Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə177/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   171   172   173   174   175   176   177   178   179

457 

 

XCVIII tablo. Metal əĢyalar. 

 

 

 



458 

 

XCIX tablo. Metal əĢyalar. 

 

 

 



459 

 

C tablo. Metaldan silahlar və bəzək əĢyaları. 

 

 

 



460 

 

CI tablo. ġüĢə qədəhlər (1-3) və qızıl sırğalar (4-5). 

 

 

 



461 

 

CII tablo. ġüĢə əĢyalar. 

 

 

 



462 

 

CIII tablo. ġüĢə əĢyalar. 

 

 

 



463 

 

CIV tablo. ġüĢədən hazırlanmıĢ bəzək və məiĢət əĢyaları. 

 

 

 



464 

 

"GĠRDĠMAN TARĠXĠ" HAQQINDA MÜTƏXƏSSĠS RƏYLƏRĠ 

 

Albaniya tarixinə dair sanballı tədqiqat əsəri 

 

Albaniya  tarixi  uzun  illərdir  ki,  həm  arxeoloji,  həm  də  mənbəĢünaslıq 



baxımından intensiv surətdə öyrənilməkdədir. Bununla belə Qafqaz Albaniyasının 

tərkibinə  daxil  olan  ayrı-ayrı  inzibati-siyasi  vahidlərin  tarixi  hələ  də  lazımınca 

öyrənilməyib. Bu cəhətdən uzun müddət Albaniyanın iqtisadi, siyasi, hərbi, dini və 

mədəni  həyatında  çox  mühüm  yeri  olan  Girdiman  vilayəti  tarixinin  öyrənilməsi 

xüsusi  aktuallıq  kəsb  edir.  Yazılı  mənbələrdən  məlum  olduğu  kimi  Girdiman 

knyazları  və  yepiskopları  hələ  ArĢaqidlər  dövründə  ölkədə  böyük  nüfuz  sahibi 

olublar.  Mehranilərin  hakimiyyəti  dövründə  isə  Girdiman  knyazları  bütövlükdə 

Albaniyada siyasi hakimiyyəti də ələ alıblar. Girdiman yepiskoplarından bir neçəsi 

Alban  katalikosu  kürsüsünə  yüksəlib.  Bütün  bunlar  barəsində  yazılı  mənbələrdə 

ötəri  məlumat  verilir.  Dissertasiyanın  giriĢ  hissəsində  qeyd  olunduğu  kimi 

indiyədək  araĢdırıcılar  həmin  məlumatları  sadəcə  olaraq  yada  salmaqla 

kifayətləniblər.  Halbuki  ötən  əsrin  ortalarından  etibarən  tədqiq  olunan  çoxsaylı 

arxeoloji  abidələr,  Girdiman  hökmdarları  tərəfindən  təqribən  V-VIII  əsrlərdə 

tikilən əzəmətli məbəd, qala və istehkamlar, əsrlər boyu Girdiman tarixini özündə 

yaĢadan  toponimlər,  orada  məskunlaĢan  etnosların  dili  və  mədəniyyəti  -  bütün 

bunların  yazılı  mənbələrin  məlumatları  ilə  əlaqələndirilərək  kompleks  Ģəkildə 

öyrənilməsi zəruriyyəti təqdim olunan dissertasiya iĢinin aktuallığına dəlalət edir. 

Odur  ki,  Q.C.Cəbiyevin  «Girdiman  tarixi»  adlı  monoqrafiyası  qeyd  olunan 

problemlərin öyrənilməsi baxımdan albanĢünaslığa yeni töhfə kimi dəyərləndirilə 

bilər. 


Əsərdə antik, ilk orta əsr və orta əsr müəlliflərinin, slavyan-rus və rus-sovet 

tarixçilərinin əsərlərində Girdiman tarixi ilə bu və  ya digər dərəcədə əlaqəli olan 

məqamlara toxunularaq onlara münasibət bildirilib. Məlum olduğu kimi, uzun illər 

ərzində erməni və gürcü tarixçilərinin, habelə SSRĠ-nin bilavasitə qafqazĢünaslığın 

araĢdırılması  ilə  məĢğul  olan  elmi  mərkəzlərində  söz  sahibi  olan  ermənipərəst 

müəlliflərin  tədqiqatlarında  Albaniya  tarixinin  və  onun  tərkib  hissəsi  olan 

Girdiman  tarixinin  bir  sıra  prinsipial  məqamlarının  saxtalaĢdırılması  xətti 

yeridilmiĢdir.  Əfsuslar  olsun  ki,  Azərbaycan  albanĢünasları  da  bir  sıra  hallarda 

mərkəzin  müəyyən  etdiyi  bu  istiqamətdən  kənara  çıxa  bilməmiĢlər.  Hansı  ki, 

müəllif  tərəfindən  bütün  bunlar  ətraflı  Ģəkildə  təhlil  olunaraq  onlara  münasibət 

bildirilib. 

Albaniyadakı inzibati-siyasi vahidlərin, o cümlədən də Girdiman vilayətinin 

lokalizəsi müasir albanĢünaslıqda prinsipial əhəmiyyət kəsb edən məsələlərdəndir. 

Əsərin  II  fəslində  məhz  bu  problemdən  bəhs  olunur.  Müəllif  əvvəlcə 

Z.M.Bünyadov,  M.X.ġərifli,  F.C.Məmmədova,  Q.Ə.Qeybullayev,  S.T.Yeremyan 

və  qeyrilərinin  Girdimanın  lokalizəsi  ilə  bağlı  versiyalarını  təhlil  edərək  onların 




465 

 

lehinə  və  əleyhinə  olan  arqumentləri  ortaya  qoyur.  Bununla  da  o,  Girdiman 



ərazilərinin  Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  lokalizəsinə,  habelə 

erkən  orta  əsrlərdə  Albaniya  ərazisində  eyni  vaxtda  iki  Girdiman  olduğuna  dair 

versiyaların  heç  bir  ciddi  elmi  dəlilə  əsaslanmadığını  bildirilir.  Daha  sonra  isə 

müəllif  Girdimanın  ġirvan  ərazisində  olduğunu  təsdiqləyən  versiyaya  dair 

arqumentlərini ortaya qoyur. Bu arqumentlər aĢağıdakılardır: 

1.

 



Cənubi  Qafqazda  Girdiman  adı  ilə  tanınan  yeganə  çayın  məhz  ġirvan 

ərazisində olması; 

2.

 

Girdiman  vilayətini,  Mehrəvan  Ģəhərini,  Girdiman  qalasını,  orada 



CavanĢir tərəfindən tikdirilən məbədi, məhz ġirvan ərazisində lokalizə etməyə əsas 

verən məlumatların olması; 

3.

 

Orta  əsr  mənbələrində  adı  çəkilən  Girdiman  hökmdarlarından  Xursun, 



Vardanın və CavanĢirin adını daĢıyan yaĢayıĢ yerləri, qala və istehkamların, məhz 

ġirvan ərazisində mövcudluğu; 

4.

 

Sasani ağalığı dövründə Girdiman vilayəti ərazilərinə köçürülən irandilli 



əhalinin bu günədək kompakt Ģəkildə məskunlaĢdığı yaĢayıĢ məntəqələrinin daha 

çox, məhz ġirvan ərazisində olması və s. 

Müsbət  haldır  ki,  müəllif  Girdimanın  lokalizəsinə  dair  mülahizəsini 

əsaslandırarkən  daha  çox,  məhz  Alban  tarixçisi  M.Kalankatuklunun  qeydlərinə 

istinad edir. Hansı ki, həmin əsərdəki Girdiman ərazilərinin lokalizəsi ilə bağlı bir 

sıra  prinsipial  əhəmiyyət  kəsb  edən  məqamlar  indiyədək  albanĢünas  alimlərin 

diqqətindən kənarda qalıb. 

Hansı  ki,  əsərdə  bütün  bunlar  barəsində kifayət  qədər ətraflı  söhbət  açılır. 

Bununla da müəllif Girdiman vilayətinin məhz ġirvan ərazisində olduğuna dair öz 

versiyasını tam mənada əsaslandıra bilib. 

Girdiman  vilayətinin  təbii-coğrafi  Ģəraiti  və  orada  əhalinin  məskunlaĢma 

dinamikası  barədə  söhbət  açan  müəllif  ərazinin  əlveriĢli  iqlim  Ģəraitinə,  flora  və 

faunasına,  əkin  yerləri,  örüĢ  sahələri  və  su  ehtiyatlarının  zənginliyinə,  müxtəlif 

istiqamətdə  olan  karvan  yollarının  bilavasitə  oradan  keçməsinə  və  nəhayət, 

arxeoloji  tədqiqatlar  nəticəsində  aĢkar  edilən  çox  zəngin  maddi  mədəniyyət 

qalıqlarına  istinadən  bu  ərazilərin  minilliklər  boyu  intensiv  məskunlaĢma  rayonu 

olduğunu bildirir. Q.C.Cəbiyevin qənaətinə görə erkən orta əsrlər dövründə bir sıra 

daxili  və  xüsusən  də  xarici  amillərin  təsiri  altında  Girdiman  vilayətinin  əhalisi 

Alazan-Həftəran vadisi ilə Qaraməryəm tirəsi arasındakı ənənəvi yaĢayıĢ  yerlərini 

tərk  edərək  Böyük  Qafqazın  cənub  yamacındakı  dağlara  və  dağətəyi  ərazilərə 

çəkilir. Beləliklə də, V əsrin sonu  - VI əsrdən baĢlayaraq həmin ərazidə çoxsaylı 

müdafiə tikililəri və yaĢayıĢ yerləri meydana gəlir. Hesab edirəm ki, müəllifin bu 

mülahizələri  Albaniyanın  erkən  orta  əsr  dövrünə  aid  tarixi  coğrafiyasını  iĢləmək 

baxımından çox əhəmiyyətlidir. 

Girdimanın  erkən  orta  əsr  abidələri  aĢağıdakı  kimi  qruplaĢdırılıb:  1. 

ġəhərlər  və  Ģəhər  tipli  iri  yaĢayıĢ  məntəqələri  (Qəbələ,  Mehrəvan,  Qalagah, 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə