qədərki dövrdə 
vilayətdə təqribən 50 alman koloniyası və xutoru mövcud olmuşdur. 
Qafqazın  başqa  regionlarından  fərqli  olaraq,  Don  Hərbi  Dairəsində  alman 
koloniyalarının  yaranma prosesi nisbətən gec  — 1870-ci illərdə başlamışdı ki, bu 
da Don Hərbi Dairəsinin yaranma tarixinin spesifikliyi və bu ərazidə mövcud olan 
torpaq mülkiyyət formasının xüsusiyyətləri ilə izah olunur. 
Hələ  qədimdən  müxtəlif  türk  dövlətlərinə  məxsus  olan  Don  ərazisi  XVIII 
əsrdən tədricən Rusiya tərəfindən işğal olundu. Əhalisiz qalan bu geniş ərazi yarım 
hərbçi silk-kazaklar tərəfindən idarə olunurdu. Tezliklə burada Don Hərbi Dairəsi 
yaradıldı.  Ərazinin  müdafiəsi  ilə  məşğul  olan  Don  kazakları,  həmçinin  təsərrüfat 
həyatı ilə də məşğul olurdular. Don ərazisində torpaq xəzinəyə məxsus idi. Lakin 
torpaqdan istifadə hüququ Don Hərbi Dairəsinə verilmişdi və bütün torpaqlar Hərbi 
qulluq  prinsipi  əsas  götürülərək  kazak  ailələri  arasında  bölüşdürülmüşdü.  Kazak 
torpaq payını satmaq və  yaxud kiməsə bağışlamaq hüququndan məhrum idi. Əgər 
kazak öz qüvvəsi ilə torpağı əkib-becərə bilmirsə, onu yalnız icarəyə verə bilərdi. 
1835-ci  ildə  «Don  Hərbi  Dairəsi  haqqında  Əsasnamə»  qəbul  edildi
76
.  Bu 
əsasnaməyə  görə  Don  ərazisində  torpaqlar  zadəganların  şəxsi  mülkiyyətinə 
verilirdi.  Zadəgan  öz  torpaq  sahəsini  yalnız  kazak  silkindən  olan  şəxslərə  sata 
bilərdi. Beləliklə, görürük ki, Don Hərbi Dairəsində torpaqların, nəinki əcnəbilərə, 
hətta yerli rus kəndlilərinə, mülkədarlarına satışı üçün süni maneələr yaradılmışdı. 
Bu  səbəbdən  XIX  əsrin  70-ci  illərinə  qədər  Don  ərazisində  heç  bir  əcnəbi,  o 
cümlədən alman koloniyası yaranmamışdı. 
1860—1870-ci illərdə Rusiyada aparılan islahatlar, xüsusən də aqrar islahat 
Don  Hərbi  Dairəsində  torpaqdan  istifadə  sistemində  inqilabi  dəyişikliklərə  gətirdi 
— torpaq azad şəkildə alqı-satqı obyektinə çevrildi. 
Don  vilayəti  əkinəyararlı  torpaq  sahələrinə  görə  Rusiyanın  ən  əhəmiyyətli 
quberniyalarından  biri  idi.  Burada  hər
 
adambaşına  7,1  des.  əkinəyararlı  torpaq 


115 
 
sahəsi düşürdü. XVIII əsrin sonu - XIX əsrin əvvəlləri ilə müqayisədə bu göstərici 
nisbətən  aşağı  düşmüşdü,  lakin  bununla  bərabər  baxdığımız  dövrdə  qonşu 
quberniyalar ilə müqayisədə bu rəqəm kiçik deyildi. Nəzərə alaq ki, Yekaterinoslav 
quberniyasında  adambaşına  3,8  des.,  Voronej  quberniyasında  isə  cəmi  2,2  des. 
əkinə  yararlı  torpaq  sahəsi  düşürdü
77
.  Həm  ölkədaxili,  həm  də  xarici  bazarlarda 
kənd  təsərrüfatı  məhsullarına  və  ilk  növbədə  buğdaya  tələbatın  artması  kənd 
təsərrüfatı ilə məşğul olan iş adamlarını istehsalı genişləndirməyə, müvafiq olaraq 
yeni-yeni torpaq sahələri əldə etməyə sövq edirdi. 
Torpaq  bazarı  müxtəlif  yollarla  formalaşırdı  və  onlardan  ən  başlıcası 
zadəgan torpaqlarının satışa çıxarılması idi. 1868-ci il qanununa görə bütün Rusiya 
zadəganlarına  öz  torpaq  mülklərindən  istədikləri  kimi  istifadə  etmək  hüququ 
verildi. Bir çox zadəganlar, əsasən də kiçik mülk sahibləri və yeni iqtisadi şəraitə 
uyğunlaşa  bilməyənlər  müflisləşir  və  öz  torpaq  sahələrini  satmağa  məcbur 
olurdular. Bu proses 1873-1882-ci illərdə daha intensiv gedirdi. Bir faktı qeyd edək 
ki,  bu  dövr  ərzində  satışa  çıxarılan  torpaqların  70%-i  zadəganlara  məxsus 
olmuşdu
78

Torpaq bazarında satılan sahələrin əhəmiyyətli hissəsi kəndli torpaqları idi. 
1861-ci  il  19  fevral  Əsasnaməsinə  görə  şəxsi  azadlıq  qazanmış  kəndlilər  Kəndli 
Torpaq bankının maliyyə yardımı vasitəsilə pay torpaqlarını və mükəlləfiyyətlərini 
satın  aldıqdan  sonra  hökumətdən  aldıqları  ssudanı  və  onun  faizini  qaytara 
bilməyərək müflisləşirdilər. Artıq 1870-ci illərin sonunda bir çox kəndlilər öz pay 
torpaqlarını satmağa məcbur olmuşdular. 
Kolonistlərin  hüquqi  savadsızlığı  və  sosial  müdafiəsizliyi  şəraitində 
torpağın  şəxsi  mülkiyyətə  alınmasının  ən  optimal  forması  kollektiv  forma  idi. 
Torpaq  sahəsi  bir  neçə  zəngin  kolonistin  maliyyə  vəsaiti  hesabına  alınır  və 
gələcəkdə  bu  ərazidə  koloniya  meydana  gəlirdi.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
1871-ci  il  qanununa  görə  «kolonist»  statusu,  II  Yekaterina  və  I  Aleksandr 
tərəfindən onlara verilən bütün imtiyazlar ləğv edilmişdi. Bu səbəbdən artıq 1870-
ci illərdən sonra yaranan alman məskənləri çox hallarda «koloniya» yox, «məskən» 
və  yaxud  «kənd»  kimi  adlandırılmışdı.  Baxdığımız  dövrə  aid  tarixi  mənbələrdə 
həm «koloniya» həm də  «məskən» anlayışlarına rast gəlinir
70
  və bunun da  səbəbi 
«koloniya» anlayışının ictimai fikirdə dərin iz salması idi. Buna görə alman yaşayış 
məntəqələrinə XIX əsrin 70-ci illərindən həm «koloniya», həm də «məskən» kimi 
müraciətlər olunmuşdur və bu ənənə bizim tədqiqatımızda da davam etdirilir. 
Coğrafi  cəhətdən  alman  koloniyaları  Don  Hərbi  ərazisində  bərabər 
paylanmamışdır. Alman koloniyalarının ən çox yayıldığı ərazilər Mius (Taqanroq) 
və Donetsk dairələri idi ki, bu da adı çəkilən dairələrdə kazak hərbi təsərrüfatlarına 
nisbətən  kəndli  torpaq  sahibliyinin  daha  çox  yayılması  ilə  izah  oluna  bilər  — 
«kəndli» dairələrində torpağın alqı-satqı əməliyyatları daha sərbəst aparıldığından 
alman kolonistləri bu dairələrə daha çox maraq göstərirdilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə