Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   37   38   39   40   41   42   43   44   ...   95

83 
 
Şimali Qafqazda mövcud olan lüteran prixodlarının xüsusiyyətlərindən biri 
ucqar  kənd  icmalarında  küsterlehlerin  (kilsə  müəllimi)  fəaliyyət  göstərməsi  idi.  
Kilsə müəllimi pastor tərəfindən təyin edilirdi və onun əmək haqqı icma tərəfindən 
ödənilirdi.  O,  gənclərin  dini  tərbiyəsi  ilə  məşğul  olur,  onları  maarifləndirir, 
lüteranlığa aid olan adətləri - konfirmasiyanı yerinə yetirir, dəfn mərasimləri, xaça 
salma  və  sair  mərasimlərdə  pastor  vəzifəsini  icra  edirdi.  Belə  ucqar  kəndlərdə 
pastor  ildə  bir  dəfə  olurdu  və  küsterlehlərin  yerinə  yetirdiyi  dini  adətləri 
rəsmiləşdirirdi.
253
 
Pastorlar    adətən    şəhərdə    yaşayırdılar    və    ildə    3    dəfə  kənd  icmalarını 
gəzərək dini mərasimləri yerinə yetirirdi. Onlar ildə 6000 rubl məvacib alırdılar və 
bu  icma  üzvləri  hesabına  ödənilirdi.  Şəhər  icmaları  üzvlərinin  sayından  asılı 
olmayaraq  1000  rubl ödəyirdilər.  Kənd icmalarının ödənişləri üzvlərin sayından 
asılı idi və ödəniş ildə 3 dəfə — fevralın, mayın və oktyabrın birinci günləri hissə-
hissə yerinə yetirilə bilərdi.
254 
Məsafə uzaqlığına baxmayaraq, prixodlar həm yerli 
konsistoriya,  həm  də  Baş  konsistoriya  ilə  mütəmadi  əlaqələr  saxlayırdılar. 
Konsistoriyalar yerlərdə dini etiqadlara dəqiq əməl olunmasına, bir konfessiyadan 
başqasına keçid prosesinə nəzarət edir, Rusiyanın tarixi və yaxud siyasi həyatı ilə 
bağlı təntənəli duaların oxunmasını təmin edirdilər
255
.  Baş  konsistoriya  prixodlar, 
kilsələr,  kilsənin  şuraları  tərəfindən  yevangelist-lüteran  kilsəsi  Nizamnaməsinə 
dəqiq  əməl  olunmasına  ciddi  nəzarət  edirdi.  İnzibati  cəhətdən  birləşmiş 
yevangelist-lüteranlardan  və  reformatorlardan  savayı  Şimali  Qafqazda  XIX  əsrin 
30-cu  illərindən  «İsxod  hərəkat»ının  tərəfdarları  məskunlaşmağa  başladılar.  Bu 
hərəkat  XIX  əsrin  əvvəllərində  Almaniyada  protestantizmin  transformasiyası 
nəticəsində  formalaşmışdı.  «İsxod  hərəkatı»  nəzəri  əsaslarını  mistik  dini  cərəyan 
olan  pietizmdən  alırdı.   Pietizmin  banisi  alman  teoloqu, frankfurtlu F.Şpener 
dini  hisləri  dini  doqmalardan  üstün  tutur,  kilsə  mərasimlərini  rədd  edir,    dindar 
üçün  Allahı  özündə  yaşatmağın  zəruriliyini  qeyd  edərək  bunun  yüksək  həyat 
prinsiplərinin  formalaşmasında  və    «İlahi  Nemət»in  əldə  edilməsində  hansı  rol 
oynadığını göstərirdi.
256
 
XIX  əsrin  əvvəllərində  Qərbi  Avropada  sosial-iqtisadi  situasiyanın 
mürəkkəbləşməsi  yeni  dini  iqlimin  yaranmasına,  esxatoloji  təsəvvürlərin 
yayılmasına  və  yeni  «İsxod  hərəkat»ının  yaranmasına  gətirdi.  Bu  hərəkatı  təşkil 
edən  və  maliyyələşdirən  Yuliya  fon  Kürdener  olmuşdur.  O,  Bengelin,  Yunq  — 
Ştillinqin,  Şpenerin  əsərlərinə  istinadən  tezliklə  1836-cı  ildə  Ağrı  dağında  İsa 
Məsihin  ikinci  gəlişi  haqqında  fikirlər  söyləyərək,  burada  minillik  çarlığın 
yaranacağını təsdiqləyirdi. 
1817—1818-ci  illərdə  konkret  fəaliyyətə  başlayan  bu  hərəkatın  nəticəsi 
Cənubi Qafqazda 8 alman koloniyasının yaranması oldu. 
Alman əhalisinin, o cümlədən separatçıların Qafqaza köçmə prosesi ilə biz 
əvvəlki  fəsillərdə  tanış  olduğumuzdan  bu  məsələ  üstündə  dayanmağa  ehtiyac 
yoxdur.  Bir  faktı  qeyd  etmək  yerinə  düşərdi  ki,  separatçılar  Rusiya  imperiyasına 


84 
 
köçməyə icazə almaq üçün çar I Aleksandrın adına  xahişnamə  göndərmişdilər və 
bu  xahişnamədə  onların  nə  səbəbdən  separatizm  yoluna  düşmələri,  Almaniyada 
hansı təqiblərə məruz qalmaları ilə yanaşı Rusiyada məskunlaşdıqdan sonra «kilsə 
və  məktəblərdə  hər  şeyin  İisus  Xristos  və  onun  apostollarının  təliminə  uyğun 
olaraq qurulacağı» haqqında vəd verirdilər. Çar hökuməti separatçıların istəklərini 
nəzərə alaraq onlara dini etiqadlarının yerinə yetirilməsində tam azadlıq veriləcəyi 
haqqında zəmanət verdi.
257
 
Yeni  yaşayış  yerində  separatçılarla  rəsmi  dövlət  orqanları  arasında  ilk 
ziddiyyət  1819-cu  ildə  yarandı.  Gürcüstan  mülki  qubernatoru  general-mayor 
Xoven  Peterburqa  göndərdiyi  hesabatlarında  separatçı  cəmiyyətində  özbaşınalığın 
hökm  sürdüyünü,  onların  heç  bir  hakimiyyəti  tanımadıqlarını  göstərir  və 
separatçılara  pastorların  təyin  olunmasını,  separatçıların  and  qəbul  etməsini  təklif 
edirdi.  Bu  məzmunlu  təkliflə,  həmçinin  general-leytenant  Velyaminov  da  çıxış 
etdi. Rusiyanın Daxili İşlər Naziri knyaz Koçubey 22 iyul 1763-cü il Manifestinin 
və  1804-cü  ildə  qəbul  edilmiş  «Kolonistlər  haqqında  qaydalar»dakı  müddəaları 
əsas gətirərək «separatçılar»dan and içmənin tələb olunmamasını və bunun onların 
dini etiqadlarına uyğun şəkildə həyata keçirilməsini «tövsiyə etdi».
258
 
Cənubi  Qafqaz  koloniyalarında  geniş  yayılan  separatizm  ideyalarına  qarşı 
mübarizə  aparmaq,  separatçıları  vahid  lüteran  kilsəsi  ətrafında  birləşdirmək  üçün 
çar hökumətinin alman dili bilən missionerlərə ehtiyacı vardı. Bu məqsədlə 1820-ci 
ildə İsveçrənin Bazel missioner cəmiyyətindən Rusiyaya bir qrup missioner dəvət 
edildi.  Çar  hökuməti  tərəfindən  onlar  qarşısında  Rusiyanın  bütpərəst,  yəhudi, 
müsəlman  xalqları,  o  cümlədən  ənənəvi  protestantizmin  doqmalarını  qəbul 
etməyən  protestant  —  sektalar  arasında  yevangelizmin  yayılması  vəzifəsi 
qoyulmuşdu. Bazel missionerlərinə öz koloniyalarını yaratmaq, təbliğat məqsədilə 
məktəblər  açmaq,  öz  mətbəəsində  dini  ədəbiyyat  çap  etmək  və  yaymaq  kimi 
hüquqlar  verilmişdi  və  təbii  ki,  bütün  bu  fəaliyyət  istiqamətləri  Daxili  İşlər 
orqanlarının nəzarətində idi. 
1821-ci  ilin  oktyabrında  Bazel  missionerlərindən  5  nəfərlik  nümayəndə 
heyəti rəsmi orqanlar tərəfindən təlimatlandırıldıqdan sonra Cənubi Qafqaza  yola 
düşdülər.  Onların  hamısı  alman  mənşəli  idi  və  Bazel  yevangelizm  cəmiyyətinin 
tapşırığını  yerinə  yetirərək  Qara  dəniz  və  Xəzər  dənizi  arasındakı  ərazilərdə 
məskunlaşmalı  və  yerli  xalqlar  arasında  protestantizmin  təbliği  ilə  məşğul  olmalı 
idilər.  A.Ditrix,  F.Zaremba,  Q.Bents,  R.Ferdinand  və  İ.Lanqdan  ibarət  missioner 
qrupunun  ilk  3  üzvü  1823-cü  ildə  Tiflisdən  keçərək  Azərbaycanın  Şuşa  şəhərinə 
gəldilər.
259
  Tezliklə  missionerlər  burada  dini  məktəbin  və  mətbəənin  əsasını 
qoyaraq  bütün  Cənubi  Qafqaz  üzrə  fəal  təbliğat  kampaniyasına  başladılar.  Qeyd 
edək  ki,  missionerlərin  ərəb,  türk,  erməni,  fars  dillərini  bilməsi  onların  təbliğat 
fəaliyyətində effektləşdirici amil rolunu oynamalı idi. Təsadüfi deyil ki, Qarabağda 
missionerlərin  fəaliyyəti  nəticəsində  erməni  -  qriqoryan  kilsəsinin  xeyli 
tərəfdarları, xüsusən də gənclər yevangelizmə meyil etməyə başladılar. Hadisələrin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə