Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   45   46   47   48   49   50   51   52   ...   95

100 
 
iki  koloniyada  1113  nəfər  əhali  yaşayırdı  ki,  bu  da  koloniyaların  çox  böyük 
olmasını göstərirdi
10

1860-cı  ildə  Kuban  çayının  sol  sahilində,  Qafqaz  şöbəsinin  (rayonunun—
İ.A..) boş qalmış torpaqlarının məskunlaşdırılmasına başlandı. 1861-ci ildə Saratov 
quberniyasından  özbaşına  Kubana  gələn  50  alman  ailəsi  polkovnik  Krım-Girey-
Qusarovun  mülk  torpaqlarında  yerləşdirildilər.  Kolonistlərə  torpaqdan  icarədar 
kimi istifadə etmək hüququ verilmişdi
11
. Rəsmi dövlət orqanlarının kortəbii şəkildə 
yaşayış  yerini  dəyişən  kolonistlərə  qarşı  cəza  tədbirləri  getdikcə  daha  da 
sərtləşdirildi.  1861-ci  il  14  oktyabr  tarixində  özbaşına  yaşayış  yerini  tərk  etmiş 
bütün  kolonistlərin  məcburi  şəkildə  öz  köhnə  yaşayış  yerlərinə  qaytarılması 
haqqında  qərar  qəbul  edildi
12
.  Əcnəbilərə  Qəyyumluq  üzrə  Saratov  Kontoru  04 
noyabr  1861-ci  il  tarixdə  bütün  alman  koloniyalarının  özünüidarə  orqanlarına 
təlimat göndərdi.
13
 
Bütün bunlara baxmayaraq, Volqaboyu almanları arasında Qafqaza köçmək 
əhvali-ruhiyyəsi  çox  yüksək  idi.  Qısa  bir  müddət  ərzində  adı  çəkilən  Qusarovun 
mülkündə  məskunlaşan  alman  ailələrinin  sayı  100-ü  keçdi.  1863-cü  ildən  mülk 
sahibi icarə haqqını artırdıqdan sonra kolonistlər icarədən imtina etdilər və onlara 
dövlət  torpaq  fondundan  torpaq  payının  ayrılması  xahişilə  yuxarı  instansiyalara 
müraciətnamə  göndərdilər.  Kuban  vilayətində  dövlət  torpaqları  kazak  stanitsaları 
və 
yerli 
dağlı 
xalqları 
üçün 
nəzərdə 
tutulduğundan 
almanların 
müraciətnaməsindəki  xahişlər  nəzərə  alınmadı.  Kuban  vilayəti  hərbi  komandanın 
göstərişi  ilə  alman  kolonistlərinə  müvəqqəti  yaşayış  üçün  dövlət  fondundan 
torpaqlar 
ayrıldı.  Qafqaz  canişininin  əmrinə  görə  kolonistlərin  tam 
məskunlaşmasına qədər onlardan heç bir ödəniş tələb olunmamalı idi
14

Saratov  kolonistlərinin  məskunlaşma  məsələsi  açıq  qalmışdı.  Üst-Labinsk 
stansiyasında  Kuban  vilayət  hərbi  komandanı  ilə  kolonist  nümayəndələrinin 
görüşündən  sonra  hər  alman  ailəsinə  30  des.  torpaq  sahəsi  ayrıldı.  Yeni  yaranan 
koloniya Semyonovka adlandırıldı və burada 140 alman ailəsi məskunlaşdı
15
. Qeyd 
edək  ki,  Semyonovka  kolonistlərinə  torpaq  tam  mülkiyyətə  verilmişdi.  İlk  7  il 
ərzində  almanlar  istənilən  vergi  və  mükəlləfiyyətlərdən  azad  olundular  və  bu 
səbəbdən də onlara dövlət tərəfindən heç bir maliyyə yardımı göstərilmirdi. 
Qeyd  edək  ki,  Semyonovka,  nəinki  Qafqazda,  hətta  Rusiyada  ən  böyük 
koloniyalardan biri idi: yarandığı vaxt burada 910 nəfər yaşayırdı. Əhalinin sayının 
artması  nəticəsində  Semyonovkanın  qonşuluğunda  yeni  koloniyaların  salınması 
zərurəti  yarandı  və  Semyonovkanın  əhalisi  hesabına  Batalpaşa  şöbəsində 
Rojdestvenskaya  (1864)  və  1892-ci  ildə  Qafqaz  şöbəsində  Novo-Nikolayev 
koloniyaları meydana gəldi. Novo-Nikolayev koloniyasında 73 təsərrüfat vardı və 
burada  435  nəfər  sakin  yaşayırdı
16
.  Semyonovka  koloniyasının  yaranma   
tarixindən  görürük  ki,  Kuban    rəsmi  dairələri  kolonistlərin  vilayət  ərazisində 
məskunlaşmasına müsbət yanaşır, onların problemlərinin həllində yardım edirdilər. 


101 
 
Volqaboyu  regionundan  kolonistlərin  Kubanda  və  ümumiyyətlə,  Qafqazda 
məskunlaşması  məsələsində  Volqaboyu  rəsmiləri  ilə  Qafqaz  dövlət  orqanlarının 
maraqları ziddiyyət təşkil edirdi. Volqaboyu quberniyalarının rəhbərləri, həmçinin 
Əcnəbi  Kolonistlərə  Qəyyumluq  üzrə  Saratov  kontorunun  idarə  heyəti 
tabeçiliklərində  olan  kolonist  kütlələrinin  Qafqaza  köçməsindən  narahatçılıq 
keçirirdilər.  Rəsmi  dairələrin  fikrincə,  ayrı-ayrı  kolonistlərin  Volqaboyunu  tərk 
etməsi  qismən  sosial  gərginliyi  azaltsa  da,  digər  tərəfdən  köçmə  prosesi  kütləvi 
xarakter  ala  bilərdi  ki,  bu  da  regionun  sosial-iqtisadi  həyatının  iflic  vəziyyətə 
düşməsinə  gətirərdi.  Qeyd  etmək  yerinə  düşərdi  ki,  Volqaboyu  rəsmilərinin 
narahatçılığına obyektiv əsas vardı: Volqaboyu regionuna nisbətən Qafqazda iqlim 
şəraitinin,  torpaqların  keyfiyyətinin  münasib  olması,  ən  başlıcası  isə  torpağın 
qiymətinin  aşağı  olması,  Volqaboyundan  fərqli  olaraq,  Qafqazda  koloniyaların 
daha mütərəqqi formada təşkil edilməsi - bütün bunlar Volqa kolonistlərinin Şimali 
Qafqaza  kütləvi  axınına  səbəb  olmuşdu.  Arxiv  sənədlərindən  görürük  ki,  Qafqaz 
regionu Volqa almanları üçün o qədər cəlbedici olmuşdu ki, bəzən, hətta koloniya 
rəhbərləri icazəsiz olaraq bütün təsərrüfatları ilə yeni ərazilərə yollanırdılar
17

Saratov  kontoru  kolonistlərin  Qafqaza  köçməsinin  qanuni  əsaslarla  həyata 
keçirilməsinin tərəfdarı idi, çünki kolonistlərin kortəbii miqrasiyası Volqaboyunda 
mövcud olan yüzlərlə koloniyalarda daxili sabitliyin pozulmasına gətirib çıxarırdı. 
Əvvəlki  illərdə  almanların  qanunsuz  miqrasiyasına  müəyyən  dərəcədə  loyal 
münasibət  bəsləyən  Qafqaz  rəsmiləri  də  1860-cı  illərin  ortalarından  bu  prosesin 
nəzarətə alınmasını tələb edirdilər
18

Əhalinin Qafqaza miqrasiyasına planlı xarakter vermək məqsədilə 1865-ci il 
14  mart  tarixində  qərar  qəbul  edildi.  Qərara  əsasən,  Qafqazda  məskunlaşmaq 
istəyən  əcnəbi  vətəndaş  və  yaxud  Rusiya  təbəəsi  Rusiya  Dövlət  Əmlak 
Nazirliyindən icazə kağızı almalı idi
19

Qeyd  edək  ki,  Volqaboyu  və  sair  regionlardan  almanların  Kubana,  o 
cümlədən  Qafqaza  köçməsində  ən  böyük  əngəl  Dövlət  Əmlak  Nazirliyi  və  onun 
yerli  orqanları  tərəfindən  yaradılırdı.  Bürokratik  əngəllər  nəticəsində,  bəzən 
kolonist azadolma bileti almaq üçün bir neçə il gözləməli olurdu və bu vaxt ərzində 
kolonistin  məskunlaşmaq istədiyi regionlarda  torpaq fondunun paylanmasında  bir 
çox dəyişikliklər baş verirdi. Qanuni yolla yaşayış yerini dəyişə
 
bilməyən kolonist 
kütlələri  kortəbii  şəkildə,  özbaşına  bu  problemi  həll  etməyə  üstünlük  verirdilər. 
Rəsmi dövlət orqanlarının reaksiyası özünü çox gözlətmədi. Qanunsuz miqrasiyaya 
qarşı mübarizənin kulminasiyası 26 aprel 1865-ci il tarixində Senatın qəbul etdiyi 
«Kolonistlər haqqında Əsasnaməyə əlavələr» oldu.
20
 1865-ci ilin yayında bu qərar 
alman dilinə tərcümə edilərək bütün alman koloniyalarına göndərildi. 
Qafqaz  rəsmi  dairələri  regionun  qısa  bir  müddətdə  mənimsənilməsində 
maraqlı  idilər  və  bu  səbəbdən  miqrasiya  problemlərinin  həllində  Volqaboyu 
quberniya rəhbərləri, Saratov kontoru ilə sıx əməkdaşlığa can atırdılar. 1866-cı ilin 
aprelində  Qərbi  Qafqazın  məskunlaşması  məsələləri  ilə  bağlı  yazışmalara  Kuban 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə