Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   36   37   38   39   40   41   42   43   ...   95

81 
 
Şotland  koloniyası  dəfələrlə  qonşu  kabardin  əhalisinin  hücumlarına  məruz 
qalmışdı.
246
 
1835-ci ildə Nazirlər komitəsinin Əsasnaməsinə görə Şotland koloniyasında 
çox  ciddi  dəyişikliklər  baş  verdi:  koloniya  sakinlərinə  missionerlik  fəaliyyəti 
qadağan  edildi.  Çar  hökumət  dairələri  başda  Bronton  və  Paterson  olmaqla 
missionerləri  dini  təbliğat  pərdəsi  altında  Rusiyaya  qarşı  casusluqda 
günahlandırdılar.  Qeyd  edək  ki,  hələ  koloniya  yarandığı  dövrdə  missionerlərin 
Böyük Britaniyanın xeyrinə kəşfiyyatçılıq etmələri haqqında general Sisianov fikir 
söyləmişdi
247

Fikrimizcə, 
Şotland 
kolonistlərinin 
missionerlik 
fəaliyyətinin 
dayandırılmasının  əsas  səbəblərindən  biri  1832-ci  il  tarixdə  Rusiya  yevangelist-
lüteran kilsə Nizamnaməsinin qəbul edilməsi oldu
248

Reformatorluq və  yevangelist-lüteran cərəyanlarının birləşməsi  nəticəsində 
spesifik «uniatlar» meydana gəldi və bu «uniatlar» özlərində hər iki konfessiyanın 
xüsusiyyətlərini birləşdirirdi. Ancaq 1832-ci il Nizamnaməsinə görə yalnız lüteran 
doqmalarına  və  ayinlərinə  əməl  olunması  tələb  olunurdu.  Şotland  koloniyasının 
yevangelist-reformator  icması  inzibati  cəhətdən  Pyatigorsk  yevangelist-lüteran 
prixoduna tabe etdirildi. 
Beləliklə,  hələ  təşəkkül  mərhələsini  yaşayan  Şimali  Qafqazın  yevangelist-
lüteran  və  Reformator  kilsələri  dövlət  siyasəti  nəticəsində  birləşdirildilər.  Ancaq 
situasiya  dramatik  hal  almadı.  Pyatiqorsk  yevangelist-lüteran  prixoduna  inzibati 
cənətdən tabe etdirilən reformator icması ayrıca məbədə məxsus idi və burada dini 
mərasimlər reformator adətlərinə uyğun aparılırdı.
249
 
Yeni  Nizamnaməyə  görə  reformator  icmasının  başında  seçilmiş  presviter 
deyil  pastor  durmalı  idi.  Cənubi  Qafqazın  separatçılarından  fərqli  olaraq,  Karras 
(Şotland)  koloniyasında  bu  yeniliyə  qarşı  narazılıq  müşahidə  olunmadı.  Bunu 
missionerlərin  əvvəlki  illərdə  çar  hökumətindən  aldıqları  dəstəyə  görə  güzəştə 
getmələri kimi qiymətləndirmək olar. Bundan başqa,  Karras missionerləri Cənubi 
Qafqaz  separatçıları  qədər  öz  dini  təlimlərinin  saflığı  uğrunda  fanatik  şəkildə 
mübarizə aparmırdılar. 
Qeyd  edək  ki,  çar  hökuməti  bütün  protestant  konfessiyaları  arasında 
yevangelist-lüteran konfessiyasına xüsusi diqqətlə yanaşırdı. Məhz 22 may 1828-ci 
il  və  28  dekabr  1832-ci  il  qərarları  yevangelist-lüteran  konfessiyasının 
güclənməsinə  və  bütün  əcnəbi  dini  konfessiyalar  içində  xüsusi  mövqe  tutmasına 
xidmət  edirdi.  Bu  qanunların  müddəaları  əsasında  yevangelist-lüteran  kilsəsinin 
doqmalarına tam və toxunulmaz şəkildə uyğun gələn  yeni Nizamnamə hazırlandı. 
Bu  qanunlardan  sonra  yevangelist-lüteran  kilsəsi  Rusiyada  Pravoslav  kilsəsi  ilə 
bərabər rəsmi dövlət statusu aldı. 
Pravoslav  və  yevangelist-lüteran  kilsələri  arasında  mövcud  olan  dərin  və 
mühüm  doqmatik  ziddiyyətlərə  baxmayaraq,  bütün  protestant  konfessiyaları 
arasında çar hökuməti yevangelist-lüteran kilsəsinə üstünlük verdi. Fikrimizcə, bu, 


82 
 
ilk  növbədə  lüteranlığın  kvietizmliyi  ilə  izah  oluna  bilər.  Məlumdur  ki,  kvietizm 
əxlaqi  passivliyi  təbliğ  edir,  yəni  xristian  Allah  və  insan  qarşısında  passivdir;  bir 
tərəfdən o passiv şəkildə qəbul edir, digər tərəfdən passiv əziyyət çəkir. Kvietizmə 
görə xristianın azadlığı daxili olmalıdır, xarici davranışında lüteran dünyanı idarə 
edənlərin  tabeliyində  olmalıdır
250
.  Bu  müddəa  yevangelist-lüteran  təlimini  başqa 
protestant konfessiyalarının təlimlərindən, dini təsəvvürlərindən fərqləndirirdi. 
Bəzi protestant konfessiyaları şərə zorla müqavimət göstərməmək haqqında 
xristian  vəsiyyətini  əsas  tutaraq  özləri  üçün  məhdud  hüquq  səlahiyyəti  tələb 
edirdilər,  yəni  hərbi  və  mülki  xidmətdən,  dünyəvi  məhkəmədən  və  sair  dövlət 
institutlarından azad olmağa, dövlətin təsirindən çıxmağa çalışırdılar. 
Lüteranlıq  Rusiyada  etnik  almanların  kompakt  yaşadığı  Pribaltika, 
Volqaboyu,  Novorossiya  regionlarında  geniş  yayılmışdı  və  burada  onlar  sayca 
üstünlük təşkil edirdilər. Bu baxımdan Şimali Qafqaz istisna təşkil edirdi: burada 
lüteranların  sayı  yerdə  qalan  protestant  konfessiyalarının  ümumi  sayından  az  idi. 
Sankt-Peterburqda  yerləşən  Baş  konsistoriyanın  statistik  məlumatlarına  görə  XIX 
əsrin  ortalarında  Şimali  Qafqazda  lüteranlar  ümumi  protestantların  40-50%-ni 
təşkil edirdilər.
251
 
Yevangelist-lüteran  icmaları  prixodlar  vasitəsilə  idarə  edilirdilər.  Şimali 
Qafqazda  ilk  yevangelist-lüteran  prixodu  1835-ci  ildə  yaranmışdı  ki,  o  da 
Pyatiqorsk-Karras  prixodu  idi.  Regionda  mövcud  olan  reformator  və  yevangelist-
lüteran  icmaları  bu  prixoda  tabe  idi.  Qeyd  edək  ki,  Pyatiqorsk-Karras  və  ondan 
sonra  yaranan  prixodlar  Moskvada  yerləşən  yerli  konsistoriyaya  aid  idi.  Ali 
inzibati kilsə orqanı Baş konsistoriya sayılırdı və o, Sankt-Peterburqda yerləşirdi. 
Yevangelist-lüteran  kilsəsinin  idarə  olunmasının  əsasında  lüteran  təliminə 
xas  olan  din  xadimlərinin  miryanlara  qarşı  qoyulmaması  prinsipi  dururdu.  Kilsə 
idarəçiliyi  dini  icma  üzvlərinin  ümumi  iclası  tərəfindən  həyata  keçirilirdi. 
Volqaboyu  və  sair  regionlarda  idarəetmədə  əsas  həlqə  prixodlar  olduğu  halda, 
Şimali  Qafqazda  kənd  dini  icmalarının  dispers  şəkildə  mövcudluğu  səbəbindən 
burada kilsələrin idarə edilməsi Kilsə şurasına həvalə edilmişdi. 
Kilsə şurasına hər kənd dini icmasından 3-4 nəfər, şəhər icmalarından isə 1 
nəfər  nümayəndə  daxil  edilirdi.  Kilsə  şurasının  bütün  üzvləri  ildə  1  dəfə,  əsasən 
yanvar ayında toplaşır və burada təftiş komissiyasının hesabatı dinlənilir, kassanın 
hesabatı  yoxlanılırdı.  Cari  məsələləri  həll etmək  üçün  kilsə şurası  öz  üzvlərindən 
idarə  heyəti  seçirdi  ki,  bura  prezident,  onun  köməkçisi,  kassir,  katib  və  iki  üzvü 
daxil idi. Kilsə Şurasının idarə heyəti zərurət yarandıqda toplaşırdı. Kilsə Şurasının 
iclasları  protokollaşdırılırdı  və  seçilmiş  təftiş  komissiyası  hesab  kitabçasının  cari 
və  illik  yoxlanışını  aparırdı.  Kassanın  hesabatı  yazılı  şəkildə  hər  dini  icmaya 
təqdim  olunurdu.  Bundan  savayı,  icmanın  kapitalı  və  maddi  vəziyyəti  haqqında 
hesabat  Baş  konsistoriyaya  göndərilirdi.  Hesabata  raport  da  əlavə  edilirdi  və  bu 
raportda  hesabatın  Kilsə  şurasında  müzakirə  olunması  və  qəbul  edilməsi 
göstərilirdi.
252
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə