89
4)
koloniyaların idarə edilməsini yüngülləşdirmək üçün belə ki, «kolonistlər
vahid bir konfessiyanı qəbul etsələr, onların idarə edilməsi hökumət üçün daha
rahat olardı».
Separatçıların koloniyalardan uzaqlaşdırılması məqsədilə Komissiya
aşağıdakı tədbirlərin həyata keçirilməsini qərara aldı:
1)
onların yerdə qalan kolonistlərlə əlaqələrini kəsmək;
2)
separatçılara qarşı qəbul edilən tədbirlərin həyata keçməsi zamanı onların
əmlakına ziyan vurmamaq;
3)
kilsəyə qayıtmaq istəyən separatçıları öz yaşayış yerlərində saxlamaq;
4)
kilsə nizamnaməsindən dini etiqad və dini mərasimlərə aid maddələri
saxlamaqla, qalanları xaric etmək;
5)
mistik və zərərli kitabları separatistlərdən müsadirə etmək, pastorların və
hakimiyyət orqanlarının icazəsi olmadan dua etmə yığıncağı keçirməmək, yalnız
kilsədə və evdə dua etmək;
6)
separatistlər arasında 1832-ci il Nizamnaməsini tətbiq etmək, separatçıları
peppleyanistlərdən ayırmaq, A.Pepple və həyat yoldaşını xaricə sürgün etmək.
Qafqazın Baş idarə rəisi Komissiyanın qərarları ilə razılaşmadı: onun
fikrincə, məsələnin həlli üçün daha optimal variant koloniyalardakı Bazel
missionerlərinin «ostzey» quberniyalarından dəvət olunmuş pastorlarla əvəz
olunması idi. Baş idarə rəisi hesab edirdi ki, separatçılara və peppleyanistlərə qarşı
təqiblərin güclənməsi, əksinə, «onların sayının artmasına gətirib çıxaracaqdır».
277
Beləliklə, separatistlər və peppleyanistlər öz koloniyalarında qaldılar: yalnız
bir nəfər separatist hökumət və kilsə orqanlarına fəal müqavimət göstərdiyinə görə
həbs edildi. Bu hadisədən sonra separatçılar belə nəticəyə gəldilər ki, onları təqib
edirlər və bu «Məsihin öz xalqını xilas edəcəyi vaxtın gəlib çatdığını göstərən
əlamətdir».
278
Separatistlərin böyük əksəriyyəti təsərrüfatla məşğul olmaqdan əl çəkərək
tərki-dünya əhvali-ruhiyyəsinə qapıldılar. Qiyamət gününün yaxınlaşdığını bəyan
edən «separatçılar öz əmlaklarını ətrafdakılara paylayır, koloniyadan koloniyaya
köçərək səfil həyat sürür, uşaqlarını məktəbə yollamayaraq onlarla ev şəraitində
məşğul olur, vergi ödəməkdən və sair mükəlləfiyyətləri yerinə yetirməkdən boyun
qaçırırdılar».
279
Yuxarıda göstərilən hadisələr 1836-cı ildə, yəni separatizm təliminə görə
dünyanın sonunun yetişdiyi ildə baş vermişdi. 1836-cı ildən sonra separatistlərin
emosiyaları səngidi və onlar yenidən normal təsərrüfat həyatına qayıtdılar.
1836-cı ildə İsa Məsihin «gəlişinin» baş tutmaması «İsxod hərəkatı»
tərəfdarlarının bir qisminin yevangelist-lüteran kilsəsinə üz tutması ilə
nəticələndi
280
. Elə o vaxt Cənubi Qafqaz separatçılarının bir qismi Pyatiqorsk və
Mozdok — Kizlyar qəzalarına köçdülər
281
. Separatçılar arasında dini əsasda fikir
müxtəlifliyinin artması məişət səviyyəsində münaqişələrə səbəb olurdu.
90
Qeyd edək ki, missionerlərlə separatçılar arasındakı konfliktlərlə yanaşı,
bəzən missionerlərlə kolonist rəhbərlərlə də münaqişələr yaranırdı. Arxiv
mənbələrindən görürük ki, 1839-cu ilin yanvarında Yelizavettal və Yekaterinenfeld
kolonist məhkəmələrinə dini şəxslər tərəfindən şikayətnamələr daxil olmuşdu.
282
Bu şikayətnamələrdə Gürcüstandakı alman koloniyalarının Nəzarətçisinin
missionerlərlə hörmətsiz davranışı, missionerləri «bu adamlar» adlandırması
faktları göstərilir.
283
Çar hökuməti pastorların maddi durumunun yaxşılaşdırılması məsələsini
daim diqqətdə saxlayırdı, çünki onların fəaliyyətinin səmərəliliyi və
uzunmüddətliliyi çox vaxt gündəlik məişət həyatının necə təşkilindən asılı olurdu.
1837-ci ilin mayında Çarın fərmanı ilə «Gürcüstan separatçılarının alman
koloniyalarında Yelizavettalda, Yelenendorfda, Yekaterinenfelddə, Marinenfelddə
pastorlar təyin edildi və xəzinədən onlara 1000 rubl məvacib ayrıldı».
Assiqnasiyalarla məvacibin miqdarı 350 gümüş rubl təyin edilmişdi.
284
Gürcüstan-İmeretiya Mülki qubernatoru 24 dekabr 1840-cı il tarixdə
«Gürcüstandakı alman koloniyalarının pastorlarının təminatının yaxşılaşdırılması
haqqında» 475 saylı qərar qəbul etdi.
285
Bu qərara görə Zaqafqaziyada bahaçılığı
və aldıqları məvacibin yetərincə olmadığını nəzərə alaraq «Gürcüstandakı alman
koloniyalarının pastorlarına kolonist cəmiyyətlərindən bəzi mənfəət» alınmasına
icazə verilirdi.
286
Pastorların müəyyən dərəcədə koloniyaların hesabına təminatına kolonistlər
müsbət yanaşırdılar, çünki onların fikrincə, pastorlar maddi cəhətdən nə qədər
hökumətdən az asılı olsalar, bir o qədər dini məsələlərdə kolonist icması sərbəst
hərəkət edə bilərdi.
Hökumət orqanları koloniyaların konfessional cəhətdən monolitliyinə nail
olmaq məqsədilə Kolonist sinodunun kilsə nizamnaməsini dəyişdirmək təklifinə
yenidən qayıtdı və bu təklif bəyənildi. Artıq 1839-cu ilin yanvarında Rusiya Daxili
İşlər Nazirliyi Gürcüstandakı alman koloniyalarını idarə etmək üçün kilsə
idarəsinin yaradılması haqqında məsələ qaldırmışdı.
287
Bunun reallaşdırılması üçün
ilk növbədə Cənubi Qafqaz alman koloniyalarındakı kilsənin fəaliyyətini 1832-ci il
Ümumrusiya yevangelist-lüteran kilsəsinin Nizamnaməsi əsasında qurmaq, 1829-
cu il xüsusi kilsə Nizamnaməsindəki bəzi dini azadlıqları saxlamaq şərtilə bütün
dini həyatın yevangelist-lüteran kilsəsinin doqmaları əsasında qurulması əhəmiyyət
kəsb edirdi. Sənədlərdən göründüyü kimi, rəsmi dövlət orqanları bu addımın
atılmasının kolonistlər arasında anlaşılmazlığa gətirəcəyindən ehtiyatlanır,
«Nəzarətçilərin, vasitəçilərin köməyi ilə koloniyalarda müşahidə aparılmasının
zəruriliyini vurğulayırdılar»
288
. Artıq bir çox müddəaları zamanın tələbinə cavab
verməyən 1829-cu il lüteran kilsə Nizamnaməsi 1841-ci ildə yenisi ilə əvəz
edildi.
289
Bu Nizamnamə məzmun etibarilə 1832-ci il Rusiya yevangelist-lüteran
kilsə Nizamnaməsindən əsaslı şəkildə fərqlənməsə də bəzi xüsusiyyətlərə malik
Dostları ilə paylaş: |