Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   48   49   50   51   52   53   54   55   ...   95

106 
 
ehtiyaclarını  ödəyə  biləcək  boş  torpaq  sahələrinin  və  bu  sahələrin  dövlət  fonduna 
aid  olması  mütləq  şərt  idi.  İkinci  vacib  bir  şərt  ondan  ibarət  idi  ki,  koloniyanın 
yaradılacağı  ərazi  yerli  dağlı  xalqlarının  kəndlərindən  mümkün  qədər  uzaqda 
yerləşməliydi ki, yerli xalqların iqtisadi təsərrüfat  maraqlarına xələl gətirməsin və 
nəhayət,  salındığı  ərazidə  koloniya  optimal  təsərrüfat  formasını  seçərək  konkret 
iqtisadi fayda verməli idi. 
Nalçık ətrafında yaradılması planlaşdırılan koloniya bütün bu şərtlərə cavab 
verirdi,  lakin  bürokratik  əngəllər  ucbatından  koloniyanın  rəsmiləşdirilməsi  bir 
qədər yubadıldı. Belə ki, Rusiya ərazisində bir koloniyadan başqasına və yaxud bir 
regiondan  başqasına  köçərək  yeni  koloniya  yaratmaq  üçün  kolonistlər  Dövlət 
Əmlak  Nazirliyindən  icazə  vərəqəsi  almalı  idi.  Nalçik  ətrafında  məskunlaşmaq 
istəyən Volqaboyu kolonistlərinin əksəriyyəti icazə vərəqəsi almamışdılar. Dövlət 
Əmlak Nazirliyi kolonistlərin kortəbii şəkildə Volqaboyunu tərk edərək Qafqazda 
məskunlaşmasına  qarşı  çıxırdı.  Lakin  Şimali  Qafqaz  ərazisi  Müdafiə  Nazirliyi 
tərəfindən  idarə  olunduğundan  kolonistlərin  məskunlaşması  ilə  bağlı  məsələlərin 
həlli  Müdafiə  Nazirliyinin  sərəncamına  keçmişdi.  Dövlət  Əmlak  Nazirliyi  və 
Müdafiə  Nazirliyi  arasında  davam  edən  uzun  yazışmalardan  sonra  1858-ci  ildə 
Qafqaz  Ordusunun  baş  komandanı  Nalçik  yaxınlığında  alman  koloniyasının 
yaranmasını  rəsmiləşdirdi  və  kolonistlərin  arzusu  ilə  yeni  yaşayış  məskəni 
Aleksandrovka  adlandırıldı.  Dövlət  Torpaq  fondundan  koloniyaya  ümumilikdə 
1500  des.,  yəni  hər  ailəyə  35  des.  torpaq  sahəsi  ayrıldı,  kolonistlərin  yerinə 
yetirəcəyi mükəlləfiyyətlər ayırd edildi.
43
 
Mixaylovsk  koloniyası  1861-ci  ildə,  müasir  Şimali  Osetiya  ərazisində, 
Vladiqafqaz  şəhərinin  yaxınlığında  salınmışdı  və  əhali  arasında  Vladiqafqaz 
koloniyası  adı  ilə  tanınmışdı.  Arxiv  sənədlərindən  görünür  ki,  ilk  vaxtlar  bu 
koloniyada 40 alman ailəsi məskunlaşmışdı. Kolonist ailələri müxtəlif regionlardan 
gəlmişdilər:  37  ailə  Saratov,  1  ailə  Samara,  1  ailə  Novqorod  quberniyasının 
sakinləri  idi.
 
Yalnız  Avqust  Brensin  ailəsi  xaricdən  gələrək  Vladiqafqaz 
koloniyasında  məskunlaşmışdı.  Bu  fakt  onu  göstərir  ki,  bütün  Şimali  Qafqazda 
olduğu  kimi,  Terek vilayətində  də  məskunlaşma  prosesi daxili xarakter daşıyırdı. 
Stavropol  və  Kuban  vilayətlərindən  fərqli  olaraq,  Terek  vilayətində  kolonistlərin 
məskunlaşması  prosesi  miqyasca  çox  da  böyük  əraziləri  əhatə  etmirdi  və  bunun 
əsas səbəbi vilayətdə əkinəyararlı torpaq sahələrinin azlığı ilə izah olunur. 
Bununla yanaşı, Vladiqafqaz dairəsi alman kolonistləri üçün maraq doğuran 
bir  ərazi  idi:  Vladiqafqaz  kimi  iri  şəhərin  ətrafında  məskunlaşmaq,  əsasən 
əkinçilik,  heyvandarlıq,  bağçılıq  və  arıçılıqla  məşğul  olan  kolonistlərə  öz 
məhsullarını şəhər bazarlarına çıxartmaq imkanı yaradırdı. 
Vladiqafqaz  koloniyası  məhz  belə  əlverişli  coğrafi  mövqedə  yerləşsə  də, 
digər  tərəfdən  koloniyanın  normal  fəaliyyətinə  mənfi  təsir  göstərən  amillər  də 
vardı.  Koloniyaya  ayrılmış  torpaq  sahəsində  Petrapavlovsk  əsgər  qəsəbəsinin 
salınması,  koloniyanın  əsas  nəqliyyat  yollarının  kəsişdiyi  çevrədə  yerləşməsi 


107 
 
nəticəsində  ona  müxtəlif  ziyanlar  dəyirdi.  Əsasən  də  qış  və  yay  mövsümlərində 
qoyun  sürülərinin  koloniyadan keçərək  yaylağa, qışlağa  aparılması zamanı alman 
təsərrüfatlarına  dəyən  ziyan  dağıdıcı  xarakter  alırdı.  Bütün  bunları  nəzərə  alaraq 
Vladiqafqaz  koloniyasının  sakinləri  koloniyanın  başqa  əraziyə  köçürülməsi  xahişi 
ilə rəsmi dövlət orqanlarına müraciət etdilər və müsbət cavab aldılar. 1867-ci ildə 
Vladiqafqaz  koloniyası  Vladiqafqaz  şəhərindən  9  verst  şimala  köçürüldü.  Şəhər 
ictimai idarəsinin qərarı ilə koloniyanın şəhərə olan 2200 rubl köhnə borcu silindi 
və  alman  kolonistləri  onlara  ayrılmış  yeni  ərazidə  təsərrüfat  fəaliyyətinə 
başladılar.
45
 
1874-cü  ilin  statistik  məlumatlarına  görə  Vladiqafqaz  koloniyasında  297 
alman yaşayırdı ki, onlar da 40 təsərrüfat yaratmışdılar. 21 may 1876-cı il tarixdə 
Vladiqafqaz  koloniyasının  sakinləri  Terek  vilayəti  rəisinə  ünvanladıqları 
müraciətdə  koloniyanın  adının  dəyişdirilərək,  ona  çarın  qardaşı  Böyük  knyaz 
Mixail  Nikolayeviçin  adının  verilməsini  xahiş  edirdilər. Terek  vilayətinin  rəisinin 
1876-cı  il  26  sentyabr  tarixdə  kolonistlərə  göndərdiyi  cavab  məktubunda  onların 
xahişinin  Qafqaz  canişini  tərəfindən  dəstəkləndiyi  bildirildi.  Beləliklə,  1876-cı  il 
13 noyabr tarixdən kolonistlərin xahişi ilə Vladiqafqaz koloniyası Mixaylovskaya, 
və yaxud almansayağı Mixaelsdorf adlandırıldı.
47
 
Mixaelsdorf  koloniyası  Qafqazda  ən  iri  koloniyalardan  biri  idi.  Burada 
1889-cu  ilin  statistik  məlumatlarına  görə  513  sakin  yaşayırdı.  Koloniyada  83 
təsərrüfat  fəaliyyət  göstərirdi  ki,  onların  da  ixtiyarına  1250  des.  torpaq  sahəsi 
ayrılmışdı.  Qeyd  edək  ki,  bu  koloniya  dövlət  torpaqlarında  yaranmışdı  və  əsas 
məşğuliyyəti  əkinçilik  və  heyvandarlıq  idi.  Koloniyada  mövcud  olan  sənətkar 
emalatxanaları  —  3  dəmirçi  sexi,  2  dəyirman  və  1  zavod  əsasən  koloniyanın  və 
ətraf  kəndlərin  daxili  tələbatlarının  ödənilməsi  istiqamətində  fəaliyyət 
göstərirdilər.
48
 
1882-ci  ildə  Terek  vilayətinin  şimal  düzəngah  ərazilərində,  Stavropol 
quberniyası  ilə  sərhəd  zonasında,  Qnadenburq  alman  koloniyası  meydana  gəldi 
(indiki  Mozdok  rayonu  Vinoqradnoye  kəndi).  Vilayətdə  yaranan  başqa  alman 
koloniyalarından  fərqli  olaraq,  bu  koloniya  əcnəbi  təbəələr  tərəfindən  salınmışdı. 
Koloniyanı  səciyyələndirən  xüsusiyyətlərdən  biri  də  onun  «Eigentumsdorf»,  yəni 
xüsusi  mülkiyyət  torpaqlarında  yaranması  idi.  Almaniyadan  gələn  40  mühacir 
ailəsi  yerli  torpaq  sahibləri  general-mayor  Smekalov  və  general-mayor 
Zolotaryovdan  2000  des.  torpaq  aldılar.
49
  Kolonistlərin  hüquqi  cəhətdən 
savadsızlığı  və  müdafiəsizliyi  şəraitində  torpağın  kollektiv  şəkildə  şəxsi 
mülkiyyətə satın alınması ən münasib variant idi. Kolonist icması tərəfindən satın 
alınan  torpaq  sahəsi  kolonist  ailələri  arasında  bölüşdürüldü.  1882-ci  ilin  statistik 
məlumatlarına görə Qnadenburq koloniyasında 40 təsərrüfat fəaliyyət göstərirdi və 
əhalinin  sayı  149  nəfər  təşkil  edirdi.  Qeyd  edək  ki,  Qnadenburq  sakinləri  Şimali 
Qafqaza öz təşəbbüsləri ilə köçdüklərindən Rusiya dövləti tərəfindən kolonist silki 
üçün  nəzərdə  tutulan  güzəştlərdən  məhrum  olmuşdular.  Öz  maliyyə  vəsaitləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə