Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   43   44   45   46   47   48   49   50   ...   95

96 
 
1861-ci il Kəndli islahatı nəticəsində torpaq alqı-satqı obyektinə çevrildi və 
bu  nöqteyi-nəzərdən  Şimali  Qafqazda  işğal  olunmuş  yeni  ərazilər  imkanlı  alman 
kolonistlərinin nəzərindən qaçmamışdı. Kolonistləri Qafqaza cəlb edən amillərdən 
biri  də  burada  torpağın  başqa  regionlara  nisbətən  ucuz  olması  idi.  Volqaboyu  və 
Qara  dəniz  ətrafı  quberniyalarda  torpağın  1  desyatini  300-700  rubla  satılırdısa, 
Şimali Qafqazda torpağın 1 desyatininin qiyməti təqribən 40-150 rubl arasında idi. 
Hətta Şimali Qafqazda torpağın qiymətinin nisbətən ucuzluğuna baxmayaraq, yerli 
əhali  torpaq  almaq  üçün  vəsaitə  malik  deyildi  və  bu  səbəbdən  satılan  torpaqların 
potensial  alıcısı  əcnəbi  kolonistlər  ola  bilərdi.  Buna  görə  əcnəbi  kolonistlərin 
Şimali  Qafqaza  köçməsində  bu  regionun  siyasi-iqtisadi  inkişafında  maraqlı  olan 
çar  hökumət  dairələri  ilə  yanaşı,  həm  də  aqrar  islahatlar  nəticəsində  ucuz  işçi 
qüvvəsindən  məhrum  olan  yerli  mülkədarlar  da  maraqlı  tərəf  kimi  çıxış  edirdilər: 
təhkimli  kəndlilərini  itirmiş  mülkədarlar  muzdlu  işçi  və  yaxud  icarədar  qismində 
kolonistlərdən  istifadə  etmək  niyyətindəydilər.  Bundan  savayı,  formalaşan  yeni 
iqtisadi şərait bəzi mülkədarları sənaye istehsalı ilə məşğul olmağa sövq edirdi ki, 
bu da azad işçi qüvvəsi olmadan mümkün deyildi. 
Yuxarıda  qeyd  etdiyimiz  iqtisadi  üstünlüklər  Rusiyanın  Volqaboyu,  Krım, 
Cənubi  Ukrayna,  Bessarabiya  və  sair  regionlarında  torpaqsızlıqdan,  torpaq 
qıtlığından əziyyət çəkən minlərlə alman kolonistinin Şimali Qafqaza  köçməsinin 
əsas səbəblərindən biri idi. Rusiyanın müxtəlif regionlarında alman koloniyalarının 
yaranma  tarixinin  təhlili  göstərir  ki,  məskunlaşma  prosesində  alman  kolonistləri 
üçün  ən
 
başlıca  şərt  siyasi  sabitlik  amili  olmuşdur.  Hətta  yüksək  sənaye  və  kənd 
təsərrüfatı inkişafına nail olmuş alman sənayeçiləri, kolonistləri həm 1831—1832-
ci illərin, həm də 1863—1864-cü illərin Polşa üsyanı zamanı öz  yaşayış yerlərini 
tərk edərək imperiyanın stabil regionlarına köçməyi üstün tutmuşlar
2

Bu nöqteyi-nəzərdən çıxış edərək deyə bilərik ki, əgər XIX əsrin I yarısında 
Şimali  Qafqazda  almanların  kütləvi  məskunlaşmasını  ləngidən  səbəb  Qafqaz 
müharibəsi  idisə,  1859-cu  ildən,  yəni  Şeyx  Şamilin  əsir  alınmasından  sonra 
Çeçenistanda  və  Dağıstanda  da  bu  müharibə,  əsasən  sona  yetmiş  oldu.  İmamətin 
dağılmasından  sonra  imperiya  qüvvələrinə  qarşı  ara-sıra  çıxışlar  davam  etsə  də, 
1864-cü  ildən  dağlı  xalqlarının  milli-azadlıq  mübarizəsi  səngidi  və  Şimali 
Qafqazda siyasi sabitlik dövrü başladı. 
Bütün Şimali Qafqazda öz siyasi hökmranlığını bərqərar edən çar hökuməti 
Qafqazda  dayaqlarını  möhkəmlətmək  üçün  köçürmə  siyasətini  davam  etdirir,  bu 
regionda özünə sədaqətli xalqların yerləşdirilməsinə çalışırdı. Belə xalqlardan biri 
də  tarixin  sınağından  çıxmış,  Volqaboyu,  Novorossiya,  Cənubi  Qafqaz  və  sair 
regionlarda  aparılan  məskunlaşma  siyasətində  fəal  iştirak  etmiş  almanlar  idi.  14 
mart  1865-ci  il  tarixdə  çar  hökumətinin  qəbul  etdiyi  qərarla  həm  Rusiyanın 
müxtəlif bölgələrində  məskunlaşan, həm də xaricdə  yaşayan alman əhalisi Şimali 
Qafqaza  dəvət  olunurdu
3
.  Beləliklə,  çarizm  Qafqazın  mənimsənilməsində  həm 
xarici,  həm  də  daxili  məskunlaşma  resurslarından  istifadə  edərək  iki  mühüm 


97 
 
problemin həllinə nail olmaq istəyirdi: birinci, almanların və sair xristian xalqların 
qismində  Qafqazda  özünə  sosial-etnik  dayaq  yaratmaq;  ikinci,  almanların  hələ 
XVIII  əsrdən    məskunlaşdığı  Volqaboyu,  Volın,  Novorossiya  kimi  regionlarda 
torpaq  qıtlığı  ilə  bağlı  yaranan  sosial  gərginliyi  azaltmaq  məqsədilə  alman 
əhalisinin  bir  hissəsini  Qafqazda  yerləşdirmək.  Almanların  Şimali  Qafqaza 
köçürülməsi  haqqında  fərman  həm  xarici  ölkələrdə,  həm  də  Rusiyanın  müxtəlif 
bölgələrində,  xüsusən  də  Volqaboyunda  yaşayan  almanlar  arasında  böyük  maraq 
doğurdu. 
Alman  kolonistlərinin  Volqaboyunda  torpaq  sarıdan  ən  çox  əziyyət 
çəkdikləri quberniya — Saratov quberniyası idi.  
Hələ  XVIII  əsrin  sonlarından  Volqaboyunda  yaşayan  alman  kolonistləri 
arasında miqrasiyaya meyillilik əhvali-ruhiyyəsi hökm sürürdü. Əgər XVIII əsrdə 
Volqaboyu  almanlarını  məskunlaşdıqları  regionu  tərk  etməyə  sövq  edən  amil 
onların lazımi səviyyədə torpaqla təmin olunmamaları, ağır iqlim şəraiti idisə, XIX 
əsrdə  Volqa  almanları  koloniyalarda  əhali  sıxlığı,  kənd  təsərrüfatının 
ekstensivliyindən  əziyyət  çəkirdilər  və  təsərrüfat  fəaliyyəti  üçün  daha  əlverişli 
ərazilərə  köçməyə  cəhd  edirdilər.  Kolonistlərin  bir  hissəsi  bu  problemi  elə 
Volqaboyu regionu çərçivəsində həll edir, başqaları isə yeni regionlara — Sibirə və 
Qafqaza köçməyə üstünlük verirdilər. Almanların məskunlaşma xəritəsi çox geniş 
idi — Qara dəniz sahilləri, Azov, Don, Kuban ərazilərindən başlayaraq şərqə doğru 
Terek  vilayəti,  Stavropol  quberniyasının  şərq  hüdudlarına  qədər  böyük  ərazini 
əhatə  edirdi.  Məskunlaşma  iki  istiqamətdə  daha  intensiv  gedirdi:  a)  Don,  Kuban, 
Terek vilayətinin qərb hissəsi; b) Stavropol quberniyasının cənubi — şərq və Terek 
vilayətinin  mərkəzi  —  şərq  rayonları.  Öz  yararsız  iqlim  və  torpaq  şəraitinə  görə 
kolonistləri  az  maraqlandıran  Stavropol  quberniyasının  mərkəzi  və  şimal  əraziləri 
bu iki istiqamətin aralığında yerləşirdi. Şimali Qafqazda almanların məskunlaşması 
qərb rayonlarının düzənlik ərazilərində daha fəal gedirdi. 
XIX  əsrin  ortalarında  Stavropol  quberniyasında  (quberniya  1848-ci  ildə 
yaradılmışdır  —  İ.A.)  almanların  məskunlaşması  prosesi  davam  edirdi.  1863-cü 
ildə Yekaterinoslav quberniyasından gəlmiş mennonitlər Stavropol quberniyasında 
Orbelianovka koloniyasının əsasını qoydular. 
1867-ci  ildə  Bessarabiya  quberniyasının  Akkerman  qəzasından  Qafqaza 
köçən  kolonistlərin  bir  qrupu  Stavropol  quberniyasında,  dövlət  müşaviri 
Martınovun  torpaqlarında
 
məskunlaşdılar.  Mülk  sahibi  ilə  kolonistlər  arasında 
bağlanan 15 illik icarə müqaviləsinə görə almanlara 2000 desyatin torpaq ayrıldı
4

Sonralar 
Martınovun 
torpaq  mülkündə  Xerson,  Tavriya  və  Samara 
quberniyalarından  gəlmiş  almanlar  yerləşdilər.  Onların  arasında  xarici  ölkə 
təbəələrinə  də  rast  gəlinirdi.  Müxtəlif  quberniyalardan  gələn  və  müxtəlif  ölkə 
vətəndaşlığına  aid  olan  kolonistlər  birləşərək  yuxarıda  adı  çəkilən  Martınovdan 
şəxsi  mülkiyyətə  torpaq  sahəsi  aldılar.  1868-ci  ildə  Martınovun  torpaq  mülkündə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə