110
təsərrüfatları həm xüsusi mülkiyyətdə olan, həm də icarəyə götürülmüş torpaq
sahələrində yaradılırdı. Bəzi xutorlar torpaq sahəsinə görə koloniyadan geri
qalmırdılar. Məsələn, Laşkaryov xutorunda yaranan 4 təsərrüfatın ixtiyarında 693
des. xüsusi mülkiyyətə aid və 173 desyatin icarə torpaqları var idi ki, bu da 20-25
həyətdən ibarət orta alman koloniyasının torpaqlarına bərabər idi.
63
XIX əsrin sonlarında Terek vilayətinə kolonistlərin köçməsi prosesi
nisbətən zəiflədi ki, bu da həm çar hökumətinin apardığı daxili siyasətlə, həm də
regionda dövlət fonduna aid boş torpaq sahələrinin azlığı ilə izah olunurdu.
Mövcud koloniyalarda əhalinin sayının artması ilə əlaqədar koloniyadaxili sosial
gərginlik getdikcə artırdı. Koloniya rəhbərliyi ümumi maliyyə vəsaitləri hesabına
yaranmış torpaq problemini həll etməyə çalışırdı: ümumi kassadan ayrılan pullara
yeni torpaq sahələri alınır, torpaqsız və aztorpaqlı kolonist ailələri bu torpaqlarda
yerləşdirilirdilər. Belə koloniyaların yaranma mexanizmi tarixi ədəbiyyatda
yetərincə işıqlandırılmışdır və bu cür koloniyalar «törəmə» koloniya adlanırdılar.
Koloniya rəhbərliyi özü maraqlı idi ki, «ana», yəni əsas koloniyanın xərcləri
hesabına yeni torpaqlar əldə edilsin və torpaqsız koloniya üzvləri yeni ərazilərə
köçürülsünlər.
XX əsrin əvvəllərində Terek vilayətində, indiki Kabarda-Balkariya
ərazisində yeni «törəmə» koloniyalar və xutorlar meydana gəldi ki, onların əsasını
Qnadenburq, Aleksandrovsk və Hofnunqsfeld koloniyalarından köçən kolonistlər
qoymuşlar. 1908-ci ildə Emmaus koloniyasının bir neçə sakini birləşərək kabardin
mənşəli knyaz İnalovun torpaqlarını satın aldılar və yeni koloniya yaratdılar. Eben-
Etser adlanan bu koloniyanın sakinləri 4 təsərrüfatda birləşmişdilər və əsasən
heyvandarlıqla, əkinçiliklə məşğul olurdular.
64
Terek vilayətinin qərb rayonlarında, indiki Şimali Osetiya ərazisində
inzibati cəhətdən Mixaylovsk koloniyasına aid torpaqlarda Zuyeviç xutoru
yaranmışdı ki, buranın sakinlərinin təqribən yarısı alman idi. Adı çəkilən ərazidə
almanlar, həmçinin Proxasko (20 həyət, 145 nəfər) Atabəyovlar (6 nəfər),
Sorokoumovski (15 nəfər) xutorlarında, Yakovlev və Orlov adlı şəxslərin bağ
evlərində də məskunlaşmışdılar.
65
Terek vilayətində yaranan «törəmə»
koloniyaların əksəriyyəti Volqaboyu və Cənubi Ukrayna bölgələrindən gəlmiş
kolonistlər tərəfindən salınmışdı.
1902-1909-cu illərdə Moloçansk rayonunda mövcud olan onlarla mennonit
koloniyalarında əhali sıxlığı və bununla bağlı torpaq qıtlığı aktual məsələlərdən idi.
Yeri
gəlmişkən qeyd edək ki, mennonit dini cərəyanı protestantizmə aid idi və XVI
əsrin I yarısında Almaniyada Reformasiya dövrü yaranmışdı. Simon Mennonun
tərəfdarı olan mennonitlər protestantizmin başqa təriqətlərini, əsasən də lüteranlığı
qəbul etmir, bu cərəyanlarla düşmən münasibətlər saxlayırdılar. Onlar özlərini
«Allah tərəfindən seçilmiş insan» sayırdılar və ətraf — «günahlara batmış»
cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırdılar.