Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   34   35   36   37   38   39   40   41   ...   95

77 
 
ki, «kolonistlər artıq iki mövsüm səpin etmişlər, lakin yenə yardım kimi pul xahiş 
edirlər  və  bununla  da,  öz  tənbəlliklərini  və  təsərrüfat  apara  bilməmələrini  büruzə 
verirlər».  Kolonistləri  yerli  kəndlilərlə  müqayisə  edən  Qubernator  ədalətli  olaraq 
vurğulayır ki, kolonistlər «maddi rifah hallarını yaxşılaşdırmaq üçün vəsait alır və 
bunun  müqabilində  heç  bir  mükəlləfiyyətlər  yerinə  yetirmirlər.  Yerli  kəndlilər 
onlardan  da  acınacaqlı  vəziyyətdə  olsalar  da,  müxtəlif  mükəlləfiyyətlər  yerinə 
yetirirlər və xəzinədən heç bir kömək  almırlar»
232

Gürcüstan  qubernatorunun  fikrincə,  kolonistlərə  heç  bir  maddi  yardım 
göstərilməməlidir,  «kolonistlər  əməksevərliyi  sayəsində  öz  rifah  halını 
yaxşılaşdırmalıdırlar»
233

Cənubi  Qafqaz  kolonistləri  10  il  müddətinə,  yəni  1822—1832-ci  illər 
ərzində  vergilərdən,  mükəlləfiyyətlərdən  və  ümumiyyətlə,  hər  hansı  bir 
ödənişlərdən azad olmuşdular. Çar hökumətinin kolonistlərə ayırdığı maddi vəsait 
iki kateqoriyaya bölünürdü: pulun bir hissəsi təmənnasız yardım kimi, qalan hissəsi 
isə ssuda kimi borca verilmişdi. Ssudanın qaytarılması üçün kolonistlərə 20 il, yəni 
1832-ci ildən 1851-ci ilədək müddət təyin olunmuşdu. 
Kolonistlər  üçün  çar  hökuməti  tərəfindən  yaradılan  əlverişli  şəraitə 
baxmayaraq, ayrılan 20 il ərzində Cənubi Qafqaz almanları büdcəyə borclarını tam 
şəkildə qaytara bilmədilər. 1851-ci ildə Cənubi Qafqaz kolonistlərinin borclarının 
qaytarılması ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün hökumət tərəfindən xüsusi 
komissiya  yaradıldı  və  komissiyanın  araşdırmalarından  sonra  koloniyalara  ayrılan 
maddi yardımın və ssudanın tam miqdarı kolonistlərin qaytaracağı borcun məbləği 
aydınlaşdırıldı. 
 
Cədvəl 2. 1851-ci ilin məlumatlarına görə, Cənubi Qafqazın alman 
koloniyalarının dövlətə borcları
234 
 
 
№ 
 
Koloniyaların adı 
Qaytarılmayacaq borclar 
Qaytarılmalı borclar 
rubl 
qəpik 
rubl 
qəpik 
1. 
Tiflis koloniyası 
8042 
30 
3412 
55 
2. 
Aleksandersdorf 
6822 
94 
3890 
10 
3. 
Yelizavettal 
19291 
17 
12387 

4. 
Yekaterinenfeld 
24401 
62 
10424 
99 
5. 
Marienfeld 
11960 
37 
1681 

6. 
Petersdorf 
6315 
31 
2538 
11 
7. 
Annenfeld 
11882 
64 
7064 
32 
8. 
Yelenendorf 
29006 
94 
19345 

9. 
Ümumi: 
117703 
32 
60743 
12 
 


78 
 
Xüsusi  komissiyanın  araşdırmalarının  nəticələri  əsasında  hazırlanan 
cədvəldən  görünür  ki,  1851-ci  ildə  Cənubi  Qafqazın  8  koloniyası  üzrə 
qaytarılmayacaq borcun miqdarı 117703 rubl 32 qəp., büdcəyə qaytarılması mütləq 
borcun miqdarı isə 60743 rubl 12 qəp. bərabər idi. 
Qeyd  edək  ki,  borcun  tam  ödənilməsi  vaxtını  çar  hökuməti  1874-cü  ilə 
qədər  uzatdı  və  bu  müddətə  qədər  kolonistlər  büdcəyə  olan  bütün  borclarını  tam 
ödədilər. 
Beləliklə,  XIX  əsrin  birinci  yarısında  Qafqaz  almanlarının  sosial-iqtisadi 
həyatına aid mənbələri və ədəbiyyatı təhlil etdikdən sonra belə qənaətə gələ bilərik 
ki, bu dövrdə kolonistlər iqlimə, təsərrüfata, etno-konfessional mühitə uyğunlaşma 
ilə bağlı yaranan problemlərin həlli ilə məşğul olmuşlar. 
Kolonistlərin  iqtisadi  həyatı  təşəkkül  mərhələsində  idi  və  almanlar  daha 
optimal  təsərrüfat  sisteminin  axtarışındaydılar.  İqtisadi  yüksəlişə  uyğunlaşma 
imkanlarının  çatışmazlığı  ilə  yanaşı,  onların  mənəvi-dini  həyatındakı  daxili 
ixtilaflar da öz təsirini göstərirdi. 
 
1.4. XIX ƏSRĠN BĠRĠNCĠ YARISINDA QAFQAZ  
ALMANLARININ MƏNƏVĠ-DĠNĠ HƏYATI 
 
XVIII-XIX  əsrlərdə  Almaniyadan  əhalinin  mühacirətinə  təsir  göstərən 
amillər  sırasında  dini  amillər  çox  böyük  rol  oynamışdır.  Bir  sıra  mühacir  axını 
üçün  dini  amil  əsas  olmuşdur  və  Rusiyada,  o  cümlədən  Qafqaz  regionunda 
almanların məskunlaşma prosesinin bəzi xüsusiyyətlərini şərtləndirmişdir. 
22  iyul  1763-cü  il  tarixdə  II  Yekaterina  tərəfindən  imzalanmış  «Rusiyaya 
köçüb  gələn  bütün  əcnəbilərə  istənilən  quberniyada  məskunlaşmağa  icazə 
verilməsi  və  onlara  bəxş  edilən  hüquqlar  haqqında»  Manifestdə  Rusiya 
imperiyasında  məskunlaşmaq  məqsədilə  köçən  hər  kəsə  «maneəsiz,  öz 
Nizamnaməsi  və  ayinlərinə  əsasən,  dini  etiqadlarını  yerinə  yetirmək  azadlığı  vəd 
olunurdu. Bu sənəd Rusiya dövlətinin dini dözümlülüyünü bəyan etdi: Manifestdə 
dini etiqadlara azadlıq verilməklə yanaşı, «monastrların yaradılması və xristianlığa 
etiqad  edənlər  arasında  missionerlik  fəaliyyətinin  aparılmasına»  qadağa 
qoyulurdu
235
.  Nəticədə,  Rusiya  imperiyasına  əhəmiyyətli  sayda  katoliklər  köçdü. 
Qeyd  edək  ki,  almanların  Rusiyaya  mühacirəti  müxtəlif  müstəqil  protestant 
konfessiyaları  formasında  özünü  büruzə  verirdi:  yevangelist-lüteran,  reformator, 
mennonit,  baptist,  ştundist  və  sair  protestant  cərəyanlarının  müəyyən  mənada 
inkişafı və bir-birləri ilə birləşməsi prosesi Rusiya şəraitində davam etmişdir. 
Alman  əhalisinin  Rusiyaya  köçməsi  və  məskunlaşması  prosesində  Rusiya 
pravoslav kilsəsinin protestantizmə  münasibəti  mühüm rol oynamışdır.  Məlumdur 
ki,  protestantizm  qərb  xristianlığında  yaranan  Reformasiya  hərəkatının  nəticəsi 
kimi,  qərb  xristianlığının  birliyini  parçalamış  və  dini  subyektivizmin  əsasını 
qoymuşdur. Pravoslav kilsəsi İncilin yayılması faktına əsaslanaraq protestantizmin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə