Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   38   39   40   41   42   43   44   45   ...   95

85 
 
bu  cür  inkişafı  Cənubi  Qafqazın  yerli  hakimiyyət  orqanlarını  narahat  etməyə 
bilməzdi  və  1823-cü  ildə  general  Yermolov  25  dekabr  1806-cı  il  qanununu  əsas 
tutaraq  missionerlərə  milliyyətindən  və  dini  mənsubiyyətindən  asılı  olmayaraq, 
Rusiya  təbəələri  arasında  dini  təbliğatın  aparılmasını  qadağan  etdi.
260
  Nəticədə, 
alman  missionerlərinə  yalnız  xarici  ölkə  təbəəliyində  olan  qaçqın  erməni  əhalisi, 
rus  sektantları  və  alman  separatçıları  arasında  yevangelizmin  təbliğinə  icazə 
verilirdi.  Separatistlərlə  eyni  etnik  mənsubiyyətə  malik  olan  missionerlərin 
yevangelizm  təlimini  təbliğ  etməsi  separatçı  —  kolonistlərin  yevangelist-lüteran 
kilsəsinə  müqavimətini  daha  da  gücləndirirdi.  Separatçıların  ümumi  yaşayış 
qaydalarına və dini qaydalara tabe etdirilməsi vəzifəsində israrlı olan Velyaminov 
1824-cü ildə yeni Daxili İşlər Naziri V.S.Lanskoya müraciət etdi və Cənubi Qafqaz 
separatçılarına yevangelist pastorun təyin olunmasını xahiş etdi. 1825-ci ildə Daxili 
İşlər  Naziri  general  Yermolova  separatizmin  nəzəriyyəçilərindən  biri,  Sarepta 
koloniyasında yaşayan Pastor Qannın Gürcüstana göndərilməsi  haqqında məlumat 
verdi.
261
  Kənardan  pastorun  təyin  olunması  Cənubi  Qafqaz  separatçılarının 
narazılığına səbəb oldu. 
Qann  Bazel  missionerləri  ilə  birlikdə  Cənubi  Qafqazın  kolonist  dini 
icmalarının  daxili  idarəedilməsinin  proyektini  hazırladı  və  bu  sənədin  əsasını 
lüteran  kilsələrinin  Kilsə  nizamnaməsi  təşkil  edirdi.  Ober  —  pastor  vəzifəsinə 
başqa  bir  namizəd  Tiflis  və  Aleksandersdorf  koloniyalarının  pastoru  Zaltet  idi. 
Separatçıların  fikrincə,  Zaltet  «ikiüzlülərə  rəğbət  bəsləyir  və  müdrikləri  təqib 
edirdi».  Bunlara  baxmayaraq,  Cənubi  Qafqaz  koloniyalarının  dini  idarəetmə 
məsələsində Zaltet daha çox Ausburq kilsə ayinlərinə əməl olunmasını əsas tuturdu 
ki,  bu  amil,  Qannla  müqayisədə,  separatçılar  arasında  onun  nüfuzunu  daha  da 
gücləndirirdi.  Pastor  Qann  separatizmin  mərkəzi  sayılan  Yekaterinenfeld 
koloniyasında fəaliyyətə başlamalı idi. Lakin naməlum səbəblərdən Pastor Qannın 
qəflətən  vəfat  etməsi  çar  hökumət  dairələrinin  separatçıları  nəzarətə  almaq 
planlarını pozdu. 
Çar  hökumətinin  əsas  məqsədi  bütün  alman  kolonistlərini  vahid  Lüteran 
kilsəsi  ətrafında  birləşdirmək  və  bununla  müxtəlif  protestant  konfessiyaları 
arasındakı  ziddiyyətlərə  son  qoymaq,  onların  yerli  əhaliyə  təsir  gücünü 
zəiflətməkdən,  kolonist  icmasının  rolunun  azadılması  və  onların  daha  çox  kilsə 
tərəfindən nəzarətdə saxlanılmasına nail olmaqdan ibarət idi. 
Tarixi  mənbələrdən  göründüyü  kimi,  1820-ci  illərdə  rəsmi  dövlət 
orqanlarını ən çox narahat edən məsələ separatçı kolonistlərin çoxluq təşkil etdiyi 
koloniyalara pastorların təyin olunması idi ki, «onlar kolonistlərə Allahın kəlamını 
çatdıralar,  mövhumatı  dağıdalar,  mənəvilik  və  mütiliyə  ibrətamiz  nümunə 
göstərələr». 
1826-cı  ildən  başlayaraq  Cənubi  Qafqazda  separatizmin  dayaqları  zəiflədi. 
Fikrimizcə,  bu  1826—1828-ci  illərin  II  rus-iran  müharibəsinin  başlanması, 
müharibə  dövründə  alman  koloniyalarının və  ilk  növbədə  separatçıların daha  çox 


86 
 
məskunlaşdığı Yekaterinenfeld koloniyasının fəlakətə məruz qalması ilə bağlı idi. 
Belə ki, 26 avqust 1826-cı il tarixdə Yekaterinenfeld koloniyası 1000 nəfərlik kürd 
hərbi  dəstələrinin  hücumuna  məruz  qaldı,  nəticədə  70  nəfər  öldürüldü,  140  nəfər 
əsir  götürüldü.  Hücumdan  sonra  koloniyada  cəmi  240  sakin  sağ  qalmışdı  ki, 
«onların da evləri yandırılmış, əmlakları məhv edilmişdi.»
262
 
Separatçıların    ağır    sosial    vəziyyətindən    istifadə    edən  missionerlər 
fəaliyyətlərini  daha  da  optimallaşdırdılar.  Qeyd  edək  ki,  Bazel  yevangelist 
missionerləri  qonaq  adı  ilə  bir  çox  alman  koloniyalarında  məskunlaşmışdılar  və 
Yekaterinenfelddə  onların  sayı  daha  çox  idi.  Missionerlərin  təbliğatı  nəticəsində 
separatizmdən  lüteranlığa  keçənlərin  sayı  durmadan  artırdı  və  artıq  1827-ci  ildə 
koloniyada  lüteranlığı  qəbul  edənlər  sayca  separatçıları  üstələməyə  başladılar. 
Separatçılar  arasında  parçalanma  yenidən  kolonist  cəmiyyətlərində  ictimai 
stabilliyin  pozulmasına  gətirdi.  Problemi  həll  etmək  üçün  general-qubernator 
Sipyaqinin təklifi ilə Tiflisdə alman koloniyalarının  vəziyyətinin yaxşılaşdırılması 
və  bunun  üçün  vəsait  axtarışı  ilə  məşğul  olacaq  komitə  yaradıldı.  Komitə  qərara 
aldı  ki,  Gürcüstandakı  koloniyalara  pastorun  təyin  olunması  konfessional  birliyin 
əldə edilməsində  mühüm rol oynaya bilər. Komitənin təklifi ilə keçmiş  missioner 
Zaltet  Gürcüstan  koloniyalarına  ober  —  pastor  təyin  olundu  və  bu  təyinat 
separatçıların  narazılığına  səbəb  oldu.  Separatçıların  fikrincə,  missionerlər 
«imansızlar arasında xristianlığı təbliğ etmək əvəzinə xristianlar arasında qarışıqlıq 
yaradırlar».
263
 
Qeyd  edək  ki,  qonaq  kimi  separatçılar  arasında  məskunlaşan  missionerlər 
istər  mənəvi  cəhətdən,  istərsə  də  dini  lider  kimi  separatçılara  nümunə  olmağı 
bacarmırdılar. Müxtəlif  manipulyasiyalar yolu ilə separatçıları yevangelist-lüteran 
kilsəsinə  cəlb  etmək  istəyən  20  yaşlı  missionerlərin  varlığı  separatçıları 
qıcıqlandıran, «onlar arasında paxıllıq, ixtilaflar və düşmənçilik yayan» amil kimi 
səciyyələndirilirdi. 
Ancaq adı çəkilən komitə öz qərarında israrlı idi və 1827-ci ildə separatçılar 
arasında  heç  bir  nüfuza  malik  olmayan,  keçmiş  missioner  Zaltet  Gürcüstandakı 
alman koloniyalarının ober — pastoru təyin edildi. Gürcüstan separatçılarının kilsə 
idarə  təşkilatını  təkmilləşdirmək  məqsədilə  o,  yeni  kilsə  Nizamnaməsinin 
hazırlanmasına  başladı  və  Nizamnamə  1829-cu  ildə  təsdiq  edildi.
264
  Bundan 
savayı,  Zaltet  Gürcüstandakı  separatçıların  nümayəndələrinin  də  daxil  olduğu 
Kolonist  sinodunun  yaradılmasına  nail  oldu:  Sinod  koloniyalarda  dini  —  əxlaqi 
durumla bağlı məsələlərin müzakirəsi və həlli ilə məşğul olmalı idi. 
Çar  hökuməti  yevangelist-lüteran  təliminin  separatçılar  arasında  təbliği 
məqsədilə  o  dövr  üçün  böyük  məbləğdə  vəsait  ayırdı.  Məsələn,  ober  —  pastor 
Zaltetə  Bazel  missionerlər  məktəbindən  yeni  pastorlar  dəvət  etmək  hüququ 
verilmişdi və hər pastora dövlət büdcəsindən illik 1000 rubl gümüş pul ayrılmışdı. 
Ober  —  pastor  eyni  zamanda  Tiflis  və  Aleksandersdorf  koloniyalarının  pastoru 
vəzifəsini də yerinə yetirirdi və onun illik məvacibi 1500 gümüş rubl təşkil edirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə