Azərbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,29 Mb.
səhifə33/97
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51525
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

 

100 


Məmmədquluzadənin, Sabirin, Hadinin, Şaiqin, Səhhətin, Üze- 

yir  Hacıbəyovun  və  bir  çox  başqalarının  beynəlmiləlçilik 

ideyalarını təbliğ edən əsərləri həmin bu mübarizənin məhsulu 

idi. 


Məlumdur  ki,  bu  yazıçıların  hamısı  eyni  bir  ideyanın 

yolçusu  deyildir.  Həmçinin  dini  təəssübkeşlik  və  millətçilik 

təbliğatına qarşı da hərə özünə məxsus ideya cəbhəsindən çıxış 

edirdi.  Hüseyn  Cavid  də,  demək  olar  ki,  ilk  əsərlərində  öz 

sənətinə, üslubuna məxsus və öz görüşlərinə uyğun bir yol ilə 

dini  təəssübkeşliyi  pisləyirdi.  ―Şeyx  Sənan‖  faciəsi  də  bu 

əhvali-ruhiyyə ilə yaradılmışdı. 

Bu  cəhəti  H.Cavid  yaradıcılığı  ilə  ciddi  məşğul  olan  sovet 

tənqidçisi H.Zeynallı düzgün qiymətləndirib, 1926-cı ildə nəşr 

etdirdiyi  ―Şeyx  Sənan‖  haqqında  mülahizələrim‖  adlı 

məqaləsində əsərin  yazıldığı  dövrdə oxuculara təsirindən bəhs 

edərək yazırdı: ―Bütün dini, imanı təbii duyğular yolunda fəda 

edən  Sənan...  Azərbaycan  ziyalılarına  xoş  gəlməkdə  idi. 

Burada əski dindarlığa qarşı olan nifrətlər Şeyx Sənanın dili ilə

Cavid qələmi ilə vətəndaşlıq hüququ almaqda idi. Ona görə də 

cəmiyyət  tərəfindən sevilmişdi... Müəllif ruhanilik içində olan 

çürüntü və yıprıntıları tamamilə meydana atmaqla mollalığa və 

ümumiyyətlə dinə olan ikrahı bir az da qüvvətləndirilmiş və bir 

az  daha  irəli  gedərək...  dinin  kütlə  üzərində  hakimiyyətini 

itirdiyini  və  dinçilər  arasında  ―şübhə‖  və  ―vəsvəsə‖  əmələ 

gəldiyini və bütün bunların sağlam və təbii həyat qarşısında nə 

qədər sönük, nə qədər gücsüz olduğunu göstərmişdi...

1

‖.  


Beləliklə,  əsərin  əhəmiyyəti,  hər  şeydən  əvvəl,  müasir 

məfkurə  mübarizələrinin  mühüm  bir  cəhəti  ilə  məhz  dini 

təəssübkeşliyə  qarşı  mübarizə  ideyaları  ilə  səsləşməsində  idi. 

Birinci  imperialist  müharibəsi  ərəfəsində  və  müharibə 

dövründə  bütün  əksinqilabçı  burjua  nəzəriyyəçilərinin 

―islamlaşmaq‖  şüarını  ortalığa  atıb,  inadla  bu  çürük  fikri 

müdafiə  etdikləri  bir  şəraitdə  Cavidin  ―Şeyx  Sənan‖  kimi  bir 

                                                 

1

 ―Maarif və mədəniyyət‖ məcmuəsi, Bakı, 1926, № 12. 




 

101 


əsəri qələmə alması onun yaradıcılığında müsbət bir hadisə idi. 

―Şeyx Sənan‖, eyni zamanda, çox incə tellərlə ümumiyyətlə 

Şərq,  xüsusən  Azərbaycan  ictimai  fikrində  və  klassik 

ədəbiyyatında  dini  təəssübkeşliyə  qarşı  çevrilmiş  tarixi 

mübarizə  ənənələri  ilə  də  sıx  bağlı  olan  bir  əsər  idi.  Əsərdəki 

ideyanın, müasirliyini, eləcə də onun milli ədəbi və fəlsəfi irsin 

mütərəqqi  cəhətləri  ilə  məzmunca  əlaqədar  olduğunu 

aydınlaşdırmaq  üçün  Şeyx  Sənan  surətini  ətraflı  öyrənmək 

kifayət edər. 

 Faciənin  ilk  səhnələrində  şair  öz  tiplərini,  onların 

səciyyəsini  də  dünyagörüşünün  iki  cəbhədə  qruplaşdırmağa 

çalışır: 

Birinci  cəbhədə  ―fəzilət  və  ürfanı‖  ilə  ağsaqqal  bir  mürşüd 

sayılan,  yarısufi,  yarıpanteist  Şeyx  Kəbir,  onun  tələbəsi,  hələ 

gənc yaşlarında ―kəsbi-ictihad‖ edən, yəni özünün yeni, xüsusi 

görüşləri  olan  Şeyx  Sənan  və  bu  müəllim-tələbəyə  rəğbət 

bəsləyən Şeyx Hadi, Şeyx Sədra və Əbülüla durur. 

İkinci  cəbhədə  isə  sadəcə  dindar  fanatiklərdən  ibarət  olan 

Şeyx  Mərvan,  Şeyx  Nəim,  Şeyx  Əbülləhyə,  Şeyx  Cəfər  və 

başqa  şeyxlər,  müridlər  durur  ki,  birincilərin  əksinə  olaraq, 

bunlar avam, zahid-məslək adamlardır. 

Şeyx  Kəbir  islam  dininin  bir  çox  ehkamlarına  və  Quranın 

bəzi  hökmlərinə,  rəvayətlərinə  şübhə  ilə  yanaşan,  allahı 

təbiətdən  kənarda,  göylərdə  deyil,  təbiətin  özündə  axtaran 

panteist  bir  mürşüddür.  O,  tələbəsi  Şeyx  Sənanı  da  bu  ruhda 

tərbiyə etmişdir. Sənan dini şübhəçilikdə öz mürşüdündən daha 

irəli  getmişdir.  Onun  xüsusi  qənaətləri,  kor-koranə  etiqaddan 

uzaq  olması,  hər  işdə  ağlın  dəlillərinə  istinad  etməyə  can 

atması  müəllimini  heç  də  təəccübləndirmir,  əksinə, 

fərəhləndirir. Şeyx Sənan fanatik şeyxlər arasında yeni fikirlər 

təbliğ  edir,  Quran  və  şəriətin  bəzi  hökmlərinin  ağıldan, 

idrakdan  uzaq  və  həqiqətə  uyğun  olmadığını  söyləyir,  merac 

məsələsinə,  yəni  peyğəmbərin  guya  göylərə  çıxması 

haqqındakı  rəvayətə  istehza  edir.  Belə  mənasız  rəvayətlərə 




 

102 


asanlıqla inanan fanatik şeyxlərdən Şeyx Mərvan Sənanı dinsiz 

adlandırıb,  az  qala  ona  ölüm  fitvası  tələb  edərək  Şeyx  Kəbirə 

deyir: 

 

Möhtərəm şeyx! Altı gün əvvəl  



Vardı Sənanla bir mübahisəmiz, 

Bağırıb söyləyirdi pərvasız: 

―Olsa merac, olur da ruhani.  

Həp yalandır əruci-cismani 

1

. 



Bir bəşərdir, — deyirdi — peyğəmbər.  

Heç görülmüşmü çıxsın ərşə bəşər?

 2

 

 

Sənanın  bu  fikrinə  və  şübhələrinə  haqq  qazandıran  Şeyx 



Kəbir,  eyni  zamanda,  özünün  də  belə  boş  rəvayətlərə 

inanmadığını söyləyir; allah təbiətin özündə olduğu halda onu 

görmək  üçün  göyə  çıxmağın  nə  mənası  varmış  —  deyə  o  da 

fanatiklərə istehza edir: 

 

Şübhədir hər həqiqətin anası, 



Şübhədir əhli-hikmətin babası. 

Şübhə etməkdə haqlıdır insan, 

Çünki hər kəscə bəllidir: yaradan —  

Hər zaman, hər tərəfdə nurəfşan, 

Fərqsiz onca həp zamanü məkan... 

Ona məxsus yoxsa bir məva, 

Ərşə çıxmaqda varmı bir məna?

3

 

 

Yenə  bir  başqa  fanatik  —  Şeyx  Nəim  Sənanın  tövhid 



məsələsinə,  yəni  allahın  birliyinə,  varlığına  da  şübhə  etdiyini 

Şeyx Kəbirə danışır: 

 

                                                 



1

 Əruci-cismani – insanın cismən göylərə, allahın yanına uçması. 

2

 H.Cavid. Seçilmiş əsərləri, səh. 161. 



3

 H.Cavid. Seçilmiş əsərləri, səh. 161. 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə