Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/95
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32606
1   ...   44   45   46   47   48   49   50   51   ...   95

98 
 
məskunlaşan  kolonistlər  Bessarabiyadan  gələn  kolonistlərlə  birləşərək  Stavropol 
qəzasında Martınsfeld koloniyasının əsasını qoydular
5

Yuxarıda  qeyd  etmişdik  ki,  XIX  əsrin  ortalarından  başlayaraq  Volqaboyu 
almanlarının  Qafqaza  axını  gücləndi.  Kolonistlər  Kuban  və  Azov  sahili  ərazilərə 
daha  çox  maraq  göstərirdilər.  1860-cı  illərin  ortalarından  adı  çəkilən  regionlarda 
almanların məskunlaşması ilə bağlı bir sıra obyektiv və subyektiv əngəllər yarandı 
və kolonistlərin bir hissəsi Stavropol quberniyasında məskunlaşmağı qərara aldılar. 
Stavropol ərazisi coğrafi cəhətdən Volqa regionuna yaxın yerləşsə də, iqlim şəraiti 
və  torpağın,  suyun  keyfiyyətinə  görə  kolonistləri  qane  etmirdi  və  bu  səbəbdən 
onların Qərbi Qafqaza  meyilləri başa düşülən idi. Ancaq hökumət dairələri Qərbi 
Qafqazda  məskunlaşa  bilməyənlərin  Stavropol  quberniyasında  yerləşdirilməsinə 
müsbət  yanaşırdılar.  1866-cı  ilin  fevralında  Stavropol  Dövlət  Əmlak  palatası 
Saratov  kontoruna  yazdığı  məktublarda  Qafqaza  köçmək  istəyən  kolonist 
qruplarının  nümayəndələrinin  yerli  iqlim
 
şəraiti  ilə  tanış  olmaq  üçün 
göndərilməsini  tövsiyə  edirdi.  Almanların  Stavropolda  məskunlaşma  dinamikası 
onu  göstərirdi  ki,  onlar  bu  ərazilərdə  uzunmüddətli  kök  salmaq  niyyətində 
olmuşlar.  1868-ci  ildə  Samara  və  Saratov  quberniyalarından  146  kolonist  ailəsi 
Stavropolda  məskunlaşmaq  arzusu  ilə  müraciətnamə  yazdılar.  Müraciətnaməyə 
müsbət cavab alan kolonistlərdən 61 ailə sonradan Kuban vilayətində  yerləşməyə 
cəhd  etsə  də,  Kuban  qubernatorundan  imtina  cavabı  aldıqdan  sonra  bu  kolonist 
qrupu da Stavropolda məskunlaşmağa məcbur oldu. 
Alman ailələri 3 müxtəlif qruplardan ibarət idi və onların arasında çoxsaylı 
eston  kolonistləri  də  var  idi.  Kolonistlərin  həm  dini,  həm  də  etnik  cəhətdən 
müxtəlifliyi onların konsolidasiyasına imkan vermədi və Stavropol qubernatorunun 
müsbət  münasibətinə  baxmayaraq,  kolonistlər  vahid  koloniya  yarada  bilmədilər: 
onların  əksəriyyəti  icarədar  kimi  xutorlarda  məskunlaşdılar,  bəziləri  isə 
Stavropolda artıq  mövcud olan koloniyalara birləşdilər. Estonlardan ibarət 25 ailə 
Kuban  vilayətində  məskunlaşmağa  müvəffəq  oldu
6
.  1870-ci  illərin  sonlarında 
Şimali  Qafqazda  «İsxod  dini  hərəkatı»nın  tərəfdarları  bir  sıra  koloniyalar 
yaratdılar. Onlardan biri — Betel koloniyası 1878-ci ildə Stavropol quberniyasında 
yerləşirdi. 
XIX əsrin 80-90-cı illərində kolonistlərin Şimali Qafqaza axını gücləndi ki, 
bu  da  Rusiyanın  qərb  və  Qara  dəniz  sahili  quberniyalarında  alman  əhalisinin 
hüquqlarının  pozulmasına  yönələn  diskriminasiya  xarakterli  qanunların  qəbul 
edilməsi ilə bağlı idi
7

Bu  dövrdə  Şimali  Qafqaza  köçənlərin  əksəriyyətini  mennonit  və  sair 
protestant  cərəyanlarının  nümayəndələri  təşkil  edirdilər.  Mennonitlər  Terek 
vilayətinin Xasavyurt dairəsində 15 koloniya yaratsalar da, qonşu çeçen əhalisi ilə 
münasibətlər  qura  bilmədiklərinə  görə  XX  əsrin  əvvəllərində  Stavropol 
quberniyasının  sərhədyanı  ərazilərinə  köçməyə  məcbur  oldular.  XX  əsrin 


99 
 
əvvəllərində Stavropol ərazisində 20 kiçik mennonit koloniyası yarandı və onların 
əhalisinin ümumi sayı 3000 nəfər təşkil edirdi
8

Beləliklə,  nəticəyə  gələ  bilərik  ki,  almanların  Qafqazda  məskunlaşma 
prosesi Stavropol ərazisində (1847-ci ilə qədər Qafqaz vilayəti adlandırılırdı—İ.A.
başlasa  da,  XIX  əsrin  II  yarısında  kolonistlər  bu  ərazidə  yalnız  məcburiyyət 
qarşısında  qalaraq  məskunlaşırdılar:  qonşu  quberniyalarda  məskunlaşmağa  icazə 
ala  bilməyən  və  yaxud  yerli  sosial-iqtisadi,  etno-sosial  şəraitə  uyğunlaşa 
bilməyənlər Stavropol quberniyasında özlərinə məskən salırdılar. 
Rusiyanın  kənd  təsərrüfatında  kapitalist  münasibətlərinin  formalaşmağa 
başladığı və getdikcə kənd təsərrüfatı istehsalının əmtəə xarakteri aldığı bir şəraitdə 
tədbirli  alman  kolonistləri  münbit  torpaqlarla  bol  olan  regionlara  daha  çox  can 
atırdılar və bu baxımdan ən əlverişli bölgələrdən biri Kuban vilayəti idi. 
XIX  əsrin  II  yarısında  Şimali  Qafqazda  almanların  kütləvi  məskunlaşdığı 
regionlardan  biri  də  Kuban  vilayəti  idi.  Bütün  Şimali  Qafqazda  olduğu  kimi, 
Kubanda da almanların məskunlaşmasının əsas xüsusiyyəti kolonistlərin bu əraziyə 
birbaşa Almaniyadan deyil, Rusiyanın müxtəlif quberniyalarından gəlməsində idi. 
Yəni,  Kubanda  alman  məskunlaşmasını,  məzmun  etibarilə,  daxili  məskunlaşma 
prosesinə aid etmək olar. 
Kubanda  məskunlaşan  alman  əhalisinin  böyük  əksəriyyəti  Bessarabiya, 
Qara  dəniz  sahili  quberniyalardan  və  Volqaboyu  regionundan  gələnlər  idi. 
Bessarabiya  və  Qara  dəniz  sahillərindən  kolonistlərin  Kubana  köçməsi  Krım 
müharibəsi (1853-1856) və onun nəticələri ilə bağlı olmuşdur. Qara dənizin şimal 
sahillərinin  türk,  ingilis,  fransız  gəmiləri  tərəfindən  mühasirəyə  alınması,  bu 
ərazilərin  rəqib  gəmilərdən  top  atəşinə  tutulması  Bessarabiya,  Tavriya 
quberniyalarından alman əhalisinin kütləvi şəkildə Kubana köçməsi ilə nəticələndi. 
Kubanda  məskunlaşan  kolonistlərin  əhəmiyyətli  hissəsini  Volqaboyu 
quberniyalarından və xüsusən də Saratov quberniyasından gələnlər təşkil edirdilər. 
XIX  əsrin  50-ci  illərində  Volqaboyu  koloniyalarında  sosial  gərginlik  daha 
da  artdı  və  vəziyyətdən  çıxış  yolu  axtaran  kolonistlər  özbaşına,  kortəbii  şəkildə 
yeni regionlara,  əsasən də Qafqaza və Volqadan şərq ərazilərə köçməyə daha çox 
üstünlük  verirdilər.  Volqaboyu  kolonistlərinin  Qafqaza,  xüsusən  də  Kuban 
ərazisinə  can  atmalarına  rəsmi  dövlət  dairələrinin  reaksiyası  eyni  deyildi. 
Volqaboyu  quberniyalarının  başçıları,  o  cümlədən  Əcnəbilərə  Qəyyumluq  üzrə 
Saratov  Kontorunun  rəhbərliyi  almanların  Volqaboyu  regionunu  tərk  etməsinə 
mənfi yanaşır və bu yolda onlara müxtəlif maneələr yaradırdılar. 
Bununla  belə,  Kubanda  ilk  alman  koloniyalarının  əsasını  Volqaboyundan 
gəlmiş  kolonistlər  qoydular.  1852-ci  ildə  keçmiş  Yeysk  qəzasında  yaranan 
koloniya Aleksanderfeld adlandırıldı. Çox keçmədi Azov dənizinin sahilində daha 
bir  alman  koloniyasının  əsası  qoyuldu.  Almanca  Mixelstal  adlanan  bu  koloniya 
sonralar  Voronsovskaya  adlandırılmışdır
9
.  Torpaq  fondu  1000  des.  olan  bu 
koloniyada 30 alman ailəsi məskunlaşdı. Ümumiyyətlə götürdükdə, ilk yaranan bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə