79
orqanik əmələ gəlməsini inkar etsə də, protestantizm təlimi katolisizim
dünyagörüşünə müxalif baxışlardan yarandığı üçün pravoslav kilsəsi onu özünə
həmişə «müttəfiq» saymışdır. Rusiyada əcnəbi kolonistlərin məskunlaşdırılması
prosesində çar hökumətinin qanunpərəst və əməksevər protestantlara daha çox
üstünlük verməsində bu səbəb əhəmiyyətli rol oynamışdır.
Təsadüfi deyil ki, Qafqaz quberniyasında ilk müstəqil alman koloniyasının
yaranması məhz dini amillə bağlı olmuşdur. Hələ 1802-ci ilin yayında Edinburq
missioner cəmiyyətinin direktorları Rusiya hökumətinə müraciət edərək
imperiyanın cənub hüdudlarında protestant missionerliyini təsis etməyə icazə
istəmişdilər. Bu vəzifənin həyata keçirilməsi şotland mənşəli missionerlər Henri
Brontona və Aleksandr Patersona həvalə edilmişdi
236
Yaradılan missionerliyin əsas məqsədi islam dininə və bütpərəstliyə etiqad
edən dağlı xalqları arasında xristianlıq haqqında biliklərin təbliği və onların,
tədricən xristianlaşdırılmasından ibarət idi. 22 iyul 1763-cü il Manifestində əcnəbi
kolonistlərə xristian dininə etiqad edən xalqları başqa cərəyanlara yönəltmək
qadağan edilsə də, müsəlman xalqlarını, nəinki «xristian qanunlarına cəlb etmək»,
hətta onlardan təhkimli kimi istifadə etməyə də icazə verilirdi. Şimali Qafqazın
xristian olmayan əhalisi arasında protestantizmin reformatorluq cərəyanının təbliği
nəzərdə tutulurdu
237
. Reformatorluq ortodoksal protestantizmin cərəyanlarından
biri kimi kontinental Avropadakı kalvinist kilsələrin tərəfdarlarını birləşdirirdi. Bu
cərəyanın banisi və təşəbbüskarı Kalvin olmuşdu. Onun təlimi Cənubi-Qərbi
Almaniya və Hollandiyada — «refarmatorluq», Fransada — «quqenotçuluq»,
Şotlandiyada, İngiltərədə, Şimali Amerikada — «presveterianlıq» adı ilə
yayılmışdı və yalnız Şotlandiyada kalvinizm hakim mövqe tuta bilmişdi. Şotland
koloniyası öz xüsusi mətbəəsinə məxsus olan böyük missioner mərkəzi kimi
Qafqazda reformatorluğun yayılmasında mühüm rol oynamalı idi.
Şotland koloniyasının təşəkkül tapmasında Volqaboyunda artıq fəaliyyət
göstərən Sarepta kolonistlərinin böyük rolu oldu.
238
Belə ki, Sarepta koloniyasında
məskunlaşmaq istəyən 23 şotland missionerindən 10 nəfəri müxtəlif xəstəliklərdən
vəfat etdikdən sonra yerdə qalanlara Şimali Qafqaza köçməyə icazə verildi və
onlar Şotland koloniyasında məskunlaşdılar. 1813-cü ildə reformatorlardan ibarət
bu koloniyada artıq 123 nəfər yaşayırdı.
239
Dağlı xalqları arasında xristianlığın yayılması məqsədilə əcnəbi
missionerlərə yerli əhali arasından gənclərin, hətta köləliyə alınmasına da icazə
verilmişdi. Köləliyə alman gəncin yaşı 16-dan yuxarı olmamalı idi və 7 ildən
sonra, yəni 23 yaşında həmin şəxs azadlığa buraxıla bilərdi. Əgər köləliyə
götürülən gənc 16 yaşdan kiçik olardısa, yenə onun 23 yaşı tamam olana qədər
koloniyada saxlanılması mütləq idi. Bu yaş həddinə çatanlar və koloniyada
kölələrdən doğulan uşaqlar azad sayılırdılar. Alınmış kölələrin üçüncü bir şəxsə
satılması
qadağan edilirdi
240
.