Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   41   42   43   44   45   46   47   48   ...   95

91 
 
idi. Bununla bağlı öz münasibətini bildirən Zaqafqaziya diyarı Baş rəisi Gürcüstan-
İmeretiya  mülki  qubernatoruna  məktubunda  yazırdı  ki,  «Gürcüstanın  alman 
koloniyalarında  separatizmin  kəsilməsi  çox  böyük  əhəmiyyətə  malikdir  və  bu 
istiqamətdə  atılan  addımlardan  biri  «1829-cu  il  xüsusi  kilsə  nizamnaməsinin 
icrasının  dayandırılması  və  onun  əvəzinə  1832-ci  ildə  qəbul  olunmuş  Rusiya 
yevangelist-lüteran  kilsəsinin  ümumi  Nizamnaməsinin  qəbul  edilməsidir». 
Bununla  yanaşı,  məktubda  göstərilir  ki,  məskunlaşdıqları  vaxt  Gürcüstan  kolonist 
icmalarına  dini  məsələlərdə  edilən və  1829-cu il Nizamnaməsində  əks olunan bir 
sıra güzəştlər «əlavə qaydalar kimi yeni Nizamnaməyə daxil edilmişdir».
290
 
«Ümumi  lüteran  kilsə  Nizamnaməsinin  qəbul  edilməsi  separatistlər 
tərəfindən  dəstəklənmədi  və  onlar  öz  dini  təlimlərinə  sadiq  olduqlarını  nümayiş 
etdirdilər».
291
 
Qeyd  edək  ki,  hələ  kilsə  Nizamnaməsinin  qəbuluna  qədər,  1840-cı  ilin 
dekabr raportunda nəzarətçi A.Zikelman «sektantların qəti şəkildə kilsəni və bütün 
kilsə  təşkilatlarını  rədd  etdikləri»  haqqında  məlumat  vermişdir.    1841-ci  ildə 
Cənubi  Qafqazın  alman  koloniyaları  üçün  yeni  kilsə  Nizamnaməsinin  qəbul 
olunmasına baxmayaraq, koloniyalarda dini parçalanma davam edirdi və bu məsələ 
ən  yüksək  dövlət  orqanları  səviyyəsində  diqqət  mərkəzində  saxlanılırdı.  Bununla 
bağlı  5  noyabr  1842-ci  il  tarixdə  Gürcüstan-İmeretiya  mülki  qubernatoru 
Gürcüstandakı  alman  koloniyalarının  nəzarətçisi  A.Zikelmana  göndərdiyi   
sərəncamda  «regionda  yaşayan  bütün  sektaçıların    siyahısının  təqdim  olunması» 
əmr  edilirdi.
292
  A.Zikelmanın  15  dekabr  1842-ci  il  tarixdə  Qubernatora  təqdim 
etdiyi raportdan görünür ki, Tiflis koloniyasında 32 nəfər (7 ailə), Marienfelddə 33 
nəfər (5 ailə), Aleksanderdorfda 59 nəfər (10 ailə), Yekaterinenfelddə 65 nəfər (13 
ailə)  və  Yelizavettalda  135  nəfər  (28  ailə)  separatist  və  peppleanist  yaşayır.
293
 
Gördüyümüz  kimi,  yeni  Nizamnamə  qəbul  edildikdən  sonra  da  koloniyalarda 
separatçıların  sayı  nəzərəçarpacaq  dərəcədə  azalmamışdır:  adı  çəkilən  5    
koloniyada onların sayı 327 nəfər təşkil edirdi. 
Separatistlərin «Müqəddəs Ruh» adlandırdığı Leybele vəfat etdikdən sonra 
onu  Yekaterinenfelddə  yaşayan,  arabaçı  arvadı  Varvara  Şpon  əvəz  etdi.  Bütün 
«İncil»i  əzbərdən  bilən  bu  qadını  kolonistlər  «Bebele»  adlandırırdılar  və 
separatçılar  arasında  böyük  nüfuza  malik  idi.  Şpon  özünü  günahsız  sayır  və  ona 
müraciət  edən  bütün  kolonistlərin  günahlarını  bağışlamaqla  özünü  peyğəmbərlik 
səviyyəsinə  qaldırırdı.  Kolonistlərin  fikrincə,  V.Şpon  Allahla  birbaşa  təmasda 
olmağa  qadirdir  və  bu  görüşlər  zamanı  ona  Tanrıdan  ilahi  vəhlər  gəlir.  Şponun 
sözlərinə görə ona birinci vəh 1842-ci ilin əvvəllərində gəlmiş və bu zaman Allah 
ona  separatistlərin  tezliklə  «hökumət  tərəfindən  təqib  olunacağını,  onların 
evlərindən  qovulacağını  və  başqa  yerə  köçməyə  məcbur  ediləcəkləri»  haqqında 
xəbər  vermişdi.
294 
«İncildəki  90-cı  psalma  əsaslanaraq  separatçılar  tezliklə 
xiliadanın, yəni İsa Məsihin 1000 illik çarlığının bərqərar olacağına inanır, hətta bu 
çarlığın  1846-cı  ildən  başlayacağını  söyləyirdilər.  1843-cü  ildə  separatçılar 


92 
 
arasında  xəbər  yayılır  ki,  Allah  Şpon  qarının  dili  ilə  «separatistlərin  Müqəddəs 
torpağa köçməsini tələb edir»
295

Separatçıların Yerusəlimə yürüşü haqqında məlumat hakimiyyət orqanlarını 
narahat  olmağa  vadar  etdi,  belə  ki,  rəsmi  məlumatlara  görə  qul  alveri  ilə  məşğul 
olan kürd dəstələri separatçıların səfər zamanı ələ keçirilməsini planlaşdırmışdılar. 
Qafqazın Baş rəisi general  Neyqard V.Şponu Tiflisə  çağıraraq Yerusəlimə 
yürüş zamanı onları gözləyən təhlükə  haqqında  məlumat  verərək bu  niyyətdən əl 
çəkməyi  tələb  etdi,  lakin  separatçıların  fanatik  şəkildə  öz  məqsədlərinə  çatmaq 
arzusunu  görərək  onları  evlərinə  —  koloniyaya  buraxdı.
296
  Bununla  yanaşı, 
kollegiya məsləhətçisi Kotsebuya qəti şəkildə separatçıların Yerusəlimə yürüşünün 
qarşısını almaq tapşırığı verilmişdi. 
V.Şponun vəhinə  görə  bütün Cənubi Qafqaz separatçıları  Tpoitsa  günü  — 
1843-cü il 30 may tarixində Yekaterinenfeld koloniyasında toplaşmalı idi. 
Hələ  1843-cü  ilin  mayın  əvvəllərində  separatçıların  nümayəndə  qrupu 
Qafqazın  Baş  rəisinin  qəbuluna  gələrək  onların  Gürcüstanı  tərk  etmələrinə 
maneçilik törətməməyi xahiş etdilər. Ancaq separatçılara qəti şəkildə bildirildi ki, 
dövlət borclarını ödəmədən onların Gürcüstanı tərk etməsi mümkün deyil. May ayı 
ərzində  separatçıların  nümayəndələri  ilə  Qafqazın  Baş  komandanı  arasında 
danışıqlar  davam  etsə  də,  onlar  nəticəsiz  qaldı:  son  danışıqlar  zamanı  -  24  may 
1843-cü  il  tarixdə  separatçılar  xəzinə  borclarının  əvəzi  kimi  bütün  əmlaklarını, 
təsərrüfatlarını dövlətə verməyə hazır olduqlarını bildirdilər.
297
 
Separatçıların  Fələstinə  yürüşünün  qarşısının  alınmasında  Qafqazın  Baş 
Komandanı  israrlı  idi,  çünki  separatçılara  bu  məsələdə  edilən  istənilən  güzəşt  və 
yaxud hakimiyyət orqanlarının səriştəsizliyi qonşu gürcü və azərbaycanlı əhalisini 
çar  hökumətinə  qarşı  tabesizliyə  təhrik  edə  bilərdi.  Buna  görə  separatçıların 
yürüşünün  qarşısını  almaq  üçün  polkovnik  M.N.Kotsebunun  başçılığı  ilə  119 
nəfərlik kazak dəstəsi Yekaterinenfeld koloniyasına göndərildi
298
. 1843-cü ilin may 
ayının  ikinci  yarısında  V.Şponun  ətrafında  Yekaterinenfeld,  Marienfeld, 
Yelizavettal,  Aleksandersdorf  və  Tiflis  koloniyalarından  40  separatçı  ailəsi  və 
yaxud 368 nəfər toplaşdı.
299
 
Polkovnik  Kotsebuya  separatçılara  qarşı  «qan  tökəcək  tədbirlərə  əl 
atmamaq»,  «hər  hansı  təhqiredici  sözlər  işlətməmək»  əmr  edilmişdi.
300
.  Əgər 
separatçılar  zor  tətbiq  edərək  koloniyanı  tərk  etməyə  cəhd  etsələr,  onların  ən 
fəallarının  həbs  edilərək  məhkəməyə  verilməsi  nəzərdə  tutulurdu.  Qonşu  gürcü 
kəndi Kveşidə cəmləşən kazak dəstəsi mayın 28-də Yekaterinenfelddə qərarlaşdı. 
Kazak  dəstələrinin  koloniya  ətrafında  cəmləşməsi  separatçıların  starşinaları 
arasında  müəyyən  narahatçılığa  və  fikir  ayrılığına  səbəb  oldu.  Qeyd  edək  ki, 
Cənubi  Qafqaz  separatçılarının  «Yerusəlimə  yürüş»  hərəkatına  12  starşina  — 
Pammer,  Kutler,  Herzinqer,  Kozer,  Kauter,  Şpon,  Bruker,  Venneqel,  Fixtner, 
Almendiqner, Kuşer və Mayer başçılıq edirdilər.
301
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə