88
Yaranmış mürəkkəb vəziyyət haqqında pastorlar Tiflisə - Komitəyə raport
təqdim etdilər və kolonist icmalarından 20 nəfər nümayəndə izahat vermək üçün
Tiflisə çağırıldılar
272
. Kolonistlərin Komitəyə verdikləri
izahatdan görünür ki, onlar
1823-cü ilə qədər, yəni Bazel missionerlərinin Gürcüstandakı koloniyalarda
məskunlaşdıqları dövrə qədər sülh və əmin-amanlıqla yaşamışlar. Separatçıların
fikrincə, koloniyaların daxili həyatına pozuculuq gətirən amillərdən ən başlıcası
pastor—missionerlərin separatizmə qarşı fanatik dərəcədə dözülməzliyi və kilsə
nizamnaməsində missioner—pastorlara həddən artıq geniş səlahiyyətlərin
verilməsidir. Həqiqətən, 1829-cu il kilsə nizamnaməsinə görə pastor kolonistin ailə
və şəxsi həyatının bütün məsələlərinə müdaxilə etmək hüququna malik idi.
273
Bazel missionerlərinin mübarizə apardığı başqa bir sekta Yelizavettal
koloniyasında yaranmışdı və bu sekta pepplean sektası adlanırdı. Sektanın adı onun
dini lideri Adam Pepplenin adından götürülmüşdü. Sekta hələ koloniya yarandığı
vaxtdan mövcud idi və ona kolonist Stefan Şmidt başçılıq edirdi. 1826-cı ildə
əxlaqsızlığa görə S.Şmidt koloniyadan qovulur və hökumət dairələrinin təzyiqləri
nəticəsində sekta öz fəaliyyətini dayandırmalı olur. 1832-ci ildən A.Pepplenin
təşəbbüsü ilə sekta yenidən bərpa olunur. Qeyd edək ki, A.Pepplenin fəaliyyətində
şəxsi motivasiyalar da böyük rol oynamışdı. Belə ki, əvvəl kilsə starşinası və kənd
müəllimi vəzifələrini yerinə yetirən A.Pepple ober—pastor Zaltetin ən yaxın
silahdaşlarından biri kimi, separatizmə qarşı fəal mübarizə aparsa da, 1832-ci
ildən, yəni koloniyalara pastor — missionerlərin təyin edilməsindən və koloniyada
tutduğu bütün vəzifələrdən məhrum edildikdən sonra o, kilsədən üz döndərdi və
lüteran kilsə doqmalarına qarşı açıq çıxışlara başladı.
Pepplean sektasının əsasını qoyan adam Pepple fəaliyyətinə görə
Yelizavettal kolonist icmasından xaric edilmiş və koloniyanı tərk etməyə məcbur
olmuşdu ki, bununla bağlı 1885-ci ildə Yelizavettal kolonist icması Gürcüstandakı
alman koloniyalarının nəzarətçisi Forostovskiyə öz etirazlarını bildirmişdi.
274
Arxiv sənədlərindən göründüyü kimi, Yelizavettalda Beppleanizmin
yayılması, nəinki kolonist icmasında, «hətta ayrı-ayrı ailələrdə münaqişələrə,
çəkişmələrə» səbəb oldu.
275
Komissiya missioner — pastorların separatistlər və peppleyanistlər
haqqında şikayətlərini təhlil etdikdən sonra separatistlərin və peppleyanistlərin
kolonist cəmiyyətindən uzaqlaşdırılması haqqında qərar qəbul etdi
276
və bu qərarın
qəbulu aşağıdakı səbəblərdən irəli gəlirdi:
1)
«alman koloniyalarında sakitliyin və ümumi qayda-qanunun yenidən
bərpa edilməsi üçün»;
2)
lüteran-yevangelistlərin separatizmə cəlb olunmasının qarşısını almaq
üçün;
3)
koloniyalarda separatizmin daha da güclənməsinin qarşısını almaq,
separatistlərin klassik separatizmə qaytarılması üçün;