Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə178/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   171   172   173   174   175   176   177   178   179

466 

 

Qırlartəpə və Lahıc) - Kənd tipli yaĢayıĢ məskənləri (Kürdüvan, Həsən bəyin yeri, 



KələĢ,  Gəndob,  AĢağı  Qaraməryəm,  Yekəxana,  Pəldahar  və  s.).  2.  Qala  və 

istehkamlar (Girdiman qalası, CavanĢir qalası, Xanagah qız qalası, Niyal qalası, Fit 

qalası,  Bum  qalası,  Bayramkoxa  qalası,  Qızlar  qalası,  Xosrov  qalası  və  s.).  3. 

Məbədlər (Girdiman və Kilsədağ məbədləri) və qəbir abidələri. 

Tədqiqatçı  təqdim  olunan  maddi  mədəniyyət  abidələrinin  hər  birinin 

təyinatı,  dövrü,  memarlıq  xüsusiyyətləri  və  öyrənilmə  vəziyyəti  barədə  mümkün 

qədər  ətraflı  məlumat  verməyə  çalıĢmıĢdır.  Əhəmiyyətli  məqamlardan  birisi  də 

budur  ki, həmin abidələrin  bir  qismi  barəsində  ilk  dəfədir ki,  məhz  Q.C.Cəbiyev 

tərəfindən  söhbət  açılır.  Məsələn,  Mehrəvan  Ģəhərinin  adı  yazılı  mənbələrdə 

çəkilsə  də,  son  vaxtlaradək  onun  dəqiq  yeri  elm  üçün  müəmmalı  olaraq  qalırdı. 

Hansı  ki,  bu  problemin  həlli  məhz  Q.C.Cəbiyevin  adı  ilə  bağlıdır.  Müəllifin 

Girdiman  qalasının  lokalizəsi,  Lahıcın  Ģəhər  olaraq  formalaĢması,  paytaxtın 

Qəbələdən  Bərdəyə  köçürülməsi  səbəbləri,  Fit,  Niyal  və  Xanəgah  qız  qalalarının 

dövrü,  Qırlartəpə  tikinti  kompleksinin  təyinatı  və  memarlıq  quruluĢu  ilə  bağlı 

mülahizələri də tamamilə yenidir. 

Ərazidən  tapılmıĢ  zəngin  arxeoloji  materiallar  əsasında  əkinçiliyin, 

maldarlığın,  ovçuluğun  və  sənətkarlığın  Girdiman  əhalisinin  təsərrüfat  həyatında 

önəmli yer tutduğu bildirilir. Sənətkarlığın ayrı-ayrı sahələrinin mövcud vəziyyəti 

barədə  mülahizə  yürüdərkən  müəllif  arxeoloji  tapıntılarla  yanaĢı,  yeri  gəldikcə 

yazılı mənbələrin məlumatlarına və etnoqrafik materiallara da istinad edir. 

Keramika  istehsalının  tarixi  və  texnologiyası  ilə  bağlı  müəllif  tərəfindən 

irəli sürülən bəzi məsələlər müəyyən qədər mübahisə predmeti olsa da, hər halda 

yeni olması ilə diqqəti cəlb edir. 

Girdiman  vilayətinin  Albaniyanın  iqtisadi,  siyasi,  hərbi,  dini  və  mədəni 

həyatında  yeri  və  rolu  barədə  bu  əsərdə  təfsilatı  ilə  bəhs  olunur.  Müəllifin  bu 

konteksdə  ölkənin  iqtisadi  və  sosial-siyasi  institutları  barədə  mülahizələri 

indiyədək olan tədqiqatlardan xeyli dərəcədə fərqlənir. Mühüm cəhətlərdən biri də 

ayrı-ayrı  albanĢünas  alimlər  tərəfindən  lüzum  olmadığı  halda  Albaniya 

cəmiyyətinə  xas  olmayan  bəzi  istilahların  milli  tarixĢünaslığımıza  gətirilməsinə 

müəllifin etiraz etməsidir. 

Girdiman  hökmdarı  CavanĢirin  böyük  sərkərdə,  mahir  diplomat,  bacarıqlı 

dövlət xadimi, ən baĢlıcası isə vətənini və xalqını sonsuz məhəbbət hissi ilə sevən 

alovlu  bir  vətənpərvər  kimi  təqdim  olunması,  bizcə,  əsərin  mühüm 

üstünlüklərindən biri kimi dəyərləndirilməlidir. Xatırladaq ki, indiyədək Albaniya 

tarixi  barədə  yazılan  tədqiqat  əsərlərinin  heç  birində  CavanĢirin  xidmətləri 

barəsində bu dərəcədə əsaslı və əhatəli bəhs olunmayıb. 

IV-IX  əsrlərdə  Girdimandakı  mürəkkəb  dini  durum  və  onun  inkiĢaf 

dinamikası,  ərazidə  məskunlaĢan  insanların  etnik  mənsubiyyəti,  onların  dili, 

mədəniyyəti və nəhayət, alban əlifbasının meydana gəlməsi ilə bağlı məsələlər də 

müəllif tərəfindən kifayət qədər əhatəli Ģərh olunub. 




467 

 

Müsbət  haldır  ki,  əsərin  ayrı-ayrı  fəsillərində  araĢdırılan  problemlərdən 



hasil olan yekun müddəalar əsərin nəticə hissəsində kifayət qədər əhatəli və həm də 

sərrast  Ģəkildə  Ģərh  olunmuĢdur.  Müəllifin  tədqiqat  boyu  gəldiyi  baĢlıca  elmi 

nəticələr bunlardır: 

Fikrimizcə,  bütün  bunlar  təqdim  olunan  monoqrafiyanın  həqiqətən  də 

sanballı  tədqiqat  əsəri  olduğunu  demək  üçün  kifayət  edir.  Əsərin  ən  mühüm 

üstünlüklərindən  biri  də  ondan  ibarətdir  ki,  burada  tarixi  Ģərh  zəngin  arxeoloji 

materialla  qarĢılıqlı  sintezdə  təqdim  olunub.  Digər  müsbət  cəhətləri  ilə  yanaĢı, 

geniĢ  biblioqrafik  aparatı,  təqdim  olunan  xəritə,  diaqram,  cədvəl  və  zəngin 

illustrativ materiallar monoqrafiyanın sanbalına və dərin elmi dəyərinə dəlalət edir. 

V.H.Əliyev 

AMEA-nın müxbir üzvü,  

tarix elmləri doktoru, professor 

 

 



 


468 

 

TarixĢünaslığımız üçün son dərəcə aktual olan layiqli əsər 



 

Azərbaycanın  hər  bir  bölgəsinin  tarixi-arxeoloji  baxımından  öyrənilməsi 

elmi və siyasi əhəmiyyət kəsb edir. Bu baxımdan Q.C.Cəbiyevin tədqiqatı diqqəti 

cəlb edir və aktualdır. Müəllif Girdiman tarixinin, demək olar ki, bütün sahələrini, 

aspektlərini araĢdırmıĢ, oxucuya bu barədə dolğun, ətraflı məlumat verə bilmiĢdir. 

O,  təkcə  arxeoloji  materiallardan  deyil,  eləcə  də  yazılı  mənbələrdən  lazımi 

dərəcədə bəhrələnmiĢ, orta əsr mənbələrinin Girdiman barədə verdiyi məlumatları 

tədqiqata cəlb etmiĢdir. 

Əsərdə Girdiman vilayətinin lokalizəsi məsələsinə xüsusi diqqət yetirilir və 

tarixĢünaslıqda mövcud olan müxtəlif versiyalara münasibət bildirilir. Bu vilayətin 

Tovuz  və  Qazax  rayonları  sərhədləri  daxilində,  ġəmkir,  Gədəbəy  və  DaĢkəsən 

rayonları ərazisində, Albaniyanın qərbində (Kürün sağ sahilində) olması, Albaniya 

ərazisində  eyni  zamanda  iki  Girdiman  vilayətinin  olması  barədə  tarixĢünaslıqda 

mövcud  olan  fikirlərə  münasibət  bildirən  tədqiqatçı  vilayətin  daha  dəqiq 

lokalizəsini  verə  bilmiĢdir.  Bəlli  olmuĢdur  ki,  bu  vilayət  ilk  vaxtlarda  Girdiman 

çayı  hövzəsində,  konkret  olaraq  Ģərqdə  Ağsuçay,  qərbdə  Göyçay  çayı,  Ģimalda 

Babadağ  silsiləsi,  cənubda  Qaraməryəm  tirəsinədək  olan  əraziləri  əhatə  etmiĢ  və 

sonralar  hüdudlarını  geniĢləndirmiĢdir.  Artıq  VII-VIII  əsrlərdə  Girdiman 

feodallarının  siyasi  arenada  tanınmaları  vilayətin  sərhədlərinin  yeni  ərazilər 

hesabına geniĢləndirilməsi ilə nəticələnmiĢdir. Beləliklə, Girdiman vilayəti Qəbələ 

və ƏrəĢ ərazilərini də əhatə etmiĢdir. 

Əsərdə Girdiman ərazisinin təbii-coğrafi vəziyyəti və əhalinin məskunlaĢma 

dinamikası,  Girdimanın  maddi-mədəniyyət  abidələri  və  təsərrüfat  həyatı,  habelə, 

Albaniyanın  iqtisadi  siyasi,  dini  və  mədəni  həyatında  Girdiman  vilayətinin 

rolundan ətraflı  söhbət açılır.  Bir  sözlə,  Qafar  Cəbiyevin  «Girdiman  tarixi» əsəri 

tarixĢünaslığımız üçün həqiqətən son dərəcə aktual olan bir problemə həsr olunub. 

Müəllif  özünün  gərgin  əməyi  sayəsində  qarĢıya  qoyulan  vəzifənin  öhdəsindən 

gəlmiĢ və layiqli elmi iĢ yazmıĢdır. 



V.Z.Piriyev 

tarix elmləri doktoru, professor 

 

 



 


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə